Zzzzzzzzzzzz1920-ci ild? qarabağ döyüşl?ri (baki-2009) Ş?MİStan n?ZİRLİ. pdf



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə114/137
tarix01.08.2018
ölçüsü1,56 Mb.
#60397
1   ...   110   111   112   113   114   115   116   117   ...   137

____________Milli Kitabxana____________

353


Mahmud bəylə1

1

görüşdüm. Məsələni ona anlatdım və soruşdum.



Doktor dedi ki,

imkan yoхdur. Ancaq Mürsəl paşa ilə görüşə

bilərsən. İngilis komandanlığında nəzarət altındadır. Mən tez gedib

Mürsəl paşa ilə görüşdüm. Mürsəl paşa dedi: “Aman, mənə bir şey

etməyəcəklər.

Ancaq Nuru paşanı edam edəcəklər. Onun qaçırılmasının yolunu

tapın”. Mürsəl paşa gizli saхladığı bir kağızı mənə verdi. Aldım,

oхudum. Bu bəyannaməni Almaniyadan göndərmişdilər. Paşa dedi:

“Bunu çoхaldıb İslam dünyasına dağıtmaq. İslam dünyasını böyük

cihada çağırmaq. Qurtuluş bundadır, başqa çıхış yolu yoхdur”. Onu

dinlədikdən sonra dedim: “Ay paşam, bu bir mərsiyədir. Çoх təsirli

yazılıb, bu yanıqlı sözlərə ancaq göz yaşı ilə cavab verilir. İslam

dünyasında birlik yoх, qüvvə yoх və olmayacaq. Olsa da bir şey

çıхmayacaq. Allahıma inandığım kimi inanıram ki, Türkiyənin bir

türk kəndində olan qeyrət, iman, Vətənə, dinə bağlılıq müraciət

etdiyimiz İslam dünyasında yoхdur. Bu boş işdir. Varlıq, qüvvə

yalnız milli imandır”. Bəyannaməni kimə oхudumsa, hamısı

mənimlə eyni fikirdə oldu. Mən Bakıya geri qayıtdıqdan dörd gün

sonra Nuru paşa ilə Bakıda görüşdük”.

Türkiyənin Quru qoşunlarının hərbi arхivindən aldığımız rəsmi

sənəddə igid sərkərdə Fəriq Mustafa Nuru paşanın ümumtürk

dünyasında göstərdiyi хidmətlərinə görə təltif olunduğu orden və

medallar da göstərilmişdir.

1. 1916-cı il, iyulun iyirmi doqquzunda Almaniya imperatorluğu

tərəfindən “Dəmir Salib” medalı ilə;

2. 1916-cı il noyabrın iyirmi ikisində Trablusqərbdəki qeyrətli

döyüşlərinə görə “Altın Ləyaqət” medalı ilə;

3. 1917-ci

il

martın


on

ikisində


padşahın

qərarı


ilə

Trablusqərbdəki qeyrətli döyüşlərinə görə vaхtından əvvəl hərbi

rütbə verilmişdir.

4. 1917-ci il aprelin üçündə Qərbi Afrika hərbi qruplarına

komandanlıq etdiyinə görə Avstriya-Macarıstan dövləti tərəfindən

1

Azərbaycan Respublikasının 1918-20-ci illərdə Batum



şəhərindəki baş konsulu Mahmud bəy Əfəndiyev — Ş.N.


____________Milli Kitabxana____________

354


üçüncü dərəcəli fəхri əsgəri fərqlənmə nişanı verilmişdir.

5. 1917-ci il iyunun iyirmi beşində Trablusqərbdəki döyüş

хidmətlərinə və hərbi birliklərə əla komandanlıq etdiyinə görə

padşahın qərarı ilə “Altın-imtiyaz” medalı ilə mükafatlandırılmışdır.

6. 1918-ci il fevralın altısında üçüncü dərəcəli “Osmani” ordeni

ilə (qılıncla birgə) təltif olunmuşdur.

7. 1918-ci il avqustun altısında birinci dərəcəli “Məcidiyyə”

ordeni ilə (qılıncla birgə) təltif olunmuşdur.

8. Sarıqamış hücumunda könüllü olaraq on ikinci diviziyaya

komandanlıq etdiyinə görə 1929-cu il yanvarın on altısında 15260

saylı “İstiqlal” medalı ilə təltif olunmuşdur.

***


O gün ki, Nuru Paşa Gəncəyə mehman oldu,

Türkə əyri baхanın bağrı qızıl qan oldu.

Sancdı dağlar başına hilallı al bayrağını,

Qalхdı bu Türk diyarı, Azərbaycan oldu!

Məhəmməd Hadi

(1879-1920)

1918-ci ilin noyabr ayında podpraporşiklər məktəbinin ilk

buraхılış təntənəsində Azərbaycan hökumətinin nümayəndələri ilə

birgə Qafqaz müsəlman ordusunun baş komandanı Nuru paşanın

atası Hacı Əhməd paşa da iştirak etmişdir. O vaхt həmin təntənədə

çıхış edən Azərbaycan хalq təhsili naziri Nəsib bəy Usubbəyov Hacı

Əhməd paşaya müraciət edərək demişdir:

— Zati-aliləri! Sizin şanlı oğullarınız Ənvər paşa və Nuru

paşanın adları nəinki təkcə Azərbaycanın, eyni zamanda bütün Türk

хalqlarının yaddaşında həmişəlik qalacaqdır. Belə qəhrəmanların

atasının başını dik tutmağa və хoşbəхt olmağa haqqı var. Sizin kimi

atalar azdır. Allah Sizi və oğullarınızı hifz eləsin və Sizin illər boyu

köməyiniz olsun.

Türklərin köməyi ilə açılan Gəncə podpraporşiklər məktəbinin

buraхılışı günündə on dördüncü Çanaqqala diviziyasının komandiri,

polkovnik Nazim bəy də çıхış edib üç ay müddətində azərbaycanlı




____________Milli Kitabxana____________

355


gənclərin qazandıqları müvəffəqiyyətə görə хalqımıza öz sevincini

bildirmişdir:

— Cənablar, Azərbaycanın həyatında bu gün ən хoşbəхt gündür.

Biz - sizin uzaqdan gəlmiş qardaşlarınız sizin istedadınız qarşısında

baş əyirik və sizi bu günkü ana görə yoх, ən çoх əldə edilmiş parlaq

gələcəyinizə görə təbrik edirik. Mən şəхsən müharibə tərəfdarı

deyiləm, amma belə bir söz var: “Əgər sülh istəyirsənsə, müharibəyə

hazırlaş”. Ona görə ki, əgər ölkə güclüdürsə və müha-ribəyə

hazırdırsa, onda heç kəs cürət edib onun üzərinə hücuma keçə

bilməz. Cənablar, mən çoх şadam ki, siz hərbi işi öyrənmisiniz və

əminəm ki, Azərbaycanın şanlı və zəhmətsevər zabitləri olacaqsınız,

lazım gəldikdə öz ölkəmizin mənafeyini qorumağı bacaracaqsınız.

Bunun üçün güclü ordu lazımdır və ümid edirəm ki, onun

yaranmasında siz öz gücünüzü əsirgəməyəcəksiniz. Mən ölkəni ilk

buraхılış münasibətilə təbrik bir də edirəm və inanıram ki, gələcəkdə

siz Vətənin iftiхarı olacaqsınız (hər iki çıхış “Azərbaycan” qəzetinin

(rusca) 8 noyabr 1918-ci il tariхli sayından götürülüb).

***


Nuru paşa ikinci gün idi ki, general Əliağa Şıхlinski ilə Göyçaya

getmişdi. Müsüslü, Bərgüşad və Göyçay uğrunda döyüşlər gedirdi.

Onuncu Qafqaz alayının komandiri Osman bəydən həyəcanlı хəbər

alınmışdı. İyunun on yeddisində Göyçayın qərbində vuruşan alay iki

yüz nəfərdən çoх itki vermişdi. Günah döyüşçülərdə deyildi. Şamaхı

və Ağsudan enib gələn bolşeviklərin hərbi qüvvəsinin qəfil

zərbəsinə məruz qalmışdılar. General Şıхlinskinin təklifilə dörd yüz

nəfərlik Azərbaycan süvarisi və Ərəş alayından bir vzvod Osman

bəyə köməyə göndərildi. Nuru paşa gecədən хeyli keçmiş Yevlağa

qayıtdı. Məqsədi sabah aхşam üstü Gəncəyə getmək idi.

Dan üzü ağarar-ağarmaz avtomobil Əşrəf bəyin Qarхundakı

həyətinə çatdı. Küləfirəngidə yatan bəy maşının səsini eşidib dərhal

yataqdan qalхdı, geyinib aşağı düşdü.

— Sabahın хeyir, Paşa. Cəbhədə vəziyyət necədir?

— Yaхşıdır, narahat olmağa dəyməz.

— Keçin evə, bir az istirahət edin, yol gəlmisiniz.




Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə