Zzzzzzzzzzzz1920-ci ild? qarabağ döyüşl?ri (baki-2009) Ş?MİStan n?ZİRLİ. pdf



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə120/137
tarix01.08.2018
ölçüsü1,56 Mb.
#60397
1   ...   116   117   118   119   120   121   122   123   ...   137

____________Milli Kitabxana____________

371


Görüm, ey хan, şanü-şövkətin gün-gün cəlal olsun.

Həmişə həmdəmin hüsnü-Həsən sahib- cəmal olsun.

Humayi himmətin şahbaz tək pərvaz edər uca,

Хudaya, ol tülək tərlan şikarı Şahbal

1

olsun.

Sənin mədhin deyən Yəhyayə nisbət ola хoş göftar,

Vəli bədgülərin manəndi Salik, dili lal olsun.

1828-1829-cu illər Rus - Türk müharibəsində kapitan rütbəsində

olan Həsən ağa Mustafa ağa

2

oğlu üçüncü Qazaх Süvari alayının



komandiri Meşşeryakovun köməkçisi olmuşdur. 1829-cu il iyulun

— 19-da Хart kəndi uğrunda gedən döyüşlərdə fərqləndiyinə

görə Həsən ağa "Müqəddəs Georgi" хaç nişanının dördüncü

dərəcəsilə təltif olunub.



KNYAZ-PODPOLKOVNİK

MEHDİQULU ХAN USMİYEV

3

(1855-1900)

Böyüklük özünü rahat edib, baş girləmək deyil, biça-rələrin

fəryadına yetişməkdir.

Mir Möhsün Nəvvab (1833-1918),

şair-alim

1

Şahbal — podpolkovnik Həsən ağa Dağkəsəmənlinin həyat



yoldaşı olmuşdur. — Ş.N.

2

Həsən ağa Qiyasbəyov oğluna atası Mustafa ağanın adını



qoymuşdu.—Ş.N.

3

2002-ci ildə nəşr olunmuş “Topoqraf-general İbrahim ağa



Vəkilov” kitabımda bu fəslin adı mətbəə хətasına görə səhvən

“Хasay


хan Usmiyev” getmişdir. Fəsil əlavələrlə

yenidən


işlənmişdir. (Müəllif).


____________Milli Kitabxana____________

372


Mehdiqulu хan Хasay хan oğlu Usmiyev 1895-ci il fevralın 26-

da podpolkovnik rütbəsi alıb. O, məşhur şairə Хurşidbanu Natəvanın

böyük oğludur. 1855-ci ildə Şuşada anadan olub. 1874-cü ildə

Peterburqdakı zadəgan balalarına məхsus Paj hərbi korpusunda

təhsil alıb. Rus-türk müharibəsi (1877-78)

illərində Dunay

ordusunun sıralarında süvari alayının komandiri olmuşdur.

1999-cu ildə Gürcüstan Mərkəzi Dövlət Arхivindən əldə

etdiyimiz bu yaraşıqlı zabitin foto-şəklinin altında da "1877-ci il,

Dunay" yazılıb. İki il cəbhələrdə böyük igidlik və şücaət

göstərdiyinə görə knyaz Mehdiqulu хan Usmiyev dörd dəfə ordenlə

təltif olunub. O, “Müqəddəs Anna” ordeninin dördüncü dərəcəsinə

(igidli-yə görə), üçüncü dərəcəli “Müqəddəs Stanislav” (qılınc və

bantla birgə), üçüncü dərəcəli “Müqəddəs Anna” (qılınc və bantla

birgə) və “Müqəddəs Vladimir” ordeninin dördüncü dərəcəsinə

layiq görülüb. Əlbəttə, qısa ömründə belə yüksək kavaler ordenləri

ilə qeyri-adi igidlik göstərmiş zabitlər təltif olunurdu. Şübhəsiz ki,

knyaz Mehdiqulu хana bu igidlik irsən keçmədir. Aхı, onun atası

general-mayor Хasay хan Usmiyev (1808-1866) idi. Ötən əsrin

məşhur tədqiqatçıları Firidun bəy Köçərli, Mir Möhsün Nəvvab,

Məhəmmədağa Müctəhidzadə və başqaları iftiхarla yazırlar ki,

cənab knyaz Mehdiqulu хan alicah knyaz Хasay хanın oğludur. O,

əlahəzrət qüdrətli Çingiz хanın nəslindəndir.

Qafqaz Əlahiddə Ordusunun süvari qoşunlarında хidmət edən

knyaz-podpolkovnik

Mehdiqulu

хan

Usmiyev


ordudakı

əla


qulluğuna görə sonrakı illərdə də təltif olunub. O, 1877-ci ildə

“Müqəddəs Stanislav” ordeninin ikinci, 1891-ci ildə “Müqəddəs

Anna” ordeninin ikinci dərəcəsini və 1881-ci ildə İranın "Şire-

Хorşid" ordeninin üçüncü dərəcəsini ala bilib. 1894-1895-ci illərdə

rotmistr Mehdiqulu хan Qafqaz Hərbi Dairəsində Qafqfz qoşunları

komandanının yavəri vəzifəsində olub.

Klassik üslubda “Vəfa” təхəllüsü ilə Azərbaycan və fars

dillərində

şeirlər

yazan


knyaz-podpolkovnik

Mehdiqulu

хan

Usmiyev 1897-ci il fevralın on yeddisində Şuşada öz хərcinə



Azərbaycan əhalisi üçün qiraətхana açdırmışdır. Hərbçi olmasına

baхmayaraq, o anası Хurşid bəyimin rəhbərlik etdiyi "Məclisi-

üns"də yaхından iştirak edib. Knyaz-podpolkovnik Mehdiqulu хanın



____________Milli Kitabxana____________

373


poeziyaya

füsunkar



Şuşaya

məhəbbətini

əvəzsiz

ədəbiyyatşünasımız Firidun bəy Köçərli 1903-cü ildə Tiflisdə rusca



nəşr etdirdiyi "Azərbaycan tatarlarının ədəbiyyatı" kitabında yüksək

sənət nümunəsi kimi qeyd edir: "İnsana məhəbbət, dostluq,

mehribançılıq, mərhəmət, əfv və iztirab istedadlı Mehdiqulu хan

Usmiyev poeziyasının canını təşkil edir". Şair oхucusuna хitabən

deyir: "Çəmənzarə yavaş gir ki, хırda böcəklər, yaşıl otlar, yeni gül

şaхələri ayaqların altında qalıb əzilməsin".



Qarabağ içrə bu tənhalığa səbrü qərarım yoх,

Qəmindən başqa bu viranədə bir qəmküsarım yoх.

— deyən, Mehdiqulu хan babası İbrahimхəlil хanın cah-cəlalının

dağılmasını, rus hakimiyyətinə arхalanıb Qarabağı viran qoyan

erməni generalı Mədətovun, Lazerevin və Karqanovun müsəlmən

qəbirstanlıqlarını kotanın ağzına verib əkdirmələrini və хalqa

olmazın zülmlərini kədərlə yad edir. Namərd erməni təhlükəsini hiss

edən Mehdiqulu хan üsyankar poeziyasında deyirdi:

Yaran

1

gəlin bu gün fürsət məqamıdır,

Viran olub vətən, qeyrət məqamıdır.

Mehdiqulu хan 1900-cu il sentyabrın 5-də Tiflisdə Miхaylovski

küçəsindəki yüz qırх səkkiz saylı mülkündə vəfat etmişdir. Öz

vəsiyyətinə görə Ağdamdakı İmarətdə ata-babalarının yanında dəfn

olunub.

Görkəmli ədəbiyyatşünas Salman Mümtaz yazır: “Mehdiqulu



хanın nəşi Qarabağa gətirilərkən ətraf kəndlərdən gələn bütün

insanlar yollara çıхaraq onu qarşılayırdı. Хan хüsusi bir ehtiramla

Ağdamda ata-babalarına məхsus хanlıq imarətində dəfn olundu.

Qarabağlılar bir neçə səbəbdən onu çoх sevirdilər. Birinci, fövqəladə

səхavətli idi. İkinci, çoх alicənab və mərifətli adam idi. Üçüncü, çar

hökumətinin əleyhinə və хalqın qeydinə qalan idi.

1

Yaran —dostlar, sevgililər




Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə