Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti SƏRBƏst iŞ



Yüklə 280,34 Kb.
səhifə1/2
tarix19.12.2023
ölçüsü280,34 Kb.
#150552
növüYazı
  1   2
erize ve izahat


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi


Azərbaycan Dövlət Pedaqoji Universiteti


SƏRBƏST İŞ

İxtisas : Riyaziyyat və informatika müəllimliyi


Kurs : I
Qrup : RİN2301B
Fənn : Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
Müəllim : Zeynalov Sərdar
Tələbə : Məmmədova Kübra
Bakı-2023
Mövzu : Ərizə və izahat məktubu hazırlamaq
Rəsmi və işgüzar sənədlərə əməli yazılar da deyilir.Əməli yazılara aid olan sənədlərin bəziləri – dövlər, yaxud hökumət təşkilatlarının tərtib etdiyi və xüsusi qaydada, yəni rəsmi şəxsin imzası, möhür və s. ilə təsdiq edilən sənədlər rəsmi sənədlər adlanır. Rəsmi sənədlər mühüm hüquqi məzmuna malik olur, tarixi əhəmiyyət daşıyır.Dövlət Konstitusiyası, qanunları, qərarları, fərmanları, hökumətin sərəncamları, nazirlərin əmrləri və s.ən mühüm rəsmi sənədlərdir.
Əməli yazıların bəziləri işgüzar sənədlər adlanır.Rəsmi sənədlərdən fərqli olaraq, işgüzar sənədlər xüsusi dövlət əhəmiyyati daşımır, ancaq bu və ya digər konkret məsələ ilə bağlı tərtib edilir.İşgüzar sənədlər nisbətən həcmcə kiçik olur, bəhs olunan məsələ barəsində daha konkret məlumat verilir, mütəxəssislər tərəfindən hazırlanmır, bəziləri şəxsin özü tərəfindən hazırlanır.İşgüzar sənədlərin bir qismi hazır formalar əsasında hazırlanır.Afişa, annotasiya, anons, akt,arayış, bildiriş, elan, ərizə, izahat, məktub, reklam, rəy, protokol, teleqram, tərcümeyi-hal və s.işgüzar sənədlərə aiddir.
Sənədlərdən müxtəlif idarəetmə məqsədləri üçün istifadə edilməsinə baxmayaraq bu sozün mənasının əhəmiyyəti daha genişdir:
1. Sənəd hər hansı faktların sübutudur.
2. Sənəd tarixi mənbədir.
3. Sənəd idarəetmə qərarlarının hazırlanması, qeydi və verilməsidir.
Bir sözlə, sənəd - informasiya daşıyıcısıdır. "Sənəd" sözünün rəsmi anlayişi dövlət standartında və digər normativ hiüquqi aktlarda verilir. Sənəd insan fikrindən yaranan məlumatların, hadisələrin, faktların hər hansı bir xüsusi materiallar üzərində qeyd olunmasına deyilir. Sənəd xüsusi materialda faktlar, hadisələr,obyektiv həqiqət halları və insanin təfəkkür fəaliyyəti haqqında məlumatı müxtəlif üsullarla möhkəmləndirib, daşiyan vasitədir. Sənəd sozü (ərəb sozündən götürülüb) sübut, dəlil deməkdir, başqa sözlə, bir şeyi, faktı təsdiq, bir şeyə olan hüququ sübut edən rəsmi kağızdır. Elə sənədlər vardir ki, onun bir vəziyyətdə əhəmiyyəti olsun, digər vəziyyətdə isə əhəmiyyəti olmasın. Məsələn, adi şəxsə göndərilmiş əl vasitəsi ilə yazilmış məktub əhəmiyyətsiz olsa da, məhkəmə prosesində bundan sübut kimi istifadə edilə bilər.
Müəssisə və təşkilatlarda sənədləşmələr qanuna və işgüzar yazışmalara dair təlimata, hüquqi aktlara əsasən aparılır. Bu sənədləşmə işində artıq təkrarlanmanın qarşısı alınır. Sənədlərin hazırlanması, sənəd dövriyyəsinin təşkili, məlumatın uçotu və axtarışı, sənədlərin icrası üzərində nəzarətin həyata keçirilməsi, onların işlərdə qruplaşdırılması məsələləri üçün vahid tələblər qoyulmuşdur. İdarəetmədə sənəd hüquqi münasibətlərin tənzimlənməsində əhəmiyyətli rol oynayır. Bunlar hüquq normaları ilə reqlamentləşdirilir. İdarəetmə sənədlərinin digər sahələrə aid olan sənədlərlə fərqləndirici cəhətləri bunlardır:
1. İdarəetmə sənədlərindəki məlumatların xüsusiyyətlərindən asılı olmayaraq onlardakı məlumatlar son nəticədə ictimai münasibətləri tənzimləyır (müəssisələr arasında, müəssisələr və onların işçiləri arasında, müəssisə və vətandaş-lar arasında münasibətləri və s.).
2. Başqa informasiya daşıyıcılarından fərqli olaraq idarəetmə sənədləri rəsmi mənbələrdən alınır; bunlar müəssisələrin, təşkilatların və vəzifəli şəxslərin səlahiyyətlərinə daxildir. Rəsmi idarəetmə sənədləri xüsusi blankda hazırlanmalı, imza və möhürlə təsdiq edilməlidir.
3. İdarəetmə sənədlərinin hazırlanması qaydaları, onların formaları, məzmununun xüsusiyyətləri və istifadə sahəsi hüquq normaları ilə reqlamentləşdirilir
Sənəd formaları müəyyən qaydada tərtib olunmuş, hüquq normasına cavab verən, özündə müəyyən məlumatı əks etdirən yazılardır. Sənəd növlərinin köməyilə idarə və təşkilatın bütün fəaliyyətini təhlil etmək olar. Bu ona görə mümkündür ki, idarə və təşkilatların bütün fəaliyyətləri sənədlərdə əks olunur. Sənədləşmə prosesi sənədləşmə prinsiplərini özündə birləşdirir və bunlar aşağıdakılardan ibarətdir:

1. Məqsədəuyğunluq prinsipi - lazım gəlməyən sənədlərdən idarəetmədə istifadə edilməməsi.


2. Etibarlılıq prinsipi - hər bir sənədin obyektiv informasiyalar, göstəricilər, faktlar əsasında tərtib edilməsi.
3. Kifayətlilik prinsipi - sənəddə məlumatların tərkibi və həcminin qənaətbəxş olması, idarəetmə obyekti haqqında fıkir yürütmək, zəruri olduqda sənədlər vasitəsilə ona təsir etmək üçün kifayətləndirici olması.
4. Sistemlilik prinsipi - sənədlərin hazırlanmasında vahid sistemli tələblərə əməl olunması.
5. Çeviklik prinsipi - qabaqcadan təyin olunmuş yollarla və əks əlaqə formala-rında sənədlərin ləngimədən, konkret müəyyən olmuş vaxtlarda çevik icraya yönəl-dilməsi.
Hüquqi və mülki işlərin geniş yayılmış kargüzarlıq sənədlərindən biri ərizədir. “Ərizə” sözü ərəbcə “ərz” sözündəndir. Ərizənin mahiyyəti – Ərizənin hüquqi sənəd kimi mahiyyətcə şərhi aşağıdakı kimidir. Şəxsin (bir neçə şəxsin) idarəyə və yaxud vəzifəli şəxsə rəsmi müraciəti. Şikayətdən fərqli olaraq, vətəndaşın hüquqlarının və qanuni mənafeyinin pozulması ilə əlaqədar olmur və həmin pozulmanın aradan qaldırılması tələbi deyildir. Ərizə ilk növbədə, vətəndaşın hüququnun, yaxud qanuni mənafeyinin həyata keçirilməsi (məsələn, işə qəbul haqda ərizə, öz xahişi ilə işdən çıxmaq haqqında ərizə, mənzil verilməsi haqqında ərizə) üçün və müəssisələrin işini yaxşılaşdırmaq haqqında təkliflər irəli sürmək üçün verilir.
Ərizə yazılı və şifahi verilir. Şifahi ərizə xüsusi jurnala qeyd edilir və sonradan yazılı ərizələrlə (onlar da qeydə alınmalıdır) eyni əsaslarla baxılır. Ərizədə qaldırılmış məsələ həmin idarənin səlahiyyətinə aid olmadıqda ərizə müvafiq səlahiyyətli orqana göndərilir və bu, ərizəçiyə bildirilir. Ərizənin xarakterindən asılı olaraq bəzən müxtəlif hüquqi aktlardan, cinayət məcəlləsinin və mülki məcəllənin maddələrindən istifadə etmək lazım gəlir. Adətən belə ərizələri vəkillərə yazdırırlar.
Ərizənin məzmunu - Ərizə məzmunca iki cür olur:
1) şikayət ərizəsi;
2) xahiş ərizəsi.
Ərizənin forması – Ərizə vərəqin sol tərəfindən 4 -5 sm buraxılmaqla ortadan başlanır. İlk cümlədə müraciət olunan şəxsin vəzifəsi, titulu, adının və atasının adının baş hərfləri və soyadı yazılır. Ondan sonra ərizə verən öz kimliyini, (vəzifəsini) adını, atasının adını və soyadını bütövlükdə yazır. Bundan sonra isə vərəqin ortasında “ƏRİZƏ” sözünü yazır. Abzasdan ərizənin məzmunu başlanır. Ərizəçi öz mətləbini bildirdikdən sonra aşağıda imza edir və sonda aşağıda ayın tarixini göstərilir.
Ərizənin dil xüsusiyyətləri. Ərizə dövlət dilində yazılır. Ərizə düşünülmüş şəkildə yazılmalı, fikir aydın olmalıdır. Ərizəçi öz istəyini anlaşıqlı şəkildə bildirməlidir. Müasir ərizələrdə heç bir yaltaqlıq ifadə edən, şikayət etdiyi adamın şəxsiyyətini təhqir edən söz və ifadəyə yol vermək olmaz. Habelə müraciət etdiyi vəzifəli şəxs üçün “alicənab, əlahəzrət” və s. kimi sözlər işlətmək də lüzumsuzdur.

Sahil Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Məmmədov Vəli Sahil oğluna


Şirkətin kadrlar şöbəsində kiçik mütəxəssis

vəzifəsində çalışan Rzayeva Gülnar Rasim



qızı tərəfindən



Yüklə 280,34 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə