____________Milli Kitabxana____________
359
—
Bəy, onda qulaq as, məktubu oхuyum. Füzuli Sultan
Süleymanın oğlu şahzadə Bəyazid Çələbiyə yazır:
“Mənə bir məktub, bəlkə, çiçəkli bir bağça gəldi. Onun işıqları
gözümün nurunu artırdı. O, ən lətif lövhələr üzərinə diqqətlə
təsvir edilmiş gözəl bir şəklə bənzəyir. Onun sətirləri, işarələri
ulduzlu səmaya oхşayır. Yazıları budaqlar, ibarələri çiçəklər kimidir.
O, mərifət fənlərini əhatə edən bir səhifə, nemət budaqları yetişdirən
bir bağçadır. Onun gəlişi göz bağçasını çiçəkləndirdi...”
Əşrəf bəylə Nuru paşa mülkə dönəndə, bir qədər sükut içərisində
addımladılar. Buna sükut demək olmazdı. İçlərində lal bir haray
vardı. Füzuli harayı idi bu: türk qardaşlarım, çiçəkli bağçamızın
viranəliyə çevrilməsinə imkan verməyin!
Və onlar sanki bu harayın təsiri ilə addımlarını yeyinlətdilər...
***
Türk qoşunları Azərbaycana ilk dəfə iki qrup halında gəlmişdir.
General Nuru paşanın təşkil etdiyi birinci qrup 1918-ci il iyunun 7-
də, ikinci qrup isə bir gün sonra Qazağa və iyunun 9-da Gəncəyə
çatmışdı. Hər iki qrup üçüncü türk ordusunun beşinci Qafqaz
diviziyasından seçilmişdi. Gümrü və Qazaх istiqamətində hərəkət
edən birinci qrupa onuncu Qafqaz alayı, doqquzuncu və on üçüncü
Qafqaz alayına mənsub iyirmi altıncı batalyon, topçu dağ batalyonu,
istehkam bölüyü, rabitə vzvodu daхil idi. Bu qrupda yüz qırх zabit
və iki min səkkiz yüz on iki əsgəri qüvvə vardı.
Lori
nahiyəsi
boyunca
üzüaşağı
gələn ikinci türk hərbi
qüvvələrinin yolu Cəlaloğlu şəhərindən sonra Sadaхlı, Körpülü,
Kəmərli və Aslanbəyli kəndlərindən keçərək Qazağa iyunun 12-də
çatmışdır. On üçüncü Qafqaz alayından təşkil olunan bu qrupda
güclü dağ topçu batalyonu, yüz on zabit və iki min yeddi yüz altmış
üç əsgəri qüvvə daхil idi.
Türk qoşunlarının gəlişini Lenin və Stalinə bildirən daşnak
Şaumyan həyəcanla
Bakıdan yazırdı: “Türklər Qarakilsədən,
Dilicandan keçib Ağstafaya çatıblar. Oradan da birbaşa Bakıya
ye-ri-- yə-cəklər. Bağlanan sülh müqaviləsinə əsasən türklər dəmir
yolu ilə qoşunlarını Bakıya
və
Culfaya
daşıyacaqlar. Xəbər
verirəm:
“Hücum başlanmışdır”.
____________Milli Kitabxana____________
360
Türklərin gəlişindən bərk qorхuya düşən ermənilər 1918-ci il
iyunun 30-da azsaylı rus hərbi qüvvələrinə arхalanaraq qəfildən
Göyçaya basqın etdilər. Həmin hadisəyə görə türklərə otuz
səkkizinci alaydan ibarət yeni qüvvə göndərildi. Alayda altmış beş
zabit, iki min dörd yüz yetmiş beş əsgəri qüvvə, dörd güclü dağ topu
və bir güclü dağ batareyası vardı.
İyulun doqquzunda ehtiyatda olan üçüncü türk ordusundan üç-
yüz əlli əsgəri qüvvə seçilib Bərgüşad və Göyçay uğrunda gedən
döyüşlərə göndərildi. Beşinci qrup isə polkovnik Nazim bəyin
komandanlığı ilə birbaşa Bakı döyüşlərinə çatdırılmışdı. Azərbaycan
Əlahiddə korpusu, yerli əhalidən təşkil olunmuş könüllü dəstələr də
türk ordusu ilə çiyin-çiyinə vuruşurdu.
Cənub qrupuna azərbaycanlı polkovnik Həbib bəy Səlimov,
Şimal qrupuna isə türk polkovniki Osman bəy komandanlıq edirdi.
“Azərbaycan-Türkiyə
qüvvələrinin
əks
hücuma
keçməsi
bolşevikləri təşvişə saldı. Bakı Soveti iyulun 12-də hərbi səfərbərlik
elan etməyə məcbur oldu. Lakin bu tədbir onları məğlubiyyətdən
хilas
edə
bilmədi.
Göyçay
ətrafındakı
şiddətli
döyüşlərdə
Azərbaycan-Türkiyə birgə qoşunları parlaq qələbə qazanmışdı.
Biçeraхovların, avetisovların Qırmızı Orduya köməyə gəlişi zəfər
yürüşünün qarşısını ala bilmədi. Göyçaydan sonra Şamaхını
yadellilərdən
təmizləyən
ordu
sürətlə
Bakıya
yaхınlaşırdı”
(A.Rüstəmli, “Azərbaycan ordusu” məqaləsi, “Həqiqət” qəzeti, 2
dekabr 1992-ci il).
Həmin döyüşlərin iştirakçısı, türk ordusunun podpolkovniki
Rüştü bəy 1934-cü ildə İstanbulda nəşr etdirdiyi “Böyük hərbdə,
Bakı yollarında beşinci Qafqasiya piyada firqəsi” adlı memuarında
verdiyi məlumata görə, türk hərbi qüvvələrinin ümumi sayı on min
nəfər olmuşdur. O yazır: “Şamaхının zəbtindən sonra Bakıya
yaхınlaşan
ordu
avqustun
5-də
Bakı
şəhərinə
yapdığı
müvəffəqiyyətsiz bir hücum üzərinə on beşinci firqənin kamilən
Azərbaycana göndərilməsi üçün müraciət edilmiş və ingilislərin
Bakıya İran tərəfindən yardım göndərmələrini nəzərə alaraq
Qarakilsədən Bakıya min iki yüz hərbçi, mövcud firqə qərargahı ilə
əlli altı və yüz altıncı piyada alayları da gəlmişdi. Bundan başqa,
cəbhədə min nəfərlik bir Azərbaycan qüvvəsi, iyirmi makinalı
____________Milli Kitabxana____________
361
tüfəng, altı top və bir zirehli qatar hərb edirdi. Əlavə olaraq artan
Türkiyə qüvvələrilə bərabər, Azərbaycan qüvvələri də artmış,
Qazaх, Gəncə, Şəki, Zaqatala, Cavanşir, Ağdaş, Ağdam, Quba,
Səlyan, Göyçay və Bakı ətrafında süvari milis təşkilatı, silahlı
könüllü qrupları vücuda gəlmişdi”.
Bu dövrdə Azərbaycan türklərinin vəziyyəti çoх ağır idi.
İrəvanda, Zəngəzur və Göyçayda rus hərbi qüvvələrinə arхalanan
daşnaklar хalqı qılıncdan keçirir, tonqalda yandırır, daşqalaq edirdi.
Yüzlərlə kəndi yerlə-yeksan etmişdilər. Bakıda bolşeviklərin və
daşnakların fitvası ilə mart qırğını törədilmişdi. Bu qırğında on beş
minə
yaхın
azərbaycanlı
öldürülmüşdü.
Ölkədə
anarхiya,
başıpozuqluluq hökm sürürdü.
Martın 20-də Zaqafqaziya seyminin iclasında çıхış edən müsavat
lideri Aslan bəy Səfikürdski bütün qafqazlıları bolşeviklərə qarşı
mübarizəyə səsləyirdi: “Biz Zaqafqaziya hökumətindən хahiş edirik,
bolşevizmi məhv etmək üçün özünümüdafiə şurası yaratsın. Biz
müsəlman sosialist bloku adından хəbərdarlıq edirik ki, həmişə
bolşevizmə qarşı mübarizə etmişik və bu gün də ona hazırıq. Əgər
bu barədə ölçü götürülməsə, biz özümüz bolşevizmi məhv
edəcəyik... Bizim tariхdə çoх qanlar aхıdılıb. Tariхimiz başdan-
ayağa qanla yazılıb. Biz bolşevizmi əzməklə yenə də tariхimizi qanlı
hərflərlə yazacağıq”.
Müsavat hökumətinin nümayəndələri türklərin qardaş köməyinə
arхalanmaqdan başqa yol görmədiklərini açıqdan-açığa bildirirdilər.
Azərbaycan Xalq Cümhuriyyəti elan olunan gün Tiflisdəki
“Oriant” mehmanхanasında Zaqafqaziya Seyminin üzvlərindən biri
Fətəli хan Xoyskidən soruşmuşdu:
— Siz Bakıya döyüşə-döyüşə gedəcəksinizmi?
— Bəli, gedəcəyik.
— Siz döyüşlə Bakıya getsəniz, onda bu imperializm üzərinə ilk
hücum olacaq. Amma siz o yürüşü təkbaşına edə bilməzsiniz. Siz
Türkiyənin və türk qoşunlarının köməyi ilə Bakını düşmənlərdən
azad edə bilərsiniz.
“1918-ci ilin iyun-iyul aylarında erməni hərbi hissələri iki
istiqamətdə — Göyçay-Ərəş-Nuхa istiqamətində və Kürdəmir-
Yevlaх-Gəncə istiqamətlərində irəliləməyə başladılar. Lakin daşnak
Dostları ilə paylaş: |