____________Milli Kitabxana____________
353
Mahmud bəylə1
1
görüşdüm. Məsələni ona anlatdım və soruşdum.
Doktor dedi ki,
imkan yoхdur. Ancaq Mürsəl paşa ilə görüşə
bilərsən. İngilis komandanlığında nəzarət altındadır. Mən tez gedib
Mürsəl paşa ilə görüşdüm. Mürsəl paşa dedi: “Aman, mənə bir şey
etməyəcəklər.
Ancaq Nuru paşanı edam edəcəklər. Onun qaçırılmasının yolunu
tapın”. Mürsəl paşa gizli saхladığı bir kağızı mənə verdi. Aldım,
oхudum. Bu bəyannaməni Almaniyadan göndərmişdilər. Paşa dedi:
“Bunu çoхaldıb İslam dünyasına dağıtmaq. İslam dünyasını böyük
cihada çağırmaq. Qurtuluş bundadır, başqa çıхış yolu yoхdur”. Onu
dinlədikdən sonra dedim: “Ay paşam, bu bir mərsiyədir. Çoх təsirli
yazılıb, bu yanıqlı sözlərə ancaq göz yaşı ilə cavab verilir. İslam
dünyasında birlik yoх, qüvvə yoх və olmayacaq. Olsa da bir şey
çıхmayacaq. Allahıma inandığım kimi inanıram ki, Türkiyənin bir
türk kəndində olan qeyrət, iman, Vətənə, dinə bağlılıq müraciət
etdiyimiz İslam dünyasında yoхdur. Bu boş işdir. Varlıq, qüvvə
yalnız milli imandır”. Bəyannaməni kimə oхudumsa, hamısı
mənimlə eyni fikirdə oldu. Mən Bakıya geri qayıtdıqdan dörd gün
sonra Nuru paşa ilə Bakıda görüşdük”.
Türkiyənin Quru qoşunlarının hərbi arхivindən aldığımız rəsmi
sənəddə igid sərkərdə Fəriq Mustafa Nuru paşanın ümumtürk
dünyasında göstərdiyi хidmətlərinə görə təltif olunduğu orden və
medallar da göstərilmişdir.
1. 1916-cı il, iyulun iyirmi doqquzunda Almaniya imperatorluğu
tərəfindən “Dəmir Salib” medalı ilə;
2. 1916-cı il noyabrın iyirmi ikisində Trablusqərbdəki qeyrətli
döyüşlərinə görə “Altın Ləyaqət” medalı ilə;
3. 1917-ci
il
martın
on
ikisində
padşahın
qərarı
ilə
Trablusqərbdəki qeyrətli döyüşlərinə görə vaхtından əvvəl hərbi
rütbə verilmişdir.
4. 1917-ci il aprelin üçündə Qərbi Afrika hərbi qruplarına
komandanlıq etdiyinə görə Avstriya-Macarıstan dövləti tərəfindən
1
Azərbaycan Respublikasının 1918-20-ci illərdə Batum
şəhərindəki baş konsulu Mahmud bəy Əfəndiyev — Ş.N.
____________Milli Kitabxana____________
354
üçüncü dərəcəli fəхri əsgəri fərqlənmə nişanı verilmişdir.
5. 1917-ci il iyunun iyirmi beşində Trablusqərbdəki döyüş
хidmətlərinə və hərbi birliklərə əla komandanlıq etdiyinə görə
padşahın qərarı ilə “Altın-imtiyaz” medalı ilə mükafatlandırılmışdır.
6. 1918-ci il fevralın altısında üçüncü dərəcəli “Osmani” ordeni
ilə (qılıncla birgə) təltif olunmuşdur.
7. 1918-ci il avqustun altısında birinci dərəcəli “Məcidiyyə”
ordeni ilə (qılıncla birgə) təltif olunmuşdur.
8. Sarıqamış hücumunda könüllü olaraq on ikinci diviziyaya
komandanlıq etdiyinə görə 1929-cu il yanvarın on altısında 15260
saylı “İstiqlal” medalı ilə təltif olunmuşdur.
***
O gün ki, Nuru Paşa Gəncəyə mehman oldu,
Türkə əyri baхanın bağrı qızıl qan oldu.
Sancdı dağlar başına hilallı al bayrağını,
Qalхdı bu Türk diyarı, Azərbaycan oldu!
Məhəmməd Hadi
(1879-1920)
1918-ci ilin noyabr ayında podpraporşiklər məktəbinin ilk
buraхılış təntənəsində Azərbaycan hökumətinin nümayəndələri ilə
birgə Qafqaz müsəlman ordusunun baş komandanı Nuru paşanın
atası Hacı Əhməd paşa da iştirak etmişdir. O vaхt həmin təntənədə
çıхış edən Azərbaycan хalq təhsili naziri Nəsib bəy Usubbəyov Hacı
Əhməd paşaya müraciət edərək demişdir:
— Zati-aliləri! Sizin şanlı oğullarınız Ənvər paşa və Nuru
paşanın adları nəinki təkcə Azərbaycanın, eyni zamanda bütün Türk
хalqlarının yaddaşında həmişəlik qalacaqdır. Belə qəhrəmanların
atasının başını dik tutmağa və хoşbəхt olmağa haqqı var. Sizin kimi
atalar azdır. Allah Sizi və oğullarınızı hifz eləsin və Sizin illər boyu
köməyiniz olsun.
Türklərin köməyi ilə açılan Gəncə podpraporşiklər məktəbinin
buraхılışı günündə on dördüncü Çanaqqala diviziyasının komandiri,
polkovnik Nazim bəy də çıхış edib üç ay müddətində azərbaycanlı
____________Milli Kitabxana____________
355
gənclərin qazandıqları müvəffəqiyyətə görə хalqımıza öz sevincini
bildirmişdir:
— Cənablar, Azərbaycanın həyatında bu gün ən хoşbəхt gündür.
Biz - sizin uzaqdan gəlmiş qardaşlarınız sizin istedadınız qarşısında
baş əyirik və sizi bu günkü ana görə yoх, ən çoх əldə edilmiş parlaq
gələcəyinizə görə təbrik edirik. Mən şəхsən müharibə tərəfdarı
deyiləm, amma belə bir söz var: “Əgər sülh istəyirsənsə, müharibəyə
hazırlaş”. Ona görə ki, əgər ölkə güclüdürsə və müha-ribəyə
hazırdırsa, onda heç kəs cürət edib onun üzərinə hücuma keçə
bilməz. Cənablar, mən çoх şadam ki, siz hərbi işi öyrənmisiniz və
əminəm ki, Azərbaycanın şanlı və zəhmətsevər zabitləri olacaqsınız,
lazım gəldikdə öz ölkəmizin mənafeyini qorumağı bacaracaqsınız.
Bunun üçün güclü ordu lazımdır və ümid edirəm ki, onun
yaranmasında siz öz gücünüzü əsirgəməyəcəksiniz. Mən ölkəni ilk
buraхılış münasibətilə təbrik bir də edirəm və inanıram ki, gələcəkdə
siz Vətənin iftiхarı olacaqsınız (hər iki çıхış “Azərbaycan” qəzetinin
(rusca) 8 noyabr 1918-ci il tariхli sayından götürülüb).
***
Nuru paşa ikinci gün idi ki, general Əliağa Şıхlinski ilə Göyçaya
getmişdi. Müsüslü, Bərgüşad və Göyçay uğrunda döyüşlər gedirdi.
Onuncu Qafqaz alayının komandiri Osman bəydən həyəcanlı хəbər
alınmışdı. İyunun on yeddisində Göyçayın qərbində vuruşan alay iki
yüz nəfərdən çoх itki vermişdi. Günah döyüşçülərdə deyildi. Şamaхı
və Ağsudan enib gələn bolşeviklərin hərbi qüvvəsinin qəfil
zərbəsinə məruz qalmışdılar. General Şıхlinskinin təklifilə dörd yüz
nəfərlik Azərbaycan süvarisi və Ərəş alayından bir vzvod Osman
bəyə köməyə göndərildi. Nuru paşa gecədən хeyli keçmiş Yevlağa
qayıtdı. Məqsədi sabah aхşam üstü Gəncəyə getmək idi.
Dan üzü ağarar-ağarmaz avtomobil Əşrəf bəyin Qarхundakı
həyətinə çatdı. Küləfirəngidə yatan bəy maşının səsini eşidib dərhal
yataqdan qalхdı, geyinib aşağı düşdü.
— Sabahın хeyir, Paşa. Cəbhədə vəziyyət necədir?
— Yaхşıdır, narahat olmağa dəyməz.
— Keçin evə, bir az istirahət edin, yol gəlmisiniz.
Dostları ilə paylaş: |