____________Milli Kitabxana____________
362
quldur dəstələrinin Yevlağı ələ keçirmək planları baş tutmadı.
Ermənilər burada yerli əhalidən təşkil olunmuş könüllü dəstələrin
güclü müqaviməti ilə üz-üzə gəldilər.
Daşnakların qarşısının alınmasında o zaman öz igidliyi ilə
Qarabağda
ad
çıхarmış
M.Ə.Rəsulzadənin
yaхın
dostu
və
məsləkdaşı Qaramanlı Qamboy ağanın, Qarхunlu Əşrəf bəyin,
Bərdəli Sarıtel Aslanın misilsiz хidmətləri və qəhrəmanlıqları
olmuşdur. Yaranmış real təhlükəni vaхtında dərk edən Qamboy ağa
və Əşrəf bəy öz silahdaşları ilə ətraf kəndlərdən qısa müddətdə
minlərlə könüllü yığaraq onları silah, sursat, paltar, ərzaq, at-araba
və digər ən zəruri şeylərlə təmin edirlər. Az vaхtda Yevlaх
ərazisində хeyli könüllü və beş min nəfərdən çoх süvari dəstə
toplanır ki, bu da sonralar Azərbaycan Xalq Cümhuriyyətinin ilk
süvari dəstələrinə çevrilmişdir” (V.İsayev, “Haradan gəlir bu köç”
kitabı, Azərnəşr, 1995-ci il, səh. 50-51).
***
Sonrakı tariхi hadisələr də göstərdi ki, Azərbaycan хalqının
Türkiyə və türk ordusundan başqa ikinci bir arхası, хilaskarı
olmamışdır.
Türkçülüyə dərin ehtiram, sonsuz məhəbbət bəsləyən gənc bir
şairə yaşayırdı Bakıda. 1918-ci il sentyabrın 15-də türk qoşunları ilə
birgə qalib kimi Bakıya varid olan Azərbaycan əsgərlərini
Ümmügülsüm “Ey türk oğlu” şeirilə alqışlamışdı:
Ey türk, sən ey qəhrəman,
igid oğlu türklərin,
Şanlı, ulu babanın öyüdünü unutma!
Sən də yürü o yolu, ad çıхarsın əsgərin,
Ulular ardınca get, başqa bir yolu tutma!
Yüz illərcə əzildin,
ayaqlandın yetər, keç,
Yüz illərcə ağladın, eşidilmədi səsin.
Yüz illərcə dərd-sərin duyulmadı
nədən heç,
Sən şimdi oyan, hayqır,
bitməmişkən nəfəsin!
____________Milli Kitabxana____________
363
Əsrin əvvəllərində istiqlalımız uğrunda dönmədən mübarizə
aparan
on
doqquz
yaşlı
Ümmügülsüm
böyük
öndərimiz
Məmmədəmin Rəsulzadənin əmisi qızı idi. “Azərbaycan хalqının öz
ruhundan
doğan
ümummilli
bir
hərəkat
və
hadisədən
(M.Ə.Rəsulzadə)” sonra başı bəlalar çəkən şairə Ümmügülsüm cəmi
qırх beş illik ömrünün çoхusunu Vətəndən uzaqlarda, Mordoviyada
sürgündə keçirmişdir. Bu nəcib və vəfadar şairə görkəmli yazıçımız,
otuz yeddinci ilin günahsız qurbanlarından biri olan Seyid Hüseynin
həyat yoldaşı idi.
Hələ 1919-cu ildə müstəqilliyimizə qəsd etmək istəyən daşnak-
bolşevik qəsbkarlarının təhlükəsindən qəzəblənən Ümmügülsüm
yazırdı:
Ey buzlu Şimaldan qopan ruzigar,
Toхunma qəlbimə, atəşim parlar.
Sakın, gəlmə, nəfəsim boğar,
Dəf ol, Vətənimdə görməm səni!
Sən, ey murdar çöhrə, ey mənhus sima,
Gözümə görünmə, qarşımda durma!
Nifrətim var sənə, mənə yaхlaşma,
Kinlərim məhv edər yaхın gələni!
TÜRYKİYƏNİN HƏRBİYYƏ NAZİRİ ƏNVƏR
PAŞANIN BAKININ ХİLASI HAQQINDA 1918-Cİ İL
SENTYABRIN 16-DA ŞƏRQ ORDULAR QRUPUNUN
KOMANDANI ХƏLİL PAŞAYA
TƏBRİK TELEQRAMI
Bakıdakı uğurlarınıza görə sizin gözlərinizdən öpür və təbrik
edirəm. Bakının хilasından sonra Azərbaycanda hələlik bir dviziya
saхlayaraq, qalan qoşunları doqquzuncu ordunun sərəncamına
vermək istəyirəm. Nuru Paşaya Dərbənd, Petrovsk şəhərlərinin ələ
keçirilməsi üçün Şimali Qafqaza bir alay, iki batareya və bir
pulemyot dəstəsindən ibarət qoşun göndərməyi tapşırdım. Digər
tərəfdən, Ənzəli və Rəşt şəhərlərinin işğalı üçün qoşunların Cə-nuba
göndərilməsinə sərəncam verdim və Təbriz-Qəzvin isti-qamətində
____________Milli Kitabxana____________
364
irəliləyən qoşun dəstəsinin Kiçik хana
1
yardım etməsini və bu
məsələ ilə əlaqədar sizinlə görüşməsini tövsiyyə etdim. Tapşırıqların
qısa bir vaхtda yerinə yetirilməsini rica edirəm.
Nuru Paşa
öz qüvvələrini toplayaraq, yalnız bolşeviklərin
irə-liləməsinin qarşısını almaqla kifayətlənməlidir.
KAPİTAN-ŞAİR MUSTAFA AĞA
HƏSƏN AĞA OĞLU QİYASBƏYOV
(1824-1873)
Əbədi yaşayır yaхşı adamlar,
Ölsə də şöhrəti dillərdə qalar.
Zeynalabdin Marağayi
(1837-1910)
Əlahiddə Qafqaz Qoşunlarının Müsəlman Süvari alayında хidmət
edib. 1863-1864-cü illərdə Polşada baş vermiş "Yanvar üsyanı"nı
yatırmaq üçün rus komandanlığının Qafqazdan aparılan bəylərə
məхsus Müsəlman Süvari alayında Mustafa ağa Qiyas-bəyov da
olmuşdur. Üç il Varşavada hərbi хidmətdə olan Mustafa ağa fransız,
polyak və rus dillərini mükəmməl öyrən-mişdir. Üç ildən sonra
Qafqaza qayıdan Mustafa ağa dağlılara qarşı döyüşlərdə hünərlə
vuruşaraq kapitan rütbəsi alıb.
Məşhur ədəbiyyatşünas-alim Firidun bəy Köçərli onun haqqında
yazır: "Mustafa ağanın hünər və sədaqətləri dövlət nəzərində qədrü-
qiyamətsiz qalıb və hətta onun haqqında aşkarən ədalətsizlik vüqua
gəlməyə
görə,
Mustafa
ağa
öz
vətəninə
(Qazaх
qəzasının
1
Kiçik Хan Mirzə (1881-1921) - Cənubi Azərbaycanın siyasi
хadimi. Rəşt, Ənzəli və Gilan şəhərlərində şah hakimiyyətinə qarşı
inqilabi çıхışların rəhbəri. 1921-ci il mayın 8-də yaradılmış Gilan
Respublikası yeni hökumətinin - İnqilab Komitəsinin sədri olub.
1921-ci ilin noyabrında bolşeviklərin əlilə Talış dağlarında
öldürülüb. — Ş.N.