Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına Cavabdeh



Yüklə 21,94 Kb.
tarix21.02.2018
ölçüsü21,94 Kb.
#27434

_______ Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına


Cavabdeh: ___________________oğlu/qızı

/Ünvan: _________________________/


/ _____ rayon məhkəməsinin _________ saylı __________ tarixli qətnaməsindən /
A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ
______ rayon məhkəməsinin ______________ tarixli qətnaməsi ilə iddiaçı «_____» İKB-nin cavabdeh ___________________oğluna/qızına qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbləri barədə iddiası qismən təmin edilmiş, Cavabdeh ___________________oğlundan/qızından iddiaçı «______» İKB-nin xeyrinə ________ tarixli _________ saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalan ______ manat (məbləğ yazı ilə) əsas borc, ______ manat (məbləğ yazı ilə) faiz borcu, ______ manat (məbləğ yazı ilə) dəbbə pulu, habelə ______ manat (məbləğ yazı ilə) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi ______ manat (məbləğ yazı ilə) məbləğində pul tutulması, cavabdeh Kərəmov Şakir Sabir oğlundan iddiaçı «_______» İKB-nin xeyrinə tutulmalı olan məbləğ _________-ci il tarixli __________ saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus, ________-ci il buraxılışlı, VAZ 2106 markalı, ____________ dövlət qeydiyyat nişanlı, ____________________ mühərrik nömrəli, qırmızı rəngli avtomobilin açıq hərracda satılması nəticəsində əldə olunacaq vəsait hesabına ödənilsin. Satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ cavabdeh ________________________oğlundan/qızından tutularaq iddiaçı «________» İKB-yə ödənilməsi qət edilmişdir.

Aşağıdakı əsaslara görə qətnaməni qismən qanunsuz və əsassız hesab edirəm və ləğv edilib iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirəm.

«______» İKB ilə mənim aramda bağlanmış ______________-ci il tarixli ___________saylı kredit müqaviləsindən görünür ki, ________ (məbləğ yazı ilə) manat məbləğində kredit borcalana illik ___ (məbləğ yazı ilə) % dərəcəsi ilə ___ (müddət yazı ilə) ay müddətinə verilmişdir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, borcalan banka hər gecikdirilmiş gün üçün ödənilməmiş məbləğin 1 (bir) % həcmində cərimə faizi ödəyir.

«______» İKB-nin ____ saylı _____________-cu il tarixli arayışından görünür ki, ________________________oğlunun/qızının _______-cu il tarixə əsas kredit borcu _______ (məbləğ yazı ilə) manat, faiz borcu __________ (məbləğ yazı ilə) manat, dəbbə pulu _____(məbləğ yazı ilə) manat, ümumi borcu ___________ (məbləğ yazı ilə) manat təşkil edir.

«______» İKB ilə mənim aramda bağlanmış ___________-ci il tarixli __________saylı ipoteka müqaviləsindən görünür ki, cavabdehin mülkiyyətində olan ________-ci il buraxılışlı, qara rəngli, ban ____________ mühərrik nömrəli, VAZ 2106 minik markalı avtomobil ____________-ci il tarixli _________ saylı kredit müqaviləsinin təminatı kimi bank qarşısında ipoteka ilə yüklü edilmişdir.

Mən təqdim olunmuş cədvələ əsasən aybaay kredit məbləğini və faizini ödəməyə çalışmışam. Lakin maddi vəziyyətimdə yaranmış müvəqqəti çətinliklə əlaqədar kreditin ödənilməsi dayandırılmışdır. Bank mənə kredit ödənilməsi barədə vaxt verilməsinə dair xahişimi nəzərə almadan, mənim barəmdə iddia qaldırmış və borc məbləğinin ipoteka ilə girov qoyulmuş əmlaka yönəldilməsini tələb etmişdir. Eyni zamanda məndən əsassız olaraq dəbbə pulu tutmuşdur.

Məhkəmənin nəzərinə çatdırıram ki, mən əsas borc qalığını və faizini ödəməyə hazıram, lakin dəbbə pulunun ödənilməsi ilə razı deyiləm. Məhkəmə dəbbə pulunu azaltsa da, bu məbləğin _________ manatının məndən tutulmasını qət etmişdir.

Mən borcu hissə-hissə də ödəməyə hazıram. Lakin məhkəmə mənim bu tələbimi də nəzərə almamış, borcun ödənilməsi üçün real şərait yaratmamışdır.

Hesab edirəm ki, məhkəmə mənə kreditin ödənilməməsi səbəbinin maddi vəziyyətimlə bağlı olduğunu nəzərə almamış və əsassız olaraq dəbbə pulunun müəyyən hissəsinin tutulmasını qət etmişdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2 maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün müəyyən edilən əsaslardandır.

Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-ci maddəsini rəhbər tutaraq məhkəmədən

X a h i ş e d i r ə m:
_________ rayon məhkəməsinin ___________ saylı ____________-ci il tarixli qətnaməsini qismən ləğv edib, iddia tələbini dəbbə pulunun tutulması hissəsində rədd edəsiniz.
Qoşma: Apellyasiya şikayətinin surəti 3 nüsxədə

Dövlət rüsumunun ödənilməsi barədə qəbz



___________ saylı order
İddiaçı: ________________
Vəkil: ________________
“___” _______ 20___-ci il
Yüklə 21,94 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə