Az diLİNDƏ İŞGÜzar və akademik və İŞGÜzar kommunikasiya kollekvium suallari



Yüklə 82,26 Kb.
səhifə1/2
tarix30.12.2023
ölçüsü82,26 Kb.
#165905
  1   2
AİAK II koll sualları 1-39


AZ DİLİNDƏ İŞGÜZAR VƏ AKADEMİK VƏ İŞGÜZAR KOMMUNİKASİYA
KOLLEKVİUM SUALLARI
1)Az Dilində işgüzar və akademin kommunikasiya fənninin məqsəd və vəzifələri:
Bu fənnin məqsədi mütəxəsislərin kommunativ səriştələrini formalaşdırmasıdır. Fənnin əsas məqsədi tələbələrə kommunikasiya nəzəriyyəsinin əsas kateqoriyalarını, anlayışlarını, nəzəri əsaslarını, əsas növlərini, quruluş və prinsiplərini və s. öyrətməkdir.
2)Az dilinin mənşəyi, geneoloji və tipoloji təsnifi:
Hər bir xalqın entogenezi onun özünəməxsus mədəniyyətinin , dilinin, yazısının inkişafı ilə bağlıdır. Az dili türk türk dillərinin oğuz qrupunun oğuz-səlçuq yarımqrupuna aiddir. Az dili ən qədim zamanlarda avrasiyada yayılmışdır. 1936-cı ildə intensiv olaraq Az dili adlandırıldı. əsrimizin 30-cu illərinədək bu dil “türk dili” , “tatar dili” , “türk-tatar dili” kimi adlandırılırdı.

3)Dil və nitq:


Dil ünsiyyət üçün mühüm vasitədir. Nitq isə ünsiyyət prosesidir. Dil xalqa məxsusdur.
Dil və nitq arasında əlaqə zəruridir, çünki nitqin mənbəyi dildir. Nitq dilin inkişafı deməkdir.
Bunların aralarında fərqli cəhətlərdə vardır:
1 Dil həcmcə nitqdən genişdir
2 Dil ünsiyyət vasitəsi, nitq isə ünsiyyət prosesidir
3 Dil ümumi, nitq isə xüsusi səcciyyə daşıyır
4 Dil imkana, nitq gerçəkliyə uyğun gəlir
5 Dil sabit, nitq dinamikdir
Ümumi cəhətləri:
1 Hər ikisi ünsiyyətə xidmət edir
2 Hər ikisi milli səcciyyəlidir
3 Hər ikisi ictimai-sosial xarakter daşıyır
Nitq insana məxsusdur. Insan öz nitqini fərdi şəxsiyyət kimi ifadə edir.

4)Ünsiyyət və kommunikasiya


Ünsiyyət insan və cəmiyyətin mövcudluğudur. Şəxsiyyətin ixtisaslaşması və dərk etməsi ünsiyyət zamanı baş verir. Ünsiyyət müddətində insanlarla təcrübələrimizi müzakirə edirik. Ünsiyyət insanın şəxs kimi formalaşmasında zəruridir. Ünsiyyət olmadan insan fəaliyyətinin heç bir sahəsi mümkün deyil.
Kommunikasiya sözünün əsas mənaları bağlantı, rabitə və ünsiyyətdir. Kommunikasiya insanların ünsiyyət və informasiya əlaqəsidir.

5)Kommunikasiya prosesində heca, vurğu və intonasiya:


Şifahi nitq zamanı intonasiya, vurğu, nitq fasiləsi mühüm əhəmiyyət kəsb edir.
Nitqdə intonasiyanın rolu çox böyükdür. Xüsusilə bədii üslubda mühüm yer tutur. Intonasiyanın
da xüsusiyyətləri vardır. Intonasiya əsəri zənginləşdirən, onun bədiiliyini artıran mühüm komponentlərdən biridir.
Informasiyanın fonosemantik mənaları:
1 Nəqli sual, əmr və nida cümlələrini formalaşdıran intonasiya
2 Arzu, xahiş məzmunu ifadə edən intonasiya
3 Sadalama, qarşılaşdırma bildirən intonasiya
4 cümlə daxilində xitabları,ara sözləri, əlavələri nəzərə çarpdıran intonasiya
Əsas funksiyaları:
1 Apelyativ funksiya
2 Deliminativ funksiya
3 Emosional-ekspressiv funksiya
4 Kommunikativ funksiya
İntonasiya ünsürlərindən biri də nitq fasiləsi-pauzadır. Nitq müəyyən dayanacağa malikdir. Tənəffüs məqsədilə danışıq və oxu zamanı edilən bu dayanacaq pauza adlanır. Nitq fasiləsi söyləyən və oxuyan üçün çox əhəmiyyətlidir. Nitq prosesində normal tənəffüsün rolu böyükdür. Nitq fasiləsi həm məntiqi, həm psixoloji funksiya daşıyır. Fasiləsiz, yəni məntiqi aydınlığı olmayan nitq mənasız nitq adlanır.
Vurğu fonosemantik əhəmiyyət kəsb edən, informativlik yükü ilə müəyyənləşdirilən vahiddir.
Az dilində vurğu, intonasiya, duyğu işarələri mühim rol oynayır.
Hecalardan birinin digərinə nisbətən daha güclü deyilməsinə vurğu deyilir. Vurğunun hüdudu söz və hecadır. Hər bir dilin fonetik sistemində vurğu mühüm yer tutur.

6)Nitqin düzgünlüyü:


Nitqin düzgünlüyü onun həm forması, həmdə məzmununa hesablanmış anlayışdır. Düzgün nitqə yiyələnmək üçün həm qrammatik qaydalara həmdə ədəbi dilin normalarına riayət etmək lazımdır. Ilk növbədə cümlə düzgün qurulmalı, dilin fonetik, qrammatik və leksik normaları gözlənilməlidir. Nitqin düzgünlüyü üçün cümlələr arasındakı məntiqə fikir vermək lazımdır. Danışıqda nitqi aydınlaşdıran, dolaşıq, iri həcmli cümlələrdən istifadə olunmamalıdır. Düzgünlük anlayışı əsasən mövzuya aiddir.

7)Ulu Öndər H.Əliyev və Az dili:


H.Əliyev Az dilinin dövlət dili səviyyəsində yüksəldilməsində ciddi addımlar atmışdır. Ümumilli Lider H.Əliyev müstəqillik illərində Az dilinin qoruyub saxlanılması, onun zənginləşdirilməsi istiqamətində böyük işlər aparmışdır. 18 iyun 2001 ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqda” formanın harızlanması Az dilinin inkişafında vacib addımlardan biri olmuşdur.
2001ci il 1 avqustdan latın qrafikalı Az əlifbasına keçilməsi qərara alınmışdır.
1 avqust Az əlifbası və Az dili günü kimi qeyd olunur.
Ana dilinin inkişafında H.Əliyevin əvəzsiz xidmətləri olmuşdur. 1995ci il konstitusiyasında Az dili dövlət dili kimi təsdiqləndi.
H.Əliyev həmçinin natiqlik sənətində də öz sözünü demişdir. Onun nitqinin emotiv intonasiyası çox zəngindir. Ümumilli Lider H.Əliyev həmişə dilimizə qayğı ilə yanaşmış, öz nitqi ilə xalqımıza örnək olmağa çalışmışdır. O, şərq natiqləri arasında 1ci hesab oluna bilər.

8)Nitqin ifadəliliyi:


Ifadəli nitq aydın, səlist, düzgün olmaqla yanaşı, təsirli və emosional formada öz əksini tapır. Zəngin söz ehtiyatına malik nitq öz ifadəliliyi ilə seçilir.
Ifadəli nitq bədii və obrazlı olur. Bədiilik ancaq əsərlərə xasdır. Obrazlılıq isə nitqin bütün təzahür formalarında özünü göstərir. Bədiilik ən çox poetik obrazlılıq mənasında işlənir. Epitet, metafora metonimiya, sinendoxa və məcazlar ifadəliliyi, bədiiliyi gücləndirən vasitələrdir. Nitqin ifadəliliyi həmçinin onun emosionallığı ilə əlaqədardır. Nitqin şüura təsir dərəcəsinə görə şeir nəsrə nisbətən daha güclü vasitədir. Nəsiminin, Nizaminin, Füzulinin, B.Vahabzadənin, M.P.Vaqifin, A.Ələsgərin əsərləri ifadəli nitqə ən gözəl nümunələrdir.

9)Kommunikasiya prosesində nitqə verilən əsas tələblər:


Az mədıniyyəti dünya mədəniyyətinin tərəqqisində müəyyən rol oynayır. Dil və nitq mədəniyyəti, milli mədəniyyətin tərkib hissəsidir. Nitq mədəniyyəti dildən ayrılmazdır, dilin ədəbi normalarını qoruyur.
Ünsiyyət mədəniyyəti nitq mədəniyyətinin tərkib hissəsidir. Ünsiyyət sözünün mənaları:
1 Qarşılıqlı münasibət, əlaqə, ülfət, yaxınlıq
2 Rabitə, əlaqə
Nitq etiketlərinin ünsiyyətimiz zamanı gücü çoxdur. Nəzakətlilik insana hörmətini ifadə formasıdır. Hər bir şəxsin qüruru, eyni zamanda cəmiyyətin qürurudur.
Cəmiyyətdə yaşayan hər bir fərd daim cəmiyyət üzvləri ilə ünsiyyətdə olur.
Ünsiyyət zamanı işlətdiyimiz bir söz və ya ifadə qarşı tərəfin psixologiyasına əks-təsir edə bilər. Buna görə də danışan zaman sözlərimizə, ifadələrimizə, jest və mimikaya diqqət yetirməliyik. Insanın gündəlik davranışı onun dünyaya, adamlara, müasir cəmiyyətə necə baxmasından asılıdır. Ilk əmək nəğmələri, nağılları, dastanları, şairlərin müraciət xarakterli şeirləri və s. ədəbi dilə gələn yolun başlanğıcıdır.
10)Nitqin zənginliyi:
Hər bir natiqin öz müxtəlif nitqi olur. Onlar zəngin söz ehtiyyatına malik olub nitqini rəngarəng edirlər. Natiq sinonimlərdən, antonimlərdən, məcazlardan istifadə edərək nitqini maraqlı qurur, fikrini rahat və asan ifadə edir və buda dinləyicilərə xoş təsir bağışlayır.
Nitqin zənginliyi dilin ifadə və təsir vasitələri hesabına formalaşır. Nitq zənginliyi bütün üslublar üçün vacibdir. Lakin bədii üslubda yüksək, elmi və publisistik üslubda aşağıdır.bədii əsərlərdə yazıcının söz ehtiyatı daha zəngindir.
11)Az dili əlifbasının tarixi inkişafı:
Eradan əvvəl V əsrdən başlayaraq Şimali Azərbaycan ərazisində yerləşən Qafqaz Albaniyası dövlətində müəyyən bir alban əlifbasından istifadə edilmişdir.
XXI əsrin əvvəllərində Qafqaz Albaniyasının qədim əlyazma kitabı-“Kilsə Təqvimi” tapıldı. Bu kitab müxtəlif fikirlərə görə V-VIII əsrlərdə Qafqaz Albaniyasının əsas qəbilələrindən olan utianların dilində yazılmışdır. VII əsrin sonunda Azərbaycan ərəb xilafətinin qoşunları tərəfindən fəth edildi. Buna görə də İslam dini və ərəb əlifbası yayıldı. Ərəb yazısı Azərbaycanda və Türkiyədə təxminən 1300 il istifadə edilib. 1922-29 cu illərdə ərəb əlifbası ilə yanaşı latın əlifbasından da istifadə edilirdi. 1929-dan sonra tam latın əlifbasına keçid həyata keçirildi. 1993-cü ildə bəzi hərflərin tərzini və bəzilərinin fonetik mənasını dəyişdirən yeni əlifba qəbul edildi. 1939-da 15 noyabrda kiril əlifbasına keçid təsdiqləndi. Azərbaycan müstəqillik qazandıqdan sonra Latın əlifbasına keçildi.
12)Nitqin Aydınlığı:
Aydınlıq ifadə üsuludur. Ifadə olunan fikrin rahatlıqla və tez qavranılması üçün daim diqqət mərkəzindədir.
Nitq üçün aydınlıq, uyğunluq, yığcamlıq yüksək dəyərləndirilir. Bunlar arasında aydınlıq ən vacibdir. Nitqin düzgünlüyü aydınlıq üçün başlıca şırt sayılır. Nitq zamanı aydınlığın pozulması bir sıra hallarla bağlı ola bilər:
Məsələn, zəngin söz ehtiyatına sahib ola bilməməsi, sözlərin mənasını, işlənmə məqamını yaxşı bilməməsi səbəb ola bilər. Dili dolaşıq olanın fikri də dolaşıq olur.
Nitqin aydınlığı tələffüzlə sıx əlaqəlidir. Nitq prosesində şəxsin savadını, dünyagörüşünü, mütaliəsini, söz ehtiyatını bilmək olar. Nitqin aydınlığına malik olmaq üçün danışılacaq mövzu əvvəlcədən öyrənilməlidir. Tələffüzə fikir verilməlidir. Çıxış edənlər səsini nəfəsini idarətetməbacarığını təkmilləşdirməlidir.
13)Ədəbi dil anlayışı:
Nitq mədəniyyətinə yiyələnmək üçün əsas ədəbi dilin normaları qaydalarına riayət edilməlidir. Dil və norma bir-birilə bağlıdır. Norma cəmiyyət üzvlərinin dildən istifadə qaydalarının məcmusudur. ədəbi dil olmadan nitq mədəniyyəti yoxdur. Nitq mədəniyyətinin normaları yazılı və şifahi nitqin qaydalarından törəmişdir. ədəbi dildə hamının qəbul etdiyi normalar vardır. Norma qanunu salınmış və hərkəs tərəfindən qəbul edilmiş icbari qaydalardır.
Normalar:
1 Fonetik norma- sözlərin düzgün yazılış və düzgün tələffüz qaydaları.
2 Leksik norma- sözün mənasına bələd olmaq, düzgün və yerində işlətmək.

  1. Qrammatik norma- sözlər və cümlələr arasında üzgün əlaqə qurmaq.

14)Nitqin münasibliyi
Nitqin münasibliyi üçün nümunələr və statlar ədəbi dil üslublarına, konkret dil situasiyalarına uygun seçilməlidir. Bədii yazıda dil elementlərinin uygunluğu digərlərindən fərqlənir. Bu zaman yazıçı bədii təsvir və ifadə vasitələrindən bacarıqlı istifadə edərək oxucuya həmin dövrün, obrazın təsvirini daha yaxşı çatdırır. Yeri gəldikdə aforizm və atalar sözlərindən də istifadə edə bilər.
Işgüzar üslubda yazı növləri standart formada olur. Bu formalar rəsmi sənədlərin dəyişməz forması kimi sabit saxlanır.
Nitq mübadiləsinin informasiya məqsədinə xidmət etməsi üçün bəzi tələblər var:
1 Natiq dil sturukturlarına bələd olmalıdır
2 Materialın məzmunu və həcmi haqqında aydın təsəvvürü olmalıdır
3 Dilin ifadə vasitələrindən düzgün ifadə etməyi bacarmalıdır.
Nitqin münasibliyi üçün şifahi nitqdə omonimlərə geniş yer verilir. Çünki şifahi nitqdə sözün mənasına daha çox fikir verilir. Yazılı nitqdə isə həm forma, həm də məzmun cəhətdən münasib olmalıdır. Dildə mənanı daha dəqiq ifadə etmək üçün sinonimlərdən istifadə olunur

15)Kommunikasiya prosesində orfoqrafik və orfoepik qaydalar


Fonetika dilin səs sistemini və səs qanunlarını öyrənir. Orfoqrafiya qaydaları:
1 Yazıda ikiliyin qarşısını alır
2 Qaydaların əsası sabitdir
3 Qaydalarda müəyyən şərtiliyə malikdir
Dilimizdə elə sözlər varki, onları yazıldığı kimi tələffüz etmək, tələffüzü kimi yazmaq olmaz. Bu zaman 2 formaya-orfoqrafiya və orfoepiyaya diqqət yetirməliyik. Orfoqrafiya sözün düzgün yazılışı, orfoepiya düzgün deyiliş formasıdır. Orfoqrafiya qaydaları bir neçə hissəyə bölünür:
1 Kar və şəkilçidəki səslərin hərflə ifadəsinə dair qaydalar
2 Mürəkkəb sözlərin bitişik, yarımbitişik, və ayrı yazılmasına aid qaydalar
3 Sözlərin baş hərflərinin böyük yazılmasına aid qaydalar
4 Sözü sətirdən sətirə keçirməyə dair qaydalar
5 İxtisar edilən sözlərin və qısaltmaların yazılışına aid qaydalar
Durğu işarəsi savadlı insanın ümumi savadının göstəricilərinən biridir. Səhv bəzən durğu işarəsinin lazımsız işlədilməsiylə bağlı olur. Məsələn, mürəkkəb cümlənin tərkib hissələri arasında vergül qoyulur, əlavələr isə cümlə üzvlərindən tire(-), bəzən də vergüllə ayrılır.
Orfoepik qaydaların müəyyən olunması aşağıdakı prinsiplərə ayrılır:
1 Fonetik prinsip
2 Morfoloji prinsip
3 Qrafik prinsip
16)Əlavələrdə durğu işarələri
Əlavə cümlədə özündən əvvəlki sözü izah edən söz və ya söz birləşməsidir. əlavələr aid olduğu cümlə üzvündən sonra gəlir. Onlar cümlə üzvündın intonasiya ilə ayrılırlar. Əlavələr aid sözdən tire vasitəsilə ayrılırlar. Bəzən tire yerinə vergüldə işlənir. Məs: Biz uzaqdan, ucqar dağ kəndindən gəlmişik.
əlavə bəzən “yəni” bağlayıcısı ilə də işlənir. Təyinin əlavəsi nadir hallarda olur. əlavələr bəzən izah etdiyi cümlə üzvü ilə şəxsə görə uzlaşmır.
17)Mürəkkəb cümlələrdə durğu işarələri
Sadə cümlələrdən ibarət olan tabesiz mürəkkəb cümlələrdə tərkib hissələri arasında vergül qoyulur. Məs: Zəng vuruldu, dərs başladı.
Tabeli mürəkkəb cümlədə xəbər cümləsini durğu işarəsi ilə ayrılır. Məs: Arzum udur ki, imtahan nəticələrim əla olsun.
Çox zaman tabesiz mürəkkəb cümlədə iki nöqtə ilə nöqtəli vergülü qarışdırırlar. Komponentlər arasında 2 nöqtə tələb olunduqda I tərkib hissəsondən sonra tam fasilə olmalıdır. Nöqtəli vergül isə daha az fasilə tələb edir.
18)Nitqin yığcamlığı
Mədəni nitqə verilən tələblərdən biri də yığcamlıqdır. Yəni nitqin daha müxtəsər olmasıdır. Savadlı və məntiqli insanlar daha yığcam danışırlar. Yıgcamlıq istedadın əsas əlamətlərindəndir. Fikrin tam ifadəsini qısa demək bacarığı xüsusi istedad tələb edir. Nitqin yığcamlığı hər zaman vacib amil hesab olunur. Yığcam nitq insandan yüksək təfəkkür, dərin bilik, aydın düşüncə və zəngin söz ehtiyatı tələb edir. Dilə tam bələd olmayan insanların nitqinin uzun olmasını, konkret olmamasını normal qəbul etmək olar.
19)Ünsiyyətin növləri
Ünsiyyətin növlərinin müxtəlif təsnifatı var:
1)Monoloq,dialoq və polioloq 2)Birbaşa,dolayı 3)İclaslar,danışıqlar,çıxışlar,müzakirələr
Krisko ünsiyyəti aşağıdakı kimi təsnif edilir:
1)Verbal və q-verbal 2)şəxslərarası və kütləvi 3)məxfi və ziddiyyətli 4)qısamüddətli,uzunmüddətli və s.
Ünsiyyətin struktur komponentləri:
1)Ünsiyyət mövzusu bir ünsiyyət ortağıdır 2)Ünsiyyətə ehtiyac istəkdədir 3)Ünsiyyətin kommunikativ motivləri
Ünsiyyət sahəsindəki mütəxəssislər bunun 5 növünü ayırırlar:
İdrak,inandırıcı,ifadəli,təklif və ritual ünsiyyət. Hər birinin öz məqsədi,şərti, gözlənilən nəticələri,təşkilat şərtləri. Ünsiyyət forması və vasitələri var.
20)Azərbaycan dili günü hansı tarixdə qeyd olunur
Ümumilli Liderimiz Heydər Əliyevin qərarı ilə 1 avqust 2001-ci ildən latın qrafikalı Azərbaycan dili əlifbasına keçid olundu. 1991-ci ildə bu qərar kağız üzərində qalmışdır. Lakin sonra Heydər Əliyevin müvafiq fərmanından sonra mükəmməl səviyyədə ana dilimizin tətbiq işləri başlamışdır. Ulu öndərin dil siyasətinin ən böyük uğuru 1 avqust – Azərbaycan dili gününün təsis olunmasıdır.

21)Az dili haqqında hansı dövlət fərmanları var


H.Əliyev Az dilinin dövlət dili səviyyəsinə yüksəldilməsində ciddi addımlar atmışdır. Az dilinin siyasi hüquqi haqqının bərpası istiqamətində atılmış vacib addımlardan biri 18 iyun 2001-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında “ fərmanın imzalanması olmuşdur. Fərmanda Az dilinin tarixi inkişaf yolları hərtərəfli nəzərdən keçirilmişdir. Eyni zamanda fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi ugurlar göstərilmişdir. Həmin fərmanla Az Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır.
22)Vurğunun rolu nədən ibarətdir
Vurğu hecalardan birinin digərinə nisbətən daha qüvvətli deyilməsinə deyilir. Vurğu fonosemantik əhəmiyyət kəsb edir. Onun hüdudu söz və hecadır. Vurğu düşən hecanın digərinə nisbətən daha aydın, səlist və güclü tələffüz olunması nitqin məzmun və çalarlılığına xidmət edir. Dilimizdəki bütün şəkilçilər vurğu qəbul etmir. Hər dildə vurğu mühüm yer tutur. Vurğu sözləri fərqləndirməyə xidmət edir. Vurğu ədəbi tələffüz üçün əsasdır. Dilimizdə bir qayda olaraq vurğu son hecaya düşür.
23)Nitqin əsas əlamətləri
Mədəni nitqin əsas əlamətləri bunlardır:
Nitqin düzgünlüyü – onun həm forması, həm də məzmununa hesablanmış anlayışdır. Nitqin dəqiqliyi – dəqiqlik nitqdə əsas şərtdir, dəqiq düşüncə fikri aydın edir. Nitqin aydınlığı – aydınlıq ifadə üsuludur, nitq üçün aydınlıq yüksək dəyərləndirilir. Nitqin təmizliyi - ədəbi dildə qaydalardan kənara çıxmamaqla səcciyyələnir. Nitqin yığcamlığı – nitqin daha müxtəsər və qısa ifadə edilməsidir. Yığcamlıq istedadın əsas əlamətidir. Nitqin sadəliyi – bu onun asanlığından, anlaşıqlı, təbii olmasından asılıdır. Nitqin münasibliyi – bunun üçün konkret dil situasiyalarına uyğun sitatlar seçilməlidir.
24)Nitqin aydınlığı və sadəliyi nədədir
Aydınlıq ifadə olunan fikrin tam mənimsənilməsi üçün daim diqqət mərkəzindədir. aydınlıq bir ifadə üsuludur. Aydın, səlist nitq üçün danışan zəngin söz ehtiyatına malik olmalıdır. Bu həmçinin tələffüzlə sıx bağlıdır. Nitqin aydın olması üçün nitq həm də sadə və tez anlaşılan olmalıdır. Nitqin sadəliyi isə onun asanlığından, anlaşıqlı olmasından asılıdır. Sadə nitq adətən, insanların diqqətini daha çox cəlb edir. Nitqin sadə olması üçün dəqiq, aydın, yığcam, səlist olması mühimdir.
25):Azərbaycan dilinin mənşəyi haqqında nə bilirsiniz
Hər bir xalqın entogenezi onun özünəməxsus mədəniyyətinin , dilinin, yazısının inkişafı ilə bağlıdır. Az dili türk türk dillərinin oğuz qrupunun oğuz-səlçuq yarımqrupuna aiddir. Az dili ən qədim zamanlarda avrasiyada yayılmışdır. 1936-cı ildə intensiv olaraq Az dili adlandırıldı. əsrimizin 30-cu illərinədək bu dil “türk dili” , “tatar dili” , “türk-tatar dili” kimi adlandırılırdı.
26)Heydər Əliyevin Az dilinin inkişafında hansı xidmətləri olmuşdur
H.Əliyev Az dilinin dövlət dili səviyyəsində yüksəldilməsində ciddi addımlar atmışdır. Ümumilli Lider H.Əliyev müstəqillik illərində Az dilinin qoruyub saxlanılması, onun zənginləşdirilməsi istiqamətində böyük işlər aparmışdır. 18 iyun 2001 ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqda” formanın harızlanması Az dilinin inkişafında vacib addımlardan biri olmuşdur.
2001ci il 1 avqustdan latın qrafikalı Az əlifbasına keçilməsi qərara alınmışdır.
1 avqust Az əlifbası və Az dili günü kimi qeyd olunur.
Ana dilinin inkişafında H.Əliyevin əvəzsiz xidmətləri olmuşdur. 1995ci il konstitusiyasında Az dili dövlət dili kimi təsdiqləndi.
H.Əliyev həmçinin natiqlik sənətində də öz sözünü demişdir. Onun nitqinin emotiv intonasiyası çox zəngindir. Ümumilli Lider H.Əliyev həmişə dilimizə qayğı ilə yanaşmış, öz nitqi ilə xalqımıza örnək olmağa çalışmışdır. O, şərq natiqləri arasında 1ci hesab oluna bilər.

27)Ritual ünsiyyət


Məqsəd iş dünyasında ənənəvi münasibətləri birləşdirmək və qorumaq, firmaların ritualənənələrini qorumaq, yenilərini yaratmaqdır. Ünsiyyət formaları təntənəli, yas mərasimi, ritual hərəkətlər və s şəklində olur. Ünsiyyət vasitələri və texnologiyalarına aiddir:
-İştirakçıların aktiv kütləvi fəaliyyətə daxil edilməsi
-İştirakçıların eşitmə, görmə kanallarına girişin verbal və q-verbal ifadəsi
Nəzərdə tutulan ünsiyyət növləri işgüzar ünsiyyətin bütün imkanlarını əhatə etmir. O yalnız özünəməxsusluqları müəyyənləşdirməyə imkan verir.
28)Ünsiyyət və kommunikasiyanın fərqləri
Ünsiyyət insan və cəmiyyətin mövcudluğu kimi çıxış edir. Kommunikasiya ontogenezdə insan şüurunun formalaşması üçün şərtdir. Ünsiyyət olmadan heç bir sahə mümkün deyil. Kommunikasiya insanların ünsiyyət və informasiya vasitəsidir. Əsas fərqləri:
1)Ünsiyyət kommunikasiyadan məzmunca daha zəngindir. 2)Ünsiyyət kommunikasiyanı ünsürlərindən biri kimi əhatə edir, lakin onu əlaqələndirmir. Kommunikasiya təzahür formaları baxımından çoxşaxəlidir.
29)Nitqin orjinallığı və zənginliyi
Özünəməxsusluğu ilə fərqlənən nitqlər orjinal nitqlərdir. Belə nitq iclasda, toplantıda bir-iki nəfərdə ola bilər. Nitqin orjinallığı özünü mövzu ilə əlaqədar sitatlardan istifadə olunmasında, şifahi nitqdə başqalarından fərqləndirilən fərdi tələffüz şəklində özünü göstərir. Natiq cümlələrdəki sözləri, hecaları, məntiqi vurğunu aydın şəkildə diksiya ilə tələffüz edir, nitqin zənginliyinə isə öz müxtəlifliyi ilə səcciyyələnir. Bunun üçün natiq zəngin söz ehtiyatına malik olmalıdır. Natiq sinonimlərdən, antonimlərdən, məcazlardan, frazeloji birləşmələrdən istifadə edərək maraqlı nitq qurur. Nitq zənginliyi demək olarki, bütün üslublar üçün səcciyyəvidir. Yüksək savada, dünyagörüşünə malik natiqin nitqi daha zəngin olur. Nitqin zənginliyinin əsas əlamətlərindən biri təkrara yol vermədən sözlərin işlədilməsidir.
30)Mədəni nitqə verilən tələblər hansılardır
Az mədıniyyəti dünya mədəniyyətinin tərəqqisində müəyyən rol oynayır. Dil və nitq mədəniyyəti, milli mədəniyyətin tərkib hissəsidir. Nitq mədəniyyəti dildən ayrılmazdır, dilin ədəbi normalarını qoruyur.
Ünsiyyət mədəniyyəti nitq mədəniyyətinin tərkib hissəsidir. Ünsiyyət sözünün mənaları:
1 Qarşılıqlı münasibət, əlaqə, ülfət, yaxınlıq
2 Rabitə, əlaqə
Nitq etiketlərinin ünsiyyətimiz zamanı gücü çoxdur. Nəzakətlilik insana hörmətini ifadə formasıdır. Hər bir şəxsin qüruru, eyni zamanda cəmiyyətin qürurudur.
Cəmiyyətdə yaşayan hər bir fərd daim cəmiyyət üzvləri ilə ünsiyyətdə olur.
Ünsiyyət zamanı işlətdiyimiz bir söz və ya ifadə qarşı tərəfin psixologiyasına əks-təsir edə bilər. Buna görə də danışan zaman sözlərimizə, ifadələrimizə, jest və mimikaya diqqət yetirməliyik. Insanın gündəlik davranışı onun dünyaya, adamlara, müasir cəmiyyətə necə baxmasından asılıdır. Ilk əmək nəğmələri, nağılları, dastanları, şairlərin müraciət xarakterli şeirləri və s. ədəbi dilə gələn yolun başlanğıcıdır.

31)Kommunikasiya prosesində ədəbi dilin leksik normasının gözlənilməsi : Leksik normanın əsas prinsipi istifadə olunan sözlərin semantik cəhətdən aydınlığıdır. Əgər kommunikasiyada sözlərin mənasını həm danışan həmdə dinləyən başa düşürsə o zaman nitq də anlaşıqlı olur. Lakin danışan şəxs nitqində alınma sözlərdən, dialektizmlərdən çox istifadə edirsə bu zaman onların mənası bütün dinləyicilər üçün anlaşıqlı ola bilməz. Kitablarda, lüğətlərdə sözləri adətən bir variantda görsək də, xalqın danışıq dilində oxuduqlarımızın başqa variantları da var: “ayaq” əvəzinə “əyağ”, “pəncərə” əvəzinə “pencərə”, “bıçaq” əvəzinə “pıçax”, “yenə” əvəzinə “genə” “gənə” və s. Az. Dilinin leksik tərkibi zəngin olduğu üçün burada başqa dillərdən keçmiş alınma sözlərə də rast gəlinir. Leksik normanın keyfiyyəti həm milli, həm də alınma sözlərdə özünü qabarıq göstərir.


Söz öz yerində işlənməzsə, fikir düzgün ifadəsini tapmaz və nitqin tələbi pozulmuş olar. Fonetik prinsip orfoqrafiyada əsas götürülsə də, morfoloji prinsipin öz yeri və əhəmiyyəti var. Bu prinsipdə yazıda sözlərin qrammatik tərkibi əsas götürülür. Alınma sözlərdə isə mütləq şəkildə norma dəyişkənliyi baş verir.
Leksik normanın pozulması aşağıdakı hallarda özünü göstərir:
1—Nitqdə yerli dialekt və şivəyə məxsus dil vahidlərinə yer verilməsi
2—Alınma sözlərin lüzumsuz işlədilməsi. 3—Terminlər 4—Tüfeyli sözlər 5—Loru sözlər 6—Jarqon sözlər 7—Arqo sözlər
32)Kommunikasiya prosesində baş verən üslubi-qrammatik səhvlər
İnsanlar bir-birləri ilə işgüzar söhbət apararkən qrammatik səhvlərə yol verirlər. Bu onların işgüzar fəaliyyətinə müvafiq təsir göstərir. Səhvsiz işgüzar söhbətlər aparmaq üçün bunları bilmək vacibdir:
1)Söhbətin planını yazmaq 2)Nitqi müsbət ifadələrlə zənginləşdirmək 3)Həmsöhbətin maraqlarını nəzərə almaq 4)Ədəbsiz və zövqsüz olmamaq 5)”yox” cavabı olacaq suallar verməmək
Ünsiyyət sahəsindəki səriştəlilik hər hansı bir işdə uğur və ya uğursuzluqla birbaşa əlaqəlidir.
33) Kommunikasiya prosesində qrammatik normanın rolu
Bu norma dilin qruruluşuna, praktik tətbiqi prosesindəki fəaliyyətinə məxsusdur. Bura söz birləşmələri və cümlə komponentlərinin sintaktik əlaqə növləri, sözlərdə şəkilçilərin düzgün ardıcıllığı, mənsubiyyət, hal, dərəcə, zaman, şəxs və s. Kimi qaydalar aiddir. Sözlər və cümlələr arasında əlaqə düzgün qurulmadıqda qrammatik səhvlər meydana çıxır. Ədəbi dilin qrammatik normalarına aşağıdakı qaydalar aiddir:
1—Az dilində miqdar sayından sonra gələn isim təkcə işlədilir: iki adam, yüz dəftər və s.
2—II şəxsin cəmindən xəbərlik şəkilçisi olan -sınız⁴, -sız⁴ şəklində tələffüz olunur.
3—Feilin inkarı təsdiq formada olan feilə -ma² şəkilçisi əlavə etməklə düzəlir.
4—Feilin kökünə ardıcıl olaraq əvvəl təsirlik, sonra növ, sonra şəkil, ondan sonra şəxs şəkilçisi artırılır.
5—Adlara ardıcıl olaraq kəmiyyət,mənsubiyyət,hal,xəbər şəkilçiləri artırılır.
34) Natiqlik sənətinin tarixi və akademik kommunikasiya
Nitq mədəniyyəti e. ə. Roma və qədim Yunanıstanda həm sənət, həm də elm kimi formalaşmışdır. Məhz onların hesabına, onların fəsahətli və aydın danışığı sayəsində Yunanıstan və Roma nitq mədəniyyəti elminin vətəni hesab olunur.
Yunan ədəbiyyatı, teatr tamaşaları və s natiqlik sənətinin yaranmasına böyük kömək göstərdi. Qədim Yunanıstanda natiqliyin inkişafına böyük təsir göstərən səbəblərdən biri də Solon qanunları idi. Bu qanunlara görə hər bir afinalı məhkəmədə öz hüququnu müdafiə etməyi bacarmalı idi. Beləliklə onlar hüquqi biliklərə yiyələnməyə, həmdə öz hüquqlarını müdafiə üçün aydın danışmağa çalışırdılar.
Romada isə natiqlik sənətinin inkişafı çox çəkmədən süquta uğrayır. Filosof, siyasətçi, böyük sərkərdə, İslam dininin banisi Məhəmməd Peyğəmbər (ə.s) insani keyfiyyətlər arasında natiqlik məharətinə xüsusi əhəmiyyət vermişdir.
Az. Da da natiqlik sənətinin yaranması tarixi qədimdir. Azərbaycanın görkəmli söz ustalarından Nizami, Füzuli, Nəsrəddin Tusi və s adlarını çəkə bilərik.
35) Akademik nitqin üslub və janr xüsusiyyətləri
Akademik kommunikasiya peşəkar ictimai nitqin yaradılması, qanunauyğunluqları və onun effektivliyinin şərtləri haqqında bilik sahəsidir. O hədəfi bu və ya digər sahəyə aid biliklərə yiyələnmək istəyən dinləyicilərə məqsədyönlü təsir göstərməkdədir.
Elmin əsas məqsədi reallıqdakı hadisə və proseslərin obyektiv təsviri, izahı və proqnozudur. Elmi fəaliyyətin xüsusiyyətləri elmi üslubun əsas əlamətlərini müəyyənləşdirir. Bunlara elmi kommunikasiyanın hədəfi elmi mətnin müəllifinin obrazı və s. aiddir
Elmi ünsiyyət-elmi ictimaiyyət daxilində və cəmiyyət xaricində elmi fikirlərin təbliği üçün ətrafdakı həqiqətlər haqqında elmi biliklərin yayılmasıdır. Elmi ünsiyyətin 2 mərhələsi vardır: daxili və xarici. Daxili mərhələdə ünsiyyət subyektləri elmi cəmiyyət içərisindəki alimlərdir. Xarici mərhələ isə elmi ictimaiyyətin böyük auditoriya ilə qarşılıqlı əlaqəsi ilə xarakterizə olunur. Bu isə elmin populyarlaşmasıdır.
Elmi ictimaiyyət daxilində elmi ünsiyyət formaları bunlardır:
a)Birbaşa ünsiyyət-şəxsi söhbətlər, seminarlar, şifahi məruzələr və s.
b)texniki vasitələrlə vasitəçilik edən rabitə-elmi jurnalların,abstract jurnalların,monoqrafiyaların nəşrləri.
c)elmi konfranslar, seminarlar,elmi və texniki sərgilər.
Akademik yazı elm və təhsilin özəlliyini müəyyənləşdirən meyarlardan ən vacibidir. Müasir dövrdə yazı mədəniyyəti ilə bağlı təhsil ocaqlarında müəyyən problemlər vardır. Buna səbəb Sovet təhsil sistemində formalaşmış yazı standartlarının hələ də post-sovet ölkələrində prioritet mövqeyə malik olması ilə əlaqədardır.
Ünsiyyətə təsir edən və mətnin necə qurulacağını təyin edən şərtlər arasında ən vaciblərindən biri ünsiyyət şəraitininin rəsmiliyinin dərəcəsidir.Mətn yazarkən həmsöhbətimizlə ünsiyyətimizin nə qədər formal oldugunu düşünməliyik. Buna əsasən daha çox kitab və rəsmi söz ehtiyyatından istifadə edirik. Rəsmi ünsiyyətdə isə ədəb qaydalarına riaət etməliyik.
Elmi mətn hadisələri və prosesləri düzgün,məqbul baxımından qiymətləndirmək məqsədi daşımır. Tətqiqatçı hadisələri olduğu kimi təhvil verməyə,mahiyyətini açmağa,xarakterik xüsusiyyətləri təsvir etməyə çalışır.
36)Akademin nitqin növləri:monoloji,dioloji və polioloji nitq
Kommunikasiyanın əsas formaları dioloji və monoloji nitqdə öz əksini tapır. Dioloji və monoloji nitq bir çox şifahi mətnlərin, xüsusən də bədii əsərlərin yaranma başlanğıcına çevrilir. Bir nitq fəaliyyətinin kommunikativ funksiyaları yerinə yetirməsindən asılı olaraq, tərkibində ənənəvi olaraq, dioloji və monoloji nitqlər fərqlənir.
Monoloji nitq danışıq səsi formasında olub fəal və sərbəst şifahi nitq növüdür. Bu nitq özünü şifahi və yazılı nitq şəklində göstərir.Monoloji nitqin müxtəlif növləri vardır: məruzə,mühazirə,məlumat,çıxış.nitq və s.
Məruzə.Ərəb mənşəli sözdür, bir şeyə uğrayan,məruz qalan anlamındadır. Məruzə bir mövzu haqqında əvvəlcədən hazırlanaraq söylənilən monoloji nitqdir. Məruzə 3 hissədən ibarət olur: giriş, əsas,nəticə.
Girişdə söz açılan məsələnin aktuallığından, əhəmiyyətindən,qarşıya qoyulan məqsədə çatmaq üçün hansı yollardan istifadə edildiyindən danışılır. Əsas hissədə görülən işlərin məzmunu qeyd olunur. Nəticədə isə qeyd olunanlara yekun vurulur.

Yüklə 82,26 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə