Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti SƏRBƏst iŞ



Yüklə 280,34 Kb.
səhifə2/2
tarix19.12.2023
ölçüsü280,34 Kb.
#150552
növüYazı
1   2
erize ve izahat

Ə R İ Z Ə
Sizdən xahiş edirəm ki, mənə 18.11.2023 tarixdən 11.01.2024 tarixinədək universitetdə verəcəyim semestr imtahanları ilə əlaqədar olaraq təhsil məzuniyyətinə çıxmağıma sərəncam verəsiniz.

“15” noyabr 2023 -cü il.


İmza: _______________________/Rzayeva Gülnar

İzahat” isə “izah” sözünün cəm formasıdır və bir işi, məsələni, hadisəni “açıqlama”, “məlumat vermə” anlamında işlədilir. Baş vermiş hər hansı bir hadisəni açıqlamaq, aydınlıq gətirmək, ətraflı şəkildə anlatmaq üçün izahat tələb olunur.İzahat müdiriyyətin, vəzifəli şəxsin tələbi əsasında qısa və ya ətraflı, yazılı və ya şifahi ola bilər.Bəzən izahatın yazılı formasına izahatnamə də deyilir, ancaq ən çox izahat şəklində işlədilir.


İzahat yazan düşünərək, öz fikrini düzgün və məntiqi ardıcılıqla verməlidir. Bundan əlavə, izahatın yazılma qaydalarına da əməl edilməli, məlumatlar tam və doğru bir şəkildə yazılmalıdır.
Vərəqin sol tərəfində 5-6 sm yer buraxmaqla izahatın ünvanlandığı şəxsin vəzifəsi, adı və soyadı göstərilir. Yeni sətirdən abzasdan izahat verənin kimliyi, adı və soyadı qeyd olunur. Yenidən abzasdan vərəqin ortasında böyük hərflərlə “İzahat” sözü yazılır. 2 sm yer buraxmaqla sətirbaşından iş, hadisə haqqında ətraflı açıqlama verilir. Sonda izahat verən imzasını qoyur, altından isə tarixi qeyd edir.
İzahatın forması ərizəyə oxşayır. Hər ikisinin başlığının eyni olması, sonunda imza və tarix göstərilməsi onların oxşarlığını bildirir. Ərizə ilə izahatın fərqi onların məzmunundadır. Belə ki, ərizə xahiş və ya şikayət məqsədi ilə yazıldığı halda, izahat hər hansı bir hadisə və məsələni aydınlaşdırmaq üçün tərtib edilir. Ərizə bir və ya bir neçə şəxsin şikayət və ya arzularından doğan xahişlərini rəsmi və səlahiyyətli təşkilat və ya şəxslərə göndərilən (təqdim edilən) aktiv işlənmə səviyyəsinə malik yazı nümunəsidir.



Yüklə 280,34 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə