«Azerbaijan Focus». 2010.№2(2). S. 149-155. Azərbaycanin qaz ixraci üÇÜn biR Çox variantlari vladimir Sokor



Yüklə 145,5 Kb.
Pdf görüntüsü
tarix14.09.2018
ölçüsü145,5 Kb.
#68372


«Azerbaijan Focus».-2010.-№2(2).-S.149-155.

AZƏRBAYCANIN QAZ İXRACI ÜÇÜN BİR ÇOX VARİANTLARI

Vladimir Sokor

Ceymstaun Fondunun Baş tədqiqatçısı Vaşinqton, DC

Avropada  Nabukko  marşrutu  boyunca  ölkələr  (Bolqarıstan,  Rumıniya,  Macarıstan,  Avstriya,  Almaniya)  və

şirkətlər,  eləcə  də  Yunanıstan,  İtaliya  və  İsveçrə  Azərbaycan  qazının  alınmasına  maraq  göstərirlər.  Əgər  Türkiyə

tranzit sazişinə mane olmaqda davam edərsə və Avropa İttifaqı ilə ABŞ AKP (Türkiyədə hakimiyyətdə olan Adalet

ve  Kalkınma  Partisi  (Ədalət  və  İnkişaf  Partiyası)  hökumətinə  təzyiq  göstərə  bilməzsə,  Azərbaycan  öz  qazının

ixracında alternativ həll variantlarına əl ata bilər.

Hazırda Bakı digər bazarları və boru kəməri variantlarını fəal şəkildə nəzərdən keçirir. 2009-cu il oktyabrın

14-də  Azərbaycan  Dövlət  Neft  Şirkəti  2010-cu  il  yanvarın  1-dən  etibarən  ilkin  olaraq  Rusiyanı illik  500  milyon

kubmetr  həcmində  qazla  təchiz  etmək  haqqında  Qazpromla  saziş  imzaladı.  Azərbaycan  ilə  Rusiya  arasındakı bu

razılaşma 2009-cu il iyunun 29-da Prezident İlham Əliyev və Prezident Dmitri Medvedevin iştirakı ilə Bakıda hər

iki şirkət rəhbərinin imzaladığı iki ölkə arasında qaz ticarətinə dair Sazişin əsas prinsiplərinin məntiqi davamı idi.1

Bu  saziş  Azərbaycanı tarixində  ilk  dəfə  olaraq  Rusiya  qazının  idxalçısından,  kiçik  həcmdə  olsa  da,  daxildə

artan  hasilat  hesabına  Rusiyaya  qaz  ixracatçısına  çevirir.  Avropa  İttifaqı və  Türkiyə  tərəfindən  bu  məsələ  lazımi

şəkildə  başa  düşülərsə  və  nəzərdən  keçirilərsə,  bu  hadisə  Rusiya  tərəfindən  Nabukko  ilə  Azərbaycan  qaz

təchizatının  qarşısının  alınması  ilə  bağlı  Avropa  mediasında  gedən  yazılara  baxmayaraq,  Nabukko  boru  kəməri

layihəsinin Avropa İttifaqı və Birləşmiş Ştatlar tərəfindən dəstəklənməsinə təkan verə bilər.

Azərbaycanda qaz hasilatı 2009-cu ildə 27 milyard kubmetrə çatmalıdır. Artım tempi daha sürətli ola

bilərdi, lakin dənizdə yerləşən nəhəng "Şahdəniz" yatağında irəliləyişin ləngiməsi buna təsir göstərmiş dir.

Rusiyanın  qaza  verdiyi  qiymət  ictimaiyyətə  açıqlanmır.  Azərbaycanın  Dövlət  Neft  Şirkətinin  Prezidenti

Rövnəq Abdullayevin imzalanma mərasimi zamanı söylədiyi fikirlərə uyğun olaraq qiymətin formalaşması düsturu

"Azərbaycan tərəfinə uyğundur" mövqeyi aydın şəkildə göstərir ki, qiymət 2010-cu il üçün Avropada qaza nəzərdə

tutulan  xalis  qiymətlər  səviyyəsindədir.  Qazpromun  İdarə  Heyətinin  sədri  Aleksey  Miller  iyunun  29-da  ilkin

razılaşmaya əsasən Azərbaycan qazının min kubmetrini 350 ABŞ dolları qiymətinə almağı təklif etmişdi.

Azərbaycanda qaz hasilatı 2009-cu ildə 27 milyard kubmetrə çatmalıdır.

2

 Artım tempi daha sürətli ola bilərdi,



lakin dənizdə yerləşən nəhəng "Şahdəniz" yatağında irəliləyişin ləngiməsi buna təsir göstərmişdir. Öz növbəsində,

bu  ləngimə  Nabukko  boru  kəməri  layihəsini  də  yubadır.  Azərbaycanla  qaz  sazişinin  bağlanmasında  Türkiyə

hökumətinin yaratdığı maneələr də layihəyə mənfi təsir göstərən  amillər  sırasındadır.  Həmin  iki  amil  Azərbaycan

qazının  Qərbə  ixracı  marşrutunun  açılmasını  da  təxirə  salmışdır.  Belə  bir  vəziyyətdə  Azərbaycan  Nabukko  və

Türkiyə ilə bağlı irəliləyişi gözləyərək yalnız Rusiyaya gedən ixrac marşrutunu aça bildi.

Bununla  belə,  Azərbaycan  Nabukko  layihəsinə  sadiq  olaraq  qalır.  Hökumət  və  Dövlət  Neft  Şirkəti  boru

kəmərinin  birinci  mərhələsində  Bakının  ildə  7  milyard  kubmetr  qaz  ilə  təchiz  etməyə  hazır  olduğunu  dəfələrlə

təsdiq etmişdir. Nabukko üçün tikinti işlərinə 2011-ci ildə, ilk qazın Azərbaycandan Avropaya nəql olunmasına isə

2015-ci ildə başlamaq nəzərdə tutulur.

Nəticədə, Bakı Qazpromla imzaladığı sazişin vaxt çərçivəsini 2014-cü ilə qədər müəyyən etmişdir ki, həmin

ildən sonra Azərbaycan Qazprom qarşısında götürdüyü öhdəliklərdən azad olsun. Bununla belə, oktyabrın 14-də baş

tutmuş  imzalanma  mərasimində  Aleksey  Miller  açıq  şəkildə  bəyan  etmişdir  ki,  Rusiya  Azərbaycan  qazını  daha

böyük həcmdə almaq üçün həmin sazişi 2015-ci ildən sonra da uzatmaq niyyətindədir. Bu, Nabukko üçün risklidir.

Amma 14 oktyabr tarixli saziş isə yox.

Buna baxmayaraq, həmin saziş  29 iyunda ilkin razılaşmaya nail olan Avropa İttifaqı, Türkiyə və ABŞ üçün

müəyyən  dərsləri  xatırladır  və  artırır.  Əslində,  Azərbaycanın  atdığı  bu  addım  Nabukko  layihəsi  ətrafında  gəzən

fikirlərə diqqətin cəmləşdirilməsinə və aşağıdakı mülahizələrin üzə çıxmasına şərait yaradır.

Birincisi,  Qazproma  vəd  edilmiş  həcm  kiçikdir  və  müəyyən  edilmiş  vaxt  çərçivəsi  Azərbaycanın  Qərb

seçimini  reallaşdırmasını  və  Qərbin  lazımi  dəstəyi  olacağı  təqdirdə  Nabukko  layihəsini  heç  də  pozmur.

Nabukkonun  istismara  verilməsini  gözləyərək,  Azərbaycan  üçün  hazırkı dövrdən  etibarən  2014-cü  ilə  qədər  artan

qaz  həcminin  ixracı  məqsədilə  Rusiyaya  gedən  mövcud  boru  kəmərindən  (kəmərlərindən)  istifadə  etmək

məqsədəuyğundur.

İkincisi,  bu  saziş  Qazproma  Azərbaycan  qazı uğrunda  Nabukkoya  qarşı  rəqabət  aparmaq  imkanı  yaratmır.

Lakin əgər Türkiyənin AKP hökuməti Azərbaycan qazının alınması və onun Nabukko vasitəsilə nəqlindəki qiymət

razılaşmasında inadkarlıq göstərərsə, vəziyyət Rusiyanın xeyrinə dəyişə bilər.

Üçüncüsü,  Bakının  Qazpromla  razılaşması  Ankaraya  bir  daha  xatırladır  ki,  Azərbaycan  bütövlükdə

1

 Eurasia Daily Monitor, 2 iyul 2009-cu il.



2

 Day.Az, 8 oktyabr 2009-cu il.




Türkiyənin  qaz  bazarı  və  ya  Türkiyənin  qaz  ötürücü  marşrutundan  asılı  deyil.  Azərbaycanın  fikrincə,  Rusiya

vasitəsilə, hətta kiçik də olsa, ixrac marşrutunun əlavə edilməsi ixracın diversifikasiyası deməkdir və bu halda AKP

hökumətinin  istifadə  etməyə  çalışdığı  Türkiyənin  nəql  sahəsindəki  inhisarı  aradan  qalxır.  Azərbaycan  həmçinin

İrana gedən Bakı-Astara boru kəmərindən istifadə edə, yaxud 2014-cü ilə qədərki dövr ərzində həmin qonşu ölkə ilə

həcmlərin mübadiləsi variantına əl ata bilər.

Azərbaycan qazının Rusiyaya və ya İrana çatdırılması üçün hər hansı üçüncü ölkənin tranzit rolu tələb

olunmur. Yeni boru kəmərlərinin çəkilməsi də lazım deyil.

Dördüncüsü, Bakı Rusiyanın xeyrinə olaraq və Xəzərdəki hasilatçıların hesabına Xəzərdə hasil edilən qazın

Avropa ölkələrinə Qazpromun yenidən ixrac etmək arzusunu uğurla aradan qaldırmışdır. Bakı bildirmişdir ki, onun

qazı  Rusiyanın  Şimali  Qafqazında  istifadə  edilməlidir.  Və  əgər  Rusiyanın  verdiyi  qiymət  Avropanın  xalis

qiymətlərinə  (iyunun  29-da  əldə  olunmuş  ilkin  razılaşmada  nəzərdə  tutulduğu  kimi)  uyğun  olarsa,  Bakı  strateji

fayda  əldə  edəcək.  Türkiyənin  AKP  hökuməti  Rusiyanın  hazırda  Azərbaycana  təklif  etdiyi  şərtlərlə  müqayisədə

daha  pis  təkliflərlə  çıxış  edərsə,  onda  özünü  çətin  vəziyyətə  salacaq.  Xəzər  dənizi  regionunda  Azərbaycan

Qazpromdan Avropanın xalis qiymətlərini tələb etməklə Türkmənistan üçün də faydalı presedent yaradacaq. Əgər

Rusiya  həmin  səviyyədən  imtina  edərsə,  onda  Nabukko  layihəsinə  qoşulacaq  Transxəzər  boru  kəməri  ilə

Türkmənistan qazının müəyyən həcminin nəqli mümkün olacaqdır.

Bakı həmçinin 2010-cu ilin əvvəlində İrana qazın, ilkin olaraq, kiçik həcmdə ixrac etməyin  mümkünlüyünü

nəzərdən  keçirir.  İran  artıq  öz  şərq  əyalətlərində  Türkmənistan  qazını istehlak  etmək  üçün  bu  ölkədən  qaz  idxal

edir. Bununla belə, həmin idxal həcmi ora-da qaza olan tələbatı tam ödəmir. İran əlavə  qaz  həcmini  istehlakın az

olduğu  mövsümdə  saxlamaq  və  istehlakın  yüksək  olduğu  mövsüm  də  istifadə  etmək  məqsədilə  idxal  etməyi

planlaşdırır. Bu, Azərbaycan qazı üçün Şimali İranda bazar imkanlarını artırır.

3

Azərbaycan qazının Rusiyaya və ya İrana çatdırılması üçün hər hansı üçüncü ölkənin tranzit rolu tələb olunmur.



Yeni boru kəmərlərinin çəkilməsi də lazım deyil. Rusiyaya və İrana gedən boru kəmərləri Sovetlər Birliyi vaxtından

mövcuddur, hazırda xətlər və kompressorlar müasirləşdirilməlidir. Hər iki istiqamətdə gedən həmin boru kəmərləri

illik nəql imkanlarını əlavə 10 mil-yard kubmetrə qədər artırır. Nabukko layihəsi baş tutmasa və ya Türkiyənin AKP

hökuməti Azərbaycan qazının qiyməti və tranzit şərtləri ilə bağlı əməkdaşlıq etməsə, bu variant Azərbaycanın

növbəti illər ərzində illik ixrac imkanlarını təmin edə bilər.

Azərbaycan  Rusiyanın  Şimali  Qafqaz  ərazilərinə  qaz  ixrac  etmək  üçün  Bakı-Novo  Filya  və

Qazıməmməd-Mozdok  boru  kəmərlərini  yeniləşdirməyi  planlaşdırır.  Sovetlər  dövründən  qalmış  həmin  boru

kəmərləri asan şəkildə əks-istiqamətli nəql üçün uyğunlaşdırıla bilər. Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti

Rövnəq Abdullayevin fikrincə, onların ümumi tutumu (yeniləşdirmədən sonra) şirkətə bir ildə Rusiyaya 7 milyard

kubmetr həcmdə qaz nəql etmək imkanı verəcək.

4

Eynilə  Azərbaycan  İrana  çıxan  Qazax-Astara  və  Qazıməmməd-Astara  qaz  boru  kəmərini  yeniləşdirməyi



planlaşdırır.  Bunu  nəzərə  alaraq,  İranın  qaz  saxlama  qurumu  qış  vaxtı  həmin  qaz  həcmindən  istifadə  etmək

məqsədilə Azərbaycan ərazisində qaz-saxlama yerlərindən istifadə etməkdə maraqlı olduğunu bildirmişdir.

5

Azərbaycan hökumətinin 2009-cu ilin 16 oktyabr tarixində keçirilmiş  iclası zamanı



6

 Prezident İlham Əliyev

Ağ Axın boru kəmərinin Azərbaycanın qaz ixracı üçün mümkün variant olacağına açıq şəkildə eyham vurmuşdur.

7

Ağ  Axın  Gürcüstan  vasitəsilə  Azərbaycan  və  Türkmənistan  qazının  Qara  dənizin  dibi  ilə  Rumıniyaya,  sonra  isə



Avropa  İttifaqı  ərazisinə  daşınmasını  təmin  etmək  üçün  Londonda  yerləşən  layihə  şirkəti  tərəfindən  təklif

olunmuşdur (Əvvəlki və indiki qüvvədən düşmüş variant dənizin dibi ilə qazın nəqlini Ukraynaya nəzərdə tuturdu).

Ağ Axın Xəzər  qazının  Avropaya  nəql  olunması tutumunun  və  təhlükəsizliyin  artırılmasını nəzərdə  tutan  Avropa

İttifaqının "Cənub dəhlizi" konsepsiyasının bir elementidir.

Azərbaycan  Prezidenti  İlham  Əliyev  2009-cu  ilin  sentyabr  ayında  Strateji  Tərəfdaşlıq  Sazişini  imzaladığı

Buxarestdə  Rumıniya  Prezidenti  Trayan  Basesku  ilə  "Ağ  Axın"  layihəsini  ilk  dəfə  müzakirə  etmişdir.  Paralel

olaraq, Azərbaycanın Dövlət  Neft Şirkəti  mayeləşdirilmiş  qazın Avropa  İttifaqının ərazisinə  Qara  dəniz  vasitəsilə

ixrac  edilməsi  variantını nəzərdən  keçirmək  niyyətindədir.  Şirkətin  prezidenti  Rövnəq  Abdullayevə  görə,  "biz  bu

cür perspektivli təklifləri təfərrüatı ilə nəzərdən keçirməyə hazırıq."

8

 Qara dəniz variantlarının nəzərdən keçirilməsi



Türkiyənin  Xəzər  hövzəsindən  Avropaya  qazın  nəqli  sahəsindəki  inhisarına  tamamilə  son  qoyur;  əgər  AKP

hökuməti həddindən artıq müdaxilə edərsə, onda nəql marşrutu Türkiyədən yan keçə bilər.

AKP  hökumətinin  Azərbaycanla  qaz  münaqişəsi  hazırda  Türkiyə  ilə  Ermənistan  arasında  ilk  və

qeyri-müəyyən  addımlarını atan  siyasi  normallaşma  ilə  müqayisədə  artıq  iki  ildir  ki  davam  edir.  Bu  iki  prosesin

bir-biri  ilə  bağlılığı  yoxdur  və  Bakı bu  proseslərin  ayrı-ayrılıqda  getməsində  israrlıdır.  Bununla  belə,  Ankaranın

qiymət  salmaq  siyasəti  və  tranzit  sazişindəki  yubatma  taktikası Azərbaycana  maliyyə  baxımından  iki  yolla  zərbə

3

 Trend, 17, oktyabr 2009-cu il.



4

 Azeri-Press agentliyi, 19 oktyabr 2009-cu il.

5

 Trend, 17, 19 oktyabr 2009-cu il.



6

 Eurasia Daily Monitor, 21 oktyabr 2009-cu il.

7

 Day.Az, 17 oktyabr 2009-cu il.



8

 Azeri-Press agentliyi, 20 oktyabr 2009-cu il.




vurmuşdur: Azərbaycanın illik ixrac gəlirlərinin azalması və Nabukko boru kəməri üçün seçilmiş  əsas mənbə olan

Azərbaycanın "Şahdəniz" yatağının işlənməsinin ləngiməsi ilə.

Bakının  2009-cu  ilin  oktyabrın  16-da  verdiyi  cavab,  sonradan  gördüyü  tədbirlər  Brüssel  və  Vaşinqtonun

diqqətini  Nabukko  və  Cənub  dəhlizini  risk  altına  alan  çıxılmaz  vəziyyətə  yönəltmişdir.  İlham  Əliyev  hökumətin

iclasında  bildirmişdir  ki,  Ankaranın  "bizə  təklif  etdiyi  qəbuledilməz  şərtlər  gələcəkdə  bütün  layihənin

uğursuzluğuna səbəb ola bilər".

9

 Azərbaycan hasilatçı, o cümlədən tranzit ölkə kimi əvəzedilməz olsa da, Türkiyə



əvəzedilməz deyil.

Hökumətin iclasında Prezident İlham Əliyevin söylədiyinə görə, Ankara son illər ərzində Azərbaycan qazını

orta  Avropa  qiymətinin,  sadəcə,  üçdə  bir  hissəsi  məbləğində  alırdı.  Ankaranın  Bakıya  təklif  etdiyi  qiymət  bir  az

yüksəkdir,  lakin  bu,  Rusiya  qazına  ödədikləri  qiymətdən  50  faiz  aşağıdır.  Prezident  Əliyevə  görə,  Azərbaycan

Rusiya qazının qiymətindən 10 faiz aşağı satmağa razı olardı, lakin Ankaranın Bakıya təklif etdiyi bu fərqli qiyməti

heç vaxt qəbul edə bilməz.

2002-ci ildə imzalanmış ikitərəfli saziş çərçivəsində Azərbaycan Türkiyəyə qazın min kubmetrini yalnız 120

ABŞ dollarına satır. Bu qiymətin 2002-ci ildə öz səbəbləri ola bilərdi, lakin vaxt keçdikcə 2007-ci ilin aprel ayında

sazişin müddəti  bitdikdən  sonra  onun  bütün  əsasları aradan  qalxmışdır.  Sazişin müddəti  bitdiyi  dövrdən  bu  günə

qədər  Ankara  yeni  qiymətlə  bağlı aparılan danışıqları bloklaşdırmışdır  və  hələ  də  Azərbaycan  qazını Türkiyənin,

yaxud Avropanın bazar qiymətlərindən xeyli aşağı, köhnə qiymətə almaqda və bu məbləğin kiçik həcmdə artmasını

istəməkdə  davam  edir.  Azərbaycan  bu  prosesdə  gözəçarpan  gəlirləri  əldən  buraxaraq,  Türkiyəyə  ildə  təxminən  7

milyard kubmetr həcmində qazı çox aşağı qiymətlərlə satır.

AKP hökuməti, həmçinin, Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli haqqında tranzit sazişinə də

maneələr  yaradır.  Tranzit  razılaşma  olmadığı  təqdirdə  Nabukko  hökumətlərarası  sazişinin  Türkiyənin  ərazisində

həyata  keçirilməsi  çətinləşə  bilər.  Türkiyə  2009-cu  il  iyul  ayının  13-də  Ankarada  hökumətlərarası  sazişin

imzalanması  mərasimini  təşkil  etmiş,  lakin  bu  günə  qədər  tranzit  sazişi  ilə  bağlı  mövqeyini  dəyişməmişdir.

Azərbaycan hökumətinin iclasında Prezident İlham Əliyev bildirmişdir ki, Türkiyə hökumətinin tranzit xidmətlərinə

görə  təklif  etdiyi  tariflər  digər  ölkələrin  istədiyi  qiymətdən  ən  azı 70  faiz  çoxdur.  Danışıqlar  çərçivəsində  təklif

olunan qiymətlər məxfi olsa da, AKP hökuməti Nabukko hökumətlərarası sazişində əks olunmuş xərclərə əsaslanan

tranzit tarifləri konsepsiyasına aydın şəkildə qoşulmur.

10

Eyni zamanda, Ankara gələn illər ərzində ixrac ediləcək Azərbaycan qazının həcmi ilə bağlı ikili mövqe tutur.



Həmin təchizat həcmi beynəlxalq konsorsiumun "Şahdəniz" layihəsi, yaxud Azərbaycan Dövlət Neft Şirkətinin öz

qaz  yataqları hesabına  əldə  oluna  bilər.  "Şahdəniz"  konsorsiumu  üçün  layihə  çərçivəsində  birinci  fazadan  ikinci

fazaya  keçmək  məqsədilə  həcmlərə,  qiymətlərə  və  tranzit  haqlarına  aydınlığın  gətirilməsi  təxirəsalınmaz

məsələlərdəndir. "Şahdəniz"də ikinci faza Nabukkonun birinci mərhələsində əsas təchizat mənbəyi olacaqdır.

"Şahdəniz"də  ikinci  faza  çərçivəsində  kommersiya  hasilatının  başlanması  Ankaranın  açıq  cavabdan

yayınması səbəbindən  artıq  iki  ildir  ki,  təxirə  salınır.  İkinci  faza  hasilat  həcmini  ildə  9  milyard  kubmetrdən  16

milyard  kubmetrə  qədər  artıracaqdır.  İlham  Əliyevin  hökumətin  iclasında  söylədiyi  fikirlərə  əsasən  əgər  Türkiyə

etibarlı şəkildə  əməkdaşlıq  edərsə,  qazın nəqli  2015-ci  ildə  mümkün  olacaq  və  bu  məqsədlə  konsorsium  2010-cu

ildə 20 milyard ABŞ dolları həcmində sərmayə qoymağa hazırdır. Bununla belə, Prezident İlham Əliyev xəbərdarlıq

etdi: konsorsium "ciddi şəkildə narahatdır. Şirkətlər tələsir və mən onların mövqeyini bölüşürəm". Bu bəyanat ona

dəlalət  edir  ki,  əgər  Türkiyə  əməkdaşlığa  getməsə,  konsorsium  bazarlara  digər  ixrac  marşrutlarını  axtaracaq.

Nabukkoda iştirak edəcək altı ölkə, o cümlədən Yunanıstan, İtaliya və İsveçrə Azərbaycan qazını almaqda maraqlı

olduqlarını artıq bildiriblər. 

9

 Day.Az, 16 oktyabr 2009-cu il.



10

 Day.Az, 17 oktyabr 2009-cu il.



Yüklə 145,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə