Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri cənab Ağa-Bala Hacıyevə



Yüklə 6,57 Kb.
tarix08.07.2018
ölçüsü6,57 Kb.



Azərbaycan Respublikası

Nazirlər Kabineti Aparatının rəhbəri
cənab Ağa-Bala Hacıyevə

04 mart 2016-cı il tarixli

17/PA-368-13 nömrəli dərkənara
Hörmətli Ağa-Bala müəllim,
Azərbaycan Respublikası “Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin müraciətinə Səhiyyə Nazirliyində baxılmışdır.

Bildiririk ki, Çernobıl AES-də baş vermiş qəza nəticəsində radiasiyanın təsirinə məruz qalmış şəxslər, onların qəzadan sonra doğulmuş övladları və həlak olanların ailə üzvləri Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada dövlət tibb müəssisələrində pulsuz ixtisaslı tibbi xidmətlə, həmçinin dərman preparatları ilə təmin olunurlar.

2013-cü ilin mart ayında qəbul olunmuş “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu Çernobıl əlillərinin övladlarına tibbi nəzarətin artırılması, müayinəsi, xəstəliklərin erkən aşkarlanması və müalicəsi üçün geniş imkan yaratmışdır.

Bununla yanaşı, Çernobıl faciəsinin 30-cu ildönümü ilə əlaqədar qəza nəticəsində radiasiyanın təsirinə məruz qalmış şəxslərə, onların qəzadan sonra doğulmuş övladlarına və həlak olanların ailə üzvlərinə tibbi xidmətin aparılmasının daimi nəzarətdə saxlanılması barədə Səhiyyə Nazirliyinin tibb müəssisələrinə müvafiq tapşırıqlar verilmişdir.




Hörmətlə,

Nazir Oqtay Şirəliyev
: storage -> uploads -> msk -> prodoc -> word templates
uploads -> This product is made possible through the generous support of
uploads -> This product is made possible through the generous support of
uploads -> This product is made possible through the generous support of
uploads -> Mətnlər üzrə işləyirdilər: Şalva Tabatadze, Natiya Qorqadze, Elene Cacanidze, İrine Şubitidze, Tamar Antadze, Maya İnasaridze. Redaktor
uploads -> This product is made possible through the generous support of
uploads -> This product is made possible through the generous support of
word templates -> Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Bahar xanım Muradovaya
word templates -> Azərbaycan Respublikası “Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri
word templates -> Şöbəsinin müdir müavini cənab Məhərrəm Əhmədova
word templates -> Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə