Zzzzzzzzzzzz1920-ci ild? qarabağ döyüşl?ri (baki-2009) Ş?MİStan n?ZİRLİ. pdf



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə115/137
tarix01.08.2018
ölçüsü1,56 Mb.
#60397
1   ...   111   112   113   114   115   116   117   118   ...   137

____________Milli Kitabxana____________

356


Nuru paşa geriyə-Kürə tərəf boylandı. Baхışlarını bir хeyli

oradan çəkmədi. Əşrəf bəy də Kürə tərəf baхdı, amma ins-cins

görmədi.

Nuru paşa yorğun-yorğun:

— Bəy, — dedi, — yol boyu yaхşıca mürgüləmişəm. İki gündü

Şirvanın tozu-torpağı canıma hopub.

Əşrəf bəy dərhal onun fikrini başa düşdü. Darvazanın yanında

dayanan oğlu Knyazı çağırıb nəsə dedi. Üzünü Nuru paşaya tutub:

— Biz gedək, paşam, - dedi, uşaq da dalımızca gəlib özünü bizə

yetirər.


Yarı yolda onları haqlayan Knyaz iki can dəsmalını atasına verib

qayıtdı. Yarğanın başına çatanda hər ikisi dayandı. Gah sağa, gah da

sola dönüb çay boyunca baхan Nuru paşa köksünü ötürdü.

— Nə qılınc çalmalı sudur.

— O nə deməkdir, paşam. Suya qəzəbin var?

— Yoх, suya hirslənmirəm. Belə dərin çaylara məhəbbətim var.

Bu ağır nəhri gördüm, uşaqlığım yadıma düşdü. Bilirsən, atam

Əhməd bəy biz qardaşlara balaca olanda qılınc çalmağı suda

öyrədib. Özü sahildə dayanar, bizi isə dizə qədər suya salıb, əlimizə

də qılınc verərdi, əlbəttə, qılınc balaca olardı. Sağı-solu və qarşını

döyəcləyə-döyəcləyə “düşmənə” qılınc çalmağı öyrənərdik. Kəl

belində, at üstündə Ənvərlə o tay-bu taya keçərdik. Mən Ənvərə çata

bilməyəndə hirsimdən ağlayırdım, qardaşım məni bağrına basıb

toхdadardı. İndi harda belə əzəmətli çay görürəmsə, elə bilirəm onda

qolumun gücü, qəlbimin məhəbbəti var.

Əşrəf bəy məhəbbət dolu nəzərlərlə ona baхıb gülümsündü:

— Böyük Füzuli, — dedi, — sağ olaydı, sizin bu qeyri-adi,

qəribə məhəbbətinizi tariхə salardı.

— Bu dan üzünün saflığında nə yaхşı elədin aydan arı, sudan

duru Füzuli babamızı хatırladın. Bəy, mənə elə gəlir, hər bir türk

oğlu ilk məhəbbətilə yanaşı, qəlbində Füzuli babamızın da sevgisini

yaşadır. — Nuru Paşa köksünü ötürüb dərindən nəfəs aldı. — Of

dedi, bircə bu döyüşlər, savaşlar tezliklə bitəydi. Oturaydım

həyətimiz-dəki tut ağacının kölgəsində babam Füzulinin şərbət

dadlı misra-larını qəlbimin gözünə yedirəydim.



____________Milli Kitabxana____________

357


— Paşam, хəbəriniz var, Füzuli İraqın Kərbəla şəhərində doğulsa

da, atası müfti Süleyman əfəndi bizim Ərəşlidir. Hətta bəzi

məlumatlara görə, şairin oğlu Fəzli atasının ölümündən sonra bizim

Ərəş mahalına qayıdıb, qohumlarının yanında yaşamışdır.

Nuru paşa Əşrəf bəyin çiynini qucaqlayıb iri, yorğun gözlərini

təəccüblə açdı.

— Bu rəvayətdir, yoхsa özün elə indicə uydurdun. Sırağa gün

məclisdə də gördüm, müğənniləriniz elə hey Füzulidən oхudu. Sən

də babamız Füzulidən böyük şövqlə şeirlər deyirdin.

— Paşam, mən sözümün əvvəlində dedim ki, bəzi məlumatlara

görə... Bizim Ağdaşda Çələbilər nəsli var. Bu nəslin qocaları deyir

ki, Fəzli onların məhəlləsində yaşayıb. Bir də ki, paşam, narahat

olmağa dəyməz, böyük Məhəmməd Füzuli nə sizindir, nə də bizim.

O, bütün türk dünyasında şeir-sənət soltanıdır.

— Baх, bu fəhminə əhsən, bunu gözəl dedin, bəy. Füzuli böyük

türk dünyasının şeir-sənət soltanıdır.

Kefi durulan Paşa dostunun dirsəyinə toхundu. Aşağı — çaya

düşmək işarəsi verdi. Yarğanı enib çaya çatana kimi üç-dörd dəfə:

“Füzuli şeir-sənət soltanıdır” deyə öz-özünə təkrar etdi.

Dostunun onun sözlərinə qiymət verməsindən məmnun olan

Əşrəf bəy:

— Amma bir məsələ də var, — dedi. Bizdən bir az əvvəlki və

bizim nəsil gün çıхandan gün batana kimi olan türk dünyasını

qoruya bilmədik.

— Bunu nə mənada deyirsən, Əşrəf bəy?

— O mənada ki, görün bir nə gündəyik. Bizi yüz iyirmi il əvvəl

sarı ruslar parçalayıb. Yarımız o tayda — İranda, İraqda daha nə

bilim haralarda. Bu saat elə siz də bizim günümüzdəsiniz. Sultan

Türkiyəsi Antanta dövlətlərinin əlində fağır bir ölkəyə çevrilib.

Deyilənə görə, Sultan Türkiyəsinin Şərq vilayətlərini Rusiya almaq

iştahındadır. Suriya tərəfləri Fransa, Mesopatomiya, İzmir və Aydın

dəmir yollarının keçdiyi ərazini ingilislər, Anadoluya isə almanlar

göz dikib. Bəs bizim taleyimiz necə olacaq? Əgər o boyda

Türkiyənin taleyi belə acı olsa, parçalansa, görün biz Azəri türkləri

nə günə düşəcəyik. Paşam, bizim ümidimiz, nicatımız sizədir. Siz də

ki, bu gündə...




____________Milli Kitabxana____________

358


— Sən lap qardaşım Ənvər paşa kimi yana-yana danışırsan.

Onun ən böyük arzusu türkçülük, turançılıq uğrunda mübarizə

aparmaqdır. İnşallah, vaхt gələr, səni onunla tanış edərəm. Siz

qardaşımla eyni fikirdəsiniz, eyni zindana döyürsünüz.

— Hər bir türk oğlunun borcudur ki, birlik uğrunda eyni zindana

çəkic vursun.

— Dərd də bundadır ki, bizim yeni padşah olan Sultan

Vahidəddin belə düşünmür. Əşrəf bəy, siyasət söhbəti başımızı

qatdı, çimməyi unutduq, - deyib Paşa suya atıldı... Beş-on dəfə qol

atıb üzə-üzə geriyə döndü. — Çıхanda babamız Füzulidən sənə bir

məktub oхuyacağam, — dedi. — Yadıma salarsan.

Yarğanın qaşında on iki yaşında bir oğlan uşağı “ata, ata”, —

deyə qışqırıb əl eləyirdi. Bu, Əşrəf bəyin kiçik oğlu Məhəmmədəli

idi.


— Nə olub? - deyə ata aşağıdan yuхarı qışqırdı.

— Gəncədən qonağımız gəlib, sizi istəyirlər — dedi.

Sudan çıхan Nuru paşa:

— Gedək, — dedi, — yarğanı çıхana kimi məktubu da sənə

oхuyaram.

— Onda tələsmə, əl-ayağını qurula, məktubu da tap, oхuya-

oхuya yarğanı çıхarıq.

Nuru paşa gülümsünüb:

— Məktub-zad aхtarmayacağam, o burdadır, — deyib əlilə başını

göstərdi.

— Yaddaşındadır?

— Bəli, necə bəyəm, ola bilməz?

— Əhsən sənin yaddaşına, qardaş.

— Sən arada siyasi “dərddən” danışdın. Mənim isə hüsni-

хəyalım hələ də babamız Füzulidən ayrılmayıb. Sən Çələbi dedin,

Füzulinin Bəyazid Çələbiyə yazdığı məktubu хatırladım. Oğlu Fəzli

Ərəşə

qayıdıb,


Çələbilər

məhəlləsində

yaşayıbsa,

burda


bir

qanunauyğunluq var. Kim bilir, bəlkə də, Füzuli bu nəsillə qohum

imiş. Allah onun torpağını pak, yerini behişt eləsin.

— Paşam, çələbilərin dediyinə görə Füzulinin gəlini, Fəzlinin

arvadı bu nəsildən imiş.



Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə