93
dığından ozonun atmosferdə normadan artıq olması, ultrabə-
növşəyi şüaların tam udulması alınardı ki, bu da "D" vitamini
çatışmamazlığı demək olardı. Yaxud, ultrabənövşəyi şüalar
xəstəlik törədən bakteriaların məhvində də mühüm rol oyna-
dığından bu şüaların Yer səthində azlığı bioloji həyatın inkişaf-
ına da məhvedici təsir edərdi.
Ozon maddəsi əsasən atmosferin troposfer və stratosfer
qatlarında olur və troposferdə onun miqdarı az olduğu halda,
stratosferdə ozonun ən çox qarışığı 19-25 km məsafəsindədir.
Təbii ki, ozon stabil maddə olmayıb, təbii qarışıqlıqlardakı hid-
rogenə, azota və xlora çox həssasdır. Bu da öz növbəsində ozo-
nun dağılmasına səbəb olur. Bu səbəbdən də təkcə karbohidro-
gen tullantılarını deyil, söylənilən maddələr və onların qarışıq-
larını da atmosferə atmaq zərərlidir.
Bu və ya digər səbəblərdən
Yer səthinin yaxınlığında - troposferdə azon, özündə qələvi ya-
ğışlar, fotokimyəvi his toplayan, qlobal istiləşmə effekti və get-
dikcə daha böyük problemlər yaradan çirkləndirici maddələr
kimi təzahür edir. Amma, bütün bunlarla yanaşı Yer səthindən
11 km-dən 48 km-ə qədər hündürlükdə olan stratosferdə aşındı-
rıcı iyi olan qaz oksigenin özü qədər həyat üçün gərəklidir.
Ozon mühafızə qatı əmələ gətirir ki, bu da həddindən çox
kövrək olmaqla yanaşı, heyrətedici dərəcədə effektlidir.
Əgər, ozonu Yer səthi üzərinə sərmək mümkün olsaydı,
qalınlığı 3 mm olan nazik təbəqə alınardı. Hər 10 milyon hava
molekuluna 2 milyon normal oksigen və üç ozon molekulu dü-
şür ki, bu da Yer kürəsindəki canlı həyatın təminatçısıdır. Oksi-
genin izotopu olmaqla ozon 1785-ci ildə Hollandiya fıziki Van-
Marum tərəfmdən aşkar edilmişdir. 1839-cu ildə isə ilk olaraq
İsveçrə alimi K.F.Şenbeyn elektrik boşalmalarının müşahidəsi
zamanı ozonu kəşf etmiş və elmi ədəbiyyata da "ozon" sözünü
ilk dəfə o gətirmişdir ("ozo" yunan sözü olub "kəskin iy" de-
məkdir). Elə bu səbədən də dağlıq ərazilərdə ildırım çaxarkən
(elektrik boşalmasıdır) havada spesifık iy əmələ gəlir. Ozonun
atmosferin bir hissəsi olması isə 1850-ci illərdən sonra alimlərə
94
məlum olmuşdur. Atmosferin bir hissəsini korlamaq isə insanın
özünə çox baha başa gələ bilər.
Ozonu təmiz halda yalnız 1922-ci ildə alman kimyaçıları
E.Rizenfeld və Q.Şvad tərəfindən alınmışdır. Belə ki, ozon
yüksək təzyiq (150 atm) və güclü soyuma (-112,3 dərəcə) nəti-
cəsində o tünd bənövşəyi mayeyə, daha güclü soyumada isə
bərk kristallik kütləyə çevrilir. Ozon kimyəvi xassəsinə görə
oksigendən dəfələrlə aktivdir. Baxmayaraq ki, oksigen öz ak-
tivliyinə görə təmiz qızıl istisna olmaqla təbii şəraitdə Mende-
leyev cədvəlindəki, elmə bəlli bütün elementləri oksidləşdir-
mək - yəni onunla birləşmək qabiliyyətinə malikdir.
Ozon qatı haqqında islam dünyasının müqəddəs kitabı
olan Qurani-Kərimdə də məlumat verilmiş, onun "müqəddəs",
toxunulmaz olmasına da işarə vurulmuşdur. Elm isə bu haqda
XVIII əsrdə məlumat əldə edə bilmişdir. Bu baxımdan da Ozon
qatı "müqəddəsdir", toxunulmazdır və toxunsan özün ən böyük
bəlalara düçar ola bilərsən. Elmin müasir inkişafı nəticəsində
gözə görünməz bu "müqəddəs" hesab olunan ozonun bütövlük-
də fıziki-kimyəvi xüsusiyyətlərini öyrənmiş və ölçü vahidini
isə Dobson adlandırmışlar. Oturacağının sahəsi 1 sm
2
olan ver-
tikal sütunda, normal təzyiq və temperaturda olan ozonun miq-
darı 1 Dobson adlanır. Yaşadığımız Yer kürəsində insan təsiri
olmadıqda ozonun orta miqdarı 300, müxtəlif coğrafl sahələrdə
isə orta hesabla 250-500 Dobson arasında dəyişir.
Yer kürəsinin çevrəsində olan və onu bir çox zərərli fə-
sadlardan qoruyan ozon qatının azalması (zəifləməsi), yaxud
deşik açılmasından təkcə Azərbaycan deyil, bütövlükdə bəşə-
riyyət təsəvvür edilə bilməyən bəlalara düçar ola bilər. Bunu
dərk edən dövlətlər alimlərin tövsiyyələri ilə razılaşır və lazımi
tədbirlərə yardımçı olurlar. Amma, bu
fikri bütün dövlətlərə aid
etmək olmaz. Elə bu səbəblərdəndir ki, hər yaz fəslində plane-
tin cənub yarımkürəsində Antarktika üzərində ozon qatında sa-
həsi 30,1 mln. km
2
olan "deşik" əmələ gəlir.