Az
ərbaycan Respublikası Mə
d
ə
niyy
ə
t v
ə
Turizm Nazirliyi
Göyçay rayon M
ə
rk
əzi Kitabxanası
metodiki v
ə
sait
Göyçay -2017
Tertib edeni- metodika v
ə
biblioqrafiya şöbə
sinin boyuk metodisti –Quliyeva Nahid
ə
I bölm
ə
-H
əyatı
Şah İsmayıl Xətai 1487
-ci il iyulun 17-
də Ərdəbil şəhərində kökü tarixin çox
-
çox uzaq çağlarına gedib
çıxan nüfuzlu Azərbaycanlı zadəgan (bəzi ədəbiyyatlarda səhvən kürd mənşəli kimidə göstərilir)
ailəsində anadan olmuşdur. O, ata tərəfdən Şeyx Səfiəddinin nəslindən idi. Şah İsmayılın atası Şeyx
Heydər, babası Şeyx Cüneyd olmuşdu. Şah İsmayıl ana tərəfdən də dövrünün hakim və köklü bir
ailəsinə mənsub idi. Onun anası Aləmşah bəyim Ağqoyunlu hökmdarı
Uzun Həsənin qızı, Sultan
Yəqubun bacısı idi.
Şeyx Heydər döyüşlərin birində xəyanətlə öldürüldükdən sonra (1488), İsmayıl anası və qardaşları
-
Sultanəli və İbrahim ilə birlikdə İstəxrdə (Şiraz) həbsdə saxlanılır. Onda İsmayılın hələ iki yaşı tamam
olmam
ışdı. Bir müddətdən sonra Rüstəm Mirzə qardaşlardan istifadə etmək məqsədilə onları
həbsdən azad edir. Lakin döyüş zamanı İsmayılın böyük qardaşı Sultan Əlinin və «qızılbaşlar»ın
necə şücaət göstərdiyini görüb qorxuya düşür, özünü və sülaləsini gələcək təhlükələrdən qurtarmaq
üçün Şeyx Cüneyd nəslinə son qoymaq qərarına gəlir. O, Şeyx Sultanəlinin üzərinə qoşun göndərib
onu öldürtdürür. Ölümündən öncə Şeyx Sultanəli İsmayılı özünün vərəsəsi təyin edərək Ərdəbilə
göndərdi. «Qızılbaşlar» İsmayılın axtarıldığını görüb onu bir müddət Ərdəbildə daha sonra Rəştdə
gizlədirlər.
Sonra onu Lahicana, Gilan hakimi Mirzə Əlinin sarayına gətirirlər. Gilana gələndə İsmayıl yeddi
yaşında olur. Burada o, Həsən xanın himayəsi altında Lələ Hüseyn tərəfindən tərbiyə olunur. İsmayıl
təqribən 6 il burada qalaraq, tanınmış əmir və alimlərin rəhbərliyi altında özünün dini, dünyəvi və
hərbi təlimlərini davam etdirir.
Şah İsmayıl Xətai13 yaşında İsmayıl artıq müstəqil şəkildə siyasi və fəaliyyətə başlayır. 1499
-cu ilin
avqust ayında
İsmayıl özünün yaxın tərbiyəçisi və məsləhətçisi olan bir neçə qızılbaş tayfa başçısı ilə
birlikdə qoşun toplamaq üçün Ərdəbilə yollandı. O, 1500
-
cü ilin yazında Şamlı və Rumlu
tayfalarından, habelə Qaradağ və Talış əhalisindən ona qoşulmuş 2 minə yaxın qızılbaşla Qarabağ,
Çuxursəd, Şuragil, Kağızman, Tircan yolu ilə Ərzincana gəldi. Burada qızılbaş tayfalarından, habelə
Qaradağ sufilərindən təqribən 7 min tərəfdar toplayaraq 1500
-
cü ilin axırlarında Şirvana hücum etdi
və Şirvanşah qoşunlarını məğlubiyyətə
uğratdı. Döyüşdə Şirvanşah Fərrux Yasar öldürüldü. 1501
-ci
ilin payızında Təbrizə daxil olan Ismayıl özünü şah elan etdi. Bununla da paytaxtı Təbriz olan
Azərbaycan Səfəvilər dövlətinin əsası qoyuldu.
I Şah İsmayılın tabe olmaq təklifini rədd edən Ağqoyunlu hökmdarı Muradla 1503
-cü il iyunun 21-
də
Həmədan yaxınlığında döyüş də qızılbaşların qələbəsi ilə nəticələndi. Sonrakı illərdə Şah İsmayıl
bütün İranı, Xorasanı, İraqi
-
ərəbi Səfəvilər dövlətinə qatdı.Onun dövründə Səfəvilər dövləti Yaxın
Şərqin qüdrətli dövlətlərindən birinə çevrldi. 1514
-
cü ildə sultan I Səlimin (1512
-
20) başçılıq etdiyi
Osmanlı ordusu ilə Çaldıran düzündə baş vermiş döyüşdə qızılbaşlar məğlubiyyətə uğradılar.
Sonrakı illərdə Şah İsmayıl Şəki hakimliyini, Şirvanşahları, gürcü çarlarını Səfəvilərdən asılı vəziyyətə
saldı. O, Şəkiyə növbəti səfərdən Ərdəbilə qayıdarkən vəfat etdi. Yerinə oğlu I Təhmasib keçdi.
Onun ölümü ilə bağlı qaynaqlarda belə bir qeyd vardır ki, Şah İsmayıl ölümündən bir qədər əvvəl ova
çıxır. Şahdağda öz adamları ilə cərgə ovu təşkil edir. Ov şənliyi qurtarar
-
qurtarmaz o, ağır şəkildə
xəstələnir və dərhal Ərdəbilə qayıdır. Burada da onun halı yaxşılaşmır. Tələsik Təbrizə yola düşürlər.
Yolda Sərab yaxınlığındakı Mənqutay adlı yerdə halı o qədər ağırlaşır ki, düşərgə salmalı olurlar.
Həkimlərin müalicəsi bir fayda vermir. Hökmdar şair 1524
-
cü ildə mayın 23
-
də vəfat edir. Cəsədini
Ərdəbilə gətirib Şeyx Səfi türbəsinin yanında dəfn edirlər.
Şah İsmayıl Xətai 38 yaşında, həyatının, yaradıcılığının, arzularının ən qaynar bir çağında dünyadan
köçür, lakin qısa ömrü müddətində gördüyü işlər ona ölməzlik qazandırmış, onu Azərbaycan xalqının
siyasi və mədəni tarixinin ən parlaq səhifələrindən birinin yaradıcısı kimi tanıtdırmışdır. Şah İsmayılın
yüksək hərbi istedadı haqqınd
a
K. Marks yazmışdır: «Səfəvilər xanədanının banisi Şah İsmayıl fateh idi. O, on dörd illik hakimiyyəti
dövründə on dörd əyalət fəth etmişdi»
Şah İsmayıl şəxsiyyəti, tarixdəki yeri
Şah İsmayıl çox nadir dühaya malik bir şəxsiyyət olub. O, hələ uşaq yaşlarından idman oyunlarına,
cıdır yarışlarına böyük həvəs göstərir, tez
-
tez ova gedirdi. Sərkərdəliyi dövründə o bir neçə zorxana
açdırmışdı ki, burada bayram şənlikləri düzənlənər və pəhləvanlar öz güclərini sınayardılar. Şah
İsmayıl həm də rəssamlıq və xəttatlıq bacarığı ilə də seçilir, kitab oxumağı çox sevirdi. Uzun Həsənin
Təbrizdə yaratdığı məşhur kitabxananın nəzdində o, yeni tipli geniş bir kitabxana açdırmışdı ki,
buradan nəinki öz ölkəsinin əhalisi və alimləri, hətta qonşu ölkələrin alimləri də istifadə edirdilər.
Bütün müsbət keyfiyyətlər bu böyük şəxsiyyətdə toplanmışdı. Şah İsmayıl bütün bunlarla yanaşı
gözəl səsə də malik idi. Bərbəd adlanan alətdə gözəl çalır və oxuyurdu. O, uşaq yaşlarından şer
yazmağa başlamışdı. Şerlərini elə aydın və nəsihətamiz tərzdə yazırdı ki, onu oxuyan hər bir kəs,
hətta əhalinin ən savadsız təbəqəsi belə bu şerləri oxuduqda nəsə öyrənir, özü üçün nəticə çıxarırdı.
Şah İsmayıl dinə bağlı bir insan idi. Lakin bu xüsusiyyət ona reallığı olduğu kimi qəbul etməyə mane
olmurdu
. Şah İsmayıl heç vaxt tamahkar olmamış, nəfsi ucundan səhvlərə yol verməmişdi və
şəxsiyyətini, ləyaqətini hər şeydən uca tutmuşdu. O, insanlığa, gözəlliyə böyük qiymət verir və hər
şeydə gözəllik axtarmağa çalışırdı. Şah İsmayıl az həyat sürməsinə baxmayaraq yalnız xeyirxah işlər
görməyə can atmış, şərdən, pis əməllərdən uzaq bir insan olmuşdu.
Şah İsmayıl həm də məğrur, azad fikirli, öz qüdrətinə inanan bir sərkərdə, həqiqət yolundan zərrə
qədər kənara çıxmayan nəcib insan idi.
Şah İsmayıl həmişə xalqının rifahı üçün çalışıb, qurduğu qüdrətli dövlətin daim çiçəklənməsi üçün
əlindən gələni əsirgəməyib. Daima xalqın arasında olub və xalqının dərd
-
sərinə şərik olub. Hətta
rəvayətə görə, Şah İsmayıl dərviş paltarı geyinib məmləkəti gəzib dolaşar və xalqın də
rd-
səri ilə
maraqlanarmış.
O, uşaq yaşlarından sərkərdəlik etməsinə baxmayaraq, dərin düşüncə qabiliyyətinə, sərkərdəlik
bacarığına malik idi. Tərəfdarlarına qarşı həmişə sədaqətli olmuşdu və dönüklüyə nifrət edirdi. Bu
xüsusiyyətinə görə də tərəfdarları ona dərin hörmət bəsləyir və inanırdılar.
Hər bir addımında diqqətli, ehtiyatlı olan Şah İsmayıl ağıllı məsləhətlərə də qulaq asır, əqidə, məslək
yolunda sədaqətlə hərəkət edirdi. Döyüşə nikbin əhval
-
ruhiyyə ilə gedərdi. O, böyüklə
-
böyük, kiçiklə
-
kiçik
olmağı bacarırdı.
Şah İsmayılın apardığı müharibələr onun vahid Azərbaycan dövləti yaratmaq arzu və istəyindən irəli
gəlirdi. O, Azərbaycan dilini dövlət və şer dilinə çevirmiş, ölkənin siyasi, ictimai, iqtisadi və mədəni
inkişafı üçün ölçüyəgəlməz dərəcədə bölük işlər görmüşdür.
Həyatının ilk anlarından daima təhlükə də olmuşdur. Hələ altı yaşı olanda müridlər tərəfindən
qaçırılmasaydı öldürüləcəkdi. Lahicanda olduğu müddətdə də daim onu təhlükə gözləyirdi, altı il gizlin
yaşadı. On iki yaşında Talış Məhəmməd bəyin əlindən çətinliklə də olsa qaça bildi.
Ələ keçməməklə özünə yandaş toplayabilmək üçün minlərcə kilometr yol qət etmişdir, ayrı
-
ayrı
iqlimlərə, huyunu
-
suyunu bilmədiyi tayfalar arasına girir, qarşılaşdığı hər kəsi inandırıb yanına la
bilirdi. A
nadoludan da minlərcə, on minlərcə insan ayaqyalın bu gənc adam üçün yollara düşürdü. Bu
yollara düşməkdə türk inancından əlavə uşaq Şahın kimliyi böyük rol oynamışdır. Osmanlıda
axtardığını tapmayan Anadolu xalqı, xüsusilə Ərzican, Sivas, Karaman Türkmənləri şaha doğru yola
çıxdılar. Bu gediş illərcə davam etdikcə Sultan Yavuza verilen bir dilekçedə "Budur bir zaman gəldi ki,
Rum ölkəsinin xalqının çoxu Ərdəbilli olub kafirə döndü." deyiləcəkdi.
Xoca Sadeddin, bu köçü Ol taifenin kalanı dahi terk
-i diyar etmek istediler. Ölüsü, dirisine yüklenip
cümlesi çıkup gitmek istediler. deyə izzah edir.
Şübhəsiz bu gedişi, Anadoluda kimsəsiz qalan türkün orada önəm və təhlükəsizlik qazanma istəyinə
bağlayanlar da vardır. Ömründe ve diyarında kendüye adem dinmeyen b
ikarlar tuman (tümen) beyleri
olup hadden ziyade itibar buldular. İşiten çıktı gitti. Yerinden ayrılup yurdunu terk idüp çiftin çubuğun
dağıttı.
Osmanlı və Dulkadrlı maneləri bu yürüşü dayandıra bilmirdi. Həcc yerinə Ərdəbili ziyarət edənlər, Biz
diriye
varırız, ölüye değil." deyirlərdi. Bu fikri Aşıq Paşazadə, bir söylənti kimi axtarır.
Sözssüz ki, bu hissə
-
hissə axının sonunda duran şəxs elə
-
belə, sıravi bir şəxs deyildi. Öz dövrünə
görə mükəmməl təhsil görmüş birisi idi. Bu yaşda ən qanlı boğuşmaların
içinə girib çıxmışdır. Çox
gözəl bir döyüşçü və ovçüdur. 1500
-
ci ildə Tercan
-
Sarıqayasında bir mağarada yaşayan ve insanlara
hücum edən ayını oxla vurub öldürə biləcək qədər qüvvətli və cəsarətlidir.
Azərbaycanda Xətai irsinin öyrənilməsi sovet hakimiyyəti illərindən başlanmışdır. Azərbaycanın
tarixçi və ədəbiyyatşünas alimlərindən S. Mümtaz, H. Araslı, M. Quluzadə, Ə. Məmmədov, O.
Əfəndiyev, M. Abbaslı kimi mütəxəssislərin bu yöndə apardıqları araşdırmalar və yürütdükləri
mülahizələr xüsusilə diqqəti cəl
b edir.
II-
bölmə
-
Şair Xətai
Xətai divanıŞah İsmayıl Xətai az yaşamasına, vaxtının çoxunu dövlət işlərinə sərf etməsinə
baxmayaraq zəngin və çoxcəhətli bir irs yaratmışdır. O, həm əruz, həm də heca vəznində, həm epik,
həm də lirik janrlarda qələmini işlətmiş, yaddaqalan, nümunə, örnək ola bilən əsərləri ilə
ədəbiyyatımızı zənginləşdirmişdir. Onun səmimi, ürəkdən qopub gələn, zamanın qarşıya qoyduğu
tələblərə cavab kimi meydana çıxan poeziyası çox vaxt siyasi
-
ictimai fəaliyyəti ilə birləşmişdir. Bu
poez
iya gah qılıncla bərabər döyüş meydanlarına getmiş, gah müdrik el ağsaqqallarının, təriqət
şeyxinin öyüdlərinə çevrilmiş, gah da dünyaya və insana məhəbbətlə dolu bir qəlbin tərcümanı
olmuşdur. Bu poeziya qəhrəmanlığa, gözəlliyə, mənəvi saflığa məhəbbətlə,
şərə, eybəcərliyə,
əqidəsizliyə, dönüklüyə, sədaqətsizliyə, cılızlığa nifrətlə doludur. Bu poeziya, hər şeydən əvvəl,
mənəvi azadlığı təsdiq edir. Din və şəriətin mənəvi əsarətini bu poeziya qəbul etmir. Dünyagörüşü
etibarilə panteist olan şair Mənsur Həllac və Nəsimi kimi «ənəlhəq» («mənəm allah») şüarına,
ideyasına tərəfdar çıxıb özünü «vəhdət gülzarının bülbülü» adlandırır:
Çün Xətaidir bu gün gülzari
-
vəhdət bülbülü,
Dəxi ol zaği
-
siyəh gülzarə gəlməsün.
Bütün kainatı ilahi, mütləq varlıqla bir sayan, yaradıcı ilə yaradanı, insanla allahı eyniləşdirən və bu
eyniliyi vəhdət gülzarı, özünü isə bu vəhdət və birlik gülzarının bülbülü, şairi adlandıran Xətai özünü
«mütləq həqiqət» («həqqi
-
mütləq») deyə vəsf edir:
Ənəlhəq sirri uş könlümdə gizli
Ki, həqqi
-müt
ləqəm, həq söylərəm mən.
Böyük mütəfəkkir şair Nəsimi kimi Xətai də görünən hər şeydə, o cümlədən insanın simasında ilahi
varlığı görməyə çağırır:
Yəqin bil əhli
-
iqrarın yanında
Yerü gög cümlə həqdir, olma gümrah…
Ta səni gördü Xətai valehi şeydayidir,
hansı gözdür həq üzün görcək ki, bidar olmadı?
Şairin panteist olması onun poeziyasına da güclü təsir göstərmiş, ona daha cəsarətli humanist ruh
vermişdir. Lakin bu cəsarət Xətainin yaradıcılığını sırf təriqət poeziyasına çevirməmişdir. O, bütün
məqamlarda real həyat və real insan haqqında düşünmüş, real insana müraciətlə yazıb yaratmış, real
insandan və onun hisslərindən, qayğılarından söhbət açmışdır.
Onun şerlərində xeyir və şər anlayışları ilə bağlı fikirlər də vardır. Bu məsələdə Xətai Nizami ilə
həmfikirdir. O da belə hesab edir ki, insan yaxşı
-
yaman nə iş tutsa, onun bəhrəsini görəcək, pis əməl
sahibi öz əməlləri üçün xəcalət çəkəcəkdir. Ancaq xeyir işlər, əməllər arxasınca gedənlər hər cür
xəcalət, peşmanlıq hisslərindən uzaq olacaqlar.
Xətainin şerlərində insan, lirik qəhrəman məğrur, azad fikirli, öz qüdrətinə inanan bir varlıq kimi
tərənnüm olunur, onun ölməzliyi, əbədiliyi, ən ağıllı bir şəxs olması, düşmənlərin canına vəlvələ
salmağa qadir olduğu dönə
-
dönə nəzərə çatdırılır.
Hələ XII əsrdə
Nizami Gəncəvi sufizmə rəğbətlə yanaşmış, sufiləri ürəkdən xəbərdar olan adamlar
kimi təqdim etmişdir. Şairin «Sirlər xəzinəsi» əsərində müxtəlif xarakterlərə malik sufi surətləri
yaradılmışdır. Xətai də sufiləri halal və haram yola gedənlər adı ilə iki yerə ayırır. O, ən yüksək insani
keyfiyyətləri əsl sufilər arasında axtarır, öz müridlərini əsl sufi kimi hərəkət etməyə, sufi
-
insan adını
uca tutmağa çağırır:
Sufi isən, alıb
-satma,
Halalına haram qatma,
Yolun əyrisinə getmə,
Doğru yola nəzər eylə.
Şairin nəzərində həqiqi sufi əsl insandır. Onda alıb
-
satmaq, harama meyl etmək, əyri yola getmək
kimi hərəkətlər, sifətlər ola bilməz. Əgər hər hansı bir sufi bu sifətlərə malik deyildirsə, o sufilikdən də,
insanlıqdan da uzaq bir adamdır. Xətai belə sufiləri
rədd edir.
Xətainin poeziyasında ehkamçılığa, mövhumatçılığa, insan mənəviyyatını buxovlayan zəncirlərə
qarşı güclü bir etiraz vardır. Xətai şerinin əsas obyekti insan, əsas qayəsi insana məhəbbətdir. Xətai
dövründə islam dininin insan idealı ilə humanist ziyalıların insan idealı bir deyildir. Dindar insan hər
cür istək və arzularını buxovlayıb cənnət xəyalı ilə yaşayırdısa, humanist ziyalıların ideal insanı əsl
cənnəti bu dünyada axtarır və tapırdı. İnsansız dünyanı və cənnəti barsız bağa bənzədir, insansız
cənnəti istəmirdi:
Neylərəm ol cənnəti, içində dildar olmasa?!
Qoy onu viranə qalsın
–
bağçada bar olmasa.
Şair insanı yer üzünün ən qiymətli gövhəri saydığından insansız olan, insana zidd olan, insanın
sədaqətinə mane, buxov, əngəl olan hər şeyi rəd
d edir.
Xətainin şerlərində gah real insani sevgi tərənnüm olunur, gah da məhəbbətdən geniş fəlsəfi bir
kateqoriya kimi söhbət açılır. Hər iki halda məhəbbətin tərənnümü onun humanizmi, fikir sərbəstliyi ilə
bağlıdır.
Xətainin çoxcəhətli poeziyasında epik əsərlər də mühüm yer tutur. Onun «Nəsihətnamə» məsnəvisi
və «Dəhnamə» poeması epik şerin qiymətli nümunələridir. «Nəsihətnamə» adından da göründüyü
kimi, nəsihətamiz, fəlsəfi poemadır. Burada ardıcıl nəql edilən hadisə yoxdur. «Nəsihətnamə»
sufizmin pan
teist müddəalarını şərh edən fəlsəfi bir əsər olmaqla bərabər insan haqqında qabaqcıl
humanist düşüncələri də əks etdirir.
«Dəhnamə» Xətainin həcm, fikir və sənətkarlıq baxımından ən mühüm əsəridir. Bir yandan klassik
ədəbiyyatdan, bir yandan da xalq yaradıcılığının zəngin xəzinəsindən, nağıl və dastanlardan istifadə
ilə yaradılan bu poema başqa «Dəhnamə»lərdən forma və məzmun əlvanlığı ilə seçilir. Xətainin
özünəməxsusluğu: hissləri səmimi, inandırıcı, təbii ifadə etmək, təbiəti duymaq, məhəbbətin
həyəcanlarını dolğun əks etdirmək, xalq ədəbiyyatından şüurlu şəkildə bol
-bol faydalanmaq
keyfiyyətləri bu əsərdə də göz qabağındadır.
Dəhnamə on məktub deməkdir. Zahirən əsər on məktubdan ibarət olsa da, poemanın məzmununu
məktublar yox, daha çox həmin məktublarla əlaqədar hadisələr təşkil edir.
Xətai mövzunun imkanlarından bacarıqla istifadə edib rəngarəng təbiət lövhələri, insan duyğularının
təbii, səmimi ifadəsi üçün müxtəlif boyalar tapıb işlədir. Sıx
-
sıx lakin yerli
-
yerində verilmiş qəzəllər
poemad
akı lirizmi daha da gücləndirir. Şairin yaratdığı təbiət təsvirlərindən biri poemanın başlanğıc
hissəsində verilmişdir. Bu təsvirlər o qədər dəqiqdir ki, rəssamlar onun əsasında heç bir çətinlik
çəkmədən çoxlu lövhələr yarada bilərlər.
Ədəbiyyatşünaslığımızda bahariyyə adlı janra bir qayda olaraq Xətainin həmin təsviri ən səciyyəvi
nümunə kimi göstərilir. Ədəbiyyatımızda çoxlu təbiət təsviri yaradılmasına baxmayaraq Xətainin
yaratdığı həmin təsvir bu tipli təsvirlər içərisində müstəsna yer tutur:
Qış getdi, yenə bahar gəldi,
Gül bitdi vü laləzar gəldi.
Quşlar hamısı fəğanə düşdü,
Eşq odu yenə bu canə düşdü.
Sərvin yenə dutdu damənin su,
Su üstə oxudu faxtə ku
-ku.
Qönçə dəhəni çəməndə xəndan,
Gülməkdən ənar açıldı dəndan.
Durna uçuban həvayə düşdü,
Laçın aluban ovayə düşdü…
Bu təsvirdə təbiət insandan təcrid olunmur. Şən, şad bir qəlbin təbiətdən aldığı həzz, sevinc
addımbaşı özünü hiss etdirir. Şair quşların fəğanə düşməsini deyən kimi insan həyatı barədə araya
tez bir söz atır, «Eşq odu yenə bu canə düşdü» deyərək təbiətlə insan həyatını vəhdətdə
götürdüyünü nəzərə çatdırır.
Təbiətdə gül açıb quşlar nəğmə oxuyanda insan qəlbində də sevgi duyğularının oyandığını söyləyir.
Təbiət təsvirləri ilə yanaşı poemada Aşiqin mənəvi iztirablarını əks etdirən qəzəllər də əsərin bədii
təsir gücünü artırmağa xidmət edir.
«Dəhnamə» mövzusunda Xətaidən əvvəl Hümam Təbrizi, Marağalı Əvhədi də əsərlər yazmışdır. Bu
ənənəvi süjeti Xətai vəziyyət və hadisələrə uyğun olaraq yaratdığı lövhələr və başqa poetik tapıntılar
vasitəsilə yeniləşdirə bilmişdir. Həmçinin Xətainin «Dəhnamə»si ana dilində yaranan ilk epik
əsərlərdəndir.
Epik əsərdə lirik janrlardan, o cümlədən qəzəllərdən istifadəyə Füzulidən, hətta Həqiridən əvvəl Xətai
poemasında rast gəlirik. Xətai bu poemanı hakimiyyət uğrunda mübarizələrinin ən gərgin çağlarında,
1506-
cı ildə, iyirmi yaşında olanda yazmışdır. O, həyatının bu gənc çağlarında təkcə Azərbaycan
Səfəvi dövlətinin əsasını qoymaqla məşğul olmamış, həm də epik şerimizə «Dəhnamə» kimi orijinal
keyfiyyətlərə məxsus bir əsər bəxş etmişdir.
Xətai ədəbi irsinin mühüm bir hissəsini heca vəznində xalq şeri formalarında yazılmış əsərlər təşkil
edir. Heca vəznli şerimizin tarixi Xətai ilə başlayır. Düzdür, bu forma xalq arasında Xətaidən əvvəl də
olmuşdur, lakin onu yazılı ədəbiyyata gətirən Xətaidir. Hökmdar şair fikirlərini daha çox xalq şeri
ənənələri əsasında tərbiyələnən, nisbətən az savadlı, və ya tam savadsız olan geniş kütlələrə,
müridlərə, qızılbaş əsgərlərə çatdırmaq üçün doğma janrların daha əlverişli olduğunu duymuş,
onların sevdiyi, başa düşdüyü formalardan istifadə etməyi özünə borc bilmişdir. Bu şerlərdə xalq
ruhuna və zövqünə yaxınlıq xüsusi yer tutur. Xətainin siyasi, əxlaqi, estetik baxışları bu şerlərdə son
dərəcə aydın və sadə bir tərzdə ifadə olunur. Ümumiyyətlə, Xətai şerinə xas bir keyfiyyət olan sadəlik
və aydınlıq onun heca vəznli şerlərində daha qabarıq şəkildə nəzərə çarpır. Xətainin heca vəznində
yazdığı qoşma, gəraylı, varsağı, bayatı, nəfəs və ilahilər indi də öyrənmək, ibrət almaq üçün nümunə
olmaq dərəcəsindədir. Şair oxucularını diqqətli, ehtiyatlı olmağa, əqidə, məslək yolunda sədaqətlə
yürüməyə çağırır:
Dərindir bizim dəryamız, boylanmaz,
Min bir kəlam desəm, biri anlanmaz.
Kişi iqrarsız yollara bağlanmaz,
Yolları qoynunda yürüyüb gedər.
Bu parçalarda oxucunu, dinləyicini doğruçu və cəsarətli olmağa, orda
-
burda qeybətlə, dedi
-
qodu ilə
məşğul olmaqdan əl çəkməyə çağırır, həqiqət yolundan azmış insanlara qarşı dərin nifrətini bildirir.
Bədii söz haqqında danışmaq, ona münasibətini bildirmək orta əsrlərdə yaşamış sənətkarlarımızın
yaradıcılığında pozulmaz bir ənənə kimi yayılmışdır.
Nizaminin, Füzulinin, Saibin, Qövsinin, Vaqifin və başqa sənətkarlarımızın söz haqqındakı şerləri,
fikirləri bu həqiqəti bir daha təsdiq etməkdədir. Xətainin «Bir söz» rədifli gəraylısı Füzulinin «Söz»
rədifli qəzəli kimi yadda qalan qiymətli sənət əsərlərindən biridir:
Sözünü bir söyləyənin
Sözünü edər sağ bir söz.
Pir nəfəsin dinləyənin
Yüzünü edər ağ bir söz.
Söz vardır kəsdirər başı,
Söz vardır kəsər savaşı,
Söz vardır ağulu aşı
Bal ilən edər yağ bir söz.
Xalq şerinin bayatı şəkli də Xətainin məhəbbətlə, məharətlə müraciət etdiyi formalardandır. Şair
bayatılarının axıcılığına, yığcamlığına, atalar sözləri və xalq məsəlləri kimi aforistik məna daşımasına
xüsusi diqqət yetirmişdir:
Xətai, işin düşər,
Gəlib
-
gedişin düşər.
Dişləmə çiy loğmanı,
Yerinə dişin düşər.
Xətainin istər heca, istərsə də əruz vəznində yazdığı əsərlər klassik yazılı ədəbiyyatımızın ən qiymətli
nümunələrindən sayılır. Şairin irsi sonrakı dövrlərin ədəbiyyatı üzərində dərin izlər buraxmışdır.
Füzulu kimi dahi sənətkar Xətainin bir sıra şerlərinə cavab yazmış, ilk böyük əsəri olan «Bəngü
Badə»ni ona ithaf etmişdir. Görkəmli el sənətkarı, hökmdar şairin müasiri Aşıq Qurbani onu «Mürşidi
-
kamilim, şeyx oğlu şahim» deyə tərənnüm etmişdir. Şah İsmayıl Xətainin əsərləri istər əlyazmaları,
istərsə də şifahi şəkildə geniş yayılmış, məclislərdə musiqi havalarının müşaiəti ilə ifa olunmuşdur.
Onun həyat nə mübarizəsi ilə bağlı məşhur «Şah İsmayıl» dastanı yaranmışdır. Bu dastan əsasında
M. Maqomayev eyni adlı opera bəstələmişdir. Yazıçı Ə. Cəfərzadənin «Bakı
-
1501», F. Kərimzadənin
«Xudafərin körpüsü», Ə. Nicatın «Qızılbaşlar» romanları və bir sıra bədii əsərlər son illərdə Şah
İsmayıl Xətainin həyatı və şəxsiyyətinə olan güclü marağın ifadəsi kimi meydana çıxmışdır.
III bölmə
-
Xidmətləri
Şah İsmayıl Xətai 36 yaşında, həyatının, yaradıcılığının, arzularının ən qaynar bir çağında dünyadan
köçür, lakin qısa ömrü müddətində gördüyü işlər ona ölməzlik qazandırmış, onu Azərbaycan xalqının
siyasi və mədəni tarixinin ən parlaq səhifələrindən birinin yaradıcısı kimi tanıtdırmışdır. Şah İsmayılın
yüksək hərbi istedadı haqqında
K. Marks
yazmışdır: "Səfəvilər xanədanının banisi Şah İsmayıl fateh
idi. O, on dörd illik hakimiyyəti dövründə on dörd əyalət fəth etmişdi".
İsmayıl Səfəvi 12 yaşında olarkən Səfəvi əmirlərinin və digər türk tayfalarının dəstəyi ilə öz
əcdadlarının başladığı mübarizə yoluna qədəm qoydu. Onun tərəfdarlarının çıxışı 1499
-
cu ildə baş
verdi.
Ağqoyunlu
və
Şirvanşah
qoşunları ilə müzəffər döyüşdən sonra, 1501
-
ci ildə İsmayıl Səfəvi
Təbrizə daxil oldu, özünü Azərbaycanın hökmdarı elan etdi.
Azərbaycan tarixində ilk
mərkəzləş¬dirilmiş dövlət
–
Səfəvilər dövləti və ya Qızılbaşlar dövləti yaradıldı. Bundan sonra Şah
İsmayılın nəhəng imperiya yaratmağa yönəlmiş aktiv siyasi, hərbi və ideoloji fəaliyyəti başlanır. Bu
fəaliyyət cəsarətli işlərlə, çoxsaylı risklər, qurbanlar, məğlubiyyətlər və qələbələrlə müşayiət olunurdu.
Səfəvi dövlətinin yaranmasında əsas amil dövləti quranların türk olması, həmin dövlətin tarixi
Azərbaycan torpaqlarında meydana gəlməsi və buradakı insanların “Qızılbaşlığ”a sadiq olmaları idi.
Şah İsmayılın ortaya çıxması və Qızılbaş dövlətini yaratması ilə Anadolu türkmanları öz soylarında
n,
inancından bir öndərə sahib olmuş və onu bir xilaskar hesab edərək ona sıx bağlanmışlar. Dünya
tarixində bir liderə bu dərəcə bağlılıq örnəyi yoxdur.
Orta əsrlərdə xalqımızın dövlətçilik tarixində Səfəvilər imperiyası Şah İsmayılın rəhbərliyi altında ə
n
yüksək mərhələ kimi əvvəlki və sonrakı Azərbaycan dövlətləri zəncirində yalnız bir halqa olmuşdur.
Bu siyasi qurumlar bir-
birini əvəz etməklə və çoxəsrlik Azərbaycan dövlətçiliyinin əsasını
formalaşdırmaqla Azərbaycan türk tayfalarını birləşdirmiş, dövlət quruculuğu ənənələrini, idarəçilik
vərdişlərini, qonşu xalqlar haqqında bilikləri və informasiyanı, onlarla ünsiyyət mexanizmlərini,
haki¬miyyətin çox vaxt atadan oğula verilməsi təcrübəsini növbəti nəsillərə ötürmüşlər.
İlk mənbələrdə Səfəvilər dövlətinin banisinə aid edilən çoxsaylı mülahizələr onun türklərlə və
Azərbaycanla ayrılmaz əlaqəsini birbaşa göstərir. Şübhəsiz, belə faktlardan ən məşhuru və
inandırıcısı İsmayıl Səfəvinin Şirvandakı Gülüstan qalası mühasirəyə alınan vaxt dediyi sözlərdir.
İsmayıl atası
Şeyx Heydər
in qatili, Şirvanşah Fərrux Yəsar üzərində qələbədən sonra öz düşməninin
qüvvələrini tamamilə darmadağın etmək üçün onların sığındığı Gülüstan qalasını
mühasirəyə
almışdı. İsgəndər bəy Münşi yazır ki, İsmayıl Şirvanın ən əlçatmaz istehkamlarından biri olan
Gülüstan qalasının mühasirəsi uzandığı üçün böyük əmirləri yanına çağırıb dedi: “Sizə Gülüstan
qalası lazımdır, yoxsa Azərbaycan taxtı?”. Müqəddəs Səfəvi xanədanının etiqad sahibləri...
Azərbaycan taxtı” cavabını verdilər.
Həmin tarixi məqsədi həyata keçirmək üçün İsmayıl 1501
-
ci ildə Ağqoyunlu Əlvənd üzərində
qələbədən sonra Təbrizə daxil olaraq özünü şah elan etdi. Şeyx Heydərin çata bilmədiyi məqsədə
oğlu İsmayıl nail oldu, Azərbaycan torpağının böyük bir qismi vahid Qızılbaş dövlətində birləşdirildi.
Şah İsmayıl zəfərdən
-
zəfərə gedirdi və ta Çaldıran döyüşünə qədər məğlubiyyət nə olduğunu bilmədi.
O, müzəffər, xoşbəxt iqballı, gəncliyinə baxmayaraq siyasi müdrikliyə malik bir şah idi. Şah İsmayıl
yalnız alimənsəblərlə deyil, rəiyyətlə rəftarında da mülayim və ədalətli idi.
Xalqımızın görkəmli dövlət xadimi Şah İsmayıl ana dilinə hörmət edir və bu dildə yazan şairləri,
ozonları sevir, onları himayə edirdi. Elə buna görə də, dilinə, vətəninə bağlı el şairləri, aşıqları da onu
sevir və onun doğma dilinə, xalqına bağlılığını əsərlərində tərənnüm edirdilər. Şah İsmayıl
Azərbaycan dilində təkcə gözəl şeirlərin, mükəmməl ədəbi abidə olan
“Dəhnamə”
(“On məktub”)
poemasının müəllifi deyildi. O, həm də dövlət fərmanları imzalayır və beləliklə, Azərbaycan dilini
dövlət müstəvisinə, siyasi müstəviyə keçirmiş olurdu. Aldığı tərbiyəyə və maraqlarına görə İsmayıl
qızılbaş tayfaları və köçəri əyanları ilə sıx bağlı idi. O, yaxşı təhsil görmüşdü, şair və alimlərə
himayədarlıq edirdi.
Şah İsmayıl Xətainin öz xalqı qarşısında xidmətləri həm də ondan ibarətdir ki, o, Azərbaycan milli
mədəniyyətinin inkişafı üçün əlverişli şərait yaratmışdır, onun hakimiyyətdə olduğu illər ölkənin orta
əsrlər tarixində tərəqqi baxımından ən önəmli dövr sayılır. O, təkcə ana dilində yaradan şairləri,
Azərbaycan alimlərini, incəsənət xadimlərini təşviq etmirdi, həm də bütövlükdə incəsənətin, elmin
inkişafına himayədarlıq edirdi. Onun səyləri sayəsində Azərbaycan dili nəinki fars dilinin güclü
təsirindən qurtardı, həm də sonrakı yüzilliklər boyu onu üstələdi. Elm, sənət xiridarı olan Xətainin
sarayında yaradıcılıq üçün əlverişli şəraitdə, diqqət, qayğı, hörmətlə əhatə olunmuş mühitdə bir çox
rəssam, istedadlı heykəltəraş, xəttat, musiqiçi yaşayırdı.
Şah İsmayılın Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də öz dövrü üçün
xarici siyasət mexanizmlərini formalaşdırmasıdır. Qüdrətli imperiya yaradan Şah İsmayıl həm də
Qərbi Avropada Papalıq, İspaniya, Portuqaliya, Venesiya, Genuya və s. ilə səmərəli qarşılıqlı
münasibətlərin möhkəm bünövrəsini qurmuşdu.
Səfəvilər dövləti yarandığı gündən qısa müddət ərzində bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi
-
siyasi amilə çevrilmişdi. Şah İsmayılın yaratdığı Azərbaycan dövlətçiliyi Azərbay¬can türk¬lərinin
dünyagörüşünün təkamülünə kömək etdi. Şah İsmayıl Xətai Azərbaycan tarixində ilk dəfə olaraq
azərbaycanlıların bütün səviyyələrdə (Azərbaycan dilinin dövlət müəssisələri və hərbi işdə tətbiqi də
daxil olmaqla) üstün yer tutduğunu təsdiq edən dövlət yaratmışdı.
Şah İsmayıl qızılbaşlığın vahid ideologiyasını yaratdı. Bu ideologiya bütün Azərbaycan türkləri
ni o
vaxt üçün öz ətrafında uğurla birləşdirdi və onlara nəhəng ərazidə siyasi dominant statusunu əldə
saxlamağa imkan verdi.
Azərbaycan xalqının Şah İsmayılla təkcə böyük dövlət xadimi kimi deyil, həm də cəsur, istedadlı
sərkərdə, yüksək mənəvi keyfiyyətləri hətta o vaxtlar Azərbaycana gələn Qərb diplo¬matlarında da
heyranlıq doğuran şəxsiyyət kimi fəxr etməyə tam haqqı vardır. Biz onun sərkərdə istedadı sayəsində
yaranmış tarixi dövlətin varisləriyik, elə bir dövlətin ki, sonralar ərazisində bır sıra dövlətlər
yaranmışdır və indi də mövcuddur.
IV bölmə
-
Siyasi fəaliyyəti
1499
-
cu ilin avqust ayında 12 yaşlı İsmayıl özünün yaxın tərbiyəçisi və məsləhətçisi olan bir neçə
qızılbaş tayfa başçısı ilə
birlikdə qoşun toplamaq üçün Ərdəbilə yollanır, ancaq şəhər hakimi
tərəfindən təqib olunur. O,
1500
-
cü ilin yazında
Şamlı
və
Rumlu
tayfalarından, habelə Qaradağ və
Talış əhalisindən ona qoşulmuş 2 minə yaxın qızılbaşla
Qarabağ,
Çuxursə
d
,
Şuragil
,
Kağızman
,
Tərcan
yolu ilə
Ərzincan
a
gəlir.
Ərzincanda keçirilən müşavirəsində Səfəvilərin irsi düşməni Şirvanşah Fərrux Yasarla müharibəyə
başlamaq qərara alındı və əmirlərinin Gürcüstana bir neçə basqınından sonra
İsmayıl
Anadoluda
topladığı təqribən 7 min nəfərlik tərəfdarı ilə 1500
-cü ilin
axırlarında
Şirvana
hücum edir.
Cabanı döyüşünd
ə Fərrux Yasar məğlub edildi və şirvanşah
öldürüldü.
İsmayıl üç gün düşərgəsində qaldıqdan sonra
Şamaxıya
daxil oldu. Burada onu seyidlər, qazılar,
rəislər və şəhər əyanları qarşıladı. Şamaxıya girən İsmayıl şəhərdə yalnız bircə gün qaldı. Burada
öyrəndi ki, Şirvanşahın döyüş meydanından qaçıb canını qurtarmış oğlu II Şeyx İbrahim (Şeyxşah)
Xəzər dənizinin sahilindəki Şəhrinou qalasındadır və atasının qoşunlarının salamat qalmış hissələrini
ətrafına toplamışdır. İsmayıl sərkərdəsi Hülafə bəyə qoşun hissəsi ilə oraya göndərdi, duruş gətirə
bilməyəcəyini görən Şeyxşah yaxın adamları ilə birlikdə qaçdı. Müqavimətə rast gəlməyən Hülafə
bəy, Şəhrinouda düşərgə saldı. Ertəsi gün İsmayıl özü buraya gəldi. İsmayıl Şəhrinounu tutduqdan
sonra Mahmudabada qışlağa getdi. Burada ona məlum oldu ki, Bakı şəhərinin əhalisi qalalarının
möhkəmliyinə bel bağlayaraq xərac verməkdən imtina edir və müqavimət göstərirlər.
[64]
İsmayıl uzun
çəkməyən mühasirədən sonra 1501
-
ci ilin baharında
Bakını aldı
.
Şirvanşah qoşunlarının vuruşmadan sonra salamat qalmış hissələri Gülüstan qalasına cəkilmişdi.
İsmayıl Bakını aldıqdan sonra Gülüstan qalasını
tutmağa getdi. Lakin tezliklə Gülüstanın mühasirəsini
buraxaraq, əmirlərinə bunu yuxuda imamdan tapşırıq alması ilə izah etmişdir
[65]
, Ağqoyunlu Əlvəndlə
mübarizəyə yollandı. Rəvayətə görə İsmayıl qızılbaş əmirlərini məşvərətə yığaraq onlardan soruşur:
"Siz nə istəyirsiniz, Azərbaycan taxt
-
tacını, yoxsa "Gülüstan" qalasını?" Onlar yekdilliklə Azərbaycanı
üstün tuturlar.
İsmayıl öz qoşunu ilə Naxçıvan istiqamətində hərəkət edir.
1501
-
ci ilin ortalarında Əlvənd Mirzə onları
Şərur düzündə qarşılayır.
Şərur döyüşünd
ə Əlvənd Mirzənin 30 minlik ordusu İsmayıl 7 minlik qoşunu
tərəfindən darmadağın edilir. Vahiməyə düşüb qaçan döyüşçülərini saxlamaq və rəqibin arxadan
zərbələrini dəf etmək məqsədilə bir
-
birinə zəncirlənmiş dəvələrdən istifadə etmək cəhdi də Əlvənd
Mirzəyə kömək etmir.
İsmayıl bu döyüşdə də öz yaşına görə qeyri
-
adi dərəcədə sərkərdəlik qabiliyyəti və şəxsi igidlik
nümunəsi göstərir. O özü şəxsən Ağqoyunlu qoşununun sayılan əmirlərindən Karqiçay bəyi qılınc
döyüşündə məğlub edir. Digər məşhur sərkərdələr də öldürülmüş və başları özgə düşmənlərə görk
olmaq üçün qızılbaş döyüşçülərinin tutduğu yüksəkliklərdə qoyulmuşdur. Əlvənd özü isə döyüş
m
eydanından güclə qaçaraq, canını qurtarmışdır. Beləliklə, İsmayıl xeyli qənimət qazanmışdır və ən
əsası isə
Təbriz
ə yol açıqdır.
1501
-
ci ilin payızında Təbrizə daxil olan İsmayıl özünü şah elan etdi. Bununla da paytaxtı Təbriz olan
Azərbaycan Səfəvilər dövlətinin əsası qoyuldu.
I Şah İsmayılın tabe olmaq təklifini rədd edən Ağqoyunlu hökmdarı
Sultan Muradla
1503
-cü il iyunun
21-
də
Həmədan
yaxınlığında döyüş Şah İsmayılın qələbəsi ilə nəticələndi və Ağqoyunlu dövləti süqut
etdi.
Çox qısa müddətdə şah İsmayıl
Şeybani xan
ın özbək dövlətindən tutmuş
Osmanlı imperiyasın
ın
sərhədlərinə qədər uzanan möhtəşəm bir dövlət yarada bilir.
Özbək
Şeybani xan
İsmayıl üçün strateji əhəmiyyət daşıyan
İsfahan
ı tutarkən ona göndərdiyi "Mən
İran və Azərbaycan sərhədlərinə gələrək, oranı tutandan sonra İraqi
-
Ərəbə və Hicaza gedəcəyəm"
məktubana cavab olaraq Şah İsmayıl öz qoşunlarını
Xorasana
yeridir.
Şeybani xan
Mərv
qalasında
gizlənir, lakin İsmayıl aldadıcı manevr edərək, onu qaladan bayıra çıxarır və
1510
-cu il
2
dekabrda
Mahmudi kəndi yaxınlığında şah İsmayılla Şeybani xanın qoşunları arasındakı
Mərv
döyüşü
şah İsmayılın tam qələbəsi ilə başa çatır. Bütün gün ərzində davam edən bu ağır döyüşdə
məğlub olan Şeybani xan qaçmaq istədikdə Şah İsmayılın döyüşçüləri və öz mühafizəçiləri tərəfindən
qətlə yetirilir. Şeybani
xanın başını şaha gətirirlər. Əmrə əsasən, onun kəlləsini qızıl suyuna çəkib,
qədəh düzəldirlər. Bu döyüşdən sonra o,
Herat
,
M
ərv
və
Bəlx
şəhərlərini tutur.
Bütün
Şabran
,
Xorasan
vilayəti şah İsmayılın hakimiyyəti altına keçir. Sonrakı illərdə Şah İsmayıl
bütün
İran
ı,
İraqi
-
Ərəbi
Səfəvilər dövlətinə qatdı. Onun dövründə Səfəvilər dövləti
Yaxın
Şərqin
qüdrətli dövlətlərindən birinə çevrldi.Səfəvi dövləti öz yüksəlişinin zirvə nöqtəsinə çatır. Onun
ərazisinin sahəsi 2 milyon 800 min kvadrat kilometrə çatırdı.
Document Outline
Dostları ilə paylaş: |