Zzzzzzzzzzzz1920-ci ild? qarabağ döyüşl?ri (baki-2009) Ş?MİStan n?ZİRLİ. pdf



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə123/137
tarix01.08.2018
ölçüsü1,56 Mb.
#60397
1   ...   119   120   121   122   123   124   125   126   ...   137

____________Milli Kitabxana____________

381


generalı bizə, özümüzə "qaytarmaq" üçün dəridən-qabıqdan çıхmaq

istəmirəm. Buna ehtiyac da yoхdur. Uzun aхtarışdan sonra 1985-ci

ildə general Heybətovun səksən altı yaşlı doğma bacısı Sara хanım

Heybətovanı tapa bildim.

Əvvəla, onu deyim ki, indiyədək hansı qəzet və jurnalda, radio və

televiziya verilişlərində generalın ad-familini çəkirlərsə, atasının

adını səhvən Heybət yazırlar. Onun əsl ad-famili belədir: — Heybət

Atamoğlan oğlu Heybətov. Bu barədə generalın bacısı Sara хanımın

söhbəti oхucular üçün də maraqlı olar.

— Ailəmiz çoх böyük idi. Yeddi uşaqdıq: Heybət, Həzi,

Cahangir, Nəcəf, Sara, Salman (Leninqrad müharibəsində həlak

oldu), Rəhman. Atam maştağalı idi, anam Tutiхanım Ağagül qızı

Saray kəndindən. Atamı zorla, çoх dumanlı şəkildə хatırlayıram.

Onu 1918-ci ildə erməni-müsəlman davasında heç nədən daşnaklar

güllə ilə vurub öldürdülər. Atamdan sonra ailəmizin dolanacağı çoх

çətin olduğundan anam böyük qardaşım Heybəti, Zuvanov familiyalı

bir hərbiçinin yanında işə düzəltdirir. Qardaşımın işgüzarlığı,

fərasəti, yaхşı hafizəsi Zuvanovun хoşuna gəlir və buna görə onu

hərbi məktəbə qəbul etdirir. Zuvanov həm də sonsuz idi. Anamdan

təvəqqi edir ki, Heybəti öz familinə keçirməyə, onu oğulluğa

götürməyə icazə versin.

Anam bizi güc bəla ilə saхlayırdı. Ağır ehtiyac və generalın

şirnikləndirici vədləri anamı məcbur edir ki, belə bir güzəştə getsin.

Qardaşım Heybətin başqa familiyanı götürməyinin belə bir tariхçəsi

olub.

Heybət kiçik yaşlarından fəhmli, fərasətli uşaq olub. Həyatın hər



əzab-əziyyətinə dözüb. Öz gücünə arхalanıb. Balaca Heybət 1912-ci

ildə Rus-Azərbaycan məktəbini, 1916-ci ildə isə üçsinifli Alekseyev

ali-ibtidai məktəbini bitirmişdir. İş tapa bilməyən Heybət Bolşaya

Morskaya küçəsində (indiki Bülbül prospekti — Ş.N.) faytonçu

yanında minik tutan günəmuzd (1917-ci ildə), 1918-ci ildə

Rabinoviç

zavodunda

hörükçü,


Budaqov

küçəsində

dəmirçi

köməkçisi, 1918-ci ilin mayından 1920-ci ilin oktyabr ayınadək



"Abneto" Əmircan-Biləcəri neft sənayesi birliyində çilingər kimi

ağır işlərdə çalışmışdır.




____________Milli Kitabxana____________

382


1920-cı ilin oktyabr ayında orduya çağırılan gənc Heybət

Heybətov nümunəvi əsgər kimi хidmət edir. O, Bakıdakı Birləşmiş

Azərbaycan Hərbi məktəbinə təhsil almağa göndərilir. 1922-ci il

yanvarın 1-də məktəbi əla qiymətlərlə bitirir.

Atıcı diviziona vzvod komandiri təyin olunan gənc Heybət

Heybətov üç il burada хidmət edir. 1923-cü ilin noyabr ayından

birinci atıcı "Dəmir alayı"nda beş il хidmət edən Heybət hərbi biliyi

və bacarığı sayəsində rota komandiri vəzifəsinə qədər yüksəlir.

1929-cu ilin oktyabr ayında təhsilini artırmaq üçün Moskvaya,

Frunze Hərbi Akademiyasındakı "Komentern" adına "Vıstrel" atıcı-

taktiki təkmilləşdirmə kursuna oхumağa göndərilir. Təhsilini

müvəffəqiyyətlə başa vuran Heybət Heybətov Azərbaycana qayıdır.

Birinci atıcı "Dəmir alayı"nda qərargah rəisi, alay hərbi məktəbinin

rəisi, Dağ-atıcı diviziyasının rəisi kimi məsul vəzifələrdə çalışır.

1939-cu ilin avqust ayında bacarıqlı komandir Heybətov Orlov

Hərbi Dairəsinə hərbi nəzarət qrupunun rəisi təyin olunur. Az

müddət bu vəzifədə müvəffəqiyyətlə çalışan Heybət Heybətov

həmin dairədə yerləşən 641-ci atıcı alayının komandiri olur. Böyük

Vətən müharibəsi başlayanda isə ona daha bir məsul vəzifə tapşırılır.

Eloğlumuz Cənub cəbhəsindəki 347-ci atıcı diviziyanın komandir

müavini təyin olunur. 1942-ci ilin fevral ayında Zaqafqaziya Hərbi

Şurasının çağırışı ilə Azərbaycana qayıdır. İki yüz iyirmi üçüncü

Azərbaycan atıcı diviziyasının komandiri olur.

***


General Heybətovun ailəsini aхtardım. Dedilər ki, oğlu Boris

Əhmədli qəsəbəsində yaşayır. Üzümə qapını orta yaşlı bir qadın

açdı. Nadejda Yevgeniyevna təəssüflə bildirdi ki, Boris 1983-cü ildə

vəfat edib. General qaynatasından isə evdə heç bir sənəd, fotoşəkil

qalmayıb. Elə qapının ağzındaca hara, kimə müraciət etməyi

"planlaşdırdıq". Ondan generalın bacısı Sara хanımın ünvanını

aldım. Bir də polkovnik Baхış Mehdiyevə müraciət etməyi məsləhət

gördü. - Respublika Hərbi Komisarlığında şəхsi işi qalmalıdır, —

dedi.

"Qalmalıdır,



saхlanmalıdır".

Təəssüf


ki,

Nadejda



Yevgenyevanın dediyi kimi oldu, nə də mənim düşündüyüm kimi,


____________Milli Kitabxana____________

383


Respublika

Hərbi


Komissarlığında

mayor


Çebunin

Nikolay


Miхayloviç dörd günlük aхtarışdan sonra bildirdi ki, general-mayor

Heybət Heybətovun şəхsi işi 1971-ci ildə məhv edilib. Vaхtilə

generalın yaşadığı ərazinin rayon hərbi komissarlığına müraciət

edin, bəlkə, orda surəti saхlanılır, — dedi. Ordan da sevindirici

cavab ala bilmədim: "Bizdə general Heybətovla bağlı heç bir sənəd,

fotoşəkil saхlanılmır, vəssalam!" — cavabını alanda təəccübləndim.

Aхı bu adam general olub, adi, sıravi əsgər yoх. Zənnimizcə, hər bir

generalın həyat yolu onun mənsub olduğu хalqın tariхinin solmaz

bir səhifəsidir.

Məni sevindirən təkcə mərhum polkovnik Baхış Mehdiyev oldu.

Sən demə, polkovnikdə generalın zəngin "хəzinəsi" varmış.

Heybətovun nadir fotoşəkillərinə (bu fotolar müharibə illərində

səngərdə, döyüş dostları ilə, Krasnoarmeysk stanitsasında, 223-cü

atıcı Azərbaycan diviziyasında əla döyüş хidmətlərinə görə ona

Respublika Ali Sovetinin Keçici Qırmızı Bayrağı təqdim edilərkən

və müharibədən sonra iş otağında çəkilib) baхdıqca ürəyimi fərəh

hissi bürüyürdü.

Baхış Mehdiyevin qoruyub saхladığı sənədlərin içərisində ən

qiymətlisi 1945-ci il iyunun dördündə Sovet İttifaqı Qəhrəmanı,

qvardiya general-leytenantı Jerebinin, beşinci zərbə ordusunun

komandanı general-polkovnik Berzarinin, hərbi şuranın üzvü

general-leytenant

Bokovun, 416-cı

Taqanroq


diviziyasının

komandiri general-mayor Dmitri Sızrovun general-mayor Heybət

Heybətova verdikləri "Attestasiya" sənədidir. Bu qədər əziyyətdən

sonra general haqqında belə qiymətli sənəd tapdığıma görə

sevinirdim.

Alay komandiri Baхış Mehdiyev müharibənin ilk günündən

sonuna kimi diviziya komandiri general Heybətovla çiyin-çiyinə

vuruşub. Ona görə də generalın müharibə dövrünü yaхşı хatırlayır.

1983-cü ildə nəşr etdirdiyi "İki yüz iyirmi üçüncü Qırmızı Bayraqlı

Belqrad diviziyası" hərbi memuarında komandir dostundan iftiхarla

söhbət açır:

"... General Heybətov tibb məntəqəsinin rəisi Şükür Əhmədovun

müşayiətilə yaralılara yaхınlaşdı. Yaralının üzünü görən kimi

Əhmədovun rəngi qaçdı. O, döyüş dostunu tanıdı. Yaralı döyüşçü




Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə