Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə88/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   84   85   86   87   88   89   90   91   ...   118

 
269 
tərkib  hissəsi  olan  bütün  suların  hüquqi  vəziyyəti  də  həmin 
dövlətin qanunları ilə müəyyən edilir. 
Sahilləri  iki  və  ya  daha  artıq  dövlətə  aid  olan  dəniz, 
körfəz və buxtaların hüquqi vəziyyəti, həmin sahil dövlətlərinin 
xüsusi  sazişi  ilə  nizama  salınır.  Məhəlli  sular  sahil  dövlətinin 
ərazisinin tərkib hissəsi olmaqda, onun suveren hakimiyyətinə 
tabedir.  Məhəlli  sulların  dərinlikləri  və  təki,  habelə  onların 
üzərindəki  hava  sahilləri  də  həmin  dövlətin  suverenliyinə 
tabedir.  Məhəlli  suların  eni  ayrı-ayrı  ölkələrdə  bir-birlərindən 
fərqlidirlər. Rusiya Federasiyasında bu məsafə 12 mil müəyyən 
edilib  (5  avqust  1960-cı  il  SSRİ  dövlət  sərhəddinin  qurulması 
barədə əsasnamənin 3-cü maddəsi).  
BMT-nin dəniz hüquqlarına aid Əsasnaməsində dövlətlə-
rin ərazi sularında xarici hərbi gəmiləri də hidroqrafık tədqiqat 
aparmaq, xəritə çəkmək, manevr etmək, atəş açmaq, mina düz-
mək,  təyyarə  ilə  bu  sular  üzərində  uçuş  etmək  və  s.  qadağan 
edilir. Sualtı qayıqlar suüstü vəziyyətdə hərəkət etməlidirlər. 
İki və ya bir neçə dövlətin ərazisi ilə, ya da məhdud miq-
darda dövlətlərin sahilləri ilə əhatə olunaraq, bu sahil dövlətləri 
üçün  dəniz  yolları  əhəmiyyətinə  malik  olan  dənizlərə  qapalı 
dənizlər deyilir. Qapalı dəniz olmaq etibarı ilə Xəzər dənizinin 
sahilləri 5 dövlətə məxsusdur. 
Rusiya Xəzər dənizinin statusuna yenidən baxılması mə-
sələsini  ortaya  atıb.  Həm  də,  Rusiya  BMT-nin  üzvi  olan  bir 
dövlət  kimi  Azərbaycan  Respublikasını  mövcud  sərhədləri 
daxilində (su sərhədləri  ilə birlikdə) tanımışdır.  Hazırda Rusi-
yanın  Xəzərin  statusuna  yenidən  baxılması  məsələsini  qaldır-
ması  əslində  Azərbaycana  iddiası  deməkdir.  Azərbaycan  isə 
Dərbəndin heç adını da çəkmir. 
Xəzərə  göl  statusu  SSRİ  təşkil  edilməmişdən  əvvəl  ve-
rilib. Elə bu səbəbdən də İranın Xəzər dənizində donanma sax-
laması  və  ondan  digər  məqsədlərlə  istifadə  edilməsi  qadağan 
olunmuşdur.  Əlbəttə  bu  neft  oyunudur.  Rusiya  neftdən  daha 
çox  bəhrələnmək  istəyir,  Azərbaycanı  əvvəlki  illər  kimi  öz 


 
270 
ərazisi  hesab  edir  və  xammal  malı  kimi  imperiyaya  qulluqda 
durmağını istəyir. Burada maraqlı məsələlərdən biri də Xəzərin 
status  məsələsidir.  Əgər  bu  müzakirə  edilərsə,  onda  Azərbay-
can bunun dəniz olduğunu sübut edən başqa hüquqları da tələb 
etməlidir. Xəzər dəniz statusu almalıdırsa onun bir başa okean 
sularına  çıxma  imkanları  olmalıdır.  Onda  Volqa  çayının, 
Volqa-Don  kanalının,  Qara  dənizin,  Azov  dənizinin  statusuna 
yenidən  baxılmalıdır.  Azərbaycan  isə  Xəzər  dənizi  vasitəsi  ilə 
dünya okeanına çıxmaq üçün yeni səlahiyyətlər almalıdır. 
Dəniz və okean sularından istifadə də söylədiyimiz bey-
nəlxalq hüquq və qanunlara görə özgə ərazisini zorla işğal  et-
mək, digər dövlətlərin sərhədlərini pozmaq, hər hansı dövlətin 
razılığı  olmadan  onun  ərazisindən,  ərazi,  məhəlli  sularından 
istifadə  etmək  qadağandır.  Rusiya  dövlətinə  də  Azərbaycanın 
nə  quru,  nə  də  su  sərhədlərini  pozmağa  heç  bir  hüququ  əsası 
yoxdur. Xəzər coğrafı təsnifata görə göldür, göl olaraq da qala-
caqdır.  Bu  nə  Rusiyadan,  nə  də  onun  əhatəsində  olan  digər 
dövlətlərdən asılı deyil. Digər bir məsələni də Azərbaycan yad-
dan çıxarmamalıdır. İki dövlət arasındakı qarşılıqlı razılaşmaya 
və beynəlxalq dəniz hüququna görə sərhəd boyu axan çaylarda 
sərhədd xətti çayın, göllərdə və dənizlərdə isə onların tən orta-
sından keçməlidir.  Burada da beynəlxalq  qanun Azərbaycanın 
tərəfindədir.  Yəni,  Azərbaycanın  Xəzər  dənizindəki  sərhəddi 
dənizin tən ortasından keçən xətlə hüdudlanmalıdır. Bu sərhəd 
daxilində Xəzərin bütün sərvətləri Azərbaycanındır. 
 
 
13.4. Xəzər tərəddüdünün bəzi səbəbləri 
 
Respublikamızda iqlim növlərinin, bitki rəngarəngliyinin, 
balıqçılığın, gəmiçiliyin və s. iqtisadi həyatın bir çox məsələləri 
bilavasitə Xəzər gölü ilə bağlıdır. Lakin, Xəzər bir çox dünya 
dəniz  və  göllərindən  özünün  sərt  tərəddüdü  ilə  də,  onun 
ətrafında  yaşayan  xalqları  çox  böyük  problemlər  qarşısında 


 
271 
qoyur.  Tarixi  faktlar  göstərir  ki,  son  2,5  min  il  müddətində 
Xəzərin  səviyyəsi  13  m  qədər  aşağı  düşmüş,  yaxud
 
ayrı-ayrı 
vaxtlarda bir bu qədər də, yuxarı qalxmışdır. 
Yaşadığımız  əsrdə  isə  1929-cu  ildən  1978-ci  ilə  kimi 
Xəzərin səviyyəsi təxminən 3 m-ə qədər aşağı düşmüş, bununla 
da Azərbaycana müxtəlif sahələrdə xeyli ziyan vurmuşdur. Son 
20 ildən artıq müddətində, əksinə çox intensiv sürətlə Xəzərin 
səviyyəsinin  qalxması  2,4  m-ə  çatmışdır.  Hətta,  Qara-Boğaz-
Qol  körfəzi  ilə  olan  bəndin  tam  açılması  da  səviyyə  artımına 
nəzərə çarpaçaq dərəcədə təsir etməmişdir. Bu illərdə Xəzərin 
tərəddüdü  nəticəsində  Nabrandan  tutmuş  Lənkəran-Astara 
sahillərinə  qədər  çox  böyük  bir  məsafədə  (900  km-dən  çox) 
sahil zonası boyu yerləşən zavod, fabrik, istirahət zonaları, qo-
ruqlar,  yaşayış  məntəqələri,  balıqçılıq,  gəmiçilik  təsərrüfatları, 
əkin  sahələri,  meşəliklər,  Kür  deltası  su  altında  qalmışdır.  Su 
basmış torpaqlardan öz ev-eşiklərini tərk etmiş adamların sayı 35 
min  olub,  bu  hövzədəki  torpaqların  sahəsi  3,5  min  kv  km 
qədərindədir.  
Ancaq  dövlət  sənayesinə,  kənd  təsərrüfatına,  idarə  və 
müəssisəsinə dəmir yola, şosse yola, dövlət tikintilərinə dəyən 
zərər bu müddətə ilk hesablamalara görə 1993-cü il qiymətləri 
ilə  l0  milyard  manat  qədərindədir.  Dövlətə,  mülki  əhaliyə  də-
yən belə ziyan əsasən dövlət səviyyəsində idarə və təşkilatların 
vaxtında  Xəzər  səviyyəsinin  çoxillik  tərəddüdlərinin  nəzərə 
alınmaması ucbatından baş vermişdir. 
Respublikamız  üçün  Xəzər  tərəddüdü  problemi  istənilən 
prizmadan  digər  Xəzər  sahili  dövlətlərə  nisbətən  daha  çox 
aktualdır. 
Qeyd  edək  ki,  Xəzər  səviyyəsinin  tərəddüdünü  ən  çox 
qlobal iqlimlə əlaqələndirirlər və belə də olmalıdır. Çünki, qlo-
bal  iqlimdə  temperaturun  artımı  hiss  olunur.  Atmosferdə  kar-
bon qazının çoxalması Yer səthində get-gedə istiliyin artmasına 
gətirib çıxarır. Bu da öz növbəsində Xəzərə axan suyun miqda-
rını  çoxaltmaq  deməkdir.  Qlobal  iqlim  dəyişməsinə  karbonla 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə