Az
ərbaycan Respublikası
M
ə
d
ə
niyy
ə
t v
ə
Turizm Nazirliyi
Göyçay rayon M.Ə.Sabir adına Mə
rk
əzi Kitabxanası
Metodiki v
ə
sait
Göyçay –
2016
T
ə
rtib ed
ə
nl
ə
r: Metodika v
ə
biblioqrafiya şöbə
sinin
Biblioqrafı Rə
na K
ə
rimova.
Müdrik adamlar
1 oktyabr Beynəlxalq Ahıllar günüdür.
BMT-
nin Baş Məclisi 1992
-ci
ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib və həmin
qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabrın 1
-
i bütün
dünyada Beynəlxalq
Ahıllar günü kimi qeyd olunur. Bu tarixin
beynəlxalq səviyyədə qeyd olunması isə ahıllara diqqət və qayğının
artırılması məqsədi daşıyır. Azərbaycanda ahıl insanlara dövlət
qayğısı da ildən
-
ilə artır.
Beynəlxalq Ahıllar günü ölkəmizdə 1993
-
cü ildən qeyd olunur.
Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların
problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, 22 iyun
2001-
ci il tarixdə “Ahıllara sosial xidmət haqqında” Qanun qəbul
olunub. Həmin Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan
vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı
olmayan şəxslər ahıl hesab olunur.
Azərbaycanda yaşlı insanların problemlərinə həssas münasibət bu
gün də mövcuddur. Pensiya yaşlı insanların sosial müdafiəsinin
gücləndirilməsi “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı
dayanır” deyən Prezident İlham Əliyevin diqqət mərkəzindədir. “Ahıl
vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət
Proqramı”na əsasən, onların sosial vəziyyətinin yaxşılaşdırılması
istiqamətində davamlı islahatlar həyata keçirilir. Həmin islahatlar
ölkəmizdə sosial müdafiə sisteminin beynəlxalq standartlar
səviyyəsində yenidən qurulmasına imkan verir.
...Prezident İlham Əliyevin 2008
-
ci il 30 dekabr tarixli Sərəncamı ilə
təsdiq olunan ”2009
-2015-
ci illərdə sığorta
-pensiya sisteminin
inkişafına dair Dövlət Proqramı”nın uğurla icrası ilə sığorta
-pensiya
sisteminin davamlı inkişafına nail olunub. Ölkəmizdə tətbiq
olunan
yeni sığorta
-pensiya sistemi
ndə pensiyaların artırılması,
bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə dəyişdirilməsi mövcud
maliyyə imkanlarının bütün pensiyaçılar arasında ədalətli bölgüsünə
imkan verib. Bu mexanizm çərçivəsində ölkəmizdə ilk dəfə olaraq
istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirmə
aparılıb.
Ötən illərdə Dövlətimizin başçısı yaşa görə əmək pensiyasının baza
hissəsinin artırılması ilə bağlı 7, sığorta hissəsinin artırılması ilə bağlı 5
Sərəncam verib. Nəticədə, yeni sistem fəaliyyətə başlayandan
indiyədək əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq
məbləği isə 4 dəfə artıb.
Deyə bilərəm ki, bəlkə də dünya miqyasında bu illər ərzində buna
bənzər hadisə olmamışdır. Çünki bəzi ölkələrdə
-
harada ki, maliyyə
və iqtisadi böhran özünü büruzə verir, nəinki pensiyalar artırılır, əksinə
azaldılır, maaşlar, sosial proqramlar kəsilir, büdcədən maliyyələşən
təşkilatlarda işləyən insanların maaşları və sosial təminatı aşağı düşür.
Azərbaycanda isə 900 minə qədər pensiyaçının pensiyası 40 faiz
artmışdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan iqtidarının siyasəti
sosial
yönümlüdür. Bizim siyasətimizin mərkəzində Azərbaycan
vətəndaşı dayanır. Bütün iqtisadi uğurlar bizə imkan verir ki, sosial
sahədə daha da ciddi addımlar ataq. Mən əminəm ki, pensiyaçıların
sosial təminatının yaxşılaşdırılması nəticəsində bir milyona qədər
Azərbaycan vətəndaşı maddi vəziyyətini böyük dərəcədə
yaxşılaşdıracaqdır.
Bu il pensiya xərcləri 2011
-
ci ilin müvafiq dövrünə nisbətən 33,6%
artıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 2012
-ci
il yanvarın 1
-
dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 7,9
faizlik artım tətbiq olunub. Bu artım daha böyük kontingenti əhatə edib.
Belə ki, ötən il həyata keçirlən islahat nəticəsində 2011
-ci il iyulun 1-
nə
qədər indeksləşmədən kənarda qalan 85 manat pensiya almış 482
min nəfərin pensiyası
orta hesabla 44 manat və ya 52% artıb...
....Ölkəmizdə əlil, tənha və ahıllara xidmət göstərən müəssisələrin
sakinləri də tam dövlət qayğısı ilə əhatə olunublar. Heydər Əliyev
Fondunun Prezidenti Mehriban xanım Əliyevanın bu ahıllara qayğısı
da böyük rəğbətlə qarşılanır. Azərbaycanın Birinci xanımının
təşəbbüsü ilə Fondda ahıllarla, müharibə veteranları ilə görüşlər
keçirilir, onların sağlamlığı diqqətdə saxlanılır. Ahıllar günündə də bu
insanlar üçün müxtəlif tədbirlər təşkil olunur: qocalar səhiyyə
oca
qlarında müayinə edilir, onlar üçün konsertlər, bayram şənlikləri
keçirilir. Bütün tədbirlər isə Azərbaycan dövlətinin artan qüdrətinin və
onun hər bir vətəndaşına olan qayğısının göstəricisidir
.
Ahıllara sosial xidmət
haqqınd
a
AZƏRBAYCAN RESPUBLİK
ASI QANUNU
Bu Qanun ahılların sosial müdafiəsinin əsas istiqamətlərindən biri olan
sosial xidmət sahəsində yaranan münasibətləri tənzimləyir, onlar üçün
sosial, iqtisadi və hüquqi təminatlar müəyyən
edir.
I f ə s i l
ÜMUMİ MÜDDƏALAR
M a d d ə 1 .
Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları
ifadə edir:
1.0.1. ahıl –
yaşı 70
-
ə çatmış Azərbaycan Respublikası vətəndaşı,
habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı
olmayan şəxs;
1.0.2. ahıllara sosial xidmət –
ahılların sosial xidmətə olan tələbatının
ödənilməsinə yönəldilən, onlara mülkiyyət növündən və təşkilati
-
hüququ
formasından asılı olmayaraq sosial xidmət müəssisələrində və evdə qulluq,
iaşənin
təşkili, tibbi, sosial, psixoloji, hüquqi və digər yardımların
məcmusundan ibarət olan fəaliyyət.
M a d d ə 2 .
Ahıllara sosial xidmət haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi
Ahıllara sosial xidmət haqqında Azərbaycan Respublikasının
qanunvericiliy
i Azərbaycan Respublikasının Konstitusiyasından, bu
Qanundan,
digər
normativ
hüquqi
aktlardan
və
Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
M a d d ə 3 .
Ahıllara sosial xidmət göstərilməsinin əsas prinsipləri
Ahıllara sosial xidmət (bundan sonra sosial xidmət) göstərilməsi dövlət
təminatı, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquqlarına və
azadlıqlarına əməl edilməsi prinsipləri əsasında həyata keçirilir.
I I f ə s i l
SOSİAL XİDMƏT SAHƏSİNDƏ AHILLARIN HÜQUQL
ARI
M a d d ə 4 .
Sosial xidmətdən istifadə hüququ
4.1. Ahıllar müvafiq icra hakimiyyəti orqanı, dövlət, bələdiyyə və özəl
sosial xidmət müəssisələri, habelə sosial xidmət sahəsində peşəkar
fəaliyyətlə məşğul olan şəxslər tərəfindən həyata keçirilən sosial
xidmətlərdən istifadə edə bilərlər.
4.2. Sosial xidmət müvafiq icra hakimiyyəti orqanı və ya dövlət sosial
xidmət müəssisəsi tərəfindən ahılların razılığı və müvafiq icra hakimiyyəti
orqanının qərarı ilə həyata keçirilir.
4.3. Bələdiyyə və ya özəl sosial xidmət müəssisələri, habelə sosial
xidmət sahəsində peşəkar fəaliyyətlə məşğul olan şəxslər tərəfindən sosial
xidmət onlarla ahıllar arasından bağlanmış müqavilə əsasında göstərilir.
M a d d ə 5 .
Sosial xidmət sahəsində ahılların hüquqları
5.1. Sosial xidmət sahəsində ahıllar aşağıdakı hüquqlara malikdirlər:
5.1.1. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş
qaydada sosial xidmət müəssisəsini və sosial xidmət növünü seçmək;
5.1.2. sosial xidmət müəssisələrində sanitariya
-
gigiyena tələblərinə
cavab verən şəraitlə təmin olunmaq;
5.1.3. sosial xidmət müəssisələrinin işçiləri tərəfindən şərəf və
ləyaqətlərinə hörmət olunmasını və humanist münasibət bəslənilməsini
tələb etmək;
5.1.4 daxili qaydalar pozulmamaq şərtilə dini ayinlərin icra edilməsi üçün
ayrıca yerlə təmin
olunmaq;
5.1.5. sosial xidmət göstərilməsi qaydaları, habelə öz hüquq və vəzifələri
barədə məlumat almaq;
5.1.6. kütləvi informasiya vasitələri ilə təmin olunmaq;
5.1.7. sosial xidmət göstərilməsinə razılıq vermək və ya sosial
xidmətdən imtina etmək;
5.1.8. sosial xidmət göstərilən zaman şəxsi xarakterli məlumatların məxfi
saxlanılmasını tələb etmək.
5.2. Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı
olmayan ahıllar sosial xidmət sahəsində, bu Qanunda nəzərdə tutulmuş
hallar istisna o
lmaqla, Azərbaycan Respublikasının ahıl vətəndaşları ilə
bərabər hüquqlara malikdirlər.
M a d d ə 6 .
Ahılların zəruri hallarda sosial xidmət müəssisəsinə
yerləşdirilməsi
6.1. Tibbi-
sosial ekspert komissiyasının qərarına əsasən özünün əsas
həyati tələbatını müstəqil təmin edə bilməyən hesab edilən, əmək
qabiliyyətli qohumlarının və ya qanuni nümayəndələrinin həmin şəxslərə
qulluq edə bilməyəcəkləri barədə yazılı ərizələri olan, habelə
qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət qabiliyyəti olmayan
hesab e
dilən ahıllar zərurət olduqda sosial xidmət müəssisəsinə yerləşdirilə
bilər.
6.2. Qanunvericilikdə müəyyən olunmuş zəruri hallarda ahılın sosial
xidmət müəssisəsinə yerləşdirilməsi müvafiq icra hakimiyyəti orqanının
müraciəti ilə məhkəmənin qətnaməsi əsasında həyata keçirilir.
M a d d ə 7 .
Sosial xidmət göstərilməsindən imtina edilməsi
7.1. Sosial xidmət müəssisələrində yaşayan və bu Qanunun 6
-
cı
maddəsində nəzərdə tutulmuş kateqoriyalara aid olmayan ahıllar sosial
xidmət müəssisələrinin xidmətindən imtina etmək hüququna malikdirlər.
7.2. Tibbi-
sosial ekspert komissiyasının qərarına əsasən özünün əsas
heyati tələbatını müstəqil təmin edə bilməyən hesab edilən ahılların sosial
xidmət müəssisələrində yerləşdirilməsindən imtina etmələrinə onlara qulluq
etməyi öhdəsinə götürən əmək qabiliyyətli qohumlarının və ya qanuni
nümayəndələrinin ərizəsi əsasında yol verilir.
7.3. Evdə sosial xidmətdən imtinaya əsas sosial xidmət müəssisəsinin
rəhbərliyinin və tibbi
-
sosial ekspert komissiyasının birgə qərarıdır.
I I I f ə s i l
SOSİAL XİDMƏTİN FORMALARI VƏ GÖSTƏRİLMƏ
QAYDALARI
M a d d ə 8 .
Sosial xidmətin formaları
8.0. Sosial xidmətin aşağıdakı formaları var:
8.0.1. evdə sosial xidmət;
8.0.2. yarımstasionar sosial xidmət;
8.0.3. stasionar sosial xidmət;
8.0.4. fərdi qaydada peşəkar sosial xidmət;
8.0.5. sosial-
məsləhət yardımı.
M a d d ə 9 .
Evdə sosial xidmət
9.1. Əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni
rayonda (şəhərdə) yaşamayan və sosial xidmətə ehtiyacı olan tək ahıllara,
ahıl ər
-
arvadlara evdə sosial xidmət göstərilir.
9.2. Evdə sosial xidmətə aşağıdakılar aiddir:
9.2.1. dərman vasitələrini, zəruri ərzaq və əsas tələbat mallarını almağa
kömək göstərilməsi;
9.2.2. istirahətin təşkil olunmasında, qida qəbul edilməsində və digər
məişət xidmətlərinin göstərilməsində kömək edilməsi;
9.2.3. tibbi yardım almaqla kömək göstərilməsi və ahılın tibb
müəssisəsinə müşaiyət olunması;
9.2.4.
yaşayış
şəraitinin
sanitariya
-
gigiyena
tələblərinə
uyğunlaşdırılması;
9.2.5. hüquqi məsləhət alınmasına kömək göstərilməsi.
M a d d ə 1 0 .
Yarımstasionar sosial xidmət
10.1. Yarımstasionar sosial xidmət sosial
-
məişət, tibbi və mədəni
xidmətdən, ahılların qidalanmasının və istirahətinin təşkil olunmasından,
onların münasib əmək fəaliyyətinə cəlb olunmasından ibarətdir.
10.2. Yarımstasionar sosial xidmət bu Qanunun 6
-
cı maddəsində
nəzərdə tutulan kateqoriyalara aid olmayan ahıllara göstərilir.
10.3. Ahıllara yarımstasionar sosial xidmət haqqında qərar onun ərizəsi
və sağlamlığının vəziyyəti barədə tibb müəssisəsinin arayışı əsasında
s
osial xidmət müəssisəsinin rəhbərliyi tərəfində qəbul edilir.
M a d d ə 1 1 .
Stasionar sosial xidmət
11.1. Stasionar sosial xidmət, bu məqsədlə yaradılmış müəssisədə
ahılların fiziki durumuna və səhhətinə uyğun olan həyata şəraitinin
yaradılmasından, tibbi və sosial reabilitasiya tədbirlərinin həyata
keçirilməsindən, qulluq və istirahətin təşkilindən ibarətdir.
11.2. Stasionar sosial xidmətə ehtiyacı olan psixi pozuntusu olan ahıllar
qanunvericilikdə müəyyən edilmiş qaydada xüsusi stasionar sosial xidmət
müəssisəsində yerləşdirilirlər.
11.3. Stasionar sosial xidmət müəssisələrində yaşayan ahılların
pensiyalarının verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
M a d d ə 1 2 .
Stasionar sosial xidmət müəssisəsi rəhbərliyinin
vəzifələri
12.0.
Stasionar sosial xidmət müəssisəsi rəhbərliyinin vəzifələri
aşağıdakılardır:
12.0.1. insan və vətəndaş hüquqlarına və azadlıqlarına riayət etmək;
12.0.2. ahılların şəxsi toxunulmazlığını və təhlükəsizliyini təmin etmək;
12.0.3. sosial xidmət müəssisəsində
yaşayan ahılların hüquqları
haqqında onlara məlumat vermək;
12.0.4. sosial xidmət müəssisələrində yaşayan və ehtiyacı olan ahıllar
barəsində qanuni nümayəndə təyin olunması üçün müvafiq icra hakimiyyəti
orqanına müraciət etmək;
12.0.5. sosial xidmət müəssisələrində yaşayan ər
-
arvadları ayrıca
yaşayış sahəsi ilə təmin etmək;
12.0.6. ahılların şəxsi və qiymətli əşyalarının mühafizəsini təmin etmək;
12.0.7. qanunvericilikdə müəyyən olunmuş digər vəzifələri həyata
keçirmək.
M a d d ə 1 3 .
Sosial-
məsləhət yardımı
13.1.
Sosial-
məsləhət yardımının məqsədi ahılların cəmiyyətə
adaptasiyasını, ailədə sağlam münasibətlərin yaradılmasını təmin
etməkdən ibarətdir.
13.2. Sosial-
məişət yardımına aşağıdakılar aiddir:
13.2.1. qohumlarından və ya qanuni nümayəndələrindən ayrı yaşayan
və sosial
-
məsləhət yardımına ehtiyacı olan tək ahılların, ahıl ər
-
arvadların
müəyyənləşdirilməsi;
13.2.2. müxtəlif xarakterli sosial
-
psixoloji pozuntuların profilaktikası;
13.2.3. ahılların yaşadığı ailələrlə əlaqə yaradılması;
13.2.4. ahılların problemlərinin həllində dövlət, bələdiyyə orqanlarının və
ictimai birliklərin fəaliyyətinin əlaqələndirilməsi;
13.2.5. sosial xidmət üzrə məsləhətlərin verilməsi.
M a d d ə 1 4 .
Sosial xidmət sahəsində peşəkar fəaliyyət hüququ
14.1. Ali və ya orta peşə
-ixt
isas təhsili və müvafiq peşə hazırlığı olan
şəxslər qanunvericilikdə müəyyən olunmuş qaydada sosial xidmət
sahəsində peşəkar fəaliyyətlə məşğul olmaq hüququna malikdirlər.
14.2. Müvafiq icra hakimiyyəti orqanı və ya sosial xidmət müəssisələri ilə
bağlanmış
əmək müqaviləsinin şərtlərinə əsasən sosial
-
məişət xidmətləri
göstərmək üçün peşə hazırlığı olmayan şəxslər də cəlb oluna bilərlər.
M a d d ə 1 5 .
Sosial xidmət haqqının ödənilməsi
15.1. Dövlət sosial xidmət müəssisələrində sosial xidmət ödənişsiz,
qismən ödənişli və tam şərtlərlə göstərilir.
15.2. Ödənişsiz sosial xidmət əmək qabiliyyətli qohumlarının və ya
qanuni nümayəndələrinin himayəsindən məhrum olan, habelə pensiyası
minimum dolanacaq xərclərindən aşağı olan Azərbaycan Respublikası
vətəndaşlarına göstəri
lir.
15.3. Ödənişsiz sosial xidmətdən əlavə ahılların xahişi ilə göstərilən
sosial xidmətlərin haqqı onlar tərəfindən ödənilir.
15.4. Digər ahıllara, habelə ödənişsiz sosial xidmətdən əlavə göstərilən
stasionar sosial xidmət haqqının ödənilməsi qaydası müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.
15.5. Sosial xidmət göstərilməsi nəticəsində əldə edilən vəsait
qanunvericilikdə müəyyən olunmuş qaydada sosial xidmət sisteminin
inkişafına və sosial xidmət müəssisələri işçilərinin maddi vəziyyətinin
yaxşılaşdırılmasına sərf edilir.
15.6. Sosial xidmət müəssisələri ahıllar və ya onların qanuni
nümayəndələri ilə göstərilən ödənişli sosial xidmətin növlərini, həcmini,
müddətini və ödəniş qaydasının müəyyənləşdirən müqavilə bağlamalıdırlar.
M a d d ə
1 6 .
Sosial xidmət sistemi
16.1. Sosial xidmət sistemi dövlət, bələdiyyə və özəl sosial xidmət
müəssisələrindən ibarətdir.
16.2. Sosial xidmət müəssisələri qanunvericilikdə müəyyən olunmuş
qaydada yaradılır, fəaliyyət göstərir, yenidən təşkil edilir və ləğv
olunur.
16.3. Ödənişsiz şərtlərlə xidmət göstərən sosial xidmət müəssisələri
üçün qanunvericilikdə müəyyən olunmuş qaydada güzəştlər müəyyən edilə
bilər.
M a d d ə 1 7 .
Sosial xidmət müəssisələrinin maliyyələşdirilməsi
Sosial xidmət müəssisələri dövlət və yerli büdcələrin vəsaiti, hüquqi və
fiziki şəxslərin ianələri, qrantlar və qanunvericilikdə qadağan edilməyən
digər mənbələr hesabına maliyyələşdirilir.
M a d d ə 1 8 .
Sosial xidmət göstərilməsi ilə əlaqədar sosial
işçilərin hüquq və vəzifələri
18.1. Sosial xid
mət göstərilməsi ilə əlaqədar sosial işçilərin hüquqları
aşağıdakılardır:
18.1.2. İşəgötürənlə əmək müqaviləsi (kontraktı) bağlamaq;
18.1.3. işə qəbul olunarkən büdcə vəsaitləri hesabına dövlət və ya
bələdiyyə tibb müəssisələrində profilaktik baxış və müayinədən keçmək;
18.1.4. işəgötürənin vəsaiti hesabına ixtisasını artırmaq;
18.1.5. xidməti vəzifəsini yerinə yetirərkən xüsusi geyim və avadanlıqla
təmin olunmaq və ya bunları əldə etmək və nəqliyyat xərcləri üçün müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada pul kompensasiyası
almaq.
18.2. Sosial xidmət göstərilməsi ilə əlaqədar sosial işçilərin vəzifələri
aşağıdakılardır:
18.2.1. professional etika normalarını rəhbər tutmaq, ahılların ləyaqətinə
və hüquqlarına hörmətlə yanaşmaq;
18.2.2. sosial
xidmət göstərərkən ahıllara münasibətdə ayrı
-
seçkiliyə və
qeyri-
humanistliyə yol verməmək;
18.2.3. qulluq etdikləri ahıllara sosial xidmətin növləri barədə məlumat
vermək;
18.2.4. öz vəzifələrini yerinə yetirərkən əldə etdikləri məlumatların
konfidensiallığını təmin etmək.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Ahıllar günü münasibəti ilə filial kitabxanalarına metodik
tövsiyələr
Göyçay rayon MKS
-
nin filiallarında “ Ahıllar günü “ münasibə
ti il
ə
yaşlı
oxucu qrupları ilə
onların oxucu marağına uyğun söhbə
tl
ə
r, m
ə
ruz
ə
l
ə
r
,d
əyirmi masalar keçirmək tövsiyə
olunur. H
ər hansı bir yaşlı fə
al
oxucunun keçdiyi ə
m
ə
k yolu v
ə
iş fə
aliyy
əti haqqında söhbət keçirilə
bil
ə
r.
“
1 oktyabr Ahı
llar
günüdür “,
“Keçmiş
d
ən bu günə”
adlı sə
rgil
ə
r t
əşkil
etm
ə
k olar. H
ər bir filial kitabxanaçısı öz ə
razisind
ə
yerl
əşən ahıllarla
söhbə
t gec
ə
l
əri keçirsin.
Dostları ilə paylaş: |