5 fevral 2017-ci il, bazar
4
Azərbaycan Ordusunun ötən il aprelin əvvəllərində
həyata keçirdiyi uğurlu hərbi əməliyyatı nəticəsində erməni
işğalından azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı
kəndinin yenidən bərpası istiqamətində hazırda mühüm
tədbirlər həyata keçirilir, ərazilər minalardan təmizlənir, texniki-
tədqiqat işləri aparılır, köhnə əmlakların müəyyənləşdirilməsi
və qiymətləndirilməsi prosesi reallaşdırılır. Təbii ki, dövlətin
təhlükəsizlik tədbirlərini gücləndirdiyi və bu məsələni daim
diqqətdə saxladığı bir şəraitdə həmin kənddə yaşamaq istəyən
ailələrin sayı da getdikcə artır.
Azərbaycan Prezidenti İlham
Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl
rayonunun Cocuq Mərcanlı kəndinin
bərpası ilə bağlı tədbirlər haqqında”
sərəncamı bu baxımdan mühüm önəm
daşıyır. Adıçəkilən yaşayış məntəqəsinin
bərpası ilə bağlı görüləcək işlər
çərçivəsində ilk mərhələdə 50 fərdi yaşa-
yış evinin, məktəb binasının və müvafiq
infrastrukturun inşası nəzərdə tutulub.
Bunun üçün Prezidentin Ehtiyat Fondun-
dan Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq
4 milyon manat vəsait ayrılıb. Beləliklə,
Cocuq Mərcanlının bərpası istiqamətində
ilk addım atılıb. Bu isə məcburi
köçkünlərin dövlətinə və rəhbərinə inam
hissini, torpağa, yurda sevgisini daha da
gücləndirib.
Cocuq Mərcanlı kəndinin bərpasına
başlanılması həm də Ermənistana,
onun havadarlarına bir xəbərdarlıqdır.
Yəni, bu, o deməkdir ki, dövlətimiz
təcavüzkar ölkənin işğalçılıq siyasəti
ilə heç vaxt barışmayacaq, ərazilərinin
tapdaq altında qalması ilə razılaşma-
yacaq, torpaqlarının azad edilməsi
üçün bütün vasitələrdən istifadə
edəcək. Digər tərəfdən işğaldan azad
edilən ərazilərimizdə infrastrukturun
yeniləşdirilməsi, vətəndaşlarımız üçün
evlərin tikilməsi, təhlükəsiz həyat
şəraitinin təmin edilməsi onu göstərir
ki, ölkə Prezidenti cənab İlham Əliyev
tərəfindən xalq qarşısında götürülən
öhdəliklər məsuliyyətlə yerinə yetiri-
lir, dövlətimiz işğal faktı ilə barışmır,
əhalinin doğma yurd-yuvalarına qayıdışı
üçün beynəlxalq hüquq normalarına
söykənilərək respublikamızın ərazi
bütövlüyünün və suverenliyinin təmin
edilməsi missiyası əzmlə həyata keçi-
rilir.
Azərbaycan Prezidenti bir müddət
bundan əvvəl Müdafiə Nazirliyinin
“N” saylı hərbi hissəsinin yeni hərbi
şəhərciyinin açılışı zamanı deyib:
“Münaqişənin həlli çox sadədir. Bi-
rincisi, Azərbaycanın ərazi bütövlü-
yü bərpa edilməlidir. Biz heç vaxt
Azərbaycan ərazisində ikinci qondarma
erməni dövlətinin yaranmasına icazə
verməyəcəyik. Heç vaxt Dağlıq Qara-
bağa müstəqillik verilməyəcək. Əgər
kimsə bunu gözləyirsə, qoy, əbəs yerə
gözləməsin. Bu, olmayacaq! Dağlıq Qa-
rabağ Azərbaycan torpağıdır, həm tarix,
həm bütün dünya birliyi bunu belə qəbul
edir. Azərbaycan müstəqilliyə qovuşanda,
vahid dövlət kimi BMT-yə üzv olanda
Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz
hissəsi kimi qəbul edilmişdir. Yəni, bu
məsələnin həlli bundan ibarətdir. BMT
Təhlükəsizlik Şurasının qətnamələrində
göstərildiyi kimi, işğalçı qüvvələr
işğal edilmiş torpaqlardan qeyd-şərtsiz
çıxarılmalıdır. Azərbaycan vətəndaşları,
məcburi köçkünlər öz doğma torpaqlarına
qayıtmalıdırlar.
O ki qaldı, Dağlıq Qarabağın
gələcək statusuna, bu status ancaq
vahid Azərbaycan dövləti çərçivəsində
mümkün ola bilər. Münaqişənin həlli
bundan ibarətdir və Ermənistan rəhbərliyi
bunu nə qədər tez anlasa, onlar üçün bir
o qədər yaxşı olacaq. Ərazi bütövlüyü-
nün təmin olunması, işğala son qoyul-
ması bu münaqişənin həlli üçün əsas
amillərdir. Bu məqsədlərə nail olmaq
üçün bir daha demək istəyirəm, daha
da güclü olmalıyıq və biz bu gün dünya
miqyasında böyük təqdirlə qarşılanan
güclü Azərbaycan dövləti yaradırıq. Biz
öz azad gələcəyimizi qururuq, müstəqil
həyatımızı qurmuşuq...”.
Burada bir məqamı da xatırlat-
maq istərdik. Bu gün Cocuq Mərcanlı
kəndində məskunlaşma tədbirlərinin
dinc, təhlükəsiz şəraitdə reallaşdırılma-
sı ordumuz tərəfindən ötən ilin aprel
ayında Lələtəpə yüksəkliyinin azad
edilməsinin məntiqi nəticəsidir. Yeri
gəlmişkən, dövlətimizin başçısı, Ali
Baş Komandan İlham Əliyevin vurğu-
ladığı kimi, “Dünya bir daha gördü ki,
Azərbaycan Ermənistanın işğalçılıq
siyasəti ilə heç vaxt barışmayacaq. Biz öz
ərazi bütövlüyümüzü bərpa etməliyik və
edəcəyik. Bu bizim əzəli torpağımızdır,
tarixi torpağımızdır və biz işğal altında
olan bütün torpaqlarımıza qayıdacağıq.
Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq
rəmzimizdir və tarixə düşdü. Əgər erməni
silahlı qüvvələri aprel döyüşlərindən
düzgün nəticə çıxarmasalar, gələcəkdə
Lələtəpə əməliyyatı kimi bir çox uğurlu
əməliyyatlar olacaq”.
Xatırladaq ki, Cocuq Mərcanlı kəndi
1994-cü ildə ulu öndər Heydər Əliyevin
Ali Baş Komandan kimi rəhbərliyi ilə
aparılan uğurlu Horadiz əməliyyatı za-
manı işğaldan azad edilib. Lakin mənfur
qonşularımız həmin ərazini demək olar
ki, daim atəş altında saxlayır və yaşayış
üçün təhlükəli vəziyyət yaradırdılar.
Ancaq qeyd etdiyimiz kimi, keçən ilin
aprel ayında erməni təxribatının qarşısı-
nı almaq məqsədilə Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi altında həyata
keçirilən uğurlu aprel əməliyyatı zamanı
Lələtəpə yüksəkliyi işğaldan azad olun-
duqdan sonra həmin ərazilərdə yaşayış
üçün tam təhlükəsiz vəziyyət yaradılıb.
Azərbaycan Prezidenti İlham
Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl
rayonunun Cocuq Mərcanlı kəndinin
bərpası ilə bağlı tədbirlər haqqında”
sərəncamı Ermənistanda böyük rezo-
nansa səbəb olub. Hazırda işğalçı ölkədə
əhalinin Serj Sarkisyan rejiminə nifrəti
güclənib, rəsmi Yerevanın uydurduğu
yalanların, necə deyərlər, üstü açılıb.
Bu isə Ermənistanda pessimist ovqatın
yaranmasına gətirib çıxarıb.
Bu gün ermənilər Dağlıq Qarabağ
münaqişəsinin həllinin uzanmasından,
bununla bağlı Ermənistanın üzləşdiyi
çoxsaylı problemlərdən daha çox narazı-
lıq bildirirlər. Onlar, eyni zamanda, həm
hərbi, həm də diplomatiya cəbhəsində
Azərbaycana daha böyük fərqlə uduzma-
ğın gerçəkliyini də dərk edirlər.
Azərbaycan Prezidenti İlham Əliyev
də dəfələrlə öz çıxışlarında bildirib ki,
biz erməni analarının gözüyaşlı qal-
masını istəmirik. Ancaq Ermənistanın
siyasi rəhbərliyi bunlardan nəticə
çıxarmır. Azərbaycanlıların qanı üzərində
hakimiyyətə gələn o cinayətkar rejim elə
düşünür ki, himayədarları sona qədər on-
ların arxalarında duracaq, bu cinayətkar
rejimi dəstəkləyəcək. Ancaq vaxt gəlib
çatıb və onları dəstəkləyənlər artıq geri
çəkilirlər.
Aprel döyüşləri Azərbaycan tarixində
qəhrəmanlıq səhifəsidir. Bu əməliyyatlar
zamanı iki strateji yüksəklik ordumuz
tərəfindən azad olunub. Talış kəndi
ətrafındakı yüksəkliklərin işğaldan
azad edilməsi ilə minlərlə hektar ərazi
düşməndən təmizlənib. Yaxın zamanlar-
da o ərazilərin bərpasına da başlanacağı
gözlənilir.
Aprel döyüşlərində bizim də
şəhidlərimiz olub. Ancaq hazırda onların
ruhları şaddır. Çünki qəhrəman oğulla-
rımızın qanı bahasına alınan torpaqlara
məcburi köçkünlər böyük ruh yüksəkliyi
ilə, həvəslə qayıdırlar.
Xatırladaq ki, həmin dördgünlük
müharibənin ermənilər üçün sarsıdıcı
nəticələri rəsmi Bakının son illər faktiki
dalana dirənən danışıqlar prosesindəki
hərbi-siyasi üstünlüyü, psixoloji möv-
qeyinin təmin edilməsi, ATƏT-in Minsk
qrupu həmsədrlərinin, habelə dünyanın
əsas güc mərkəzlərinin münaqişə ilə bağlı
səylərinin gücləndirilməsi baxımından
mühüm önəm daşıyır. Azərbaycanın
qısamüddətli hərbi əməliyyatlarda əldə et-
diyi real üstünlük münaqişənin həllini süni
şəkildə uzatmaq yolu tutan qüvvələrə ciddi
və sərt mesaj idi. Başqa sözlə, bu, o demək
idi ki, danışıqlar prosesi sonsuz şəkildə
uzadıla bilməz. Azərbaycan beynəlxalq
hüquq normalarına əsaslanaraq ən qısa
müddətdə torpaqlarını işğaldan azad
etmək, ərazi bütövlüyünü və suverenliyi-
ni reallaşdırmaq gücündədir. Ölkəmizin
daha işğalçı dövlətin, necə deyərlər, nazı
ilə oynamaq səbri tükənib. Azərbaycan
hakimiyyəti xalqının və güclü, qüdrətli
ordusunun köməyi ilə istənilən vaxt tor-
paqlarını işğaldan, yağı tapdağından xilas
etmək iqtidarındadır.
Bəli, ordumuz aprel döyüşlərində
qətiyyətli, əzmkar mövqe nümayiş
etdirərək işğalçı Ermənistana öz qüdrətini
göstərdi. Bu hərbi üstünlük isə, eyni za-
manda, beynəlxalq aləmdə Azərbaycanın
Dağlıq Qarabağ münaqişəsinin həlli
ilə bağlı mövqeyini gücləndirdi və
münaqişənin beynəlxalq hüquq norma və
prinsipləri çərçivəsində həlli üçün ciddi
zəmin yaratdı.
Prezident İlham Əliyev yanvarın
30-da “Azərbaycan Respublikası regi-
onlarının 2014-2018-ci illərdə sosial-
iqtisadi inkişafı Dövlət Proqramı”nın
icrasının üçüncü ilinin yekunlarına həsr
olunan konfransda Cocuq Mərcanlı ilə
bağlı layihənin icra edilməsinin çox
böyük rəmzi məna daşıdığını bildirib:
“Bu, tarixi hadisədir. Biz işğaldan azad
edilmiş kəndə sakinləri qaytarırıq. Mən
çox şadam ki, Cocuq Mərcanlı kəndinin
sakinləri buna çox böyük həvəslə, böyük
maraqla yanaşırlar, o günü səbirsizliklə
gözləyirlər. Əminəm ki, biz Cocuq
Mərcanlı kəndini qısa müddət ərzində
yenidən quracağıq. İndi orada təmizlik
və minalardan təmizləmə işləri aparılır.
O kəndin görüntüləri televiziyada da
göstərilir.
Bu kənd bir neçə ay işğal altında
olub. Sonra ulu öndər Heydər Əliyevin
rəhbərliyi ilə Horadiz əməliyyatı keçiril-
mişdir. İşğalçılar, düşmənlər o kənddən
qovulmuşlar. Amma bir neçə ay ərzində
onlar bu kəndi yerlə-yeksan ediblər. İndi
əlbəttə ki, orada minalardan təmizləmə
işləri aparılmalı, sonra isə infrastruktur
layihələri icra olunmalıdır. Mən göstəriş
vermişəm, beynəlxalq təşkilatlara
da müraciət olunsun ki, onlar da öz
nümayəndələrini ora göndərsinlər və
erməni vəhşiliyinin nədən ibarət olduğu-
nu görsünlər”.
Beləliklə, Cocuq Mərcanlının
bərpası istiqamətində artıq ilk addımlar
atılır. Cənab İlham Əliyevin müvafiq
sərəncamında vurğulandığı kimi, söhbət
bu kənddə normal həyatı canlandırmağın
yalnız ilk mərhələsindən gedir. Dövlət
başçısı səlahiyyətli orqanlara sözügedən
yaşayış məntəqəsinin masterplanının
hazırlanması barədə göstəriş verib.
Gələcəkdə Cocuq Mərcanlıda tikilən
yaşayış evlərinin, sosial obyektlərin sayı
daha da artırılacaq, iş yerləri açılması
diqqət mərkəzində saxlanılacaq.
Sonda onu da xatırladaq ki,
Azərbaycan Prezidenti cənab İlham
Əliyev “İşğaldan azad edilmiş Cəbrayıl ra-
yonunun Cocuq Mərcanlı kəndinin bərpası
ilə bağlı tədbirlər haqqında” sərəncamı
imzalayandan dərhal sonra bu kəndin 200-
dək sakini doğma yurda qayıtmaq qərarını
verib. Belə müraciətlər isə getdikcə artır.
Bu, təkcə düşmən tapdağından xilas olan
bir kəndə, od- ocağa qayıdış deyil, həm də
Dağlıq Qarabağa və erməni təcavüzünə
məruz qalan digər yurdlarımıza dönü-
şün başlanğıcıdır. Xalqımız, məcburi
köçkünlər bundan sonra Azərbaycan
Ordusunun tezliklə işğal altındakı digər
torpaqları da azad edəcəyi, Lələtəpədə
dalğalanan bayrağımızın tezliklə Laçında,
Şuşada, Xocalıda, Xankəndidə və işğal
edilmiş digər torpaqlarımızda dalğalanaca-
ğı əminliyi ilə yaşayırlar.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”
Doğma yurda qayıdış
Regionların mədəni həyatı yeniləşməkdədir
Regionların 2014-2018-ci illərdə sosial-
iqtisadi inkişafı Dövlət Proqramının icrasının
üçüncü ilinin yekunlarına həsr olunmuş
konfransda Prezident İlham Əliyevin nitqində
ölkəmizin bölgələrinin gələcək inkişafının
hədəfləri müəyyənləşdirilmişdir.
O cümlədən, sosial
infrastrukturların yaradılması-
na xüsusi diqqət yetiriləcəyi
bildirilmişdir. Dövlət rəhbəri
proqramın qəbul edilməsindən
sonra bu istiqamətdə görülən
işləri də diqqətə çatdırmışdır.
Bildirmişdir ki, bu müddət
ərzində “...20-dən çox muzey,
10-dan çox teatr binası inşa
edilmişdir. Yəni, bütün sosial
infrastruktur bloku da daim
diqqət mərkəzində idi. Bu
proses davam etdirilir. Bu ilin
dövlət investisiya proqramın-
da da sosial infrastrukturun
yaradılması üçün kifayət qədər
böyük vəsait nəzərdə tutulmuş-
dur”.
Bu müddət ərzində
görülən işlərdən bəhs edərkən
demək lazımdır ki, Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
regionlarda mədəniyyət evləri,
muzey, kitabxana, musiqi
və incəsənət məktəblərinin
yenidən qurulması, tarixi-
mədəni abidələrin təmir-bərpası
ilə yanaşı, dünyanın qabaqcıl
ölkələrinin mədəniyyət siyasəti
sahəsində təcrübəsi nəzərə alı-
naraq, yeni proqramlar həyata
keçirilmişdir. Azərbaycanın
qeyri-maddi mədəni irsinin
qorunması, təbliği və təşviqi
məqsədilə 2010-cu ildən
reallaşdırılan “Xalq yaradıcı-
lığı paytaxtları” proqramı bu
qəbildəndir. Regionların mədəni
həyatına yeni baxış kimi
dəyərləndirilən bu proqrama
əsasən, beş il ərzində 15 şəhər
və rayon “əfsanələr”, “folklor”,
“sənətkarlıq” nominasiya-
ları üzrə “paytaxt” seçilmiş,
çoxsaylı tədbirlər, layihələr
həyata keçirilmişdir. 2015-
ci ildə “Ədəbiyyat paytaxtı”
və “Milli mətbəx paytaxtı”
kimi yeni nominasiyalar elan
edilmişdir. Bu illərdə proqram
üzrə həyata keçirilən bir sıra
layihələr geniş vüsət qazana-
raq, beynəlxalq mədəniyyət
tədbirlərinə çevrilmişdir:
Masallıda folklor, Qəbələdə
mürəbbə, Şəkidə şirniyyat
festivalları buna nümunədir.
Sevindirici haldır ki, “Xalq
yaradıcılığı paytaxtları” proqra-
mında uğurla təmsil olunan bəzi
bölgələrimiz sonradan yeni,
artıq beynəlxalq təşkilatlar for-
matında “mədəniyyət paytaxtı”
adını qazanmışdır. 2013-cü
ildə Qəbələnin “MDB-nin
mədəniyyət paytaxtı” olması,
Şəki şəhərinin 2016-cı il üçün
TÜRKSOY tərəfindən “Türk
dünyasının mədəniyyət paytax-
tı” seçilməsi regionlarımızın
mədəni irsinin tanıdılmasına
geniş imkanlar açır.
Nazirlik tərəfindən
“Azərbaycan - doğma diyar”
devizi altında 2014 və 2016-cı
illərdə keçirilmiş milli azlıqların
incəsənət festivalları ölkəmizin
mədəni müxtəlifliyinin inkişa-
fına əlavə zəmin yaratmışdır.
Prezident tərəfindən 2016-cı ilin
ölkəmizdə “Multikulturalizm
ili” elan edilməsi respublikamız-
dakı mədəni zənginliyin, böyük
tarixi olan tolerantlıq mühitinin
dünyaya təqdimatı oldu.
Hazırda nazirliyin
tabeliyində 219 muzey vardır
və bunun 71-i tarix-diyarşü-
naslıq muzeyidir. Muzey işinin
genişlənməsində yerlərdə yara-
dılan Heydər Əliyev mərkəzləri
də mühüm rol oynayır, hazırda
ölkə üzrə 60 belə mədəniyyət
ocağı fəaliyyət göstərir. Qobus-
tan Milli Tarixi-Bədii Qoruğu-
nun yeni muzey kompleksi, Qız
qalasında yaradılan ekspozisiya
bu sahədə müasir texnolo-
giyaların uğurlu tətbiqinin
nəticəsidir.
Regionların mədəni
inkişafı ilə bağlı həyata
keçiriləcək yeni layihələr
oradakı milli-mənəvi dəyərlərin
öyrənilməsinə, tədqiqinə və
inkişafına yönəldiləcəkdir.
Əhməd RAMAZANOV,
Mədəniyyət və Turizm
Nazirliyi
Sabirabad Regional
İdarəsinin rəisi
“Torpaqlarımızın geri alınması
hər birimizin müqəddəs arzusudur”
Cocuq Mərcanlı
kəndində yaşayışın bərpa
olunması, məcburi köçkünlıər
üçün şəraitin yaradılması ilə
bağlı Prezidentin müvafiq
sərəncamı cəmiyyətimizdə
yüksək sevinc hissi ilə
qarşılanmışdır. Bu məsələdə
məcburi köçkünləri xüsusilə
başa düşmək olar.
Bildiyimiz kimi, Cocuq Mərcanlı
Cəbrayıl rayonunun işğaldan azad
edilmiş yeganə yaşayış məntəqəsidir.
1993-cü ilin oktyabrında Ermənistan si-
lahlı birləşmələri tərəfindən işğal olunan
kənd 1994-cü il yanvarın 5-də ulu öndər
Heydər Əliyevin rəhbərliyi ilə ordu-
muzun həyata keçirdiyi uğurlu Horadiz
əməliyyatı zamanı Füzuli rayonunun
22 yaşayış məntəqəsi ilə birgə düşmən
tapdağından azad edilib.
Prezident İlham Əliyevin verdiyi
sərəncamda qeyd edilir ki, ötən ilin
aprel ayında Azərbaycan Ordusunun
həyata keçirdiyi uğurlu əks-hücum hərbi
əməliyyatı nəticəsində Cəbrayıl rayonu-
nun Cocuq Mərcanlı kəndində insanların
təhlükəsiz yaşaması, dinc əhalinin öz
doğma yurdlarına qayıtması üçün normal
şərait yaranmışdır. Dövlətimizin baş-
çısının sərəncamı ilə Cəbrayıl rayonu-
nun Cocuq Mərcanlı kəndinin bərpası
ilə bağlı görüləcək işlər çərçivəsində
birinci mərhələdə 50 fərdi yaşayış evinin,
məktəb binasının və müvafiq infrastruk-
turun tikintisi üçün Azərbaycan Respub-
likasının 2017-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respub-
likası Prezidentinin ehtiyat fondundan
ilkin olaraq 4 milyon manat ayrılmış-
dır. Onu da qeyd edək ki, işğaldan
əvvəl kənddə 400 ailə yaşayıb. Cocuq
Mərcanlıya köçmək üçün indiyədək Qaç-
qınların və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsinə 190 ailə müraciət
edib.
İşğaldan azad edilmiş Cəbrayıl rayo-
nunun Cocuq Mərcanlı kəndinin abadlaş-
dırılması və ora qayıdışın başlanacağı ilə
bağlı Prezidentin sərəncamı və görülən
bütün hazırlıq işləri ilə əlaqədar
Soyqırımı Həqiqətlərinin Tanıdıl-
ması İctimai Birliyinin sədri Ceyhun
Ələkbərov bunları dedi:
– “Bu gün hər bir azərbaycanlı kimi,
mənim də sevincimin həddi-hüdudu
yoxdur. Çünki, məcburi köçkünlər iş-
ğaldan azad edilmiş kəndlərdən birində
artıq yenidən yaşamağa başlayacaqlar.
Torpaqlarımızın geri alınması hər bir
məcburi köçkünün müqəddəs arzusudur.
Son illər Azərbaycan Prezidentinin Dağ-
lıq Qarabağ münaqişəsinin həll edilməsi
istiqamətində göstərdiyi prinsipiallıq
gec-tez özünü doğrultmalıydı. İllərdir
dövlətimiz bu sahədə xeyli zəhmət
sərf edir. Dövlətimiz, hər şeydən öncə,
çalışır ki, münaqişə sülh yolu ilə öz
həllini tapsın. Lakin hər dəfə bizim sülh
çağırışlarımıza silahla, qeyri-konstruk-
tiv mövqe ilə cavab verən ermənilərə
qarşı ötən ilin aprelində vurduğumuz
ağır zərbə öz bəhrəsini verdi. Bu gün
məcburi köçkünlərin hələ 1994-cü
ildən əlimizdə olan Cocuq Mərcanlıya
qayıtmaq arzularının reallaşmasına
məhz 2016-cı ilin aprel döyüşlərinin
uğurlu nəticəsi səbəb oldu. Çünki, orada
yaşamaq qeyri-mümkün idi. Bu gün
isə yenidən geri aldığımız yüksəkliklər
sayəsində artıq dövlət başçısının qeyd
etdiyi kimi, on minlərlə hektar əraziyə
nəzarət imkanı əldə etmişik. Bu baxım-
dan məcburi köçkün soydaşlarımızın
ən qısa zamanda digər kəndlərimizə,
rayonlarımıza da qayıdacağına şübhəmiz
qalmır. Bu isə təbii ki, ilk növbədə
düşmənlərimizi narahat edir.”
C. Ələkbərov beynəlxalq səviyyədə
Azərbaycan həqiqətlərinin tanıdılmasının
vacibliyini də vurğuladı:
– “Azərbaycanda təbliğat, təşviqat
işlərini təkcə dövlətin üzərinə qoymaq
olmaz. Bu, vətəndaş kimi məsuliyyətdən
yayınmaq olardı. Hər bir azərbaycanlının
borcudur ki, bu məsələnin hər an aktu-
allığını qoruyub saxlasın. Təşkilatımız
işğal edilmiş rayonlarımızla bağlı
həqiqətləri, xüsusilə Xocalı soyqırımını,
erməni vandalizmini Avropada tanıtmaq
üçün bir sıra layihələrə imza atmışdır.
Almaniyanın, Macarıstanın, Türkiyənin
böyük şəhərlərində biz Heydər Əliyev
Fondunun “Xocalıya ədalət!” Kampa-
niyasına qoşularaq, bir sıra beynəlxalq
tədbirlər, aksiyalar həyata keçirmişik. Bu
il də həmin missiyanı davam etdirmək
niyyətindəyik. Məqsədimiz Qara-
bağ problemi öz həllini tapana qədər
həqiqətlərimizi dünyanın hər yerində
təbliğ etməkdir. Ən böyük arzumuz,
diləyimiz Ali Baş Komandanın əmri
ilə Azərbaycan Ordusunun işğal olun-
muş bütün torpaqlarımızı yenidən
qaytaracağını görməkdir. Əminəm ki,
Azərbaycanın üçrəngli bayrağı Cocuq
Mərcanlıda olduğu kimi, tezliklə bütün
Cəbrayılda, Şuşada, Ağdamda, Laçında,
Xocalıda və digər işğal altında olan
torpaqlarımızda da dalğalanacaqdır.
Qələmə aldı:
Anar TURAN,
“Xalq qəzeti”
Cocuq Mərcanlının bərpası İrəvanda
ciddi qarşıdurmalara səbəb olur
Mən əslən Qarabağdan, işğal altındakı
Füzuli rayonundan olduğuma görə həm ulu
öndər Heydər Əliyevin, həm də Prezident İlham
Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində apardıqları
çətin, amma ardıcıl, prinsipial mübarizəni daim
izləmişəm. Hazırda azərbaycanlı köçkünlərin bir
hissəsinin öz ata-baba yurduna – Cocuq Mərcanlı
kəndinə qaytarılması istiqamətində ciddi iş gedir,
kəndin bərpası, yeni evlərin və infrastrukturun
inşası layihələri gerçəkləşdirilir. Qürurverici
məqamdır.
...Dünyanın uzun müddət
davam edən müharibə və
münaqişələrində hadisələrin
gedişinə böyük təsir edən,
hətta prosesləri tamamilə baş-
qa səmtə istiqamətləndirən ki-
çik detallar çox olub. Kiçik bir
yaşayış məntəqəsinin, hansısa
körpünün və ya yüksəkliyin
əldə saxlanması bir çox
münaqişələrin nəticəsinə
inanılmaz şəkildə təsir edib.
Ermənilərin Cəbrayıl rayo-
nunun tamamilə dağıdılmış
Cocuq Mərcanlı kəndini qorxu
və təhlükələr altında saxla-
maq üçün Lələtəpə deyilən
yüksəkliyi əldən vermək
istəməməsi də bu səbəbdən
idi. Onlar bilirdilər ki,
həmin yüksəklik əldən getsə,
Azərbaycanın üstünlükləri
çoxalacaq. Qorxduqları
başlarına gəldi. Ötən ilin
aprelində Azərbaycan Ordusu
həmin yüksəkliyi ələ keçirdi
və uğurumuzla da bu gün
Ermənistan paytaxtında baş
verən qarşıdurmaların təməli
qoyuldu.
Söhbət ondan gedir ki,
Prezident İlham Əliyevin
“İşğaldan azad edilmiş
Cəbrayıl rayonunun Cocuq
Mərcanlı kəndinin bərpası
ilə bağlı tədbirlər haqqında”
sərəncamı işğalçı ölkədə böyük
həyəcan və təşviş yaradıb. Ötən
əsrin sonlarında Azərbaycan
ərazilərinin işğal edilməsi
zamanı və sonrakı dövrdə,
xüsusən, “dördgünlük” aprel
döyüşlərində böyük itkilər ver-
miş ermənilər özlərinin qaniçən
və quldur prezidentlərindən
tələb edirlər ki, Azərbaycanın
sürətli irəliləyişlərinin qar-
şısını almaq üçün bir iş gör.
Serj Sarkisyan isə xalqın tələb
etdiyi həmin “işi” bacarmadığı-
na görə hakimiyyətdə daha çox
qalmağın yollarını axtarmaq və
mümkün olduqca daha çox var-
dövlət toplamaqla məşğuldur.
İrəvanda keçirilən bütün etiraz
aksiyalarında açıq və qəzəbli
şəkildə qeyd olunur ki, Serj
Sarkisyanın cəfəngləri, rəsmi
Yerevanın uydurduğu yalanlar
daha erməni xalqı tərəfindən
qəbul olunmur.
Azərbaycanlı köçkünlərin
Cocuq Mərcanlıya qayıdışı
məsələsi ortaya çıxandan sonra
erməni siyasətçilərinin və ziya-
lıların sosial şəbəkələrdə pay-
laşdığı statuslardan və verilən
şərhlərdən məlum olur ki, bu
ölkədə ümumi əhval-ruhiyyə
kifayət qədər bədbindir. Xalq
Dağlıq Qarabağ münaqişəsinin
həllinin uzanmasından,
bunun nəticəsində də ölkə
əhalisinin üzləşdiyi çoxsaylı
problemlərdən daha çox narazı-
lıq bildirir. Açıq düşünə bilən
ermənilər öz rəhbərlərindən
Azərbaycana həm hərbi, həm
də diplomatiya cəbhəsində
daha böyük fərqlə uduzmağın
səbəblərini soruşurlar. Hamı
öz əli çatan sosial mediada
Cocuq Mərcanlı həyəcanını
dilə gətirir.
Məsələn, Karen Mkrtçyan
adlı erməni Facebookda-
kı statusunda çox ciddi bir
narahatlıq içərisində ol-
duğunu yazır: “Nə vaxta
qədər belə davam edəcək?
Bu gün Cocuq Mərcanlıya
gedən azərbaycanlılar , sabah
Şuşaya qayıtmayacaqlarmı?”
Onun Arut Xaçatryan adlı
soydaşı isə Tvitterdə “Biz
hələ də anlaya bilmirik ki,
İlham Əliyevin fəaliyyətindən
niyə Serj Sarkisyan nəticələr
çıxara bilmir? Azərbaycan
torpaqları geri qaytarır,
bizdə isə geri dönən yalnız
əsgərlərimizin cənazəsidir.
Serj Sarkisyan Ermənistanı
məhvə aparır” – kimi qor-
xu və təşviş ifadə edən
cümlələrlə oxucular qarşısına
çıxır.
Yuxarıda qeyd etdiyimiz
kimi, 20 ildən artıq müddətdə
problemlər və narahatlıqlar
içərisində yaşayan Ermənistan
cəmiyyəti artıq boğaza yığılıb.
Cocuq Mərcanlı məsələsi
isə həmin problemləri pik
həddinə çatdırıb. Ona görə də
erməni xalqı sanki əvvəlki
problemləri unudubmuş kimi,
yalnız azərbaycanlıların yurda
qayıtmaq layihəsindən xoflanır.
Məsələn, Facebook istifadəçisi
olan Henrix Aşotyan öz sta-
tusuna belə başlayıb: “Aprel
döyüşlərində İlham Əliyev Serj
Sarkisyana yüksək peşəkarlığın
necə olduğunu göstərdi.
Bizim prezident bəs nə etdi?
Seyrçi mövqeyində qaldı.
Azərbaycan Prezidenti bu
gün Cocuq Mərcanlı kəndinin
bərpası ilə bağlı sərəncam
imzalayır. Belə davam etsə,
Stepanakert (Xankəndi - red.),
Şuşa, Kəlbəcər üçün də belə
sərəncamlar gözləniləndir”.
Bir sözlə, ulu öndər Heydər
Əliyevin hələ 22-23 il əvvəl
söylədiyi “Dağlıq Qarabağ
münaqişəsinin ədalətli şəkildə
həlli, azərbaycanlı köçkünlərin
öz ata-baba yurdlarına qayta-
rılması üçün vaxt lazımdır”-
kəlamı bu gün öz təsdiqini
tapır. Bəli, vaxt yetişib. Biz
o torpaqlara qayıtmalıyıq və
qayıdacağıq. Cənab Preziden-
tin Azərbaycanın sabahı ilə
bağlı bütün tədbirləri zamanı
hər birimiz bir əsgər kimi onun
əmrini gözləyirik.
Vəfa XANOĞLAN,
Bakı Xoreoqrafiya
Akademiyasının dosenti