Azərbaycan respublikasi daxiLİ



Yüklə 53,03 Kb.
səhifə1/19
tarix24.03.2023
ölçüsü53,03 Kb.
#103093
  1   2   3   4   5   6   7   8   9   ...   19
258 mmmetodiki tovsiyye



AZƏRBAYCAN RESPUBLİKASI





DAXİLİ İŞLƏR NAZİRLİYİ POLİS AKADEMİYASI
M Ü L K İ M Ü D A F İ Ə
fənnindən Tədris-metodiki vəsait


(Polis Akademiyasının kursantları üçün)

BAKI – 2018

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİ


POLİS AKADEMİYASI

M Ü L K İ M Ü D A F İ Ə


fəninndən Tədris-metodiki vəsait
(Polis Akademiyasının kursantları üçün)
Praktikum vəsaiti DİN-in Polis Akademiyasının Elmi Şurasının 22 fevral 2018 ci il tarixli 6 nömrəli protokolu ilə çap olunmasına
icazə verilmişdir.
BAKI – 2018
Elmi redaktorlar:

Polis Akademiyasının rəisi, polis general-mayoru, hüquq


elmləri üzrə fəlsəfə doktoru, dosent Nazim Əliyev

Polis Akademiyası rəisinin tədris və elmi işlər üzrə müavini, polis polkovniki hüquq elmləri


doktoru,əməkdar müəllim, professor, Mahir Əhmədov


Tərtib edənlər:
Polis Akademiyası rəisinin, döyüş və xidməti hazırlıq üzrə
müavini, polis polkovniki İlyas İsayev

Hərbi kafedranın baş müəllimi,


polis polkovnik-leytenantı Elxan Quliyev

Hərbi kafedranın baş müəllimi,


polis polkovnik-leytenantı Elşən Hacıyev

Hərbi kafedranın müəllimi


polis polkovniki Eyvaz Nurməmmədov


Rəyçilər:
Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyinin Polis Akademiyasinin
Hərbi kafedrasının rəisi, pоlis pоlkоvniki Hacı Aslanov

Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyinin səfərbərlik işləri üzrə və Mülki müdafiə şöbəsinin rəisi,


pоlis pоlkоvniki Yusif Mehdiyev


Metodik tövsiyələr:
Mülki müdafiə” fənni üzrə Tədris-metodiki vəsait mühazirələrdə əldə edilən biliklərin dərinləşdirilməsi üçün nəzərdə tutulmuş və 7 mövzudan ibarətdir. Tədris-metodiki vəsait seminar (praktiki) dərslərinin planları, özünüyoxlama sualları, kursant və dinləyiciyə kömək edə bilən normativ- hüquqi aktlar və xüsusi ədəbiyyat siyahısı, fənnin hər bir mövzusu üzrə suallar, o cümlədən terminoloji və yazılı tapşırıqlar təsbit olunmuşdur.
Tədris-metodiki vəsaitin əsas vəzifələrinə bu və ya digər mübahisəli məsələlərə dair öz fikirlərinin formalaşdırılmasında kursant və dinləyicilərə köməkliyin göstərilməsidir.
Fənn proqramı 45 saat həcmində tədris etmək üçün nəzərdə tutulmuşdur. Onlardan 14 saat mühazirələrə, 28 saat seminar və 3 saat təcrübi dərs məşğələlərinə ayrılmışdır.
“Mülki müdafiə” fənni Azərbaycan Respublikası DİN-in Polis Akademiyası kursantlarinin peşəkar kadr hazırlığında özünəməxsus yer tutur.
Mülki müdafiənin rolu, quruluşu, məqsəd və vəzifələri haqqında danışdıqda, ilk öncə qeyd edək ki, mülki müdafiə (MM) fənni insanın ətraf mühitdə təhlükəsizliyi və sağlamlığının qorunması haqqında elmdir. İnsanların təhlükəsizliyinin təminatı son illərdə kəskin hal almışdır. Bu ona görədir ki, elm və texnikanın sürətlə inkişaf etdiyi son dövrlərdə sənayedə, nəqliyyatda və digər sahələrdə qəzaların, təbii fəlakətlərin sayı xeyli artmışdır.
Bütün bunlarla əlaqədar gələcək mütəxəssislərə müasir silahların tətbiqi zamanı istehsalatda və gündəlik həyatda insanların həyat fəaliyyətinin və ətraf mühitin mühafizəsini tə- min etmək biliyi, bacarığı vermək günün vacib məsələsidir.
Mülki müdafiə ərazi-istehsalat prinsipi üzrə təşkil edilir. Bu, o deməkdir ki, mülki müdafiənin bütün tədbirləri həm icra hakimiyyəti xətti üzrə, həm də istehsalat və təsərrüfat
fəaliyyətinə rəhbərlik edən nazirlik və idarələr xətti üzrə planlaşdırılır və yerinə yetirilir.
Mülki müdafiə qüvvələri mülki müdafiənin qoşun hissələrindən, ştatlı qəza-xilasetmə dəstələrindən, hərbiləşməmiş mülki müdafiə dəstələrindən, həmçinin nazirliklərin, baş idarələrin və icra hakimiyyəti başçılarının tabeliyində qalmaqla xüsusi mülki müdafiənin vəzifələrinin yerinə yetirilməsinə cəlb olunan müxtəlif dəstələrdən, təşkilatlardan və idarələrdən ibarətdir.


Mülki müdafiənin rolu məqsədi

İnsanların təhlükəsizliyinin təminatı son illərdə kəskin hal almışdır. Bu ona görədir ki, elm və texnikanın sürətlə inkişaf etdiyi son dövrlərdə sənayedə, nəqliyyatda və digər sahələrdə qəzaların, təbii fəlakətlərin sayı xeyli artmışdır.


Elmi-texniki tərəqqinin (ETT) yüksəlişi, mürəkkəb sistemlərin tətbiqi ilə elmi-texniki və istehsalat fəaliyyətinin miqyasının genişlənməsi, onların istismarında riskin artması insanların həyat və sağlamlığına, ətraf mühitə və istehsalatın normal fəaliyyətinə təhlükə yaradırlar.
Mülki müdafiə (MM) təhlükəli və zərərli amilləri aşkara çıxarmalı və eyniləşdirməli, insanın mühafızəsinin metod və vasitələrini, yollarını zərərli və təhlükəli amillərin minimum dərəcəyə qədər azaldılmasını araşdırmalı, dinc və müharibə dövrü baş verən qəza hallarının, fəlakətlərin nəticələrini aradan qaldırmaq tədbirləri hazırlamalıdır. Mülki müdafiənin müharibə vaxtındakı rolu xüsusilə böyükdür. Bununla belə qeyd etmək lazımdır ki, əmin-amanlıq dövründə MM-in rolu təbii fəlakətlərin, böyük istehsalat qəzalarının nəticələri ilə mü- barizədə xeyli artmışdır.
Böyük maddi itkilər və insan tələfatına səbəb olan (AES- də, dəmir yolunda, güclü təsirli zəhərli maddələrdən istifadə olunan müəssisələrdə baş verən qəzalar və tez-tez baş verən
təbii fəlakətlər) fövqəladə hadisələr göstərir ki, indi mövcud olan şəraitdə insanları və onların yaşadığı mühiti fövqəladə hal- larda mühafizə etmək üçün, insanların psixoloji, mənəvi cəhətdən əsaslanmış səmərəli formada hazırlanması məsələlərini tamamilə yenidən qurmaq lazımdır. Xüsusilə əmin-amanlıq dövründə fövqəladə hal olan MM tədbirlərinə yenidən baxılmalı və onun vəzifə və yollarını yenidən qiymətləndirmək lazımdır. Bu məsələ indiki iqtisadi münasibətlərin keçid dövründə daha böyük əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının Prezidentinin 1992-ci il iyulun 31-də "Azərbaycan Respublikasının Mülki Müdafiəsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə 73 saylı Fərmanı və 1998-ci il aprelin 18-də " Mülki müdafiə haqqında ” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 700 saylı Fərmanı imzalanmışdır.
Yuxarıda göstərilənlər bu Əsasnamə və Qanunda öz əksini tapmışdır. Yeni Əsasnamə və Qanunda Respublikada mülki müdafiənin əsas məqsəd və vəzifələrini habelə dövlət hakimiyyəti və idarəetmə orqanlarının, ictimai təşkilatların, eləcə də məsul şəxslərin və bütün vətəndaşların mülki müdafiə üzrə vəzifələri müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Mülki müdafiəsi - sülh və müharibə dövrlərində respublikanın ərazisində əhali və xalq təsərrüfatını təbii fəlakətlərin, həmçinin güclü qəzaların nəticələrindən, habelə müasir qırğın vasitələrinin (bundan sonra “təbii fəlakətlərin, güclü qəzaların nəticələri və müasir qırğın vasitələrinin təsiri” ifadəsi “fövqəladə hallar” adlandırılacaq) təsirindən mühafizə məqsədilə dövlət, tə- sərrüfat, hərbi idarəetmə orqanları tərəfindən bütün vətəndaşların iştirakı ilə həyata keçirilən sosial və müdafiə tədbirləri sistemidir.
Mülki müdafiə üzrə dövlət funksiyalarını Azərbaycan Respublikasının Mülki müdafiə sistemi yerinə yetirir. Buraya
bütün idarəetmə orqanları, müxtəlif mülkiyyət formalarına aid olan birliklər, müəssisələr, idarələr, təşkilatlar və digər obyekt- lər, onların qüvvə və vasitələri daxildir. Onlar sülh və fövqəladə hallarda respublikanın bütün ərazisində mülki müdafiə tədbirlərinin yerinə yetirilməsini təşkil edirlər.



Yüklə 53,03 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə