Azərbaycan Respublikası Prezidentinin 2016-cı IL 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
tarix17.09.2018
ölçüsü0,62 Mb.
#69103


  

Azərbaycan Respublikası Prezidentinin

 

2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə



 

TƏSDİQ EDİLMİŞDİR

 

Əlavə 2


 

 

 

 

 

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka 

kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası

[21]

 

 

 

1. Ümumi müddəa

[22]

 

 

 

Bu  Qayda Azərbaycan  Respublikası  İpoteka  və  Kredit  Zəmanət  Fondunun  (bundan  sonra  – 



Fond) vəsaiti  hesabına  ipoteka  kreditinin,  o  cümlədən  güzəştli  ipoteka  kreditinin  (bundan 

sonra – ipoteka krediti) verilməsinə dair tələbləri, ipoteka kreditinin verilməsi prosedurunu, 

ipoteka  krediti  üzrə  hüquqların  əldə  olunmasını  və  geri  alınmasını,  habelə  ipoteka 

kreditləşməsi ilə bağlı digər məsələləri müəyyən edir.



[23]

 

 



 

2. Əsas anlayışlar

 

 



 

2.0. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

 

2.0.1.  ipoteka  krediti  -  yaşayış  sahəsi  almaq  üçün  müvəkkil  bankın  verdiyi  və  həmin 



yaşayış sahəsinin ipotekası ilə təmin edilən borc;

 

2.0.2.  müvəkkil  bank  -  ipoteka  krediti  üzrə  tələb  hüquqlarının  əldə  edilməsinə  və 



bununla bağlı yaranan digər münasibətlərin tənzimlənməsinə dair Fond ilə müvafiq müqavilə 

bağlamış bank;

 

2.0.3.  baş  saziş  -  ipoteka  krediti  üzrə  tələb  hüquqlarının  əldə  edilməsi  qaydalarını  və 



bununla bağlı yaranan münasibətləri tənzimləyən Fond ilə müvəkkil bank arasında bağlanan 

razılaşma;

 

2.0.4.  xidmət  müqaviləsi  - Fond tərəfindən  tələb  hüquqları  əldə  olunmuş  ipoteka 



kreditinə xidmət göstərilməsinə dair Fond ilə müvəkkil bank arasında bağlanan müqavilə;

 

2.0.5.  borcalan  -  müvəkkil  bankdan  ipoteka  krediti  almış  Azərbaycan  Respublikası 



vətəndaşı;

 

2.0.6.  ipoteka  kreditinin  ilkin  maliyyələşdirilməsi  - Fondun müəyyən  etdiyi  şərtlərlə 



müvəkkil bankın verdiyi ipoteka kreditinin qabaqcadan maliyyələşdirilməsi;

 

2.0.7. ipoteka kreditinin yenidən maliyyələşdirilməsi - müvəkkil bankın verdiyi ipoteka 



krediti üzrə tələb hüquqlarının ipoteka kağızının tərtib olunması yolu ilə Fond tərəfindən əldə 

olunması;

 

2.0.8. Fondun kotirovka  dərəcəsi  - Fond tərəfindən  tələb  hüquqları  əldə  olunan  ipoteka 



kreditinin yenidən maliyyələşdirilməsi üzrə illik faiz dərəcəsi.

 

 



 

3. İpoteka kreditinin verilməsinə dair tələblər

 



 

 

3.1. Fondun vəsaiti hesabına verilən ipoteka krediti aşağıdakı tələblərə cavab verməlidir:



 

3.1.1. kredit Azərbaycan manatı ilə verilməlidir;

 

3.1.2. kredit Azərbaycan Respublikasının vətəndaşına verilməlidir;



 

3.1.3. kredit 3 ildən 25 ilədək, güzəştli ipoteka krediti isə 30 ilədək müddətə verilməlidir;

 

3.1.4.  kredit,  üzərində  mülkiyyət  hüququ  dövlət  qeydiyyatına,  o  cümlədən  qabaqcadan 



qeydiyyata alınmış yaşayış sahəsinin alınmasına verilməlidir;

[24]

 

3.1.5. güzəştli ipoteka krediti, yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti güzəştli 



ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin 

digər şəhər və rayon ərazilərində orta bazar qiymətindən artıq olmayan yaşayış sahələrinin alınmasına 

verilməlidir;

[25]

 

3.1.6.  kreditin,  o  cümlədən  güzəştli  ipoteka  kreditinin  maksimal  məbləği  ölkədaxili 



sosial-iqtisadi  vəziyyətin  təhlili  əsasında Fondun Himayəçilik  Şurası tərəfindən  müəyyən 

edilir (maksimal  məbləğ  Azərbaycan  Respublikası  Vergi  Məcəlləsinin  220.8.1-ci  maddəsinə 

uyğun  olaraq,  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  müəyyən  etdiyi  Bakı  şəhəri 

üzrə  7-ci  zonada  yerləşən,  sahəsi  100  kvadratmetr  olan  təmirli  yaşayış  sahəsinin  1 

kvadratmetrinin orta bazar qiyməti ilə hesablanmış dəyərindən artıq olmamalıdır);

 [26]

 

3.1.7. 



kredit, 

cümlədən 



güzəştli 

ipoteka 


krediti 

üzrə 


illik 

faiz 


dərəcələri Fondun Himayəçilik Şurası tərəfindən müəyyən olunur;

 

3.1.8. güzəştli ipoteka kreditinin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış 



sahəsinin qiymətinin 90 faizindən, güzəştli ipotekaya aid olmayan kreditin məbləği isə 85 faizindən çox 

olmamalıdır.

[27]

 

3.1.9.  güzəştli  ipotekaya  aid  olmayan  kreditin  məbləği  kreditin  verildiyi  tarixə  ipoteka 



ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 85 faizindən çox və 75 faizindən az olmamalıdır 

(ipoteka kreditinin məbləğinin 75 faizdən az olması barədə borcalanın rəsmi müraciət etdiyi 

hallar istisna olmaqla);

 [28]

 

3.1.10.  ipoteka  krediti  üzrə  ödəniləcək  aylıq  məbləğ  borcalanın  (borcalanların)  aylıq 



məcmu gəlirinin 70 faizindən çox olmamalıdır;

 

3.1.11. kreditin son ödəniş tarixinə  borcalanın yaşı qanunla  müəyyən olunmuş pensiya 



yaşı həddindən çox olmamalıdır;

 

3.1.12. kredit yaşayış sahəsinin ipotekası ilə təmin olunmalıdır;



 

3.1.13.  ipoteka  ilə  yüklü  edilən  yaşayış  sahəsini  müstəqil  qiymətləndirici 

qiymətləndirməlidir;

 

3.1.14.  ipotekasaxlayanın  hüquqları  qanunla  müəyyən  edilmiş  qaydada  dövlət 



qeydiyyatına alınmalıdır;

 

3.1.15.  kredit  üzrə  əsas  borc  və  hesablanmış  faizlər  hər  ay  bərabər  hissələrlə  (annuitet 



ödənişlər) ödənilməlidir;

 

3.1.16.  borcalan  ölüm  və  əmək  qabiliyyətinin  itirilməsi  hallarından,  ipoteka  ilə  yüklü 



edilmiş  yaşayış  sahəsi  isə  bazar  qiyməti  əsas  götürülərək,  ipoteka  ilə  təmin  edilən  kreditin 

həcmindən az olmamaq şərtilə, sığortalanmalıdır.

 

3.2. Aşağıdakı şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdirlər:



 


3.2.1. gənc ailənin üzvü olan aşağıdakı şəxslər:

 

1. şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);



 

2. Milli Qəhrəman (özü, əri/arvadı, övladları);

 

3. məcburi köçkün və ya ona bərabər tutulan şəxs;



 

4.  ən  azı  3  il  dövlət  qulluğunda  qulluq  edən,  o  cümlədən  dövlət  qulluğunun  xüsusi 

növündə xidmət keçən şəxs;

 

5. ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;



 

6. fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;

 

7. idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, 



ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III 

yer);


 

3.2.2. elmlər doktoru elmi dərəcəsi olan şəxs;

 

3.2.3. ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə 

xidmət keçən şəxs;

[29]

 

3.2.4.  ən  azı  3  il  hərbi  xidmətdə  olan  (müddətli  həqiqi  hərbi  xidmətdə  olan  hərbi 



qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının 

hərbi  qulluqçuları  (“Hərbi  vəzifə  və  hərbi  xidmət  haqqında”  Azərbaycan  Respublikası 

Qanununun  41.0.6-cı,  41.0.7-ci,  41.0.8-ci,  41.0.10-cu,  42.0.3-cü,  42.0.4-cü  və  42.0.5-ci 

maddələrində  nəzərdə  tutulan  hallarda  ehtiyata  və ya  istefaya  buraxılmış  hərbi  qulluqçular 

istisna olmaqla);

 

3.2.5. ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs;



 

3.2.6. ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər.

[30]

 

3.3.  Güzəştli  ipoteka  kreditindən  istifadə  etmək  hüququ  olan  ailə  və  ya  şəxs  bu 



hüquqdan yalnız bir dəfə istifadə edə bilər.

 

3.4.  Güzəştli  ipoteka  krediti  dövlət  büdcəsindən  ayrılan  vəsait  hesabına,  habelə  dövlət 



zəmanətli  istiqrazların  emissiyasından  əldə  olunan  vəsaitin  güzəştli  ipoteka  kreditinə 

yönəldilən hissəsi hesabına verilir. Dövlət büdcəsindən ayrılan vəsait yalnız güzəştli ipoteka 

kreditinin maliyyələşdirilməsinə yönəldilir.

 

3.5. Fond müvəkkil  banklardan  ipoteka  kreditini  kotirovka  dərəcəsi  ilə  alır.  Kotirovka 



dərəcəsi Fondun Himayəçilik Şurası tərəfindən kredit, o cümlədən güzəştli ipoteka krediti üzrə 

müəyyən olunan illik faiz dərəcələrinin 70 faizi səviyyəsində müəyyənləşdirilir.



 [31]

 

3.6. Kotirovka dərəcəsi barədə məlumatı Fond müvəkkil banklara yazılı olaraq göndərir, 



öz rəsmi saytında yerləşdirir və kütləvi informasiya vasitələrində dərc etdirir.

 

3.7. Fond hər bir müvəkkil bankdan alınacaq ipoteka kreditinin həcminə limit tətbiq edir. 



Limitin müəyyənləşdirilməsi qaydasını Fondun Himayəçilik Şurası təsdiq edir.

 

 



 

4. İpoteka kreditinin verilməsi proseduru

 

 



 

4.1. Fondun vəsaiti  hesabına  ipoteka  kreditini,  bu  Qaydanın  3-cü  hissəsində  müəyyən 

edilmiş tələblərə müvafiq olaraq, müvəkkil banklar verir.

 



4.2. İpoteka kreditinin verilməsi “Elektron hökumət” portalında olan “Elektron ipoteka” 

sistemi (bundan sonra – elektron sistem) vasitəsilə həyata keçirilir.

 

4.3.  İpoteka  kreditinin  verilməsi  üçün  ipoteka  krediti  almaq  istəyən  şəxs  tərəfindən 



birbaşa və ya onun müraciət etdiyi müvəkkil bank tərəfindən həmin şəxsin adından elektron 

sistem  vasitəsilə  müraciət  edilir.  Müraciətlər  növbəlik  əsasında  qeydiyyata  alınır  və  baxılır. 

Müraciət etmiş şəxsə qeydiyyat nömrəsi elektron sistem vasitəsilə verilir.

 

4.4. İpoteka krediti aşağıdakı sənədlər əsasında verilir:



 

4.4.1. şəxsin şəxsiyyətini təsdiq edən sənəd və sənədin surəti;

 

4.4.2. nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti;



 

4.4.3. şəxsin yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum 

haqqında şəhadətnamələri və həmin sənədlərin surəti;

 

4.4.4. şəxsin iş yerini və gəlirlərini təsdiq edən sənədlər;



 

4.4.5. şəxs fərdi sahibkar olduqda:

 

1. sahibkarın vergi orqanlarında qeydiyyatdan keçdiyi barədə şəhadətnamənin surəti;



 

2.  vergi  orqanları  tərəfindən  qəbul  olunmuş  gəlir  vergisi  və  ya  sadələşdirilmiş  vergi 

bəyannaməsi;

 

4.4.6.  şəxsin  güzəştli  kateqoriyaya  aid  olduğunu  təsdiq  edən  sənəd  (şəxs  güzəştli 



kateqoriyaya aid olduqda).

 

4.5.  Bu  Qaydanın  4.4-cü  bəndində  nəzərdə  tutulmuş  hər  hansı  sənədin  elektron  sistem 



vasitəsilə  alınması  mümkün  olmadıqda,  ipoteka  krediti  almaq  istəyən  şəxs  həmin  sənədi 

müvəkkil banka təqdim etməlidir. Müvəkkil bank təqdim olunmuş sənədi elektron sistemdə 

həmin gün yerləşdirməlidir.

 

4.6.  Müvəkkil  bank  elektron  sistem  vasitəsilə  əldə  olunan  sənədlər  və  həmin  sistem 



vasitəsilə  əldə  edilməsi  mümkün  olmadığı  üçün  şəxsin  təqdim  etdiyi  sənədlər  əsasında  3  iş 

günü  müddətində  ipoteka  krediti  almaq  istəyən  şəxsə  ipoteka  kreditinin  verilməsinə  dair 

ilkin  razılıq  və  ya  əsaslandırılmış  imtina  barədə  qərar  qəbul  etməlidir.  Həmin  qərar  qəbul 

edildiyi  gün,  ipoteka  krediti  almaq  istəyən  şəxsə  bildirilməklə,  elektron  sistemdə 

yerləşdirilməlidir.

 

4.7.  İpoteka  krediti  almaq  istəyən  şəxs,  müvəkkil  bank  tərəfindən  kreditin  verilməsinə 



dair ilkin razılıq qərarı elektron sistemdə yerləşdirildiyi gündən 45 gün müddətində ipoteka 

krediti  hesabına  almaq  istədiyi  yaşayış  sahəsini  müəyyənləşdirməklə,  müvəkkil  edilmiş 

istənilən  qiymətləndirici  tərəfindən  həmin  yaşayış  sahəsinin  qiymətləndirilməsini 

aparmalıdır. Qiymətləndirici ipoteka krediti almaq istəyən şəxsin müraciət etdiyi gündən 3 iş 

günü  müddətində  qiymətləndirməni  apararaq,  qiymətləndirmə  aktını  müraciət  edən  şəxsə 

təqdim etməli və elektron sistemdə yerləşdirməlidir.

 

4.8. Qiymətləndirmə aktı elektron sistemdə yerləşdirildikdən sonra müvəkkil bank 5 iş 



günü müddətində kreditin verilməsinə dair qərar (razılıq və ya əsaslandırılmış imtina) qəbul 

etməlidir. Həmin qərar qəbul edildiyi gün, ipoteka krediti almaq istəyən şəxsə bildirilməklə, 

elektron sistemdə yerləşdirilməlidir.

 



4.9.  Müvəkkil  bank  tərəfindən  ipoteka  kreditinin  verilməsinə  razılıq  barədə  qərar 

elektron  sistemdə  yerləşdirildiyi  gündən  10  iş  günü  müddətində  ipoteka  kreditinin 

rəsmiləşdirilməsi və kreditin verilməsi həyata keçirilir.

 

4.10.  İpoteka  kreditinin  verilməsi  zamanı  bu  Qaydanın  4.7-ci  və  4.9-cu  bəndlərində 



nəzərdə  tutulmuş  müddətlərə  ipoteka  krediti  almaq  istəyən  şəxs  tərəfindən  riayət 

edilmədikdə  (qiymətləndirici  tərəfindən  bu  Qaydanın  4.7-ci  bəndinin  ikinci  cümləsində 

nəzərdə  tutulmuş  müddətin  ötürülməsi  istisna  olmaqla),  ipoteka  kreditinin  verilməsindən 

elektron sistem vasitəsilə avtomatik şəkildə imtina edilir.

 

4.11.  Bu  Qaydada  nəzərdə  tutulmamış  əsaslara  görə  ipoteka  kreditinin  verilməsindən 



imtina edilə bilməz.

 

4.12. İpoteka kreditinin verilməsindən imtina edilmiş şəxsin ipoteka krediti almaq üçün 



təkrar müraciət etmək hüququ vardır.

 

 



 

5. İpoteka krediti üzrə hüquqların əldə olunması

 

 



 

5.1.  İpoteka  kreditinin  maliyyələşdirilməsi  və  onlara  xidmət Fond və  müvəkkil  bank 

arasında bağlanan baş saziş və xidmət müqaviləsi əsasında həyata keçirilir.

 

5.2.  Müvəkkil  bank  verilmiş  ipoteka  kreditinin  ilkin  və  yenidən  maliyyələşdirilməsi 



üçün Fonda müraciət edir və tələb olunan sənədlərin surətlərini Fonda təqdim edir.

 

5.3.  İpoteka  kreditinin  ilkin  və  yenidən  maliyyələşdirilməsi  qaydasını,  o  cümlədən 



təqdim edilməli sənədlərin siyahısını Fondun Himayəçilik Şurası müəyyən edir.

 

5.4. Fond ipoteka  kreditinin  bu  Qayda  ilə  müəyyən  edilmiş  tələblərə  uyğunluğunu 



yoxlayır  və  müvəkkil  banka  ilkin  maliyyələşdirmə  üzrə  qərarını  3  iş  günü,  yenidən 

maliyyələşdirmə üzrə qərarını isə 10 iş günü müddətində bildirir.

 

5.5. Fond ipoteka  krediti  üzrə  hüquqların  əldə  edilməsinə  razılığını  bildirdiyi  təqdirdə, 



müvəkkil bank kredit sənədlərinin əsli ilə Fondun tanış olmasını təmin edir.

 

5.6.  Yenidən  maliyyələşdirilməsinə  razılıq  verilmiş  ipoteka  krediti,  ipoteka  kağızının 



üzərində 

qanunla 


müəyyən 

olunmuş 


qaydada 

indossamentlə 

verilmə 

qeydi 


aparılaraq, Fonda ötürülür.

 

5.7. Fond ipoteka 



kreditini 

ipoteka 


kağızında 

göstərilən 

qiymətlə 

yenidən 


maliyyələşdirir.

 

5.8.  Müvəkkil  bank Fond tərəfindən  əldə  edilmiş  ipoteka  kreditini  bu  Qaydanın  6-cı 



hissəsində müəyyənləşdirilmiş qaydada geri almaq öhdəliyi götürür.

 

5.9.  Tərəflər  arasında  imzalanmış  sənədlər  əsasında  yaranmış  hüquqlar  dövlət 



qeydiyyatına alındıqdan sonra müvəkkil bank baş sazişdə müəyyən olunan sənədləri təhvil-

təslim aktı ilə Fonda təhvil verir.

 

5.10. Fond ilə müvəkkil bank arasında bağlanan müqavilələrin təsdiq edilməsi və ipoteka 



saxlayanın hüquqlarının əlavə dövlət qeydiyyatına alınması ilə bağlı xərcləri müvəkkil bank 

ödəyir.


 

5.11. 


Müvəkkil 

bankların Fond qarşısında 

öhdəliyi 

onların 


borcalanlarla 

münasibətlərindən  asılı  deyildir.  Borcalanların  müvəkkil  banklar  qarşısında  öhdəliklərini 




yerinə  yetirib-yetirməməsindən  asılı  olmayaraq,  müvəkkil  bank Fond qarşısında  öz 

öhdəliklərini yerinə yetirməlidir.

 

 

 



6. Müvəkkil bank tərəfindən ipoteka kreditinin geri alınması

 

 



 

6.1.  Aşağıdakı  hallarda Fond müvəkkil  banka  bildiriş  göndərərək  kredit  üzrə  tələb 

hüququnun geri alınmasını tələb edir:

 

6.1.1.  borcalan  ipoteka  krediti  üzrə  borcu  (əsas  borc  və  faizləri)  vaxtında  və  ya  tam 



həcmdə ödəməyi 90 gün gecikdirdikdə;

 

6.1.2. qəbul edilmiş sənədlərin bu Qaydaya uyğun olmadığı müəyyənləşdirildikdə.



 

6.2. Bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş bildirişə geri alınmalı ipoteka krediti 

barədə məlumat əlavə edilir.

 

6.3.  İpoteka  kreditinin  geri  alınması  zamanı  təhvil-təslim  aktına  əsasən  sənədlərin  əsli 



müvəkkil banka qaytarılır.

 

6.4.  Müvəkkil  bank Fonddan ipoteka  kreditini  kredit  üzrə  əsas  borcun  ödənilməmiş 



qalığını və cərimə olduğu halda onların cəmini özündə əks etdirən məbləğdə geri alır.

 

 



 

7. Keçid müddəalar

 

 



 

7.1. Elektron sistem fəaliyyətə başlayanadək:

 

7.1.1.  ipoteka  krediti  almaq  istəyən  şəxs Fondun rəsmi  internet  səhifəsi  vasitəsilə  və  ya 



birbaşa müvəkkil banka gəlməklə ipoteka kreditinin verilməsi üçün müraciət edə bilər;

 

7.1.2.  bu  Qaydanın  4.6-cı,  4.8-ci  və  4.10-cu  bəndlərində  nəzərdə  tutulmuş  qərarlar 



müvəkkil bank tərəfindən ipoteka krediti almaq istəyən şəxsə həmin qərarlar qəbul edildiyi 

gündən 2 iş günü müddətində rəsmi qaydada göndərilməli və ya təqdim edilməlidir;

 

7.1.3.  bu  Qaydanın  4.7-ci  bəndinin  birinci  cümləsində  nəzərdə  tutulmuş  müddət  bu 



Qaydanın  4.6-cı  bəndində  nəzərdə  tutulmuş  ilkin  razılıq  qərarını  ipoteka  krediti  almaq 

istəyən şəxsin rəsmi qaydada aldığı gündən hesablanır;

 

7.1.4. bu Qaydanın 4.8-ci bəndində nəzərdə tutulmuş müddət qiymətləndirici tərəfindən 



qiymətləndirmə aktının müvəkkil banka təqdim edildiyi gündən hesablanır;

 

7.1.5.  bu  Qaydanın  4.9-cu  bəndində  nəzərdə  tutulmuş  müddət  bu  Qaydanın  4.8-ci 



bəndində nəzərdə tutulmuş qərarı ipoteka krediti almaq istəyən şəxsin rəsmi qaydada aldığı 

gündən hesablanır.

 

7.2. Fondun Himayəçilik Şurası tərəfindən kredit, o cümlədən güzəştli ipoteka krediti üzrə 



illik faiz dərəcələri müəyyən olunana qədər, kredit üzrə illik faiz dərəcəsi 8 faizdən, güzəştli 

ipoteka krediti üzrə isə 4 faizdən çox olmamalıdır.



 

 

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə