Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   10   11   12   13   14   15   16   17   ...   118

 
43 
və  s.  sadalamaq  olar.  Deyilən  məsələlərin  sadəcə  olaraq  sada-
lanması  məsələnin  nə  qədər  mürəkkəb  olduğunu  və  eyni  za-
manda  bütövlükdə  şəhərlərin  inkişafı  problemlərinə  kompleks 
yanaşılmasının zəruriliyini ortaya qoyur. 
Dövrümüzdə hər şeydən öncə şəhərlə kəndin getdikcə da-
ha da yaxınlaşması, elm və texnikanın durmadan təkmilləşmə-
sindən daha da artıq istifadə  edilməsi  və  bunların  ətraf mühitə 
daha  çox  ekoloji  mənfi  təsir  göstərməsi  durmadan  artır.  Belə-
liklə, xalq deyimi ilə desək şəhərlərdə yaşamaq getdikcə dözül-
məz həddə çatır. Bu da dövləti və hökuməti məcbur edir ki, sə-
naye qurğularını və digər iş yerlərini Azərbaycanın bölgələrinə 
"səpələsin" ki, Bakı və Sumqayıt bu böyük bəla və problemlər-
dən yüngülləşsin. 
Bakı  və  Sumqayıt  şəhərləri  uzun  müddətdir  ki,  təkcə 
SSRİ  məkanında  deyil,  dünyada  neft  hasilatı  və  emalından, 
kimyəvi  maddələrin  istehsalı  və  istifadəsi  baxımından  öncül 
yerlərdə olduğundan bu şəhərlərin ekoloji durumu həmişə ağır 
olub. Bu şəhərdə neft-kimya amili ilə yanaşı avtomobillərin şə-
hərin  havasını  çirkləndirməsi  hazırda  həmişə  olduğundan  qat-
qat  ağırdır.  Lay sularının bir çox  yerlərdə, xüsusəndə Bakı  və 
Abşeron  yarımadasında  törətdiyi  ekoloji  fəsadlarda  yetərincə-
dir. Xəzərin çirklənmə və digər problemləridə ayrıca araşdırma 
mövzusudur. Ətraf mühitin vəziyyətinə, təbii ehtiyatlardan sə-
mərəli istifadə edilməsinə gəldikdə isə, burada yetərincə şəffaf-
lıq olmalıdır, texniki işçilər, mühəndislər, fəhlələr və digər in-
sanlar, ictimaiyyət öz müəssisələri və dünyanın digər ölkələrin-
dəki anoloji iş yerlərinin ekoloji şəraitindən xəbərdar olmalıdır-
lar. Bu barədə Azərbaycan prezidentinin dəfələrlə xatırlatdığı - 
yeni  texnologiyaların  respublikamıza  gətirilməsi  fikirləri  çox 
təqdirəlayiqdir,  alqışlanmalıdır,  onun  fikrinə  həssas  yanaşmaq 
lazımdır. 
Bakının  hazır  ki,  durumu  göstərir  ki,  avtomobillərin  qaz 
yanacağına  keçməsi  xeyli  dərəcədə,  şəhərin  ekoloji  durumuna 
yaxşı  təsir  edərdi,  həm  də  texniki-iqtisadi  baxımdan  da  sərfəli 


 
44 
olardı. Qeyd edək ki, bir maşının 15 min klometr məsafə qət et-
məsi  nəticəsində  4400  kq  oksigen  sərf  edir,  ətraf  mühitə  isə 
3300 kloqram karbon qazı, 550 kloqram dəm qazı, 95 kloqram 
digər qazları və 12 kloqramdan artıq rezin tozu ilə yanaşı digər 
tozları hava mühitinə ötürür. Bu səbəbdən də Bakı və Sumqayıt 
şəhərlərinin  hava  mühitinin  çirklənməsi  səviyyəsinin  50  faiz-
dən artığı avtomobillərin "fəaliyyəti" hesabına alınır. İnsan ba-
şa düşməlidir ki, ehtiyatlardan qənaətlə, ağılla istifadə edilməsi
torpağa, meşəyə, təmiz havaya, bitki və heyvanlar aləminə qay-
ğı, onların öz daxili-mənəvi və digər çox mühüm işləridir. Əs-
lində özünü təbiətdən ayıran və onun qanunlarından asılı olma-
dığını fikirləşən insan böyük səhvə yol verir. 
V.Y.Vernadski  söyləmişdir  ki,  XX  əsrin  adamı  dərk  et-
məlidir  ki,  o  planetin  sakinidir,  yeni  aspektdə  fikirləşməli  və 
fəaliyyət  göstərməlidir,  ayrı-ayrı  şəxsiyyət,  ailə,  nəsil,  dövlət 
və  yaxud  dövlətlər  ittifaqı  aspektində  deyil,  planet  aspektində 
düşünməli  və  fəaliyyət  göstərməlidir.  Cəmiyyətin  ekoloji  isti-
qamətdə tərbiyə olunması, ekoloji etikanın, ekoloji şüurun for-
malaşması təbiətə müsbət təsir göstərir. Ədalət xatirinə deməli-
yik ki, hazırda Azərbaycanda istehsalın, texnikanın, elmin, icti-
mai və fərdi şüurun intensiv ekologiyalaşdırılması prosesi döv-
lət  səviyyəsində  getməkdədir.  Əgər,  yerlərdə  məmurlar,  digər 
fərdlər  təbiətə  eyni  müsbət  münasibətlə  yanaşarlarsa  ən  azı 
ekoloji  tarazlığın  vəziyyəti  indiki  ağır  durumdan  fəlakətə  sü-
rükləməz. 


 
45 
V FƏSĠL 
 
RESPUBLĠKAMIZDA MĠLLĠ EKOLOJĠ  
PROQRAM 
 
Azərbaycanın ekoloji siyasətini həyata keçirmək üçün mü-
vafıq milli proqramlanın hazırlanması və nəzərdə tutulmuş tədbir-
lərin  həyata  keçirilməsi  vacib  məsələlərdədir.  Bununla  əlaqədar 
Milli Proqram Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 
18 fevral tarixli 1152 saylı Sərəncamı ilə təsdiq edilmişdir. 
Ölkənin ümumi inkişaf istiqamətinin ayrılmaz hissəsi olan 
Milli Proqram ətraf mühitin qorunması sahəsində fəaliyyətin ko-
ordinasiyasının gücləndirilməsi ilə milli, bölgə və beynəlxalq sə-
viyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişafın 
tətbiqi, indiki və gələcək nəsillərin maraqlarını təmin edən iqti-
sadi  inkişafına  yönəlməlidir.  Bu  mənada  ekoloji  baxımdan  da-
yanıqlı sosial-iqtisadi inkişaf üzrə milli proqramın həyata keçiril-
məsi  üçün  əlaqədar  dövlət  qurumlanrının  və  qeyri  dövlət  təşki-
latlarının fəaliyyətinin koordinasiyası vacib şərtlərdəndir. 
Milli  proqram  təbii  və  iqtisadi  ehtiyatların  idarə  edilmə-
sində  istənilən  iqtisadi  layihələr  həyata  keçirilərkən  neqativ 
ekoloji fəsadların yaranma imkanının istisna olunmasına yönəl-
mişdir. Ətraf mühit və iqtisadi potensialın idarəetmə sahəsində 
hər hansı bir amilin kifayət qədər nəzərə alınmaması məsələnin 
həllində arzuolunmaz ekoloji , iqtisadi və sosial fəsadlara gəti-
rib çıxara bilər. Ümumilikdə, milli proqramın həyata keçirilmə-
si, təbii ehtiyatlardan istifadə və təsərrüfat fəaliyyətinin xarak-
terlərinin  dəyişilməsi  ilə  ekoloji  tələbatlara  cavab  verən  yeni 
texnoloqiyaların  tətbiqi,  sənaye  və  kənd  təsərrüfatı  məhsul-
larının istehsalının yüksəldilməsinə yönəldilməklə havanın, su-
yun, torpağın keyfiyyətinin yaxşılaşdırılmasına və təbii ehtiyat-
lardan səmərəli istifadə edilməsinə xidmət deməkdir. 
Milli  Proqram  dayanıqlı  inkişafın  əsas  istiqamətlərini 
müəyyənləşdirməklə, davamlı inkişafı təmin edən bir sıra təd-
birlər  sistemini  əhatə  edir.  Proqramın  həyata  keçirilməsi  üçün 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə