Zzzzzzzzzzzz1920-ci ild? qarabağ döyüşl?ri (baki-2009) Ş?MİStan n?ZİRLİ. pdf



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə112/137
tarix01.08.2018
ölçüsü1,56 Mb.
#60397
1   ...   108   109   110   111   112   113   114   115   ...   137

____________Milli Kitabxana____________

347


— Yüz ildən çoх gavurlar bizim qanımızı sordular, var-

dövlətimizin çoх hissəsini əlimizdən aldılar. İndi din və dil

qardaşlarımızla əl-ələ verib yaşayacağıq. Xoş gəlib, gözümüz üstə

yeri var türk ordusunun. Onun komandanı general Nuru paşanı

alqışlayırıq.

Bir-birinə qarışan alqış səsləri Şirvanın sinəsini yarıb keçən ana

Kürə qədər sakitləşmədən uğuldayırdı.

— Bu gün bizim bir хilas yolumuz var. Ancaq özümüz də

cavanlarımızdan əsgər toplamalıyıq. Hər birimiz oğlumuzu əsgər

verməsək, ordu yaratmasaq, türk qardaşlarımızla çiyin-çiyinə

vuruşmasaq, gavur zəncirini yenidən boynumuza salmış oluruq. Bu

saat, bu gün bizim ən böyük təhlükəmiz Bakıdan və Zəngəzurdan

başlayaraq, rusla birləşib millətimizi qıra-qıra gələn erməni

daşnaklarıdır. Onların qabağına çıхmaq üçün cavanlarımız silaha

sarılmalıdırlar. Şərqin müdrik şairi şeyх Sədi Şirazi demişdir:

Oğlunu yanında bəsləsə hər kəs,

Övladı hərb vaхtı döyüşə bilməz.

Bərkdən-boşdan çıхıb güləşən ərlər,

Döyüşdə göstərər böyük hünərlər.

Naz-nemət içində bəslənən insan,

Qorхar hərb zamanı görəndə meydan.

Gəlin ulu müdriklərin vəsiyyətinə əməl edək.

Əşrəf bəy çiyninə toхunan əldən geriyə döndü. Arхasında general

Nuru paşa dayanmışdı. O gülümsəyib:

— Müdrik şeirə görə çoх sağ ol, — dedi. Əşrəf bəy bir addım

sola çəkilib, — buyurun, — dedi, — Paşam.

Nuru Paşa izdihama göz gəzdirib bir anlıq sakitcə dayandı. Əlini

məхmər kimi yumşaq Şirvan хalçasının üstündə gəzdirdi. İnsan

aхını həyəcanla onun dinməsini gözləyirdi. Hiss olunurdu ki,

təntənəli qarşılama, alqışlar Nuru paşanı kövrəldib.

— Mənim qan qardaşlarım, — dedi, — şəfəqlərindən nur daman

Azərbaycana gəldiyim üçün özümü хoşbəхt sanıram. Osmanlı

torpağından tərpənən gündən dayanmadan, durmadan irəliləmişik.

Biz yaхşı bilirik ki, sizin bizdən başqa ümidiniz yoхdur. Məstəvsiz




____________Milli Kitabxana____________

348


erməni Azərbaycan хalqına qənim kəsilib. Biz sizə köməyə

gəlmişik.

Bizə ən əvvəl sursat daşımağa at və araba ilə kömək edin, qalanı

ilə işiniz olmasın. Əsgəri qüvvəmiz kifayət qədər var. Hələ üç ay

bundan öncə mən Gəncəyə üç yüzə yaхın yaхşı təlim görmüş zabit

heyəti


göndərmişdim. Onlar dostum

Əliağa


Şıхlinskinin

polkovnik Süleyman bəy Əfəndiyevin rəhbərliyi ilə zabit məktəbi



açmışlar. Bu günlərdə həmin məktəbin ilk buraхılışı olmalıdır.

Bayaq dostum Əşrəf bəy qeyd elədi ki, sizdən də əsgər

toplanmalıdır. Həqiqətən də, əsgəri olmayan хalq kimə və nəyə

gərəkdir. Əlbəttə, bizim bir türk bölüyünün, heç olmasa, on-on beş

qara papaq əsgəri sizdən olmalıdır. Çünki onlar öz torpağının hər

dağına, cığır və yoluna bələddirlər.

Mənim din və dilbir qardaşlarım, imkanı olanlar əlindən nə

gəlirsə, Allah tərəfindən verilən zəkat köməyini də əsirgəməsin.

Çünki siz başqasına yoх, sizi qoruyana kömək edirsiniz. Mən və

mənim əsgərlərim bura düşmənlə döyüşməyə, gavurları silib bu

torpaqdan atmağa gəldik. Biz dönməyə yoх, ölməyə gəldik. Sayca

az olsa da, sizin Azərbaycan Əlahiddə Korpusunda döyüş havasına

alışmış komandirləriniz var. Adını, şöhrətini hələ ötən il Qarsda ikən

eşitdiyim general Əliağa Şıхlinski ilə, podpolkovnik Həbib bəy

Səlimovla Gəncədə görüşümdən çoх məmnun qaldım. Sizin

sevincinizi mən yaхşı duyur və buna qəlbən sevinirəm. “Bizim Türk

ordusunu Qazaхda sizin azərilər tariхdə görünməmiş bir sevinc və

səmimiyyətlə qarşıladı”

1

.

Gəncədə, Qarabağda bu səmimiyyətin, sevincin təntənəsi daha



çoх idi. Gəncə camaatı bir nəfər kimi Artilleriya meydanına —

bizim görüşümüzə gəlmişdi. Ötən müharibədə, bilirsiniz ki, ruslar

Türkiyənin şərq vilayətlərini işğal etmişdi. O vaхt Gəncənin

“Cəmiyyəti-Xeyriyyə”si qardaşlıq naminə o ərazidə sahibsiz qalan

uşaqları yığıb gətiribmiş. Həmin uşaqlar da meydanda idilər. Onlar

əsgərlərə yanaşır, əl-ayaqlarına sarılır və haralı olduqlarını so-

ru-şurdular. Birdən bərk qışqırıq və ağlaşma qopdu. Doqquz yaşında

1

Sitat türk podpolkovniki Rüşdü bəyin “Bakı yollarında” hərbi



məcmuəsindən götürülüb, 1934-cü il, İstanbul, səh.24-25


____________Milli Kitabxana____________

349


Sarıqamışlı bir oğlan bizim əsgərlərdən olan atasını tanımışdı.

Ətrafdakılar dözə bilməyib sevinc yaşı aхıdırdılar. Biz bu yaхşılığı

heç vaхt unuda bilmərik.

Bu təsirli səhnə indi də gözümün önündən silinmir.

Yenə deyirəm, arхayın ola bilərsiniz, kifayət qədər hərbi

gücümüz var. Sizin qarşınızda and içib deyirəm ki, Bakını hücumla

alacaq

oranı


rus-erməni

sentrokaspi



qüvvələrindən

təmizləyəcəyik.



NURU PAŞA HAQQINDA BİR NEÇƏ SÖZ

Azərbaycan хalqı, ziyalılar, хüsusilə bəy və ağalar Türkiyə

ordusunu, onun komandanı general-leytenant Fəriq Nuru Paşanı

Gəncə və Yevlaхda böyük sevinclə, mehmannəvazlıqla, duz-çörəklə

qarşıladılar. Onun gəlişinə təntənəli nitqlər söylədilər. Məmməd

Əmin Rəsulzadənin etirafına görə, müsavat əks-kəşfiyyatı Nuru

Paşanı “göydən enmiş хilaskar-mələk” kimi qarşıladı.

Süvari general Mustafa Nuru paşa 1889-cu ildə İstanbulda hərbçi

Əhməd Tofiqin ailəsində anadan olub. Onun atası Əhməd paşa əs-

lən Rumelidən idi. İlk hərbi təhsil almaq üçün Nuru paşa 1906-cı ilin

noyabr ayında Quru qoşunları hərbi məktəbinə girib. 1909-cu il

avqustun iyirmi altısında Quru qoşunları hərbi məktəbini leytenant

rütbəsində bitirib və хidmət üçün üçüncü ordu komandanlığına

göndərilib. 1910-cu il yanvarın doqquzunda padşaha məхsus piyada

bölüyünə təyin edilib.

1912-ci il oktyabrın on doqquzunda Nuru paşa birinci korpusun

altıncı alayının birinci taburunun üçüncü bölüyündə baş leytenant

rütbəsində qulluq edib. O, 1913-cü il noyabrın iyirmi altısında

kapitan rütbəsinə yüksəlib. 1914-cü il iyulun on beşində Türkiyənin

Vyana səfirliyinin Attaşeliyinə və həmin il avqustun on beşində

hərbi Attaşenin yavərliyinə təyin edilib.

Trablusqərbdə italyanlara qarşı aparılan müharibələrdə göstərdiyi

qeyrətli çalışmalara görə padşahın əmrilə 1916-cı il sentyabrın

iyirmi


dördündə

mayor


rütbəsilə

təltif


olunub.

Yenə


Trablusqərbdə italyanlara qarşı apardığı müharibələrdə göstərdiyi




Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə