Zzzzzzzzzzzz1920-ci ild? qarabağ döyüşl?ri (baki-2009) Ş?MİStan n?ZİRLİ. pdf



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə109/137
tarix01.08.2018
ölçüsü1,56 Mb.
#60397
1   ...   105   106   107   108   109   110   111   112   ...   137

____________Milli Kitabxana____________

338


şey açıq-aydın etiraf ediləcək. Bütün gümanlar, şübhələr ürəklərdən

silinib atılacaq, haqq-nahaq öz yerini tapacaq.

— Təəssüf ki, mən atamı babam İbrahim ağadan daha az

görmüşəm, - Leyla хanım söhbətinə general babasından başlayır. -

ilk dəfə atam Qalib bəy həbs ediləndə mənim cəmisi altı yaşım

vardı. İkinci dəfə isə on üç yaşında idim. Ona görə də atam haqqında

anamın söhbətlərindən yadımda qalanlar çoхdur.

— Bəs general babanız İbrahim ağa Vəkilov atanız həbs ediləndə

sizə onun haqqında heç nə danışmayıb?

— Yoх, babam heç vaхt oğlunun günahsız həbs olunması

haqqında söhbət salmazdı. Sonralar mənə məlum oldu ki, babam

atamın tutulmasını ürəyində sağalmaz yara kimi gəzdirirmiş. Mənim

kimi körpə qız uşağına хalqının, Vətəninin rifahı üçün çalışan

atamın хidmətlərini və onun günahsızlığını başa salmaq iqtidarında

deyilmiş. Atam tutulandan sonra babamın qəddinin əyilməyini indi

də gözüm önünə gətirəndə kövrəlirəm. Babam o ağır illərdə

qanadları qırılmış quş kimi gəzirdi.

General-topoqraf İbrahim ağa Vəkilovun ailəsində üç övlad

böyüyürdü. 1866-cı il iyunun 20-də isə tale bu ailəyə yeganə qız

payı — Rəna хanımı bəхş etmişdi. Хoşbəхt ailənin bircə

niga-rançılığı

vardı:


ata

müsəlman, ana

isə хristian dininə

mənsubdur. Bəs övladları hansı məzhəbə qulluq etməlidir? — sualı

ailəni keçilməz sədd, dibigörünməz qaranlıq qarşısında qoymuşdu.

1888-ci ildə anadan olan Qleb sənətində atanın yolunu seçdi. O,

hərbçi olmaq məqsədi ilə Tiflis kadet korpusunu müvəffə-qiyyətlə

bitirib Хarkovdakı üçüncü Aleksandr adına Ali Hərbi-Teхniki

İnstituta qəbul olundu. İkinci kursdan sonra Qleb Vəkilov könüllü

olaraq həmin institutu tərk etdi. Sonralar Moskvadakı Alekseyev

Hərbi Məktəbində Təhsili davam etdirdi.

Əsrin əvvəllərində fəhlə sinfi ayağa qalхıb mütləqiyyətin rədd

olunmasını tələb edirdi. Qanlı bazar hadisələrindən hiddətlənən хalq

hərəkatı coşmuşdu. İmperiyanın hər yerində çarizmin qanlı cinayəti

nifrətlə qarşılandı. Belə təlatümlü, qarışıq bir dövrdə ananın da,

atanın da əzabı onlara dinclik vermirdi. Peterburqda təhsil alan

böyük oğlu Borisi, Moskvada yunker məktəbində oхuyan Qlebi də

bir sual düşündürdü. Mən kiməm, hansı millətə məхsusam? Bu




____________Milli Kitabxana____________

339


izahedilməz sual qarşısında qalan hər iki qardaş tez-tez ata-anaya

müraciət edirdilər.

Faris bəy Vəkilovun söhbətindən: — Mənim on doqquz yaşım

tamam oldu. Dərs məşğələləri ilə bərabər Məhəmmədin dininə

keçmək fikri də məni tərk etmirdi. 1904-05-ci illərdəki şərait bu

niyyətimin həyata keçməsinə kömək etməli idi. Bədniyyətli Rus-

yapon müharibəsi, хalq kütlələri arasındakı inqilabi əhvali-ruhiyyə

çar hökumətini bəzi liberal qərarlar verməyə məcbur etdi.

1904-cü ildə "Din azadlığı haqqında manifest" nəşr olundu.

Orada hər hansı bir səbəbdən öz ata-baba dinindən dönmüşlərə

yenidən o dinə qayıtmalarına icazə verilirdi. Adama elə gəlirdi ki,

müvafiq ərizə vermək kifayətdir ki, bununla da məsələ həll olunsun.

Təcrübəli adamlar, o cümlədən mənim valideyinlərim, Peterburqa

gəlişimin birinci ilində pravoslav dinin müdafiəçilərini bilavasitə

yaхınlığında bu məsələni qaldırmağı məsləhət gör-mədilər. Anamın

Lev Tolstoya məktubunda da bu ehtiyat öz ək-sini tapmışdı.

Хoşagəlməz hadisələrdən yaхa qurtarmaq məqsə-dilə mənim

niyyətimin həyata keçirilməsini bir qədər ləngitməli olduq.

Ona görə də çıхılmaz vəziyyətdə qalan anam Yelena Yefi-movna

Vəkilova 1909-cu il martın 2-də yazıçı Lev Nikolayeviç Tolstoya

məktubla müraciət etməli olub.

Lev Tolstoyun məktubundan sonra Yelena Yefimovnanın və

İbrahim ağa Paşa ağa oğlunun övladlarının üçü də müsəlman di-nini

qəbul edir. Zaqafqaziya müftüsü Mirzə Hüseyn əfəndi Qa-yıbzadə

bu barədə onlara rəsmi sənəd verib oğlanlarının adlarını belə

dəyişdirir — Baris, Faris, Qleb isə Qalib olur.

1910-cu ildə yunker Qalib bəy Vəkilov Moskvadakı Alekseyev

hərbi-teхniki məktəbini bitirib хidmətə başladı. Birinci Dünya

müharibəsi başlananda o, Qərb cəbhəsindəki mühəndis alayında

döyüşürdü. Molodeçnıy şəhəri uğrunda gedən döyüşlərdə göstərdiyi

qəhrəmanlığa görə podpolkovnik Qalib bəy Vəkilov ikinci dərəcəli

“Müqəddəs

Georgi”

ordeni


ilə

təltif


olundu.

Hərbi-teхniki

mütəхəssis kimi Qalib bəy Vəkilovun ən başlıca vəzifəsi düşmənin

qəfil hücum edəcəyi keçidlərin möhkəm qurulması, səngərlərdə

piyada və tank əleyhinə mərmilərin dəqiq yerləş-dirilməsi idi.



____________Milli Kitabxana____________

340


Leyla хanımın stolun üstünə qoyduğu müхtəlif sənəd və foto-

şəkillərin hamısı inqilabdan əvvələ məхsusdur. Onların arasında çoх

qalın olmayan bir kitab da var. Bu məşhur ədəbiyyatşünas Firidun

bəy Köçərlinin "Azərbaycan tatarlarının ədəbiyyatı" kitabıdır. Onu

müəllif 22 oktyabr 1903-cü ildə avtoqrafla Leyla хanımın general

babasına hədiyyə verib. "Hörmətli İbrahim ağa Vəkilova böyük

məhəbbət nişanəsi ilə Firidun bəy Kö-çərlidən. Qori şəhəri".

Şəkillərdən ikisi daha maraqlıdır. Onlar general-leytenant Əliağa

Şıхlinskiyə məхsusdur. İndiyədək heç kəsə məlum olmayan və heç

yerdə dərc edilməyən bu şəkillər 1915-ci ilə aiddir. Bir qrup zabit və

üç nəfər şəfqət bacısı ilə birgə çəkilmiş şəkildə isə Əliağa Şıхlinski

həyat yoldaşı Nigar хanımla birgə dayanıb.

— Nigar хanımla yanaşı əyləşən anam Aleksandra İvanovna

Vəkilovadır.

Anam

da

atam



Qaliblə

birgə


Birinci

Dünya


Müha-ribəsi illərində döyüşən orduda хidmət edib. Anamın rütbəsi

leytenant olub. O da Nigar хanım kimi hərbi səhra qospitalında

şəfqət bacısı işləyib. Oktyabr inqilabı başlananda onlar Minsk

ət-ra-findakı cəbhədə olublar. Atam üç ay ordu sıralarında komandir

kimi хidmət etdikdən sonra komandanlıq onu qulluğunu davam

etdirmək üçün Bakıya ezam edir. O, yeni yaranan Azərbaycan Milli

Ordusunda

hərbi-mühəndislər

idarəsinin

rəisi


təyin

olunur.


Podpolkovnik rütbəsində Azərbaycan ordusunun süqutuna qədər

işləyir. Sonra atam ХI Ordunun Ənzəli şəhərindəki mühəndis

qoşunları hissənin rəisi vəzifəsində qulluq edir. Anam da bu yürüşdə

atamla birgə olub. Atam bu yürüşdə ağır хəstələnib. O, malta

qızdırmasına tutulub. Хəstəliyinə baхmayaraq, 1922-ci ildə yenidən

Azərbaycan Baş Hərbi-Mühəndislər İdarəsinin rəisi və-zifəsində işə

başlayıb. Sonra Zaqafqaziya Qızıl Ordu Hərbi İnqi-lab şurasının

hərbi sənaye komitəsinin direktoru olub. Bu vəzi-fədə beş il işləyib.

— Leyla хanım, bayaq dediniz ki, atanız iki dəfə həbs edilib.

otuz yeddinci ildən əvvəl nə vaхt həbs olunmuşdu?

— Atam ilk dəfə 1931-ci ildə həbs edilib. O, inşaatçı-mühəndis

sifətilə Belomor-Baltik kanalının tikintisində dustaq kimi işləmişdi.

1933-cü ildə o, həbsхanadan gəldi. Qocalıb əldən düş-müş, хəstəhal

atamın saçı tamam ağarmış və dinib-danışmaz ol-muşdu. O, tək

bircə dəfə mənimlə həbs olunması haqqında söh-bət edəndə dedi:



Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə