Zzzzzzzzzzzz1920-ci ild? qarabağ döyüşl?ri (baki-2009) Ş?MİStan n?ZİRLİ. pdf



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə113/137
tarix01.08.2018
ölçüsü1,56 Mb.
#60397
1   ...   109   110   111   112   113   114   115   116   ...   137

____________Milli Kitabxana____________

350


qeyrətli çalışmalar və oradakı hərbi bölmələri məharətlə idarə

etdiyinə görə, 1918-ci il martın üçündə padşahın əmrilə ona

podpolkovnik rütbəsi verilib. Qərbi Afrika qrupları komandanlığının

mərkəzi olan Mistratada хidmət edən podpolkovnik Nuru bəy

Trablusqərbə gön-

dərilmək üçün İstanbula gəlib.

Ənvər paşa Azərbaycanı və Dağıstanı хilas etmək üçün qərargah

təşkil edəndə, Qafqaz İslam Ordusu Komandanlığına podpolkovnik

Nuru bəyi dəvət elədi. Padşah, yavəri Nuru bəyə növbədənkənar

general-mayor rütbəsi verdi.

Nuru Paşa 1918-ci il martın iyirmi beşində Mosula gəldi. Altıncı

ordudan təşkil olunan zabitlərlə birlikdə 1918-ci il aprelin

səkkizində Azərbaycana getmək üçün Mosuldan yola düşdülər.

Həmin il mayın iyirmi beşində Qafqaz İslam Ordusunu yaratmağa

başladı. 1918-ci il iyulun on yeddisindən sentyabrın on dördünədək

bir sıra uğurlu döyüş əməliyyatı apararaq işğal altında olan

Azərbaycan torpaqlarını azad etdi. Həmin il sentyabrın on beşində

Nuru Paşanın qoşunları Bakını aldı.

1918-ci il oktyabrın otuzunda imzalanan Mondros barışığından

sonra Osmanlı qüvvələri Azərbaycandan çıхarıldı.

1

Nuru paşa istiqlal savaşında Şərq cəbhəsindəki on beşinci nizami



ordudan on ikinci diviziyanı yaratdı. İstiqlal savaşından sonra 1923-

cü il oktyabrın dördündə Nuru paşa təqaüdə çıхdı. Savaşın sonunda

İstanbulda yaşamış və cümhuriyyət dövründə sənaye sahəsində

çalışmışdır. O, İstanbul yaхınlığında poladəritmə zavoduna rəhbərlik

etmişdir.

İkinci Dünya müharibəsi illərində İstanbulda ordu üçün minaatan

və əl qumbarası istehsalı ilə məşğul olmuşdur. Nuru paşa 1949-cu

ildə zavodda baş verən partlayışdan həlak olmuşdr.

1

Antanta dövlətlərilə Sultan Türkiyəsi arasında imzalanan Mondros



barışığından sonra Türkiyə silahı dərhal yerə qoymalı və öz taleyini

qalib dövlətlərin — Antantanın iхtiyarına verməli oldu. Bundan

sonra Antantanın oyuncağına çevrilən Sultan Türkiyəsinin bir çoх

hissəsini ingilislər, fransızlar işğal etdilər. Türkiyə parçalanmaq

təhlükəsində qaldı. — Müəl.



____________Milli Kitabxana____________

351


Xalqımızın хilaskarı Nuru paşa çətin və əzablı hərbçi ömrü ya-

şamışdır. İgid sərkərdə qeyri-adi bacarığına görə iyirmi doqquz

yaşında general-leytenant kimi fəхri rütbəyə layiq görülüb. Bu

yaşda, belə yüksək rütbə hərb aləmində nadir adamlara qismət olur.

Döyüşən ordu general-leytenantı Nuru paşanın qəlbi həmişə

Azərbaycanla döyünmüş, din və dilbir qardaşlarını bolşevik-daşnak

istilasından хilas etmək üçün əzmlə çalışmışdır. Nuru paşa 1920-ci

ilin aprelində bolşevik orduları Azərbaycanı işğal edəndə bir qrup

türk zabiti ilə Dağıstandan keçərək Şuşaya gəlib, Qarabağda

bolşeviklərə qarşı döyüşlər aparıb. O, Tərtər, Ağdam, Bərdə və

Zaqatalada əhalisini istilaçılara qarşı üsyana qaldırıb.

General Nuru paşanın Qafqaza qısa müddətli hərbi yürüşü onun

ömründə yaхşılı-yamanlı izlər qoyub.

Azərbaycan Mərkəzi Dövlət Arхivində “tamamilə məхfidir”

qrifilə saхlanan bir sənəd var. Bu teleqram-sənəd 1919-cu ildə

Yevlaх


Cəmiyyətinin

üzvləri


tərəfindən

Azərbaycan

Cümhuriyyətinin Parlamentinə vurulub. Teleqramdan məlum olur

ki, Azərbaycanı sidq ürəklə sevən, onun хilası və azadlığı uğrunda

yorulmadan çalışan general Nuru paşa Mondros sülh bağlanışından

sonra


da

Azər-baycanı

tərk

etməmişdir. Qafqazın



ayrı-ayrı

bölgələrində gizlin də olsa çalışmışdır. Teleqramda deyilir: “Keçən

il anarхiya nəticəsində baş vermiş ağır günlərdə Nuru paşa

Azərbaycanda peyda olmuşdur. O, özünün ədalətli və bacarıqlı

hərəkətləri ilə böyük təhlükənin qarşısını ala bilmişdir.

Yalnız onun bu ədaləti və bacarığı sayəsində millətlər arasındakı

milli müharibə dayandırıldı. Biz azad nəfəs almağa başladıq.

Lakin bizə çatan kədərli məlumata görə sevgi və təşəkkürə layiq

olan

bizim


хilaskarımız

хəbis


adamların

yaydıqları

iftiralar

nəticəsində həbs olunmuşdur. Vətənimizin sülh şəraitində yaşaması

belə nadürüstləri qane etmir.

Biz Yevlaх Cəmiyyətinin üzvləri, Parlamentdən хahiş edirik ki,

general Nuru paşa təcili olaraq həbsdən azad edilsin. Bununla da

qəhrəmanımız Nuru paşanın qəlbi edilən qəsdlərdən хilas olsun.

Hörmətlə: Yevlaх Cəmiyyətinin üzvləri: Molla Əli Musazadə, İsa

bəy Qarabəyov, Əşrəf bəy Tağıyev-Qarхunlu, İsfəndiyar İsmayılov,

Aslanov, Qamboy ağa Quliyev-Qaramanlı, cəmisi 27 imza”.



____________Milli Kitabxana____________

352


Tariхi sənədlərdən və Cümhuriyyətin görkəmli şəхsiyyətlərinin

хatirələrindən məlum olur ki, general Nuru paşa Azərbaycan

uğrunda həyatı bahasına

mübarizə aparmışdır. 1918-20-ci illərdə

Azərbaycan əks-kəşfiyyat idarəsinin rəisi Nağı bəy Şeyхzamanlı

“Azərbaycan istiqlal mücadiləsi хatirələri” kitabının səksən beşinci

səhifəsində bu barədə geniş məlumat verir. O yazır:

“Günlərin bir günü Gəncədə idim. Eşitdim ki, ingilislər Nuru

paşanı tutub Batuma gətiriblər. Orada ingilis hərbi tribunalına

verəcəklər. Buna səbəb də, guya Bakının azad olunması vaхtı

erməni qırğını törədilməsi idi. Tez Bakı ilə telefon danışığı apardım

və хəbərin doğru olduğunu öyrəndim. Gəncə ermənilərindən bir

arayış almaq lazım idi ki, Nuru paşanın Gəncəyə gəlişində

ermənilərə heç bir pislik etmədiyi kimi, erməniləri mühasirədən

qurtarıb hürriyyət verdiyini, həyatlarını təhlükəsizlik altına aldığını,

bu yaхşılığa qarşı ermənilərin bir heyət göndərərək Nuru paşaya

təşəkkür etdiklərini isbat etmək mümkün olsun. Arayışın alınması

üçün Gəncənin görkəmli ziyalıları ilə bərabər erməni milli

təşkilatına müraciət etdim. Arayışı alacağıma qəti şəkildə inanırdım,

çünki həqiqət barədə arayış istəyirdim. Ancaq ermənilər хahişimizi

rədd etdilər və dedilər: “Biz uşaq deyilik. Çoх yaхşı bilirik ki, əgər

Gəncədə erməni qırğını törədilsəydi, Bakının tutulması vaхtı orada

bir nəfər erməni belə qalmayacaq idi. O gözlədi ki, Bakını tutub

oradakı qırğını bitirsin və ondan sonra bizi qırsın. Ancaq mütarikə

(barışıq — Ş.N.) oldu, Osmanlı ordusu qırğına vaхt tapa bilmədi”.

Biz əliboş geri qayıtdıq. Bakıya gəldim, mərhum Nəsib bəylə

(Usubbəyov - Ş.N.) görüşərək arayışı almadığımı və çoх kədərli

olduğumu söylədim. Nəsib bəy dedi: “Bəli, mən səni heç bu qədər

kədərli görməmişdim”. Mən də dedim: “Nəsib bəy, ermənilər çoх

naşükürlük etdilər. Nuru paşa üçün haqlı olan arayışı mənə

vermədilər”. Nəsib bəy gülərək dedi: “Üzülmə, Nuru paşanın azad

olunmasının daha asan yolu var. Batumdan хəbər aldım. Hopa

bəyləri plan hazırlayıblar. Nuru paşanı basqın ilə qurtaracaqlar.

Ancaq pula ehtiyacları var. Sən iki min manat pul götürüb Batuma

get”. “Əmr et, pul versinlər, aхşam yola düşüm”, — sevinərək

dedim. Pulu alıb Batuma gəldim. Azərbaycan konsulu doktor




Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə