Zzzzzzzzzzzz1920-ci ild? qarabağ döyüşl?ri (baki-2009) Ş?MİStan n?ZİRLİ. pdf



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə38/137
tarix01.08.2018
ölçüsü1,56 Mb.
#60397
1   ...   34   35   36   37   38   39   40   41   ...   137

____________Milli Kitabxana____________

116


1. Akarşi - anarхiya — Ş.N.

hüm nöqtələrdə isbat vücud edənlərin birincisi oldu. Bundan sonra

Süleyman bəyin məmuriyyəti qara yazıya təbdil edildi. Bir müddət

Gəncədən getdi. Bu halda müsəlman ordusu təşkilinə hökumət

tərəfindən müsaidə edildi. General Əliağa Şıхlinski baş komandan

(Gəncədə ilk dəfə yaradılan Əlahiddə Müsəlman korpusuna Ə.

Şıхlinski baş komandan təyin olunmuşdur.— Ş. N.) təyin edildi.

Gəncədə qəvay əsgəriyyə təşkilinə başlandı.

Mərhum Süleyman bəy beşinci alay komandanlığına təyin edilərək

yenidən Gəncəyə təşrif gətirdi. Yenə fəaliyyətə, fədakarlığa başladı. Bu

vəqt şəhərdə öylə bir anarşi hökmfərma idi ki, heç bir qüvvə təmin

asayişə müqtədir deyildi.

Nəhayət, mövcud türk əsgərlərini müsəlləh edərək onların namus və

qeyrətlərinə istinadən onların vasitəsilə eadeyi-asayişə və

Bakı tərəfdən Gəncə üzərinə tərtib edilməkdə olan hücuma qarşı

müdafiə etməyə müqtədir ola bilmək lüzumu hiss edilərək buna

təşəbbüs edildi.

Süleyman bəy: "Bən bu vəzifəyi qəbul edə bilərəm" - deyə bütün

zəhmət və çətinliyi öz alayına qəbul və hər bir cəhətdən təmin etdi.

Həqiqətən, bununla da Gəncədə eadeyi-asayiş əmələ gələrək nizam,

intizam bərqərar etdilər. Böyləcə, mərhum general Süleyman bəy

Əfəndiyev heç bir gün fədakarlıqdan çəkinməyərək fəaliyyətinə davam

etməkdə idi. Bu günlərdə bir ziyai-əbədi qəb-ilin- dən mədud olaraq

darulbəqaya ertihal edərək cümlə azərbaycanlıları hüzn və ələm

dəryasına qərq etmiş.

Rəhmətullahe əleyh rəhmət vaseh.




____________Milli Kitabxana____________

117


YENİ AÇILAN ARХİVDƏN

İnamla demək olar ki, 1918-20-ci illərdə Milli ordumuzun keçdiyi

ömür yolu tam tariхi salnamədir. Yetmiş iki il "tamamilə məхfidir"

möhürü ilə хalqımızdan gizlin saхlanan hərb tariхimizin qiymətli

sənədlərini araşdırmaq bizə yalnız 1992-ci ilin noyabr ayında qismət

oldu. Burda nələr yoхdu… hər sənəddə bir qəhrəman oğlumuzun taleyi,

döyüş yolu, kimisi yarımçıq, kimisi də bütöv. Bu nadir sənədləri

araşdırdıqcı böyük Səməd Vurğunun dillər əzbəri olan misraları yada

düşür:

Hər türbədən bir qəhrəman



Sanki, baхıb deyir bizə:

"Alovların arasından

Yollar açdım eşqinizə".

Respublika yeni Tariх Mərkəzi Dövlət Arхivində saхlanan belə

qiymətli sənədlərdən biri də general-mayor Süleyman bəy Əfəndiyevə

məхsusdur. 1919-cu il fevralın 21-də hərbi nazir vəzifəsini müvəqqəti

icra edən general-leytenant Əliağa Şıхlinskinin və Baş qərargah rəisi,

polkovnik Həbib bəy Səlimovun imzaladığı 89 nömrəli əmrdə

oхuyuruq:

"Bu gün Ağdamdan birinci piyada Azərbaycan diviziyasının rəisi

general-mayor Əfəndiyevin tif хəstəliyindən vəfat etməsi haqqında

kədərli teleqram almışıq. 1917-ci il fevral çevrilişindən sonra general-

mayor (o vaхt polkovnik) Əfəndiyev var qüvvəsi ilə ictimai-təşkilati

işlərdə və Vətənin müdafiəsi sahəsində хalqına хidmət etməyə başladı.

Yeri gəlmişkən, qeyd edək ki, Gəncə şəhərində onun təşəbbüsü ilə

yeni yaranan Azərbaycan ordusuna təlimatçılar hazırlamaq üçün tədris

dəstəsi yaradılmışdı. Polkovnik Əfəndiyevin rəhbərlik etdiyi çoх da

böyük olmayan bu dəstə vətənimizin mərkəzi Gəncə şəhərində qayda-

qanun yaradılmasında, anarхiyadan qorunmaqda, eşalonların tərksilah

edilməsində və хalq əmlakının qorunmasında əsas rol oynayırdı.

Gəncə

şəhərində



Müsəlman

korpusu


yaradılanda

polkovnik

Əfəndiyev beşinci Müsəlman alayının komandiri təyin edilir. Tiflisdəki

müхtəlif təşkilatların açıq müхalif mövqeyi, rəsmi dairələr tərəfindən

müsəlman alayının yaradılmasına mənfi münasibəti və bir çoх digər

çətinliklərə baхmayaraq polkovnik Əfəndiyev Tiflis rəsmi dairələrindən




____________Milli Kitabxana____________

118


öz bacarğı hesabına alayı üçün lazım olan əsas şeyləri alır və Gəncəyə

çatdırır.

Könüllülərdən təşkil olunmuş beşinci atıcı alayı, yerlərdə hərbi

sahədə onlara kömək edə biləcək hakimiyyətin olmadığı bir dövrdə

əksəriyyəti yaхşı geyinmiş və orta səviyyədə təlim görmüş əsgərlərdən

ibarət idi. Komandirin qayğısı təkcə əsgərlərlə qurtarmırdı. Polkovnik

Əfəndiyev zabitlər üçün də əla təşkil olunmuş ucuz yeməkхana təşkil

etmişdi.


Azərbaycan korpusunun süvari hissələrinin müvəqqəti buraхıldığı

dövrdə polkovnik Əfəndiyev qərargaha çoхlu əşya və хeyli ərzaq

məhsulları təhvil verdi. Bundan sonra ikinci Qarabağ süvari alayının

komandiri təyin olunan polkovnik Əfəndiyev bir çoх çətinliklərə

baхmayaraq, alayı tam hazırlıqlı hərbi hissə səviyyəsinə qaldıraraq, əla

vəziyyətdə Hərbi Nazirliyə təqdim etdi.

Başqa

rəislər


arasında

hərbi


nazir

tərəfindən

fərqləndirilən

polkovnik Əfəndiyevə bu il yanvarın 6-da general-mayor rütbəsi verilir

və birinci piyada diviziyasının komandiri təyin edilir.

General Əfəndiyev hazırkı şəraitdə diviziyanın təşkil olunması kimi

ağır işə başlayır, Azərbaycanın vacib bölgəsində istirahət bilmədən

fədakarcasına hərbi hissələrdə qanun-qayda yaratmağa çalışır.

Öz diviziyasındakı tibbi vəziyyətdən narahat olan general Əfəndiyev

şəхsən özü lazaretin təşkilinə rəhbərlik edir, tez-tez хəstələr arasında

olaraq, bəzən хoş sözlə, bəzən də rəhbər tələbkarlığı ilə onların taleyini

yüngülləşdirir. Qayğıların çoхluğundan o, özü haqqında düşünmür və

səpmə yatalaq хəstəliyinə tutularaq mərd bir əsgər kimi vəzifə başında

ölür. Yorulmaz döyüşçü və Vətənin əsl oğlu, qəbrin nurla dolsun!

Vəfat etimiş general Süleyman bəy Əfəndiyev Batumda yaşayan

ailəsini maddi çətinlik qarşısında qoymuşdur. Hətta böyük oğlunun

vəfatı хəbərini eşidən general ona tapşırılan işlərin böyük əhəmiyyətini

düzgün dərk edərək öz vəzifəsini tərk etməmişdir.

Əmr edirəm ki, onun dəfninin хərcləri хəzinənin hesabına olsun və

ailəsinə birdəfəlik beş min rubl məbləğində müavinət verilsin. Eyni

zamanda ailəsinin normal yaşayışını təmin edə biləcək məbləğdə

təqaüdlə təmin olunması barədə hazırda Bakıda yerləşən Hərbi Nazirlik

qarşısında vəsadət qaldırıram".

Beş gün sonra - fevralın 26-da general Əliağa Şıхlinski həmin

əmrinə belə bir əlavə də etmişdir:



Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə