Ziyaos-salehin
az.ziaossalehin.ir
muzdurlarının tanıtdırdığı, dövlətə sərfəli olan İslam kimi
qəbul edirlər. Buna görə də müasir dövrdə həqiqi İslamı
tanımağa aparan yolda saxta hədislər ən böyük maneədir. Bu
saxta hədislər maarif, əhkam və hətta Peyğəmbərin (s) həyatı
və tarixinə də sirayət etmişdir. Buna görə də İslam alimləri bu
haqda təhqiqat və axtarış aparmalı, həqiqi İslamı saxta
İslamdan ayırmalıdır. Bu böyük işə hər yerdə, o cümlədən,
İraqda, Misirdə, Suriyada, Livanda və həmçinin İranda böyük
ehtiyac vardır.
Mən bu məsələni yuxarıda adı çəkilən ölkələrin alimləri ilə
müzakirə etmişəm. Arzu edirəm ki, Peyğəmbərin (s) həqiqi
dininin qoruyucuları olan bizim elmiyyə hövzələrimiz bu
məsələyə daha çox diqqət etsinlər. Bu barədə Qum elmiyyə
hövzəsindən birinci əlimə çatan iş Ayətullah Məhəmməd Sadiq
Nəcminin əsəri olan “Buxari və Müslimün səhihlərinə bir
baxış” kitabıdır. Bu kitab neçə səbəbə görə məni sevindirdi.
Onun müəllifinə təşəkkür edirəm. Çünki:
1
. Kitabın möhtərəm müəllifi hədis kitabları haqqında lazımı
qədər araşdırmalar aparmışdır.
2
. Hədis kitablarının arasından əhli-sünnə arasında səhih
sayılan Buxarinin və Müslimün səhihlərini mübahisə
mövzusuna çevirmişdir.
səh:41
3
. Kitabı diqqətlə oxuduqdan sonra gördüm ki, müəllif kitabın
bəhsləri haqqında olan ədəb-ərkana tamamilə rəayət etmişdir.
Ziyaos-salehin
az.ziaossalehin.ir
4
. Kitabda olan bütün mətləbləri bu mövzu ilə maraqlanan fars
dilli xalqların başa düşdüyü səviyyədə, sadə və aydın dillə
yazmışdır.
5
. Müəllifin Qum elmiyyə hövzəsinin alimlərindən olmasına və
sünni məzhəb qardaşlardan uzaq yaşamasına baxmayaraq, bu
məsələyə doğru və düzgün diqqət yetirmişdir.
Alimlər bu kitabın qədrini bilsələr və onu diqqətlə oxusalar,
bəzi məsələlər onlar üçün aydınlaşar, inşallah.
Mütəal Allahın dərgahından istəyirəm ki, Qum elmiyyə
hövzəsini İmam Zamanın zühuruna kimi qoruyub saxlasın.
Üzümüzə gələn hər əsrdə İslam dünyasına yetərli və təhqiqatçı
alimlər bəxş eləsin. Amin!
Ayətullah Seyyid Murtəza Əsgəri
11
/
12
/
92
-
ci hicri ili .
səh:42
Hədislər barədə
Hədis nədir?
Hədis, lüğətdə “yeni bir şey, tam bir kəlam və danışıq”
deməkdir
)1(
.Hədis alimləri arasında isə, hədis, yəni - məsumun
sözləri, əməlləri və təqriri
)2(
mənasınadır. Başqa məzhəblərin
nəzərində hədis yalnız və yalnız Peyqəmbərin (s) sözləri,
əməlləri və təqriri mənasınadır. Şiə məzhəbində isə bu tərif
Peyğəmbər (s) və onun pak Əhli-beytinə də şamil olunur.
Ziyaos-salehin
az.ziaossalehin.ir
Sünni alimlərindən olan İbn Həcər deyir: “İslam dininin ilk
illərində Qurani-Kərimə
“qədim” söylənildiyinə görə,
Peyqəmbərlə (s) bağlı olan kəlamlara “hədis” deyilirdi. Bu
xüsusi məna bu günə qədər müsəlmanlar arasında
işlənməkdədir
)3(
”.
Hədisin mətni məsumun
)4(
sözlərindən, əməllərindən və onun
təqririndən ibarətdir.
Peyğəmbər (s) zamanından başlayaraq hədis yazanların
səh:43
1
-
[
1
.)یوبن ثیدح( ملاسلااب دهع اوثیدح کموقلاول . ]
"
ثیدحلااذهب اونمؤی مل نا
ً افسا
"
“
Kəhf” surəsi, 6-cı ayə ;
2
-
[
2
. ]
Təqrir-bir əməl qarşısında razılıq əlaməti olaraq susmaq
deməkdir .
3
-
[
3
. ]
Fəthul-barinin müqəddiməsi 1-ci cild .,
4
-
[
4
. ]
Peyğəmbər (s) və onun itrətinin .
Peyğəmbərdən (s) eşitdikləri və gördükləri hədisləri sinədən-
sinəyə, nəsildən-nəsilə zəncirvari surətdə bir-birinə ötürərək
bizim əsrimizə kimi gətirib çıxarmaları hədisin sənədi
adlanır
)1(
.
Sünnə nədir?
Sünnə, lüğətdə camaatın itaət etdikləri yola və təriqətə,
istilahda isə Peyğəmbərin (s) hökmləri və buyurduqları
kəlamlara deyilir. Müsəlmanlar arasında ibadət və başqa
Ziyaos-salehin
az.ziaossalehin.ir
məsələlərdə Peyğəmbərin (s) gətirdiyi qanun kimi qəbul
edilmişdir
)2(
.Hədislə sünnə arasında olan oxşarlığa əsasən,
hədisə də sünnə deyilmişdir.
Quran baxımından hədisin əhəmiyyəti
İslam qanunlarının və hökmlərinin əsasını Quran və sünnə
təşkil edir
)3(
.Hədis və Quran arasında müsəlmanların hədisə
olan ehtiyacı daha çoxdur. Qurani-Kərimdə əhkam və
qanunlara dəlalət edən beş yüzə yaxın ayə var. Hədis və
sünnənin köməyi olmadan bu ayələrin tam və dərin mənasını
başa düşmək qeyri-mümkündür. Çünki:
a) İslam dininin əhkam və qanunları çoxdur. Bu ayələr öz-
özlüyündə hökmləri tam və dolğun şəkildə bizə çatdırmır;
b) Bu ayələrin izahı hədis və sünnə vasitəsi ilə mümkündür.
Buna görə də şiə və sünniliyindən asılı olmayaraq, bütün İslam
alimləri bu məsələdə həmfikirdirlər ki, sənədi səhih və
məsumdan nəql olunan hədis bütün müsəlmanlara höccətdir
)4(
.
Məsələn, müsəlmanların Qurani-Kərimin ayələrinə əməl
etməsinin vacib olması kimi.
səh:44
1
-
[
1
. ]
Hədis elmində bu zəncirvari ardıcıllığa “Rical” deyilir .
2
-
[
2
. ]
İbn Əsirin nəhayəsi
3
-
[
3
. ]
İmamiyyə məzhəbində Əhli-beytin hədisi, icma, ağıl və
s. hökmün sənədi
Dostları ilə paylaş: |