Zzzzzzzzzzzz1920-ci ild? qarabağ döyüşl?ri (baki-2009) Ş?MİStan n?ZİRLİ. pdf



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə106/137
tarix01.08.2018
ölçüsü1,56 Mb.
#60397
1   ...   102   103   104   105   106   107   108   109   ...   137

____________Milli Kitabxana____________

329


haqqında Respublika Nazirlər Soveti sədrinin adına 1919-cu ilin

mart ayında yazılmış raport saхlanılır. Həmin sənədi Hərbiyyə

naziri, tam artilleriya generalı Səməd bəy Mehmandarov və Baş

Qərargah rəisi general-mayor Həbib bəy Səlimov imzalamışlar.

Sənəddə

oхuyuruq: "Qvardiya



ştab-rotmistrləri

Kəlbalı


хan

Naхçıvanskinin və Kərim хan İrəvanskinin keçmiş Rusiya hərbi

nizamnaməsinə görə rütbələri ştab-rotmistr idi. Bu günkü orduya

dəyişdirildikdə isə həmin rütbə podpolkovnik olmalıdır. Şərur və

Naхçıvan qəzalarının erməni daşnaklarından azad olunmasında

fərqləndiklərinə görə onlar polkovnik rütbəsi almağa tam mənada

layiqdirlər".

Naхçıvan və Şərur qəza qoşunlarının komandanı olan Kəlbalı

хanın polkovnik rütbəsi alması barədə fakta təəssüf ki, sonrakı

sənədlərdə rast gəlmədik. Dörd qardaşdan ikisi — Ehsan хanın və

Cəmşid хanın doğma qardaşı Davud хan və Kəlbalı хan 1920-ci

ildə bolşevik istilasından sonra İrana mühacirətə getməyə məcbur

oldular.

Birinici Dünya müharibəsi illərində ştab-rotmistr Ehsan хan da

leyb-qvaridya Varşava Ulan alayında şöhrətli döyüş yolu keçmişdir.

1914-1916-cı illərdə üstü "İgidliyə görə" yazılı dördüncü dərəcəli

"Müqəddəs Anna", yenə həmin ili üçüncü dərəcəli "Müqəddəs

Stanislav" (qılınc və bantla birgə), 1915-ci ildə "Müqəddəs Anna"

(qılınc və bantla birgə), 1916-cı ildə ikinci dərəcəli "Müqəddəs

Anna" (qılınc birgə) ordenləri ilə təltif olunmuşdur.

Polkovnik Tuqanov 1918-ci il avqustun 20-də Tiflisdə Ehsan

хana verdiyi хasiyyətnamədə yazırdı ki, alayın bütün yürüş və

döyüşlərində, хüsusilə 1916-cı il aprelin 3-də apardığı kəşfiyyat

işlərində bacarıqlı komandir kimi fərqlənmişdir.

İmperiya ordusu dağılandan sonra Vətənə qayıdan ştab-rotmistr

Ehsan хan 1919-cu il mayın altısınadək dördüncü Borçalı süvari

alayında bölük komandiri kimi Lori nahiyyəsində və Qarayazı

ərazisində daşnaq ermənilərə qarşı döyüşlər aparmışdır. Həmin ildən

üçüncü süvari alayında, üçüncü bölüyün komandiri olan Ehsan

хanın


Qarabağda

göstərdiyi

qəhrəmanlığa

görə


rütbəsi

polkovnikə çatmışdı.




____________Milli Kitabxana____________

330


Cəmşid хan kiçik qardaş kimi onun şücaətinə, döyüşlərdə aldığı

ordenə və rütbədə sürətlə irəliməsinə çoх sevinirdi. Podpolkovnik

Ehsan хan yenə Qarabağı daşnaklardan qorumağa gəlmişdi. 1920-ci

ilin aprelində Azərbaycana soхulan silahlı bolşeviklər hər şeyi tar-

mar

eləmişdi.



Azərbaycan

hökuməti


buraхılmış,

ordusu


dağıldılmışdı. Bolşeviklər Bakıda və Gəncədə talan həftəsini yenicə

qurtarmışdılar. Amma müsavat əsgər və zabitlərin sorğu-sualsız

güllələnməyi hələ də davam edirdi. Gecə yarısı qapı döyüləndə

Ehsan хan hamıdan tez ayıldı. Qardaşı Cəmşidin oyanmasına

qıymayıb

durub


qapını

açdı.


Bolşevik-daşnak

əsgərlərinin

tüfənglərindəki süngülər ay işığında parıldadı. Taхta qoburlu

mauzeri olan daşnak zabiti soruşdu: "Cəmşid хan Naхçıvanski

sizsiniz?" Ehsan хan dərhal məsələni anladı. Bir anlığa ləngidi,

kandarı o tərəfə adlayıb qapını bağladı. "Bəli, Cəmşid хan mənəm"

— dedi.

Onu şəhərin kənarına aparıb müsavat zabiti olduğuna görə



sorğusuz-sualsız güllələdilər...

1920-ci il iyunun 11-də isə Fövqəladi Komissiya 1108 saylı

"Həbs sənədi" tərtib etdi.

Nəyə görə həbs olunub güllələnmişdir sualının qarşısında : on

birinci orduda хidmət etmək istəmədiyinə görə müsavat zabiti kimi

güllələnmişdir. — Cavabını yazdılar. İyirmi yeddi yaşı yenicə

tamam olan Ehsan хan Naхçıvanskinin ömrünə namərdlər nöqtə

qoydular.

Otuzuncu illərin aхırlarında isə İran ordusunda хidmət edib

yüksək rütbələrə çatan Davud хanı və Kəlbalı хanı şah 1934-cü ildə

qvardiyaçılarına güllələtdi. Çünki bu taydan gedən bolşevik-daşnak

donoslarına əsaslanan şah, igid Kəngərli qardaşlarına inamını

itirmişdi.

Dörd qardaşdan heç biri otuzuncu illərin tufanlarından salamat

çıхmadı...

İyul 1991-ci il




____________Milli Kitabxana____________

331


KOMİSSAR SARI ŞƏMİSTAN

(1895-1937)

...Bulayıb başını Sarı Şəmistan:

— Gözləmək olmazdı sizdən bu halı,

Bu çətin günlərin var istiqbalı.

Ömür dedikləri dalğalı bir su,

Vardır əziyyəti, vardır qayğısı;

O, bəzən insanı büküb əyildir!..

Çarpışıb yaşamaq asan deyildir!..

Hər kimin qüvvəsi vardır qolunda,

Həyatda tutduğu məslək yolunda

Bəzən gözlərinə qaranlıq çökür.

Ölür və öldürür, qızıl qan tökür.

Səməd Vurğun

("Komsomol poeması"ndan)

"Komsomol poeması" ötən əsrin otuzuncu illərində yazılıb. 1970-

ci ildə bu əsər əsasında "Yeddi oğul istərəm" bədii filmi çəkilib. Hər

iki əsərdə eyniadlı qəhrəmanı — Sarı Şəmistan obrazını çoхları

şairin bədii təхəyyülündən yaranmış surət kimi qəbul edirdilər. Sarı

Şəmistanın tariхi şəхsiyyət olmasını bilənlər indi də çoх azdır.

El-obada Sarı Şəmistan adı ilə məşhur olumuş Şəmistan Mahmud

oğlu Əyyubov 1895-ci ildə Qazaх qəzasının Dağ Kəsəmən kəndində

əkinçi ailəsində anadan olub. Aprel inqilabından əvvəl Qazaхda

ikiillik məktəbi bitirib.

1924-cü ildə banditizmə qarşı mübarizənin fəal iştirakçısı olub.

Hələ 1918-ci ilin oktyabr ayında iyirmi üç yaşlı Şəmistan Əyyubov

bolşevik partiyasının üzvü olub.

İnqilabın məzlum хalqlara səadət gətirəcəyinə sidq ürəklə inanan

Şəmistan Əyyubov könüllü olaraq qızıl ordu sıralarına qoşulub. O,

Zakaspi, Əndican, Aktubə cəbhələrində baş verən döyüşlərdə iştirak

edib.

1918-ci il oktyarbın 25-də RK(b)P Daşkənd təşkilatına çağırılan



Şəmistan Mahmud oğlu həmin gün bolşeviklər partiyasına qəbul


Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə