AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ
QƏRAR
№ 03Q
Bakı şəhəri 26 aprel 2012-ci
il
“Damazlıq heyvandarlıq təsərrüfatlarının attestasiyadan keçirilməsi və
onların damazlıq təsərrüfat növünün müəyyən edilməsi Qaydaları”nın
təsdiq edilməsi haqqında
“Damazlıq heyvandarlıq haqqında” Azərbaycan Respublikasının 2007-
ci il 18 dekabr tarixli 516-IIIQ nömrəli Qanunun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin 13 mart 2008-ci il tarixli 734 nömrəli
Fərmanının 2.2-ci bəndini, ölkə Prezidentinin 2005-ci il 20 aprel tarixli 226
nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”ni və “Normativ hüquqi aktlar
haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 20-ci
maddəsini rəhbər tutaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyi
QƏRARA ALIR:
1. “Damazlıq heyvandarlıq təsərrüfatlarının attestasiyadan keçirilməsi
və onların damazlıq təsərrüfat növünün müəyyən edilməsi Qaydaları”
təsdiq edilsin (əlavə edilir)
2. Tapşırılsın Aparatın Hüquq, kadr və yerli orqanlarla iş şöbəsinin
müdiri İlqar Həsənova:
“Damazlıq heyvandarlıq təsərrüfatlarının attestasiyadan keçirilməsi və
onların
damazlıq
təsərrüfat
növünün
müəyyən
edilməsi Qaydaları”nın qanunvericiliklə müəyyən olunmuş qaydada
Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil
edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim
etsin.
Nazir İsmət Abasov
Azərbaycan Respublikası Kənd
Təsərrüfatı Nazirliyinin 26 aprel
2012-ci il
tarixli 03Q nömrəli qərarı ilə təsdiq
edilmişdir.
Damazlıq heyvandarlıq təsərrüfatlarının attestasiyadan keçirilməsi və
onların damazlıq təsərrüfat növünün müəyyən edilməsi
Qaydaları
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Damazlıq heyvandarlıq haqqında” Azərbaycan
Respublikasının 2007-ci il 18 dekabr tarixli 516-IIIQ nömrəli Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 13 mart
2008-ci il tarixli 734 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin
etmək məqsədi ilə hazırlanmış və damazlıq heyvandarlıq təsərrüfatlarının
attestasiyadan keçirilməsi və onların damazlıq təsərrüfat növünün
müəyyən edilməsini tənzimləyir.
1.2. Bu Qaydada aşağıdakı anlayışlardan istifadə olunmuşdur:
1.2.1. Attestasiya Komissiyası – damazlıq heyvandarlıq təsərrüfatının
fəaliyyət növünün müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası
Kənd Təsərrüfatı Nazirliyininnümayəndələrindən təşkil olunan komissiya;
1.2.2. Şəhadətnamə - attestasiyanın
yekunlarına
əsasən damazlıq
heyvandarlıq təsərrüfat növü ilə fəaliyyət göstərmək hüququ verən sənəd.
2. Attestasiya Komissiyası
2.1. Damazlıq heyvandarlıq təsərrüfat növünün müəyyən edilməsi
üçün Azərbaycan
Respublikası
Kənd
Təsərrüfatı
Nazirliyinin
nümayəndələrindən
5
(beş)
nəfərdən
ibarətattestasiya komissiya
yaradılır. Komissiyanın sədri bu nümayəndələrin sırasından seçilir.
Attestasiya Komissiyasının iclası onun üzvlərinin azı üçü iştirak
etdikdə səlahiyyətli hesab olunur, Komissiyanın qərarları sadə səs çoxluğu
ilə qəbul edilir, səslər bərabər olduqda, Komissiya sədrinin səsi həlledici səs
sayılır.
2.2. Attestasiya Komissiyasının səlahiyyətlərinə aşağıdakılar
daxildir:
- damazlıq heyvandarlıq təsərrüfatlarının attestasiyadan keçirilməsi;
- həmin təsərrüfatların növünün müəyyən edilməsi;
- attestasiyanın keçirilmə
qaydaları,
tarixi
barədə attestasiyanın keçirilməsinə 15 gün qalmış yazılı bildirişin
göndərilməsi.
3. Damazlıq heyvandarlıq təsərrüfatlarının
növünün müəyyən edilməsi
3.1. Damazlıq heyvandarlıq təsərrüfatları hər bir cins üzrə
qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş seleksiya-
damazlıq proqramına uyğun fəaliyyət göstərir.
3.2. Damazlıq heyvandarlıq təsərrüfatlarının hər hansı bir fəaliyyət növünə
aid edilməsi hər bir heyvan növü və cinsi üzrə təsdiq edilmiş normalar, tələblər və
şərtlər əsasında həyata keçirilir.
3.3. Normalar aşağıdakılardır:
- südlük cinslərdən ibarət qaramal yetişdirən damazlıq təsərrüfat
üzrə: - naxırda heyvanların 100 faiz, inək və ana camışların 80 faizinin elit-
rekord və elit siniflərinə aid olması, inək və düyələrin 100 faiz süni
mayalandırılması, hər 100 baş inəkdən 83 bala alınması, hər 100 baş inəyə
görə 10 baş cavan heyvanın satılması;
- ətlik cinslərdən olan damazlıq mal yetişdirən təsərrüfat üzrə: -
naxırda törədici buğaların 100 faiz, inəklərin 70 faiz təmizqanlı olması,
törədicilərin 100 faiz və inəklərin 50 faizelit-rekord və elit siniflərinə aid
olması, hər 100 başdan 80 bala alınması, hər il 10 baş cavan damazlıq
heyvanın, o cümlədən 2 baş erkək dananın satılması;
- müxtəlif cinslərdən olan qoyun və keçi yetişdirən damazlıq
təsərrüfat üzrə: -ana qoyunların və şişəklərin 70 faizinin elit və 1 sinif,
qoçların və təkələrin 100 faiz elit sinfindən olması, hər 100 baş ana
heyvandan 85 bala alınması, quzuların 95 faiz sağlam saxlanması, hər 100
ana heyvana 15 baş damazlıq toğlunun satılması;
- donuz yetişdirən damazlıq təsərrüfat üzrə: - ana donuzların 100
faiz təmizqanlı, 70 faizinin elit rekord və elit siniflərinə, qabanların 85
faiz elit-rekord və elit siniflərinə aid olması, ildə hər ana donuzdan 18 bala,
hər gün 500 qram diri çəki artımının alınması;
- at yetişdirən damazlıq təsərrüfat üzrə: - atların və ayğırların 100
faiz təmizqanlı olması, törədici ayğırların 100 faiz elita, madyanların 50
faizinin elita sinfinə, 40 faizinin 1 sinifə aid olması, hər 100 baş madyandan
75 balanın alınması;
- damazlıq kənd təsərrüfatı quşlarının yetişdirilməsi üzrə: -
damazlıq sürüdə fərələrin 70 faizinin birinci sinfə aid olması, ana toyuğun
100 faiz ikinci sinfə aid olması, hər toyuqdan 185 yumurta alınması, 40 faiz
yumurtanın damazlıq kimi istifadə olunması, cücə çıxımının 75 faiz olması,
cücələrin 95 faizinin salamat saxlanılması;
- arıçılıq üzrə - 100 faiz təmiz cins olmaqla, 40 faiz arı ailəsinin
yüksək bonitirə sinifinə aid olması, 50 faiz damazlıq arı paketinin, hər arı
ailəsinə görə 10 ədəd ana arının satılması, hər arı ailəsindən 20 kq balın
alınması, qışda arıların çıxdaşının 10 faizdən çox olmaması.
3.4. Sahibkarın damazlıq təsərrüfat növü ilə məşğul olması
üçün tövlənin, təmiz suyun, torpaq sahəsinin və normaya uyğun tələb
olunan qədər yemin olması zəruri tələb hesab edilir. Süd sağımının,
peyinin təmizlənməsinin, suyun verilməsinin mexanikləşdirilməsi, yem
doğrayan aqreqat, yem bitkiləri yetişdirmək üçün kənd təsərrüfatı texnikası
olanlara isə üstünlük verilir.
3.5. Sahibkarın damazlıq təsərrüfat növü ilə məşğul olması üçün
təsərrüfatda ən azı 50 baş damazlıq inəyin (ətlik istiqamətli təsərrüfatda 50
baş inəyin), 50 baş ana camışın, 500 baş ana qoyunun və bir yaşından
yuxarı şişəyin, 50 baş ana donuzun, 20 baş madyanın və 2 baş ayğırın, 10
baş dəvənin, 20000 baş quşun, 150 ədəd arı ailəsinin, 20
baş xəzdərili heyvanın olması zəruri şərtlər hesab edilir.
3.6. Damazlıq heyvandarlıq təsərrüfatlarının növünün müəyyən
edilməsi üçün hüquqi və ya fiziki şəxslər Kənd Təsərrüfatı Nazirliyinə ərizə
təqdim edirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
- ərazi kənd təsərrüfatı idarəsi rəisinin təqdimat məktubu;
- hüquqi şəxsin dövlət reyestrindən çıxarışın surəti;
- fiziki şəxsin şəxsiyyət vəsiqəsinin surəti;
- fiziki şəxsin təhsil haqqında diplomunun surəti;
- fiziki şəxsin vergi orqanlarında uçota alınması haqqında
şəhadətnamənin surəti;
- torpağa mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənədin surəti;
- təsərrüfatın son 3 illik göstəriciləri barədə sənəd;
- təsərrüfatın damazlığa yarayıb-yaramaması barədə rayonun baş
zootexnikinin və baş baytar həkiminin arayışları.
3.7. Müraciət yazılı və ya elektron formada təqdim edilir (göndərilir).
3.8. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
sahibkar müraciət etdikdən sonra bir ay müddətində sənədlərə baxaraq,
sənədlərin bu Qaydalarda göstərilən tələblərə və şərtlərə uyğun olub-
olmadığını araşdırmalı və nəticədən asılı olaraq bu barədə sahibkara yazılı
məlumat
verməklə toplanmış
sənədləri damazlıq
heyvandarlıq
təsərrüfatlarının növünü müəyyən etmək üçün Attestasiya Komissiyasına
təqdim edir.
3.9. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə bu
barədə hüquqi və ya fiziki şəxsə yazılı məlumat verilir. Hüquqi və fiziki
şəxslər tərəfindən 10 (on) gün müddətində çatışmazlıqlar aradan
qaldırıldıqdan sonra sənədlər təkrar təqdim olunur.
4. Damazlıq heyvandarlıq təsərrüfatlarına
şəhadətnamənin verilməsi
4.1. Attestasiya Komissiyası damazlıq heyvandarlıq təsərrüfatlarının
növünü müəyyən etmək üçün təsərrüfatları attestasiyadan keçirir.
4.2. Damazlıq heyvandarlıq təsərrüfatları yenidən attestasiyadan 5
(beş) ildən bir keçirilir.
4.3. Attestasiyadan keçirilmiş təsərrüfatların növü müəyyən
edildikdən sonra hüquqi və fiziki şəxslərə Kənd Təsərrüfatı Nazirliyi
tərəfindən həmin damazlıq heyvandarlıq təsərrüfat növü ilə fəaliyyət
göstərmək hüququ verən şəhadətnamə verilir (1 nömrəli Əlavə).
4.4. Şəhadətnamə itdikdə və ya məhv olduqda şəhadətnamənin
yenidən alınması üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət oluna bilər.
4.5. Hüquqi və fiziki şəxs şəhadətnamədən yalnız özü istifadə edə
bilər.
4.6. Şəhadətnamə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən xüsusi
formada nəşr edilir, ardıcıl nömrələnir və xüsusi jurnalda uçotu aparılır.
“Damazlıq heyvandarlıq təsərrüfatlarının
attestasiyadan keçirilməsi və onların damazlıq
təsərrüfat növünün müəyyən edilməsi
Qaydaları”na
1 nömrəli Əlavə
Dostları ilə paylaş: |