BÜDCƏ SİSTEMİ HAQQINDA AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
2003-cü il 13 may tarixli 452-IIQD nömrəli, 2004-cü il 3 dekabr tarixli
791-IIQD nömrəli, 2005-ci il 5 aprel tarixli 876-IIQD nömrəli, 2005-ci il 23
dekabr tarixli 36-IIIQD nömrəli və 2007-ci il 30 noyabr tarixli 488-IIIQD
nömrəli Azərbaycan Respublikası Qanunlarına əsasən edilmiş əlavə və
dəyişikliklər nəzərə alınmaqla
I fəsil
ÜMUMİ MÜDDƏALAR
Bu Qanun Azərbaycan Respublikasında büdcə sisteminin təşkilinin, büdcələrin
tərtibi, təsdiqi, icrası və onların icrasına nəzarətin təşkilati, hüquqi və iqtisadi
əsaslarını, habelə dövlət büdcəsi ilə büdcədənkənar dövlət fondlarının, yerli
büdcələrin qarşılıqlı əlaqələrinin əsas prinsiplərini müəyyən edir.
Maddə 1.
Qanunda istifadə olunan əsas anlayışlar
1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur:
1.1.1. büdcə - Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti və
özünüidarəetmə orqanları vasitəsi ilə dövlətə və bələdiyyələrə məxsus
vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin
yığılması və istifadə olunması üçün əsas maliyyə sənədi;
1.1.2. büdcə təsnifatı - dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının
büdcəsinin, yerli büdcələrin və büdcədənkənar dövlət fondlarının
gəlirlərinin, xərclərinin və maliyyələşmə mənbələrinin funksional,
iqtisadi, inzibati və digər prinsiplər əsasında qruplaşdırılması;
1.1.3. büdcə ili - yanvar ayının 1-dən dekabr ayının 31-dək olan bir illik dövr;
1.1.4. təsdiq olunan büdcə ayırmaları - qanunvericiliklə təsdiq olunan və
dövlət büdcəsində, Naxçıvan Muxtar Respublikasının büdcəsində və
yerli büdcələrdə maddələr üzrə xərclənə biləcək vəsaitin yuxarı həddi;
1.1.5. büdcədənkənar dövlət fondları - qanunvericiliyə uyğun olaraq dövlət
tərəfindən hüquqi şəxs qismində təsis edilmiş və dövlət büdcəsindən
kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondları;
1.1.6. büdcədənkənar əməliyyatlar - müvafiq icra hakimiyyəti orqanlarının
və büdcə təşkilatlarının qanunvericiliklə müəyyən edilmiş qaydada
dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən
kənarda əldə etdikləri gəlirləri və həyata keçirdikləri xərcləri üzrə
maliyyə əməliyyatları;
1.1.7. icmal büdcə - dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının
büdcəsinin (büdcədənkənar əməliyyatlar da daxil olmaqla) və
büdcədənkənar dövlət fondlarının gəlir və xərclərini funksional və
iqtisadi təsnifata uyğun paraqraflar səviyyəsində əks etdirən maliyyə
sənədi;
1.1.8. büdcə kəsiri (defisit) - büdcə xərclərinin gəlirlərlə təmin olunmayan
məbləği;
1.1.9. büdcə artıqlığı (profisit) - büdcə gəlirlərinin büdcə xərclərindən artıq
olan məbləği;
1.1.10. dövlət büdcəsinin kassa icrası - büdcə gəlirlərinin büdcəyə
daxilolmasını və xərclərinin büdcə təsnifatına uyğun olaraq
xəzinədarlıq vasitəsi ilə ünvanlı istifadəsini təmin edən icra mexanizmi;
1.1.11. büdcə gəlirləri - Azərbaycan Respublikasının, Naxçıvan Muxtar
Respublikasının və yerli özünüidarəetmə orqanlarının müvafiq
qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada dövlət büdcəsinə,
Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə daxil
olan vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalar;
1.1.12. büdcə xərcləri - büdcə təsnifatına uyğun olaraq dövlət büdcəsindən,
Naxçıvan Muxtar Respublikasının büdcəsindən və yerli büdcələrdən
qanunvericiliklə nəzərdə tutulan tələbatı ödəmək üçün ayrılan vəsait;
1.1.12-1. mərkəzləşdirilmiş gəlir - dövlət büdcəsində müəyyən
edilən normativlərə
uyğun
olaraq
dövlət
büdcəsi
gəlirlərindən yerli gəlirlər çıxıldıqdan sonra formalaşan
gəlir;
1.1.12-2. mərkəzləşdirilmiş xərc - büdcə təsnifatına uyğun olaraq
dövlət büdcəsində nəzərdə tutulan müvafiq orqanların
fəaliyyətinin və tədbirlərin maliyyələşdirilməsi ilə bağlı
xərclər;
1.1.12-3. yerli gəlir - dövlət büdcəsində müəyyən edilən normativlər
əsasında formalaşan ayrı-ayrı şəhər və rayonlar üzrə gəlir;
1.1.12-4.
yerli
xərc
-
büdcə
təsnifatına
uyğun
olaraq
maliyyələşdirilməsi yerli gəlirlər və mərkəzləşdirilmiş
gəlirlərdən ayrılan vəsait hesabına həyata keçirilən
xərclər;
1.1.13. büdcə ssudaları - dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən
Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə və
hüquqi
şəxslərə,
yerli
büdcələrdən
bələdiyyə
təşkilatlarına
qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətə verilən maliyyə
vəsaiti;
1.1.14. dotasiya - dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının
büdcəsinə və yerli büdcələrə onların gəlir və xərclərini tənzimləmək
məqsədi ilə əvəzsiz verilən maliyyə vəsaiti;
1.1.15. qrant - daxili və xarici mənbələr hesabına əvəzsiz verilən məqsədli
maliyyə yardımı;
1.1.16. subvensiya - məqsədli maliyyələşdirmənin həyata keçirilməsi üçün
dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və
yerli büdcələrə verilən, lakin həmin məqsəd üçün və ya müəyyən
edilmiş müddətdə istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsaiti;
1.1.17. subsidiya - dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının
büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə
vəsaiti;
1.1.18. məqsədli büdcə fondları - dövlət büdcəsi, Naxçıvan Muxtar
Respublikasının büdcəsi və yerli büdcələrin tərkibində konkret
tədbirlərin həyata keçirilməsi üçün formalaşan və istifadə edilən pul
vəsaiti;
1.1.19. sekvestr - dövlət büdcəsi, Naxçıvan Muxtar Respublikasının büdcəsi
və yerli büdcələrin , həmçinin dövlət büdcəsinin kəsirinin (defisitin)
maliyyələşmə mənbələri üzrə daxilolmalar yerinə yetirilmədikdə,
müdafiə olunmuş xərc maddələri istisna olmaqla, büdcə ilinin qalan
ayları üzrə xərclərin müəyyən olunmuş qaydada ixtisarı;