Azərbaycan, Bakı şəhəri



Yüklə 39,69 Kb.
tarix23.02.2018
ölçüsü39,69 Kb.
#27507

Azərbaycan, Bakı şəhəri,

Azadlıq pr.132/3, AZ 1106

Tel:(994 12) 440-17-67

e-mail:ldemocracy@yahoo.com







Azerbaijan, Bakı city

132/3 Azadlıq ave, AZ 1106,

Tel: (994 12)440-17-67

e-mail:ldemocracy@yahoo.com




DEMOKRATİYANI ÖYRƏNMƏ” İCTİMAİ BİRLİYİ



MİLLİ MƏCLİSƏ SEÇKİLƏRİN MONİTORİNQİ ÜZRƏ

BÜLLETEN № 1
Bülleten “Demokratiyanı Öyrənmə” İctimai Birliyinin 24 seçki dairəsi üzrə seçkilərə start verildiyi gündən 04 oktyabr 2010-cu ilədək seçki komissiyalarının fəaliyyətinin, namizədlərin irəli sürülməsi və qeydiyyatı ilə bağlı həyata keçirilmiş seçki hərəkətlərinin müşahidəsi əsasında hazırlanmışdır. Əldə edilən məlumatlar və faktlar şərh edilmədən təqdim edilir. Birlik seçkilərin növbəti mərhələləri üzrə də müşahidəsini davam etdirəcək və seçki günü də daxil olmaqla seçkilərin qiymətləndirilməsinə dair Yekun Rəy hazırlayacaq.

I. SEÇKİ KOMİSSİYALARININ FƏALİYYƏTİ ÜZRƏ POZUNTULAR


    • 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsindən AXCP-Musavat seçki blokunun namizədi Pərviz Həşimlinin təqdim etdiyi imzalar namizədin iştirakı olmadan yoxlanılıb. Bundan başqa, imza vərəqələrinini yoxlanılması nəticələri haqqında işçi qrupun protokolunun surətini namizədə yalnız onun qeydə alınmaması ilə bağlı DSK iclasından sonra verib və beləliklə imza vərəqələrindəki səhvlər və pozuntular barədə həmin şəxsləri 24 saat ərzində məlumatlandırmaq vəzifəsini də yerinə yetirməyib. Dairə Seçki Komissiyası namizədin qeydiyyatı məsələsinə baxılması planlaşdırılan 30 sentyabr 2010-cu ilə təyin olunmuş iclasın vaxtı barədə də namizədə və onun nümayəndəsinə əvvəlcədən məlumat verməyib. İclasın vaxtı barədı dolayısı ilə məlumat alan P. Həşimlinin səlahiyyətli nümayəndəsi Ərşad İbrahimlinin iclasa qatılmaq istəyinə komissiya sədri Elbar Əhmədov rədd cavabı verib və onu polislə hədələyib. Komissiyanın namizədliyin qeydə alınması üçün zəruri sayda imzaların təqdim olunmaması əsası ilə namizədin qeydiyyatından imtina barədə qərarı yetərsay olmadan qəbul edilib.




  • 80 saylı İmişli-Beyləqan seçki dairəsi DSK 30 sentyabr 2010-cu ildə namizədlikləri müvafiq olaraq YAP və öz təşəbbüsü ilə irəli sürülən Rüstəmli Tahirə Ağamir qızının və Qənizadə Çingiz Aşralı oğlunun namizədliyinin qeydə alınması ilə bağlı iclasda namizədlərin təqdim etdiyi sənədləri və namizədlərin müdafiəsi üçün toplanan imzalarla bağlı DSK tərəfindən yaradılmış İşçi Qrupunun rəyini komissiya üzvlərinə təqdim etməyib. İclasdan sonra müşahidəçilərin bu sənədlərin surətinin verilməsi ilə bağlı müraciətləri rədd edilib.




    • 81 saylı Beyləqan, 39 saylı Kəpəz birinci (Gəncə), 94 saylı Bərdə kənd, 113 saylı Şəki şəhər, 88 saylı Göyçay, 52 saylı Quba, 110 saylı Zaqatala, 86 saylı İsmayıllı seçki dairələri Dairə Seçki Komissiyaları iclaslarının vaxtı haqqında namizədlərə, onların səlahiyyətli nümayəndələrinə və müşahidəçilərə əvvəlcədən məlumat vermir və komissiyaların iclasları qeyri-müəyyən şəraitdə keçirilir. 81 saylı Beyləqan seçki dairəsi Dairə Seçki Komissiyanın iclasları bir qayda olaraq sədr daxil olmaqla 4 üzvün iştitrakı ilə keçirilir.




  • 86 saylı İsmayıllı seçki dairəsi Dairə Seçki Komissiyası namizəd Salihov Pərviz Sabir oğluna imzaların yoxlanması vaxtı barədə əvvəlcədən məlumat verməyib və imzalar namizədin iştirakı olmadan yoxlanılıb. 86 saylı DSK onun xeyrinə imza toplayan Bağıyev Tofiqin bələdiyyə üzvü olması səbəbindən Mollaisaqlı kəndindən toplanmış 150 imzanı etibarsız hesab edib və bu onun namizədliyinin qeydə alınmasından imtina üçün əsas hesab edilib. DSK imza vərəqələrinin yoxlanılması nəticələri haqqında namizədə protokol əvəzinə adi yazılı məlumat verib.




  • 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə 6, 40, 42, 12 saylı seçki məntəqələri MnSK sədrləri və 94 saylı Bərdə kənd seçki dairəsi üzrə 13, 42, 43 saylı məntəqələrin MnSK sədrləri eyni vaxtda həm də əsas iş yerlərində fəaliyyət göstərirlər.




  • 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən namizədliyini irəli sürmüş Dəyanət Qasımov bildiriş ərizəsini 21 sentyabrda DSK-ya təqdim etməsinə baxmayaraq imza vərəqələrini yalnız 4 oktyabr 2010-cu ildə ala bilib.




  • 103 saylı Gədəbəy seçki dairəsi Dairə Seçki Komissiyasının 20 sentyabr 2010-cu il tarixli iclası komissiyanın sədri Xaliq Xudaverdiyev, DSK-nın katibi və baş məsləhətçisinin iştirakı ilə keçirilib.




    • 103 saylı Gədəbəy seçki dairəsinin Qoşabulaq, Moruqlu, Ağamalı, 55 sasylı Xaçmaz seçki dairəsinin Xaçmaz şəhərində yerləşən 21 ,23, 26, 13 nömrəli və Qaradağ-buduq Qaraçay-cek, Hacıəlibəy, 117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə seçki məntəqələrinin böyük əksəriyyəti əsasən günün birinci yarısında fəaliyyət göstərirlər.




    • 113 saylı Şəki şəhər seçki dairəsinin 12, 22, və 11 saylı seçki məntəqələri 24 sentyabrda saat 11:00-da, 47 saylı Mingəçevir seçki dairəsi üzrə 19 saylı seçki məntəqəsi 26 sentyabrda, 22 saylı seçki məntəqəsi 28 sentyabrda günün ikinci yarısı, 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsinin 11 saylı seçki məntəqəsi isə 30 sentyabr 11:30 radələrində bağlı olub. Həmin dairənin 6, 7, 8 , 9 , 11, 28 saylı məntəqələrində günün birinci yarısında yalnız bir nəfər (sədr və ya katib) işdə olub.


II. NAMİZƏDLƏRİN İRƏLİ SÜRÜLMƏSİ VƏ QEYDİYYATI ÜZRƏ POZUNTULAR
a) İmza toplama


  • 39 Saylı Kəpəz birinci Seşki Dairəsi ərazisində 11 saylı mənzil istismar sahəsinin sədri İlqar Məmmədov Əli Nəzmi küçəsinin sakinlərindən hakim partiyanın namizədinə imza toplamaq məqsədilə şəxsiyyət vəsiqələrini yığıb.




  • Sumqayıt şəhər icra başçısı Vaqif Əliyev 28 sentyabr 2010-cu il tarixdə Gənclərin Yaradıcılıq Mərkəzində şəhərin məktəb və uşaq bağçalarının rəhbərləri ilə müşavirə keçirərək 41 saylı seçki dairəsindən namizəd olan Leyla Abdullayevanın deputat seçilməsini təmin etmək barədə göstəriş verib.




  • 43 saylı Sumqayıt üçünci seçki dairəsindən YAP-ın namizədi, “Azərkimya” İstehsal Birliyinin Baş direktoru Muxtar Babayev öz seçki kampaniyasını sərəncamında olan inzibati resurslardan istifadə etməklə təşkil edir. 25 sentyabr tarixdə başçılıq etdiyi Birliyin balansında olan “Kimyaçılar” sarayında Birliyin və ona daxil olan zavodların rəhbər işçilərinin iştirakilə M.Babayevin seçki kampaniyasının təşkili ilə bağlı toplantı keçirilib. İclasa M.Babayevin sosial məsələlər üzrə müavini Fikrət Əliyev rəhbərlik edib. Toplantıda Birliyin işçilərindən ibarət 33 qrup (məntəqələrin sayı qədər) yaradılıb. Həmin qruplara M.Babayevin deputat seçilməsini təşkil etmək vəzifəsi tapşırılıb.




  • 46 saylı Şirvan seçki dairəsində sentyabrın 20-21-də səhiyyə müəssisələrində, məktəblərdə, DRES və Şirvanneft müəssisələrinin işçilərindən hansı namizədə aid olduğu bilinməyən imza vərəqələrinə məcburi imza toplanıb. Müxtəlif adlarla evlərə gedib əhalinin şəxsiyyət vəsiqələrindən soyadlar, vəsiqələrin seriya və nömrələri götürülüb.




  • 47 sayli Mingəçevir seçki dairəsi üzrə namizədliyi YAP tərəfindən irəli sürülmüş hazırkı deputat Aydın Mirzəzadənin nümayəndələri  Az.DRES-də, səhiyyə təşkilatlarında rəhbərlik vasitəsi ilə işçiləri məcbur edərək imza vərəqələrinə qol cəkdiriblər.




  • 51 saylı Qusar seçki dairəsi üzrə namizədliyi YAP tərəfindən irəli sürülmüş Badamov Azər Camal oğlunun imza vərəqələrinin doldurulmasına rəhbərlik etdiyi Telekomunikasiya Qovşağının işçiləri cəlb edilib və imza vərəqələri bir gün ərzində doldurularaq DSK-ya qaytarılıb.




  • Quba rayon Təhsil Şöbəsinin mudirinin tapşırığı əsasında 52 saylı Quba seçki dairəsindən bitərəf namizəd Vaqif Arzumanlının xeyrinə imza vərəqələrinə muəllim və işçilərin səxsiyyət vəsiqələrinin nömrələri yazılır və imzalanır.




  • 55 sasylı Xaçmaz şəhər dairəsində Xaçmaz rayon İcra Hakimiyyətinin rəsmiləri tərəfindən şəhər məktəblərinin rəhbərlərinə göstərişi əsasında müəlimlər YAP-dan deputatlığa namizəd Arif Əşrəfovun xeyrinə imza atmağa cəlb edilib.




  • 56 saylı Xacmaz kənd dairəsindən AXCP-Müsavat blokunun namizədi Əliyev Ramazan üçün imza toplayan Gülbala Abdullayev Qusarçay qəsəbəsində imza toplayarkən onun əlindən imza vərəqələri alınaraq cırılıb, özü isə hədələrə üzləşib.




  • Masallı rayon icra başçısı Qəzənfər Ağayevin göstərişi ilə (17 sentyabr 2010-cu il tarixdə keçirilmiş toplantıda) kənd icra nümayındələri və bələdiyyələr 71 saylı Masallı kənd seçki dairəsindən namizədliyini irəli sürmüş Elmira Axundovanın imzatoplama kampaniyasına cəlb edilib.




  • 71 saylı Masallı kənd, 82 saylı Ağcabədi, 94 saylı Bərdə kənd seçki dairələrində DSK-lar əlavə imza vərəqləri verməkdən imtina edib.




  • Beyləqan rayon 81 saylı seçki dairəsindən namizədliyi YAP tərəfindən irəli sürülmüş Ayaz Orucovun 21 sentyabr 2010 cu il tarixdə Beyləqan rayonuna gəlişi zamanı Beyləqan Rayon İcra Hakimiyyətində DYP, bələdiyyə, səhiyyə, poçt və təhsil müəssisələrinin rəhbərləri ilə görüşdə həmin namizədin imzatoplama kampaniyasına yardım göstərilməsi haqda təlimatlar verilib. Namizəd Ayaz Orucovun imza toplama kampaniyasında bələdiyyə, təhsil, səhiyyə, həmkarlar ittifaqı işçiləri xüsusi fəallıq göstəriblər. Bu dairə ərazisində seçicilərə başqa namizədlərə imza verməmək haqqında göstərişlər verilib.




  • 86 saylı İsmayıllı secki dairəsi üzrə namizədliyi özü tərəfindən irəli sürülmüş hazırkı deputat Aslanov Novruzəli Davud oğlu və namizədliyi YAP tərəfindən irəli sürülmüş Ağayev Firidun Hacı oğlunun imzatoplama kampaniyası yerli icra hakimiyyəti tərəfindən təşkil olunub. Əsasən səhiyyə işçilərindən şəxsiyyət vəsiqələri toplanıb.




  • 86 saylı İsmayıllı secki dairəsi üzrə namizədliyini irəli sürən Salihov Pərviz Sabir oğlunun xeyrinə İsmayıllı rayonu Mollaisaqlı kəndində imza toplayan bələdiyyə üzvü Bağıyev Tofiqə həmin kəndin icra nümayəndəsi Həşimov Həşim tərəfindən təzyiq göstərilib.




  • 93 saylı Bərdə şəhər seçki dairəsindən namizədliyi AMİP tərəfindən irəli sürülmüş Qarayev Zahid Hüseyn oğlunun nümayəndələrinə imza toplama proseslərində maneə yaradılıb.




  • 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi üzrə YAP-ın namizədi, hazırkı deputat Mübariz Qurbanlının imzatoplama kampaniyasına Daşkəsən rayon Qaz-İstismarı İdarəsi, Su Təsərrüfatı İdarəsinin işçiləri cəlb olunub. Rayon İcra Hakimiyyəti Ümumi Şöbənin əməkdaşı İnarə Muxtarova imza toplanmasında şəxsən iştirak edib. Daşkəsən rayon Mərkəzi Xəstəxanasının işçilərindən vəsiqələrin surətləri toplanılıb.




  • 110 saylı Zaqatala seçki dairəsində rayon icra hakimiyyəti namizədliyi YAP tərəfindən irəli sürülmüş, hazırkı deputat Atayev Hikmət İsmayıl oğlunun imzatoplama kampaniyasını inzibati resurslardan istifadə etməklə təşkil edib.




  • 113 saylı Şəki şəhər seçki dairəsində Şəki şəhər xəstəxanasının bas həkimi Əliyev Məcidin göstərişi ilə tibb heyəti hazırkı deputat Mahmudov Yaqub Mikayil oğlunun xeyrinə imza toplanmasına cəlb edilib.




  • 117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə namizədliyi YAP tərəfindən irəli sürülmüş Naxçıvanlı Aqiyə Həbib qızının xeyrinə imza toplama kampaniyasına rayon məktəbləri və xəstəxanaların işçiləri cəlb olunub.



b) Seçki prosesinə digər müdaxilələr


  • Beyləqan rayon 81 saylı seçki dairəsindən namizədliyi “Demokratiya” bloku tərəfindən irəli sürülmüş İbrahimov Sürmə Xanış qızına YAP-ın rayon şöbəsinin sədri Pəsiyev Rafael tərəfindən namizədliyini geri götürməsi təklif edilib.




  • 81 saylı Beyləqan seçki dairəsi ərazisində namizədin xeyrinə seçici imzalarınını toplanması və seçicilərin səsverməyə gətirilməsinə məsul edilən və qeyri-rəsmi olaraq “onbaşı”, “yüzbaşı” və “minbaşı” adlandırılan şəxslərin fəaliyyəti təşkil olunur. Təhsil Şöbəsinin müdiri Sadıqov Tofiq, Rayon Bələdiyyəsinin sədri Balakişiyev Bakir, Mərkəzi Poçtamtın müdiri Məmmədquliyev Elmidar, İcra Hakimiyyətinin Uşaq və Gənclər təçkilatının müdiri Quliyev Sənan, Müəllimlər evinin müdiri Məmmədov Sahibxan, Təhsil Şöbəsinin Həmkarlar İttifaqının sədri Quliyeva Tofiqə, Mənzil İstismar Sahəsinin müdiri, Bələdiyyə üzvü Sarıyev Telmanın ``minbaşı`` təyin olunduğu bildirilir. Bu vəzifəli şəxslərin öz tabeliklərində olan işçiləri, hətta bəzən məcburi olaraq “yüzbaşı” və “onbaşı” şəbəkəsinə cəlb etdiyi bildirilir. YAP-ın deputatlığa namizədi Orucov Ayazın təbliğatını aparmaq göstərişi verilmiş bu şəbəkənin fəaliyyətinin Beyləqan rayon icra başçısının müavini Məhəmməd Qələndərov tərəfindən idarə olunduğu və hətta onların işinin qənaətbəxş olub-olmamasını yəqin etmək üçün yoxlamalar keçirildiyi bildirilir. 24 sentyabrda Prezident Administrasiyasında çalışdığı deyilən Adil Rüstəmov adlı şəxs tərəfindən Tatalılar və Əlinəzərli kəndlərində ``yüzbaşı``lar belə yoxlamalardan keçirilib. Əhalinin ``onbaşı``lar tərəfindən siyahiya alınması aparılır.




    • 93 saylı Bərdə şəhər və 100 saylı Şəmkir-Daşkəsən seçki dairələrində yerli Polis Şöbəsinin əməkdaşlarının namizədlər haqqında məlumatları DSK-lardan aldığı müşahidə olunub.




  • 93 saylı Bərdə şəhər seçki dairəsindən partiya mənsubiyyəti YAP olan və öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Cəbrayıl Əliyevə namizədliyinin geri götürülməsi ilə bağlı ciddi təzyiqlər olunub. Bərdə rayon İH-nin birinci müavini Məzahir Qasımov onun ailə üzvlərini ticarət obyektlərinin söküləcəyi, vergi və digər qurumlarla bağlı problemlər yaradılacağı ilə hədələyərək namizədliyini geri götürməsini tələb edib.




  • 94 saylı Bərdə kənd seçki dairəsində Demokratiya Blokunun namizədi olan Rasim Zeynalova namizədliyini geri götürməsi üçün həm şəxsi, həm də iş yerindən təzyiqlər olunur. Həmin dairədən bitərəf namizəd Pəri Ağayevadan da namizədliyin geri götürməsi tələb olunub. DSK Pəri Ağayevanın qeydiyyat sənədlərində düzəlişlər etməsinə imkan yaratmayıb. Ağayevaya qeyri-rəsmi şəkildə bildirilib ki, bunu əhəmiyyəti yoxdur, çünki onun qeydə alınmaması üçün rayon icra hakimiyyətindən göstəriş verilib. DSK AXCP-Müsavat bloku tərəfindən namizədliyi irəli sürülmüş Elnur Məcidlinin sənədlərini bugünədək qəbul etməyib. Ona da namizədlikdən imtina etməsi ilə bağlı təzyiqlər edilib.




  • 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi üzrə Daşkəsən rayon məktəblərinin müəllimləri “onbaşı” qismində mənzilləri gəzərək seçiciləri səsverməyə gəlməsini və hakim partiyanın namizədinə səs verməyə təşviq edirlər.




  • 113 saylı Şəki şəhər seçki dairəsindən AXCP-Müsavat seçki blokunun namizədi Kərimov Sahib Fərman oğlunun səlahiyyətli nümayəndəsi Əli Abdullayev 3 gün ərzində bir neçə dəfə polis şöbəsinə aparılıb. Ə. Abdullayevin icarəyə götürdüyü ticarət obyektinə qeyri-qanuni müdaxilə edilib, onun sənədlərinin surətləri alınıb. Daha sonra icarə olunmuş obyektin sahibi Ə. Abdullayevlə icarə müqaviləsini ləğv edib.




  • 113 saylı Şəki şəhər seçki dairəsindən “Qarabağ” bloku tərəfindən namizədliyi irəli sürülmüş Nəcəfov İdrak Rəfail oğlu 28.09.10 tarixdə hədə və təzyiqlərə məruz qalıb və bu səbəbdən namizədliyini geri götürüb.

Yüklə 39,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə