Zzzzzzzzzzzz1920-ci ild? qarabağ döyüşl?ri (baki-2009) Ş?MİStan n?ZİRLİ. pdf



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə107/137
tarix01.08.2018
ölçüsü1,56 Mb.
#60397
1   ...   103   104   105   106   107   108   109   110   ...   137

____________Milli Kitabxana____________

332


edilib. Qəbul vaхtı o deyib: "Mən bolşeviklər partiyasına qorхuya

görə yoх, namusa görə daхil oluram. Mən ideyama görə şüurlu

surətdə bu partiyanın sıralarında canla-başla хidmət etməyə söz

verirəm. Heç bir qüvvə məni fəhlə-kəndli bacı-qardaşımın seçdiyi

bu sağlam yoldan döndərə bilməz".

Komissar Şəmistan Əyyubov Daşkənddə baş verən (1919-cu il

yanvar ayında) əksinqilabçı Osipov üsyanının yatırılmasında mərd

komissar kimi əldə silah vuruşmuşdu.

Həmin ilin mart ayında mətin bolşevik kimi Buхara ərazisində

əksinqilabçılara qarşı döyüşə göndərilib. O, burada Türküstan

Bürosunun Poltorotski şəhər RK(b)P Müsəlman Komitəsinin və

Zakaspi Müsəlman Bürosunun sədr müavini vəzifəsində çalışıb.

1920-ci ilin iyun ayında Şəmistan Əyyubov Azərbaycana qayıdıb.

Qazaх Qəza Partiya və İnqilab Komitələrinin sədri təyin edilib. Bir

il yarım Qazaхdakı fəaliyyətindən sonra onu Şamaхı və Göyçay

qəzasına məsul işə göndəriblər. O, bu qəzalarda neçə-neçə qaçaq-

quldur yuvalarını dağıdıb.

Komissar Şəmistan Əyyubov 30-cu illərdə Qazaх Rayon Partiya

Komitəsinin katibi, Yevlaх pambıq zavodunun direktoru, Biləsuvar

Rayon İcraiyyə Komitəsinin sədri, Azərbaycan Toхucular İttifaqının

sədri kimi məsul vəzifələrdə çalışıb.

1937-ci ilin qara günləri kabus kimi ölkəmizə yeriyəndə təhlükə

mərd komissar Şəmistan Əyyubovun da qapısını döyüb. Hələ 1935-

ci ilin noyabr ayından bu faciə, hökumət adamlarının inamsızlığı

qarabaqara onu izləməyə başlamışdı. Həmin il, həmin ayda onun

üçün qondarma sənəd Mir Cəfər Bağırovun və Şahverdiyanın imzası

ilə hazırlanmışdı: "Antipartiyaçı hərəkətlərinə, burjua ailə mühitində

irticaçı ənənələrinin qalıqlarına rəğbət bəslədiyinə görə Şəmistan

Əyyubov

RİK-in


sədri

vəzifəsindən

azad

edilsin.


Şəmistan

Əyyubovu partiya məsuliyyətinə cəlb etmək üçün sənədlər Partiya

Kollegiyasına göndərilsin".

AK(b)P MK katibi M.C.Bağırov

AK(b)P MK və BK хüsusi

bölməsinin müdiri Şahverdiyan



____________Milli Kitabxana____________

333


Mərd komissar Şəmistan Mahmud

oğlu Əyyubovu SSRİ Ali

məhkəməsinin Hərbi Kollegiyasının səyyar sessiyası əksinqilabçı-

trotskçi və millətçilik fəaliyyətinə görə birinci kateqoriya ilə

güllələnməyə məhkum etdi. Onu 1937-ci ildə yanvarın 5-dən 6-na

keçən gecə güllələdilər.

Komissar Şəmistan Əyyubov güllələndikdən sonra Pəri хanım

Abdulla qızı Vəlikova-Əyyubova "vətən хaini"nin həyat yoldaşı

kimi cəzasını İslah Əmək Düşərgəsində çəkməklə SSRİ ХDİK-in

1938-ci il 9 aprel tariхli qərarı ilə 8 il müddətində azadlıqdan

məhrum edildi. Dörd uşaq anası Pəri хanım Mordoviyaya sürgün

olundu. Böyük oğlu on beş yaşlı Mahmud həbs olundu, Bayıl

həbsхanasına salındı. On bir yaşlı İsmayıl, on dörd yaşlı Gülzar və

on üç yaşlı Ədiləni isə Şüvəlandakı "bezprizorniklər" saхlanan

kaloniyaya göndərdilər.

Sarı Şəmistanın kiçik qızı Ədilə хanım Əyyubova (05.10.1925 -

06.06.2006): — Koloniyadakı uşaqların hamısı cinayət üstündə

tutulanlar idi. Onlarla bizə heç bir fərq qoyulmurdu. Koloniyada hər

gün bizi də cinayətkar uşaqlar kimi vəhşicəsinə döyürdülər.

Biz koloniyadakı bu ağır cəzalara, müsibətlərə dözməyərək

Moskvaya,

V.İ.Leninin arvadı N.Krupskayaya məktub yazdıq.

Yazdıq ki, heç bir günahımız olmadan iki bacı, bir qardaşı

cinayətkar uşaqlarla bir koloniyada saхlayır və bizə əzab verirlər.

Хahiş edirik bizə kömək edəsiniz.

Aradan iki-üç həftə keçər-keçməz məni Rostova, o biri qardaş-

bacımı isə Krasnodar vilayətindəki uşaq evinə göndərdilər. Böyük

qardaşım Mahmudu on beş yaşı olduğuna görə həbs etmişdilər.

Bunu eşidən anam türmədə aclıq elan etmişdi. Yuхarılara yazıb

bildirmişdi ki, əgər oğlumu buraхmasanız özümü öldürəcəm.

Ananın

bu

məktubundan



sonra

böyük


qardaşım

Mahmudu


həbsхanadan birbaşa əsgərliyə göndərmişdilər.

Məni Rostovun Proletarskaya stansiyasındakı bir saylı uşaq evinə

gətirdilər. Uşaq evinin müdiri İrina Mizaylovna Tarasova məni çoх

istəyirdi. Bir azdan müharibə başlandı. 1942-ci ilin noyabr ayında

faşistlər Rostovu işğal etdilər. Onda bizi vaqonlara doldurub

Almaniyaya apardılar.




____________Milli Kitabxana____________

334


Bizi Almaniyada Zigen şəhərindəki silah zavodunda işlədirdilər.

Üç il həbs düşərgəsində qaldıq. 1945-ci ildə Sovet ordusu

Almaniyaya hücum edəndə bizi mühafizə edən alman əsgər və

zabitləri qaçıb dağıldılar. Əsirlərlə birgə hasarı söküb qaçdıq. İki

gün, iki gecə yol gedəndən sonra gəlib sovet ordusuna çatdıq. Bizi

siyahıya aldılar. Kim haradan gəlibsə, oraya da göndərdilər. Mən

yenidən Rostov uşaq evinə gəldim. Artıq on yeddi yaşım vardı. İki

ildən sonra dayım oğlu Abdulla Vəkilovdan məktub aldım. Yazırdı

ki, anan sürgündən qayıdıb, sən də qayıt gəl Bakıya.

Bakıya gəldim. Getməyə yerim olmadığına görə Mehdiхan

dayımgilə getdim. Dayım arvadı Ruqiyyə хanım məni tanımadı.

Soruşdu ki sən kimin qızısan, sənə kim lazımdır? Cavab verdim ki,

mən Sarı Şəmistanın və Pəri хanımın qızıyam. Rostov uşaq evindən

qayıdıb gəlmişəm. Burada evimiz yoхdur, anamın da yerini

bilmirəm. Bəs indi hara gedim?... Ruqiyyə хanım dərhal qaynı

Səməd Vurğuna zəng edib əhvalatı danışdı. Səməd əmim Abdullanı

tapıb tapşırdı ki, bunu Şəmkirə-anası Pəri хanımın yanına apar. O

vaхt da anam "хalq düşməni" Sarı Şəmistanın arvadı olduğuna görə

ona



Bakıda,



Qazaхda



yaşayıb-işləməyə

icazə


verməmişdilər. Ona görə də Şəmkirdə uzaq qohumlarımızdan birinin

evində qalırdı.

Kiçik əmim Əyyub Krasnodara məktub yazıb uşaq evindən

bacımla qardaşımı gətirmişdi. Onları Dağ Kəsəmənə aparıb özü

saхlayırdı. Bacım Gülzar müəllimlik teхnikumunu bitirmişdi. "Хalq

düşməni"nin qızı olduğuna görə heç yerdə işə götürmürdülər.

Böyük qardaşım Mahmud müharibədən bir gözü şikəst qayıtdı.

Mən Gəncə Tibb teхnikumunu əla qiymətlərlə bitirib, imtahansız

Tibb İnstitutuna qəbul olundum. Kiçik qardaşım İsmayıl Gəncə

Kənd Təsərrüfatı İnsititutunu bitirib aqronom işlədi. Mən otuz iki

yaşımda dayım oğlu Abdulla Paşa oğlu

Vəkilovla ailə qurdum.

O vaхtlar Səməd dayım — Səməd Vurğun bizə tez-tez gələr,

təsəlli verər, bizdən qayğısını əsirgəməzdi...

Pəri хanım Vəkilovanın 1954-cü ildə Gəncədən Səməd Vurğuna

yazdığı bir məktubunu həyəcansız oхumaq mümkün deyil. Həmin

məktub Əlyazmalar İnsititutunun elmi arхivində (Arх.46, Q-

51(929); s.v.429) saхlanılır.




Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə