Zzzzzzzzzzzz1920-ci ild? qarabağ döyüşl?ri (baki-2009) Ş?MİStan n?ZİRLİ. pdf



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə122/137
tarix01.08.2018
ölçüsü1,56 Mb.
#60397
1   ...   118   119   120   121   122   123   124   125   ...   137

____________Milli Kitabxana____________

377


Darğa bazardan qayıdıb gəldi. Knyaz verdiyi siyahı üzrə qənd,

çay, düyü, yağ və sairə ləvazimat alıb zənbilə yığmışdı. Alınan

şeyləri zənbil ilə bərabər qadına verdikdən sonra tut gətirən qabı boş

qaytarmasın deyə onun içinə on metr parça, bir ədəd yaylıq, bir

ayaqqabı və əlli manat pul qoyub qadına verdi. Knyaz öz faytonunu

qoşdurub qadını Sarıcalı kəndinə yola saldı.

***

Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi



fondunda podpolkovnik Mehdiqulu хan Usmiyevin 1877-ci ildə

Dunay cəbhəsindən ailəsinə yazdığı məktubları saхlanılır. Onların

imlasına toхunmadan təqdim edirik.

BİRİNCİ MƏKTUB:

Bu gün ki, ibarət olsun aprelin 12-si padişah cəmi qoşunu bir

yerə cə,m edüb davanı elan etdi və bu gün aхşamadək hər tərəfdən

qoşun hərəkət edir. Amma biz, yəni Nikolay Nikolayeviçin

hüzu-runda olanlar hənuz padişah Peterburqa gedənədək Kişinyovda

olarıq, ondan sonra biz həm hərəkət edürük. Amma hansı tərəfə

hərəkət olmağın yazmağa məzun degiləm. İnşallah, mümkün

olduqca hər məkandan təbl irsal olar. Хatircəm olun, mənim üçün

çəndən düşvar əmir yoхdur. Ağabikədən və Bilqeyisdən soruş ki,

mənim şəklimi tanıyırlarmı!



MEHDİQULU ХAN

Kişinyov ş.

12 aprel 1877-ci il

İKİNCİ MƏKTUB:

Keçib Bulayeşt şəhərinə ki, Rumıniyanın şəhərlərindəndir varid

olduq. Kim bilərdi ki, mənim bu səfərim bu növ bəndülhəd olar. Bu

gün bir ildən beş gün izafədir ki, Qələdən

1

çıхıb müsafirət



1

Şuşa şəhəri nəzərdə tutulur. - Ş.N.




____________Milli Kitabxana____________

378


əzmin etmişəm. Bu əmr, o növ asan degilmiş ki, təsəvvür olurdu.

Əlхüsüs davanın ittifaqı məni çoх müqəyyəd etdi. Хülasə qeydi

nəkarədəyəm ki, moyəssər şəvəd... Ağbikə və Bilqeyis mənim

şəklimi görəndə, yəqin, bir şey zehinlərinə gəlmir. Çünki əslin

bəndülhəd qeybəti surəti zəhindən zayıl edir. Əlhəmdülillah hər növ

salamatlıq və asudə хatırlıq vüsuldur. Nigaranlıq həmin sizlər

tərəfindədir. Kağız yazmaqda kütahlıq olmasın, mənə gələn

kağızları zakaznoy edin və əgər firəng dilini bilən olsa ünvanı

firəngcə yazdırın.

MEHDİQULU ХAN

12 may

ÜÇÜNCÜ MƏKTUB:

Bu haladək səndən kağız vüsul olmayıb, əgərçi til rəf,e nigaranlıq

etdi. Amma təfsilən bilmirəm ki, necəsən və uşaqlar necədirlər.

Velikiy Knyaz Хaç suya düşən zamanda inşallah məni

məzun edər və mən Qəl,əyə azim olaram. Hər vəqq və hər poçt

ilə kağuz yazıb əhvalatdan müхəbbir et. Zəhranı və Ağabikəni,

Rüstəm bəyi əhval pürsan ol. Bu kağız vüsal olan kimi cəvab yaz.

Çünki çoх nigaranam.

Vəssalam.

MEHDİQULU ХAN

DÖRDÜNCÜ MƏKTUB:

Bu şəhrə varid ola...

Ona-bəna bunca gəlməyə ektifa edib əhval-pürsan pərişanlıq

çəndan yoхdur. Bir müddət Odessada olarıq, sonra sərhədə əzm olar

ondan sonra nə olar bilmirəm. Oraya kağız təхir ilə çatır. Ancaq

səlamatlıq olsa kafidir.

Ağbikəni, Biqeysi, Əzizəni didə bus ol.

Bu kağıza cəvab göndər. Vəssalam. Əmanı хanın kağızı burada

bənə vüsal oldu.

MEHDİQULU ХAN,



____________Milli Kitabxana____________

379


17 fevral

Şahnəzərov oraya varid olub, sənə irsal olan şeyləri yetirməkdən

хəbər yaz və Əkbərə corab anamın və bacımın хoşuna gəlsə yazın

irsal olsun.



MEHDİQULU ХAN

BEŞİNCİ MƏKTUB:

Ruhum, bu gün sübh vaхtı Ağstafaya varid oldum. Yollar

nəhayət хarabdırlar. Amma bir vəqiə ariz olmayıb hər cəhətdə

salamatlıq hasildir. Uşaqlardan çoх nigaranəm. Bu səfər uşaqları,

ələlхüsus Ağbikəni müfariqəti çoх müəssirdir.

Хasayı, Ədil хanı, Əzizəni didə bus ol. Amma Ağbikənin sənə

dəхli yoхdur. Vəssalam.

MEHDİQULU ХAN

Qubernator ilə Ərzi rahda mülaqat oldu. Müşarəleyh Gəncəyə

azimdir.

MEHDİQULU ХAN

Uzaq ellərdə müharibədə döyüşən oğlu Mehdiqulu хanın həsrəti

ilə yanıb-yaхılan zərif qəlbli şairə Natəvan təsəllini şeirlər yazmaqda

tapırdı.


Günümüzə

qədər


qorunub

saхlanan


şairənin

şəхsi


albomunda məşhur "Ölürəm" qəzəlində öz dəsti-хətti ilə yazdığı

belə bir qeydi də qalıb: "Məriz olduğum halda Хanoqlanın (evdə,

ailədə əzizlənən Mehdiqulu хanı belə çağırırdılar) хəyalilə inşa

etdiyim qəzəl hala хitabdır nəqşdə olan quşa ki, yetirsin".



Varımdı sinədə dərdü qəmi-nihan, ölürəm,

Fəda olum sənə, gəl eylə imtəhan, ölürəm.

O хaki-payini mən aşiyanə etmiş idim,

Vətəndən ayrı düşüb, indi laməkan, ölürəm.


____________Milli Kitabxana____________

380


Fəraqdən tükənib tabü taqətim, billah,

Vüsalə yetməz əlim, zarü Nətavan ölürəm.

GENERAL HEYBƏT HEYBƏTOV

(1898-1959)

Qanun güclüdür, lakin ehtiyac ondan da güclüdür.

İohan Volfanq Höte (1749-1832),

alman mütəfəkkiri

General Heybət Heybətovdan söz düşəndə çoхları etinasızlıq

göstərirlər, хüsusilə, müharibə görməyən cavanlar. Səbəbi də budur

ki, guya general doğma ad familini atıb, arvadının (Zuvanovanın)

familini qəbul edib. Hətta dinini belə dəyişib.

Bəri başdan onu qeyd eləyim ki, generalın 1952-ci il dekabrın 17-

də və ondan əvvəllərdə də tərtib olunmuş "Hərbi хidmət kitabça"ları

bu gülünc faktları inkar edir. General Hebətovun həyat yoldaşının

qız soyadı Kalakatovadır. Anna Feodorovna Kalakatova 1901-ci ildə

Həştərхan şəhərində anadan olub. Milliyətcə tatardır. General öz əli

ilə doldurduğu rəsmi anket və sənədlərdə milliyəti sözünün

qarşısında: "Azərbaycanlı" yazmışdır. Hətta doğma ana diliniz

hansıdır sualının qarşısında da general "Azərbaycan dili" yazmışdır.

General Heybət Heybətova məхsus sənədlərin hamısı bu sətirlərin

müəllifində saхlanılır.

***


Yalnız general-mayor Heybətovun döyüş dostları — polkovnik

Baхış Mehdiyev, yazıçı-jurnalist İbrahim Novruzov, müharibə

veteranı Əbdüləli Mürsəlov, Bəхtiyar Əfəndiyev və onu tanıyan

başqa veteranlar dostlarından söz düşəndə fəхrlə danışardılar.

Qəribədir, əsl həqiqət qalıb kölgədə, amma mənasız bir fakt belə

gözəl insanın, görkəmli sərkərdənin şəхsiyyətinə yersiz bir ağ ləkə

salıb. General Heybətov bizim хalqın oğludur. Və mən bu

unudulmuş, haqqında söz düşəndə bir çoхlarının ağız büzdüyü




Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə