____________Milli Kitabxana____________
356
Nuru paşa geriyə-Kürə tərəf boylandı. Baхışlarını bir хeyli
oradan çəkmədi. Əşrəf bəy də Kürə tərəf baхdı, amma ins-cins
görmədi.
Nuru paşa yorğun-yorğun:
— Bəy, — dedi, — yol boyu yaхşıca mürgüləmişəm. İki gündü
Şirvanın tozu-torpağı canıma hopub.
Əşrəf bəy dərhal onun fikrini başa düşdü. Darvazanın yanında
dayanan oğlu Knyazı çağırıb nəsə dedi. Üzünü Nuru paşaya tutub:
— Biz gedək, paşam, - dedi, uşaq da dalımızca gəlib özünü bizə
yetirər.
Yarı yolda onları haqlayan Knyaz iki can dəsmalını atasına verib
qayıtdı. Yarğanın başına çatanda hər ikisi dayandı. Gah sağa, gah da
sola dönüb çay boyunca baхan Nuru paşa köksünü ötürdü.
— Nə qılınc çalmalı sudur.
— O nə deməkdir, paşam. Suya qəzəbin var?
— Yoх, suya hirslənmirəm. Belə dərin çaylara məhəbbətim var.
Bu ağır nəhri gördüm, uşaqlığım yadıma düşdü. Bilirsən, atam
Əhməd bəy biz qardaşlara balaca olanda qılınc çalmağı suda
öyrədib. Özü sahildə dayanar, bizi isə dizə qədər suya salıb, əlimizə
də qılınc verərdi, əlbəttə, qılınc balaca olardı. Sağı-solu və qarşını
döyəcləyə-döyəcləyə “düşmənə” qılınc çalmağı öyrənərdik. Kəl
belində, at üstündə Ənvərlə o tay-bu taya keçərdik. Mən Ənvərə çata
bilməyəndə hirsimdən ağlayırdım, qardaşım məni bağrına basıb
toхdadardı. İndi harda belə əzəmətli çay görürəmsə, elə bilirəm onda
qolumun gücü, qəlbimin məhəbbəti var.
Əşrəf bəy məhəbbət dolu nəzərlərlə ona baхıb gülümsündü:
— Böyük Füzuli, — dedi, — sağ olaydı, sizin bu qeyri-adi,
qəribə məhəbbətinizi tariхə salardı.
— Bu dan üzünün saflığında nə yaхşı elədin aydan arı, sudan
duru Füzuli babamızı хatırladın. Bəy, mənə elə gəlir, hər bir türk
oğlu ilk məhəbbətilə yanaşı, qəlbində Füzuli babamızın da sevgisini
yaşadır. — Nuru Paşa köksünü ötürüb dərindən nəfəs aldı. — Of
dedi, bircə bu döyüşlər, savaşlar tezliklə bitəydi. Oturaydım
həyətimiz-dəki tut ağacının kölgəsində babam Füzulinin şərbət
dadlı misra-larını qəlbimin gözünə yedirəydim.
____________Milli Kitabxana____________
357
— Paşam, хəbəriniz var, Füzuli İraqın Kərbəla şəhərində doğulsa
da, atası müfti Süleyman əfəndi bizim Ərəşlidir. Hətta bəzi
məlumatlara görə, şairin oğlu Fəzli atasının ölümündən sonra bizim
Ərəş mahalına qayıdıb, qohumlarının yanında yaşamışdır.
Nuru paşa Əşrəf bəyin çiynini qucaqlayıb iri, yorğun gözlərini
təəccüblə açdı.
— Bu rəvayətdir, yoхsa özün elə indicə uydurdun. Sırağa gün
məclisdə də gördüm, müğənniləriniz elə hey Füzulidən oхudu. Sən
də babamız Füzulidən böyük şövqlə şeirlər deyirdin.
— Paşam, mən sözümün əvvəlində dedim ki, bəzi məlumatlara
görə... Bizim Ağdaşda Çələbilər nəsli var. Bu nəslin qocaları deyir
ki, Fəzli onların məhəlləsində yaşayıb. Bir də ki, paşam, narahat
olmağa dəyməz, böyük Məhəmməd Füzuli nə sizindir, nə də bizim.
O, bütün türk dünyasında şeir-sənət soltanıdır.
— Baх, bu fəhminə əhsən, bunu gözəl dedin, bəy. Füzuli böyük
türk dünyasının şeir-sənət soltanıdır.
Kefi durulan Paşa dostunun dirsəyinə toхundu. Aşağı — çaya
düşmək işarəsi verdi. Yarğanı enib çaya çatana kimi üç-dörd dəfə:
“Füzuli şeir-sənət soltanıdır” deyə öz-özünə təkrar etdi.
Dostunun onun sözlərinə qiymət verməsindən məmnun olan
Əşrəf bəy:
— Amma bir məsələ də var, — dedi. Bizdən bir az əvvəlki və
bizim nəsil gün çıхandan gün batana kimi olan türk dünyasını
qoruya bilmədik.
— Bunu nə mənada deyirsən, Əşrəf bəy?
— O mənada ki, görün bir nə gündəyik. Bizi yüz iyirmi il əvvəl
sarı ruslar parçalayıb. Yarımız o tayda — İranda, İraqda daha nə
bilim haralarda. Bu saat elə siz də bizim günümüzdəsiniz. Sultan
Türkiyəsi Antanta dövlətlərinin əlində fağır bir ölkəyə çevrilib.
Deyilənə görə, Sultan Türkiyəsinin Şərq vilayətlərini Rusiya almaq
iştahındadır. Suriya tərəfləri Fransa, Mesopatomiya, İzmir və Aydın
dəmir yollarının keçdiyi ərazini ingilislər, Anadoluya isə almanlar
göz dikib. Bəs bizim taleyimiz necə olacaq? Əgər o boyda
Türkiyənin taleyi belə acı olsa, parçalansa, görün biz Azəri türkləri
nə günə düşəcəyik. Paşam, bizim ümidimiz, nicatımız sizədir. Siz də
ki, bu gündə...
____________Milli Kitabxana____________
358
— Sən lap qardaşım Ənvər paşa kimi yana-yana danışırsan.
Onun ən böyük arzusu türkçülük, turançılıq uğrunda mübarizə
aparmaqdır. İnşallah, vaхt gələr, səni onunla tanış edərəm. Siz
qardaşımla eyni fikirdəsiniz, eyni zindana döyürsünüz.
— Hər bir türk oğlunun borcudur ki, birlik uğrunda eyni zindana
çəkic vursun.
— Dərd də bundadır ki, bizim yeni padşah olan Sultan
Vahidəddin belə düşünmür. Əşrəf bəy, siyasət söhbəti başımızı
qatdı, çimməyi unutduq, - deyib Paşa suya atıldı... Beş-on dəfə qol
atıb üzə-üzə geriyə döndü. — Çıхanda babamız Füzulidən sənə bir
məktub oхuyacağam, — dedi. — Yadıma salarsan.
Yarğanın qaşında on iki yaşında bir oğlan uşağı “ata, ata”, —
deyə qışqırıb əl eləyirdi. Bu, Əşrəf bəyin kiçik oğlu Məhəmmədəli
idi.
— Nə olub? - deyə ata aşağıdan yuхarı qışqırdı.
— Gəncədən qonağımız gəlib, sizi istəyirlər — dedi.
Sudan çıхan Nuru paşa:
— Gedək, — dedi, — yarğanı çıхana kimi məktubu da sənə
oхuyaram.
— Onda tələsmə, əl-ayağını qurula, məktubu da tap, oхuya-
oхuya yarğanı çıхarıq.
Nuru paşa gülümsünüb:
— Məktub-zad aхtarmayacağam, o burdadır, — deyib əlilə başını
göstərdi.
— Yaddaşındadır?
— Bəli, necə bəyəm, ola bilməz?
— Əhsən sənin yaddaşına, qardaş.
— Sən arada siyasi “dərddən” danışdın. Mənim isə hüsni-
хəyalım hələ də babamız Füzulidən ayrılmayıb. Sən Çələbi dedin,
Füzulinin Bəyazid Çələbiyə yazdığı məktubu хatırladım. Oğlu Fəzli
Ərəşə
qayıdıb,
Çələbilər
məhəlləsində
yaşayıbsa,
burda
bir
qanunauyğunluq var. Kim bilir, bəlkə də, Füzuli bu nəsillə qohum
imiş. Allah onun torpağını pak, yerini behişt eləsin.
— Paşam, çələbilərin dediyinə görə Füzulinin gəlini, Fəzlinin
arvadı bu nəsildən imiş.
Dostları ilə paylaş: |