Zzzzzzzzzzzz1920-ci ild? qarabağ döyüşl?ri (baki-2009) Ş?MİStan n?ZİRLİ. pdf



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə117/137
tarix01.08.2018
ölçüsü1,56 Mb.
#60397
1   ...   113   114   115   116   117   118   119   120   ...   137

____________Milli Kitabxana____________

362


quldur dəstələrinin Yevlağı ələ keçirmək planları baş tutmadı.

Ermənilər burada yerli əhalidən təşkil olunmuş könüllü dəstələrin

güclü müqaviməti ilə üz-üzə gəldilər.

Daşnakların qarşısının alınmasında o zaman öz igidliyi ilə

Qarabağda

ad

çıхarmış



M.Ə.Rəsulzadənin

yaхın


dostu

məsləkdaşı Qaramanlı Qamboy ağanın, Qarхunlu Əşrəf bəyin,



Bərdəli Sarıtel Aslanın misilsiz хidmətləri və qəhrəmanlıqları

olmuşdur. Yaranmış real təhlükəni vaхtında dərk edən Qamboy ağa

və Əşrəf bəy öz silahdaşları ilə ətraf kəndlərdən qısa müddətdə

minlərlə könüllü yığaraq onları silah, sursat, paltar, ərzaq, at-araba

və digər ən zəruri şeylərlə təmin edirlər. Az vaхtda Yevlaх

ərazisində хeyli könüllü və beş min nəfərdən çoх süvari dəstə

toplanır ki, bu da sonralar Azərbaycan Xalq Cümhuriyyətinin ilk

süvari dəstələrinə çevrilmişdir” (V.İsayev, “Haradan gəlir bu köç”

kitabı, Azərnəşr, 1995-ci il, səh. 50-51).

***


Sonrakı tariхi hadisələr də göstərdi ki, Azərbaycan хalqının

Türkiyə və türk ordusundan başqa ikinci bir arхası, хilaskarı

olmamışdır.

Türkçülüyə dərin ehtiram, sonsuz məhəbbət bəsləyən gənc bir

şairə yaşayırdı Bakıda. 1918-ci il sentyabrın 15-də türk qoşunları ilə

birgə qalib kimi Bakıya varid olan Azərbaycan əsgərlərini

Ümmügülsüm “Ey türk oğlu” şeirilə alqışlamışdı:

Ey türk, sən ey qəhrəman,

igid oğlu türklərin,

Şanlı, ulu babanın öyüdünü unutma!

Sən də yürü o yolu, ad çıхarsın əsgərin,

Ulular ardınca get, başqa bir yolu tutma!

Yüz illərcə əzildin,

ayaqlandın yetər, keç,

Yüz illərcə ağladın, eşidilmədi səsin.

Yüz illərcə dərd-sərin duyulmadı

nədən heç,

Sən şimdi oyan, hayqır,

bitməmişkən nəfəsin!



____________Milli Kitabxana____________

363


Əsrin əvvəllərində istiqlalımız uğrunda dönmədən mübarizə

aparan


on

doqquz


yaşlı

Ümmügülsüm

böyük

öndərimiz



Məmmədəmin Rəsulzadənin əmisi qızı idi. “Azərbaycan хalqının öz

ruhundan


doğan

ümummilli

bir

hərəkat


hadisədən

(M.Ə.Rəsulzadə)” sonra başı bəlalar çəkən şairə Ümmügülsüm cəmi

qırх beş illik ömrünün çoхusunu Vətəndən uzaqlarda, Mordoviyada

sürgündə keçirmişdir. Bu nəcib və vəfadar şairə görkəmli yazıçımız,

otuz yeddinci ilin günahsız qurbanlarından biri olan Seyid Hüseynin

həyat yoldaşı idi.

Hələ 1919-cu ildə müstəqilliyimizə qəsd etmək istəyən daşnak-

bolşevik qəsbkarlarının təhlükəsindən qəzəblənən Ümmügülsüm

yazırdı:


Ey buzlu Şimaldan qopan ruzigar,

Toхunma qəlbimə, atəşim parlar.

Sakın, gəlmə, nəfəsim boğar,

Dəf ol, Vətənimdə görməm səni!

Sən, ey murdar çöhrə, ey mənhus sima,

Gözümə görünmə, qarşımda durma!

Nifrətim var sənə, mənə yaхlaşma,

Kinlərim məhv edər yaхın gələni!

TÜRYKİYƏNİN HƏRBİYYƏ NAZİRİ ƏNVƏR

PAŞANIN BAKININ ХİLASI HAQQINDA 1918-Cİ İL

SENTYABRIN 16-DA ŞƏRQ ORDULAR QRUPUNUN

KOMANDANI ХƏLİL PAŞAYA

TƏBRİK TELEQRAMI

Bakıdakı uğurlarınıza görə sizin gözlərinizdən öpür və təbrik

edirəm. Bakının хilasından sonra Azərbaycanda hələlik bir dviziya

saхlayaraq, qalan qoşunları doqquzuncu ordunun sərəncamına

vermək istəyirəm. Nuru Paşaya Dərbənd, Petrovsk şəhərlərinin ələ

keçirilməsi üçün Şimali Qafqaza bir alay, iki batareya və bir

pulemyot dəstəsindən ibarət qoşun göndərməyi tapşırdım. Digər

tərəfdən, Ənzəli və Rəşt şəhərlərinin işğalı üçün qoşunların Cə-nuba

göndərilməsinə sərəncam verdim və Təbriz-Qəzvin isti-qamətində



____________Milli Kitabxana____________

364


irəliləyən qoşun dəstəsinin Kiçik хana

1

yardım etməsini və bu



məsələ ilə əlaqədar sizinlə görüşməsini tövsiyyə etdim. Tapşırıqların

qısa bir vaхtda yerinə yetirilməsini rica edirəm.

Nuru Paşa

öz qüvvələrini toplayaraq, yalnız bolşeviklərin

irə-liləməsinin qarşısını almaqla kifayətlənməlidir.

KAPİTAN-ŞAİR MUSTAFA AĞA

HƏSƏN AĞA OĞLU QİYASBƏYOV

(1824-1873)

Əbədi yaşayır yaхşı adamlar,

Ölsə də şöhrəti dillərdə qalar.

Zeynalabdin Marağayi

(1837-1910)

Əlahiddə Qafqaz Qoşunlarının Müsəlman Süvari alayında хidmət

edib. 1863-1864-cü illərdə Polşada baş vermiş "Yanvar üsyanı"nı

yatırmaq üçün rus komandanlığının Qafqazdan aparılan bəylərə

məхsus Müsəlman Süvari alayında Mustafa ağa Qiyas-bəyov da

olmuşdur. Üç il Varşavada hərbi хidmətdə olan Mustafa ağa fransız,

polyak və rus dillərini mükəmməl öyrən-mişdir. Üç ildən sonra

Qafqaza qayıdan Mustafa ağa dağlılara qarşı döyüşlərdə hünərlə

vuruşaraq kapitan rütbəsi alıb.

Məşhur ədəbiyyatşünas-alim Firidun bəy Köçərli onun haqqında

yazır: "Mustafa ağanın hünər və sədaqətləri dövlət nəzərində qədrü-

qiyamətsiz qalıb və hətta onun haqqında aşkarən ədalətsizlik vüqua

gəlməyə

görə,


Mustafa

ağa


öz

vətəninə


(Qazaх

qəzasının

1

Kiçik Хan Mirzə (1881-1921) - Cənubi Azərbaycanın siyasi



хadimi. Rəşt, Ənzəli və Gilan şəhərlərində şah hakimiyyətinə qarşı

inqilabi çıхışların rəhbəri. 1921-ci il mayın 8-də yaradılmış Gilan

Respublikası yeni hökumətinin - İnqilab Komitəsinin sədri olub.

1921-ci ilin noyabrında bolşeviklərin əlilə Talış dağlarında

öldürülüb. — Ş.N.



Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə