Azərbaycan dövlət pedoqoji Universitetinin Şamaxı filialı



Yüklə 51,57 Kb.
tarix30.12.2023
ölçüsü51,57 Kb.
#167967
Tarix Amal




Azərbaycan dövlət pedoqoji
Universitetinin Şamaxı filialı



Fakültə



Pedaqoji



Kafedra



Sosial və pedaqoji elmlər





İxtisas



Fizika Müəllimliyi



Qrup



FM-207



Fənn



Azərbaycan tarixi





Tələbə





Əsədov Amal





Müəllim





Abdullayev Babək





Sərbəst işin
mövzusu





Azərbaycan xanlıqları






PLAN

  1. Azərbaycan xanlıqları və ya Qafqaz xanlıqları
  2. Cənub Azərbaycan xanlıqları

  3. Şimali Azərbaycan xanlıqları

  4. Şimal Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğalı



Azərbaycan xanlıqları və ya Qafqaz xanlıqları

XVIII əsrin 40-cı illərində indiki Azərbaycan RespublikasıErmənistan və Cənubi Azərbaycan ərazisində yaranmış müstəqil feodal dövlətlərinə tarixşünaslıqda verilən ad Şəki və Quba xanlıqları istisna olmaqla digər xanlıqlar əsasən Nadir şah Əfşarın 1747-ci ildə qətlindən sonra meydana gəlmiş, XIX əsrin 20–30-cu illərində mərhələ-mərhələ Qacar dövlətinin və Rusiya imperiyasının nəzarəti altına düşmüşlər. Nadir Şahın öldürülməsi ilə onun nəhəng imperiyası dağılmağa başladı. Əfqanıstanda müstəqil dövlət təşəkkül tapdı. İran, Orta Asiya və Qafqazda müstəqil və yarımmüstəqil xanlıqlar meydana çıxdı. Ali hakimiyyət uğrunda mübarizə gücləndi. XVIII yüzilin ikinci yarısında İran taxt-tacı üstündə iyirmiyə yaxın sərkərdə mübarizə aparırdı. Hakimiyyət on dörd dəfə əldən-ələ keçmiş Dövlətin paytaxtı altı dəfə dəyişmişdi.
XVIII yüzilin gedişində, Nadirin ölümündən sonra Azərbaycan ərazisində onlarca xanlıq yarandı. Yerli feodallar mövcud vəziyyətdən istifadə edərək Azərbaycanda və Qafqazda özlərini de-fakto müstəqil aparmağa başladılar.
XVII yüzilin sonlarından davam edən təsərrüfat geriləməsi şəraitində gələcək xanlıqların ərazisini əhatə edən bölgələr arasında əlaqələr sıx deyildi.
Üçüncü, Beynəlxalq aləmdə qüvvələr nisbətinin dəyişməsi, regionda yeni bir mərkəzləşmiş dövlətin yaranması burada marağı olan İran və Rusiyanın mənafeyinə uyğun gəlmirdi.
Xanlıqların əmələ gəlməsinin ümumi səbəbləri ilə yanaşı bəzi özümlü tərəfləri də var idi.

Cənub Azərbaycan xanlıqları

Güney Azərbaycanda yaranan xanlıqlar arasında Urmiya xanlığı mühüm yer tuturdu. Xanlığın əsasını Nadir şahın əmisi oğlu Fətəli xan Əfşar qoymuşdu.


Təbriz və Xoy xanlıqları Dünbüli tayfasından olan nəslin əlində idi. Çox da böyük ərazi və əhalisi olmayan Qaradağ xanlığının başında Qaradağ tayfalarına başçılıq edən Kazım xan (1747–1752) dururdu. Marağa xanlığı hələ Nadirin sağlığında burada hakim olan Əliqulu xan Müqəddəmin əlində idi. Ərdəbil xanlığını 1792-ci ilədək Nəzərəli xan Şahsevən idarə edib. O, Ərdəbil, Xalxal və Muğandakı şahsevən tayfalarını birləşdirmiş, mahalların etibarlı idarəsini təşkil edə bilmişdi. Nəzərəli xandan sonra oğlu Nəsirəli xanlıq taxtına çıxdı.
Maku xanlığını Bayat boyundan olan Əhməd Soltan (1747–1778), Sərab xanlığını isə Şəqaqi boyundan olan Əli xan (1747–1786) yaratmışdır.
Güney Azərbaycan xanlıqları ictimai-siyasi və mədəniyyət mərkəzləri olan şəhərlər ətrafında yaranmışlar. Xanlar başlıca olaraq el-tayfa başçıları içərisindən çıxırdı.

Şimali Azərbaycan xanlıqları

Quzey Azərbaycan xanlıqlarının yaranması barədə Abbasqulu Ağa Bakıxanov yazırdı: "İndi də Nadir şahın ölümündən sonra Dağıstan və Şirvanın nə halda olduğunu nəzərdən keçirək. Nadir şahın vəfatından sonra İran qoşunu bu ölkədən çıxıb getdi. Hər bir vilayətdə bir həşəmət sahibi baş qaldıraraq, istiqlaliyyətdən dəm vurub başqasına tabe olmurdu. Quba və Salyan hakimi Hüseynəli xan Sultan Əhməd xan oğlu Xudat qalasını köçürüb, indiki Quba şəhərinin Qudyal adlı yerində tikdirməyə başladı. İğtişaş zamanı da bu ölkənin öz-başına qalan bir çox mahallarını itaətə məcbur etdi. Dərbəndlilər İmamqulu xanın oğlu Məhəmmədhəsən bay Qorçunu xanlığa seçdilər. Nadir şahın yaxın əmirlərindən sayılan bakılı Mirzə Məhəmməd xan Dərgah xan oğlu Bakı ölkəsini müstəqil olaraq ixtiyarına keçirdi. Şamaxı əhalisi sursat təhvildarı olan Hacı Məhəmmədəli Sufi Nobi oğlu Zərnəvaini hökumətə keçirdi. Xançobanı tayfasından olan Əsgər bəy Sərkarın oğulları Şirvan elatı arasında hakimiyyət bayrağı qaldırdılar. Nuxalu Наcı Çələbi Qurban oğlu istiqlaliyyət bayrağı qaldıraraq Şəki, Ərəş və Qəbələ mahallarını özünə tabe etdi".


Azərbaycanın cənub-şərqində Talış dağları, Xəzər dənizi və Muğan düzü arasında Talış xanlığı yerləşirdi. Xanlığın banisi Seyid Abbas idi. Onun ölümündən sonra Qara xan hakimiyyətdə olmuşdu (1747–1786). Qara xan yerli hakim təbəqəni özünə tabe etməyə nail oldu, xanlığın mərkəzi Astaradan Lənkərana köçürüldü.
Əski Qarabağ bəylərbəyliyi ərazisində iki xanlıq – Qarabağ və Gəncə xanlıqları yarandı. Mirzə Camal Cavanşir Qarabaği yazır: "Qarabağ vilayətinin sərhədi belədir: cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər Araz çayıdır. İndi (Sınıq körpü) Qazax, Şəmsəddin və Dəmirçi-Həsənli camaatı arasındadır… Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib Xəzər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla (Gəncə ilə) sərhədi Kür çayına qədər Goran çayıdır və Kür çayı çox yerdən (keçib) Araz çayına çatır. Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır".
Qarabağda cavanşir, iyirmi dörd, otuz iki, kəbirli, baharlı və başqa türk boyları yaşayırdı. Bu vilayətin idarəsi XVI yüzilin birinci yarısından qızılbaş Qacar tayfasının Ziyəddin oymağından olan Ziyad oğlu nəslinin əlində idi. Nadirin "şah seçkisindən" sonrakı cəza tədbirləri nəticəsində Ziyadoğullarının hakimiyyəti zəiflədi, Xəmsə məlikləri isə güclənməyə başladılar. Qarabağ torpaqları üçün belə bir ağır çağda Pənahəli bəy Cavanşir burada hakimiyyətini bərqərar edərək müstəqil Qarabağ xanlığının yaradılmasına nail oldu.
O, Qarabağın Sarıcalı kəndində anadan olmuşdu. Mirzə Camal yazır: "Mərhum Nadir şah Qarabağ, Gəncə, Tiflis və Şirvan vilayətlərini aldıqdan sonra, ellər və kəndlər arasında görüb tanıdığı hər bir şücaətli və işgüzar adamı yanına çağırıb, öz yaxın qulluqçuları sırasına alar və onu məvacib, ehtiram və mənsəb sahibi edərdi. О cümlədən ellər arasında Pənahəli bəy Sarıcalı Cavanşir adı ilə şöhrət tapmış, hər işdə fərqlənmiş, ad çıxarmış, müharibə və davada tay-tuşuna üstün gələn və xüsusilə mərhum Nadir Rum əhli qoşunları ilə etdiyi müharibələrdə (XVIII yüzilin 30-cu illərindəki İran-Türkiyə savaşı nəzərdə tutulur) şücaət göstərmiş Pənah xanı da öz yanına apardı", lakin Muğan qurultayından sonra Nadir onun hakimiyyətini qəbul etmək istəməyən qarabağlılara divan tutmağa, əhalini Əfqanıstan və Xorasana sürgün etməyə başlamışdı. Bu tədbirə etiraz etdiyinə görə Pənahəli bəyin qardaşı Fəzləli xan edam olunmuşdu. Bunu görən Pənahəli bəy "şah Xorasanda olduğu zaman, fürsət tapıb bir neçə qohumu və yaxın adamı ilə 1737–1738-ci illərdə Qarabağ vilayətinə qaçdı. Şah onun qaçmasından xəbər tutarkən onu yolda ələ keçirmək üçün ardınca çaparlar göndərdi, lakin mümkün olmadı. Azərbaycan sərdarına, Gəncə, Tiflis və Şirvan hakimlərinə qəti fərmanlar göndərdi ki, Pənah xanı harda tapsalar, tutub şahın hüzuruna göndərsinlər, şahın əmri ilə Pənah xanın ailəsini və qohum-qardaşını çox incidib cərimə etdilərsə də fayda vermədi".
Beləliklə, hələ Nadirin sağlığında Pənahəli bəy şah qulluğundan boyun qaçırıb müxalifətə keçmişdi. Nadir şahın ölümündən sonra Qarabağ torpaqlarında müstəqil dövlətin bütün göstəricilərini özündə birləşdirən Qarabağ xanlığı yarandı.
Gəncədən didərgin salınmış Ziyadoğullarının da geri qayıtması üçün yol açıldı. Gəncə xanlığının banisi II Şahverdi xan Ziyadoğlu oldu. O, 1747-ci ildə Gəncəyə gələrək burada hakimiyyətini qurdu. O, Gəncədəki İran qarnizonunu darmadağın etməkdə ona köməklik göstərmiş II İrakliyə 10 min tümən qızıl pul verəcəyini bildirmişdi. Ancaq sözünü yerinə yetirə bilmədi. Onun oğulları Məhəmməd Həsən xan (1760–1778) və sonra onun yerinə keçmiş Məhəmməd xan bu borcu ödəməkdən boyun qaçırmışdır.
Naxçıvan və İrəvan xanlıqları da siyasi həyatda müəyyən yer tuturdu.
Naxçıvan xanlığının əsasını Kəngərli boyunun başçısı Heydərqulu xan qoymuşdu. Nadir şah Naxçıvanın idarə olunmasına xüsusi diqqət yetirirdi. Burada idarə işləri hakim-e ölkə ve hakim-e tümənə tapşırılırdı. Şahın ölümündən sonra onun məmurları qovuldu və Naxçıvan müstəqil xanlıq elan edildi.
İrəvan xanlığı Ağrı düzənliyini, Göyçə gölü ətrafı və onunla Dərələyəz arasındakı torpaqları əhatə edirdi. Xanlığın banisi Mir Məhəmməd xan Qacar idi.
Beləliklə, XVIII yüzilliyin 40-cı illərində Azərbaycanın ictimai-siyasi həyatında böyük dəyişiklik baş verdi. İyirmiyədək müxtəlif xanlıq və onlardan asılı olan xırda inzibati-siyasi qurumlar yarandı. Bununla olduqca mürəkkəb, ziddiyyətli və faciəli bir dönüş başlandı. Bu dönüş 1828-ci ilədək sürdü.

Şimal Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğalı

1805-ci ildə Qacar İran hakimiyyəti ilə bağlanmış sülh müqaviləsinə əsasən paytaxtı Şuşa olmaqla Qarabağ, eləcə də Şəki və Şirvan xanlıqları Rusiyaya birləşdirildi. 1806–1813-cü illərdə Rusiya İmperiyasının hərbi təcavüzü nəticəsində Bakı xanlığı, Quba xanlığı, Gəncə xanlığı, Talış xanlığı, Dərbənd xanlığı Rusiya İmperiyasına daxil oldular. Nəhayət, 1827-ci ildə Rusiya Naxçıvan] və İrəvan xanlıqlarını işğal etdi.


İşğal olunmuş xanlıqların ərazisində özünün hakimiyyətini bərkidməyə çalışan Rusiya İmperiyası, ərazilərə Qacar İrandan və Osmanlı Türkiyəsindən köçən xristian erməniləri yerləşdirməyə başlamışdır. Bu siyasətin nəticəsində təkcə 1828-ci ildən 1830-cu ilədək təxminən 130 min erməni köçkünü (bunlardan 50 mini Qarabağ xanlığının ərazisində) Azərbaycan xanlıqlarının ərazilərində məskunlaşdırılmışdır.

Ədəbiyyat

  1. M. M. əl-Cari, Car salnaməsi, Bakı, 1997

  2. Əliyev, Fuad; Əliyev, Mirabdulla. Naxçıvan xanlığı (PDF). Bakı: Şərq-Qər. 2007


DİQQƏTİNİZ ÜÇÜN TƏŞƏKKÜRLƏR☺
Yüklə 51,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə