Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ



Yüklə 93,43 Kb.
Pdf görüntüsü
tarix01.11.2017
ölçüsü93,43 Kb.
#7737


 

AZƏRBAYCAN  RESPUBLİKASI  



MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ 

F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI 

ELMİ-METODİKA ŞÖBƏSİ 

 

 



 

 

 



 

 

 



MƏKTƏBLİLƏRDƏ MİLLİ ŞÜURUN VƏ MİLLİ LƏYAQƏTİN 

TƏRBİYƏ EDİLMƏSİNDƏ UŞAQ KİTABXANALARININ ROLU 

 

 

 



 

(Metodik vəsait)  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

B A K I-2014 



 

 

 



 

 

 




 

MƏKTƏBLİLƏRDƏ MİLLİ ŞÜURUN VƏ MİLLİ LƏYAQƏTİN TƏRBİYƏ 



           EDİLMƏSİNDƏ UŞAQ KİTABXANALARININ ROLU 

 

Azərbaycan  Respublikasının  Beynəlxalq  aləmə  çıxması,  onun  nüfuzlu 



Beynəlxalq  məclislərdə  təmsil  olunması  xalqımızda  soy  kökünə  qayıdış,  milli 

qürur  və  milli  şüurun  formalaşmasına,  milli  ləyaqətin  tərbiyə  edilməsinə  ciddi 

zəmin  və  şərait  yaratmışdır.  Azərbaycan  xalqı,  onun  ziyalısı,  fəhləsi,  kəndlisi, 

məktəblisi milli kökü, tarixi, ədəbiyyatı haqqında, özünün tarixi köklərini dərindən 

dərk etməyə çalışır.  

 

Hər  bir  məktəblidə  milli  mənlik  şüurunun  formalaşdırılması  onun 



cəmiyyətdə,  ictimai  münasibətlərin  bütün  sistemində  tutduğu  və  oynadığı  rolu 

müəyyənləşdirir, onun mənəvi keyfiyyətlərinin qabarıq ifadəsinə çevirir. Maddi və 

mənəvi  zəmində  tərbiyə  olunan  məktəbli  özünün,  xalqının  varlığını  dərk  edir, 

torpaq,  Vətən,  xalq,  millət  kimi  böyük  arzular  və  müqəddəs  amallar  dünyasına 

daxil  olur.  Bu  çox  mürəkkəb  prosesdə  onun  mənəviyyatı,  əqidəsi,  dünyagörüşü 

formalaşır.    Məktəbli  dərindən-dərinə  dərk  edir  ki,  əzəmətli  ağaclar  öz  kökləri 

üzərində  dayandığı  kimi  hər  bir  şəxs  də  öz  xalqı,  öz  milləti  içərisində  təşəkkül 

tapır,  öz  xalqına,  öz  millətinə  xidmət  edir.  Milli  şüur  formalaşdıqca  məktəblidə 

milli ləyaqət tərbiyə olunur. Məktəbli oxucu belə bir həqiqəti dərk edir ki, millət və 

xalqın,  Vətənin,  doğma  yurdun  taleyi  onun  taleyinə  qovuşur,  şəxsi  ideal  və 

arzuların tərkib hissəsinə çevrilir.  

 

Böyüməkdə  olan  nəslin  milli  şüurunun  və  milli  ləyaqətinin  tərbiyə 



edilməsində,  mədəniyyətimizin,  tariximizin,  ədəbiyyatımızın  onlara  düzgün 

öyrədilməsində  kitabxanaçılarımızın,  xüsusilə  uşaq  kitabxanaçılarının  qarşısında 

mühüm  vəzifələr  dayanır.  Bu  məqsədlə  kitabxanaçılar  məktəbli  oxucuları 

dərsliklərdən kənara çıxararaq digər bədii nümunələrlə tanış etməli və onları həmin 

əsərləri oxuyub nəticə çıxarmağa istiqamətləndirməlidirlər.  

 

Milli şüur və ləyaqətin tarixi kökləri türk dilli xalqlarda, habelə Azərbaycan 



xalqında  çox  qədim  dövrlərə  gedib  çıxır.  Türklər  (türkdilli  xalqlar)  dünya 

dövlətçiliyi  tarixində  dərin  iz  qoymuş    millətlərdir.  Hun  imperiyası,  Göy  Türk 

xaqanlığı,  Səlcuqlar  və  Qəznəvilər  dövləti,  Xarəzmşahlar  səltənəti,  Osmanlı 

imperiyası, Əmir Teymur və Şah Babur imperiyaları, Atabəylər dövləti, Səfəvilər 

dövləti  və  s.  Türk  siyasətçiləri  bütün  türk  dövlətlərini  birləşdirə  biləcək  dövlət 

qurmaq üçün həmişə fəaliyyət göstərmişdir.  

 

Milli  şüur  və  ləyaqətin  tarixi  kökləri  təsdiq  edir  ki,  hər  bir  xalq,  həmçinin 



Azərbaycan  xalqı  özünün  tarixi  şəxsiyyətlərilə  öyrənməyə  böyük  mənəvi  haqqı 

vardır.  Milli  şüurun  formalaşmasına  müxtəlif  amillər  təsir  göstərir.  Bunların 

içərisində demokratik əsaslarda qurulmaqda olan ictimai mühit, həyat tərzi birinci 

yerdə  durur.  Demokratik  əsaslarda  qurulmaqda  olan  dövlət  qurumu,  həyat  tərzi 




 

insanların şəxsiyyətinin formalaşmasında mühüm amildir. Deməli, insan, məktəbli 



öz  həyatını  ancaq  həqiqi  və  hiss  edilə  bilən  şeylər  üzərində  təzahür  etdirə  bilər. 

Həqiqi  və  hiss  edilə  bilən  şeylər  uşağın  duyğu  üzvlərinin,  şüurunun,  fiziki 

qabiliyyətlərinin inkişafı üçün zərurudir. Uşaq ictimai mühitin, həyat tərzinin təsiri 

altında  formalaşır.  Məktəbli  yaşa  dolub  sinifdən-sinfə  keçdikcə  onun  mənəvi 

keyfiyyətlərinin sahəsi genişlənir.  

 

Məktəblilərdə  milli  şüuru  formalaşdıran  imkanlar  daha  geniş  və  əhatəlidir. 



Bu  imkanlar  sırasında  müəllim  şəxsiyyəti,  dərsliklər,  informasiya  vasitələri 

xüsusulə də mənəvi xəzinəmiz olan kitabxanalar mühüm rol oynayır.  

Məktəbli oxucuların həyatın fəal mübarizləri kimi pak və səmimi duyğularla 

Vətənə,  xalqa  bağlılıq  ruhunda  ləyaqətli  vətəndaş  kimi  tərbiyə  ediləməsi  üçün 

müəllimlərlə  yanaşı  kitabxanaçılar  da  sinifdənxaric  tədbirlərdə  dərs  prosesini  sıx 

şəkildə  əlaqələndirməli  və  bu  əlaqələri  bacarıqla  hisslərin,  duyğuların  əməli 

tərbiyəsinə yönəltməyə çalışmalıdırlar.  

Milli  şüurun,  milli  qürur  və  ləyaqətin  ilkin  ünsürləri    ibtidai  siniflərdə 

qoyulur. Şagirdlər (kiçik yaşlı oxucular) ibtidai siniflərdə oxuduğu müddətdə təbiət 

və  cəmiyyət  hadisələri  ilə  tanış  olur,  soy  kökünə,  tarixinə,  doğma  xalqının 

mədəniyyətinə dair, habelə  başqa  xalqların  varlığına  dair  məlumatlar  əldə  edirlər. 

Şagirdlərdə (kişik yaşlı oxucularda) milli şüur ana dili ilə, Vətənlə, doğma diyarla 

tanışlıq  əsasında  təşəkkül  tapır.  Ana  dili  hər  bir  xalqın  hikmət  xəzinəsidir,  onun 

varlığıdır. Hər bir xalq özünü öz dili ilə yaşadır. Dil xalqın özüdür. Xalqın bütün 

həyatı, mənəviyyatı, tarixi, musiqisi, ədəbiyyatı, elmi dildə öz ifadəsini tapır.  

 

Kitabxanalarda  kiçik yaşlı oxucularla Azərbaycan Demokratik Respublikası 



liderlərinin, Azərbaycan milli generallarının, ümummilli liderimiz Heydər Əliyevin 

həyat  və  fəaliyyətinə  dair  maraqlı  tədbirlər  keçirmək  məqsədəuyğundur.  Çünki, 

tarixi  şəxsiyyətlərimiz  haqqında  söhbətlər  kiçik  yaşlı  oxucuları  daha  çox 

maraqlandırır.  Oxucular  Cavanşir,  Şəmsəddin  Eldəgiz,  Uzun  Həsən,  Şah  ismayıl 

Xətai, Koroğlu, Pənah xan, Cavad xan və s. tarixi şəxsiyyətlərimiz, siyasi və dövlət 

xadimlərimiz  haqqında  olan  kitabları  maraqla  oxuyur,  tədbirlərdə  fəal  iştirak 

edirlər.  Bu  mövzuda  nəşr  olunmuş  kitablarla  fondlarını  zənginləşdirən 

kitabxanalar, yaxşı olar ki, ayrıca qovluq ayırıb mətbuatda dərc olunan materialları 

həmin qovluqda saxlasınlar, yeri gəldikcə oxucuları da  bu işə cəlb etsinlər. Müasir 

informasiya  vasitələri  ilə  təmin  olunan  kitabxanalarda  isə  tarixi  şəxsiyyətlərimiz 

haqqında  xüsusi  saytların  –  səhifələrin  açılması  məqsədəuyğundur.Bu  iş  müasir 

oxucunun hərtərəfli informasiya almasına səbəb olar. 

      Kiçik  yaşlı  oxucularla  doğma  yurd  haqqında  ,  onun  yeraltı  və  yerüstü 

sərvətləri,  suları,  dağları,  bir  sözlə  zəngin  təbiəti,  mədəniyyəti,  incəsənəti  və 

musiqisi,  yazıçı,  şair  və  bəstəkarları,  milli  bayramları  haqqında  tədbirlərin  təşkili 

vacibdir.  Bu  yaşlı  oxucularla  keçirilən  bayram  tədbirlərində  Novruz  bayramına, 




 

Novruz  adət-ənənələrinə  geniş  yer  verilməlidir.  Tədbiri  təşkil  edən  kitabxanaçı 



oxuculara  xatırladır  ki,  Novruz  bayramını  yalnız  Azərbaycan  xalqının  deyil, 

bütövlükdə  Şərq  müsəlman  ölkələri  xalqlarının  bayramı  hesab  etmək  lazımdır. 

Bununla  belə  bu  bayramın  təşəkkül  tapmasında,  inkişafında  Azərbaycan  xalqının 

öz payı, öz töhvəsi vardir. Novruz bayramı xalqımızın tarixidir, şənliklər şənliyi, 

bayramlar  bayramıdır.  Novruz  bayramı  mənəvi  zənginlik,  əxlaqi  kamillik,  saflıq 

dünyasıdır. 

     Kiçik yaşlı oxucularla (III-IV sinif şagirdləri) aparılan tədbirlər zamanı məlum 

olur ki, onlar – milli qürur, milli ləyaqət hisslərinin mahiyyətini bəsit şəkildə olsa 

da başa düşür, müxtəlif dövrlərdə yaşamış tarixi şəxsiyyətlərin, yazıçı və şairlərin 

öz  xalqına  necə  xidmət  etdiyini  öyrənirlər.  Xalqımızın  sərkərdələrinin,  qəhrəman 

övladlarının qorxu bilmədən xarici düşmənlərə qarşı amansız mübarizə apardıqları 

onlarda milli qürur hissi oyadır. 

     Bu  tədbirlər  zamanı  istifadə  olunan  ədəbi-bədii,  tarixi  parçalar  oxucuları  sadə 

şəkildə olsa da cəmiyyətin tarixi ilə tanış edir, millət, milli şüur, milli ləyaqət və s. 

kimi  anlayışları  mənimsəyirlər.  Onlar  tarix  boyu  zəhmətkeş  insanların  yaşayış 

tərzilə  tanış  olur,  azadlıq  uğrunda  insanların  mübarizə  tarixinin  kiçik  səhifələrini 

oxuyurlar. 

    Orta  və  yuxarı  yaşlı  məktəbli  oxucularla  kitabxanalarda  təşkil  edilən  bütün 

məktəbdənkənar  tədbirlər,  xüsusən  dərnək  məşğələləri,  söhbətlər,  disput  və 

müzakirələr, ədəbi-bədii gecələr və s. tədbirlər onların milli şüur və milli ləyaqət 

tərbiyəsinin  formalaşdırılması  prosesinin  imkan  dairəsini  daha  da  artırır.  Bu 

tədbirlər  zamanı  kitabxanaçılar  söhbətlərin  düzgün  ideya  istiqamətli  olmasına, 

bədii  əsərlərin  müvafiq  seçilməsinə, proqramın  estetik  cəhətdən    düzgün tərtibinə 

nail  olmağa  çalışmalıdırlar.  Ədəbi-bədii  gecələr,  oxucu  konfransları  üçün  əsasən 

N.  Gəncəvinin,  Ş.  İ.  Xətainin,  Tofiq  Fikrətin,  Ə.  Cavadın,  H.  Cavidin,  C. 

Cabbarlının,  Z.  Göyalpın,  Y.  Əmrənin,  M.  Ə.  Rəsulzadənin  Ə.Ağaoğlunun,  Ü. 

Hacıbəyovun və digər klassiklərimizin yaradıcılıqlarına müntəzəm olaraq müraciət 

etmək məqsədəuyğun olar. 

     Müasir  ədəbiyyatımız  da  milli  qürur  və  milli  ləyaqəti  təbliğ  edən  əsərlərlə 

zəngindir. Kitabxanaçılar bu əsərlərə də tez-tez müraciət etməlidirlər. 

    Oxucuların vətəndaşlıq, milli ləyaqət və milli şüur tərbiyəsində B. Vahabzadənin 

“Şəhidlər”  poeması  böyük  təsir  gücünə  malikdir.  Xüsusilə  ədəbi-bədii  gecələr 

zamanı bu poemadan parçalar söylənilməsi, əsərin müzakirəsi məktəbli oxucuların 

vətəndaşlıq hisslərinin tərbiyəsinə əhəmiyyətli təsir göstərir. 

 

 

 



 

Bir iş görmədilər yaşayan zaman

 

                              Lap çox iş gördülər ölümləriylə 




 

Deyən  şair  B.  Vahabzadə  bu  ölümün  ölümsüzlüyə  qovuşduğunu  və  müasir 



oxucuya  nümunə  olduğunu  təqdir  edir  və  onlarda  milli  qürur  və  ləyaqət  hissini 

daha da alovlandırır. 

                                       Bu ölüm, bu qırğın dərs olsun bizə, 

                                       Deməyək boş yerə candan keçdilər 

                                       Onlar şəhid olub millətimizə, 

                                       Qorxmazlıq dərsini təlim keçdilər. 

     Şəhidlər  Xiyabanı  –  Bakının  od  qoxuyan  nəfəsinin  nakam  dünyasıdır. 

Müqəddəs  and  yerimiz,  tale  yanğımızdr.  Şəhidlər  Xiyabanı  “Müqəddəs  ruhların 

yaşadığı  Vətən  torpağı  ayağa  qalx!”-  dedi  Azərbaycan  oğulları!  Şəhidlik  tarixi 

anddır.  Baxır  bu  anda  kim  layiq  görülür.  Xaliqin  ən  gözəl  yaratdığı  insan  ömür 

mahnısının son akkordlarını da çalıb,  əbədiyyətə qovuşmaq anına qədər yüksəlir. 

Belə  yüksəliş  qarşısında  isə  səcdə  edilir.  Hər  bir  məktəbli  oxucu  Şəhidlər 

Xiyabanına qədəm qoyarkən mənən paklaşır, əxlaqi baxımdan zənginləşir. 

    Milli  qürur  hissi keçirir, düşməndən  intiqam  almaq  hissi  alovlanır. O  dərk  edir 

ki, Vətən hamımızındır. Hamılıqla mübarizəyə qalxıb ən müqəddəs Vətənimiz olan 

Azərbaycan  torpaqlarını  qorumalıyıq.  Məktəbli  oxucuların  Şəhidlər  Xiyabanına 

ziyarət zamanı aldıqları dərs, özü də müqəddəs dərsdir. 

    Məktəbli  oxucuların  milli  şüur  və  milli  ləyaqət  hissinin  tərbiyəsində  böyük 

Azərbaycan  şairi  Məhəmmədhüseyn  Şəhriyarın  “Heydərbabaya  salam”  əsərinin 

geniş  müzakirəsi  də  təşkil  edilməlidir.  Müzakirədə  kitabxanaçı  və  ya  ədəbiyyat 

müəllimi ilk söz söyləməlidir. 

İlk  sözdə  M.Şəhriyar,  onun  həyat  və  yaradıcılığı,  “Heydərbabaya  salam” 

poemasının yazılması, poemanın Azərbaycan ədəbiyyatında “Ədəbi hadisə” olması 

haqqında qeydlər olmalıdır. Əsərin müzakirəsinin qısa planını veririk: 

İlk söz: M.Şəhriyar 1906-cı ildə Təbrizdə ziyalı ailəsində dünyaya göz açmışdır. O, 

ilk  təhsilini  kənd  məktəbində  almış,  Təbrizdə  ibtidai  və  orta  məktəbi  bitirmişdir. 

Orta  təhsilini  başa  vurduqdan  sonra  Tehran  darülfünunda,  sonra  isə  tibb 

fakültəsində  təhsil  almağa  başlamışdır.  Lakin  son  kursda  təhsilini  buraxıb  dövlət 

qulluğuna girməyə məcbur olmuşdur.  

Onun ilk şeir kitabı 1931-ci ildə Tehranda nəşr edilmişdir. Ona dünya şöhrəti 

qazandıran  “Heydərbabaya  salam”  poeması  1953-cü  ildə  yazılmış,  1954-cü  ildə 

nəşr  edilmişdir.  M.Ə.Rəsulzadə  “Heydərbabaya  salam”  əsəri  haqqında 

məqaləsində  onu  Azərbaycan  ədəbiyyatında  “ədəbi  hadisə”  saymışdır.  Bu 

poemanın  hər  sətrində  anaya,  doğma  yurda  tükənməz  məhəbbət  tərənnüm  edilir. 

Kim  Azərbaycan  təbiətini,  onun  başı  ağ  örpəkli,  şiş  ucları  buludlarla  öpüşən 

dağlarını,  gurhagurla  axan  çaylarını,  dumduru  diş  göynədən  sulu  bulaqlarını, 

füsünkar  meşələrini,  bərəkətli  torpağını,  zəhmətsevər,  məğrur  insanlarını, 



 

zəhmətkeş  və  xalqımızın  real  varlığını,  onun  adət-ənənəsini,  sevincini,  kədərini, 



arzusunu, diləyini görmək və bilmək istəyirsə... 

(bu  vaxt  unudulmaz  müğənnimiz  Rübabə  Muradovanın  könülləri  riqqətə 

gətirib gözləri yaşardan titrək səsi ətrafa yayılır) 

 

 



 

Heydərbaba, ildırımlar çaxanda 

Sellər, sular şaqqıldayıb axanda, 

Qızlar ona səf bağlayıb baxanda 

 

Salam olsun şövkətüzə, elüzə, 



Mənim də bir adım gəlsin dilüzə. 

Heydərbaba, gün sinəni dağlasın, 

Üzün gülsün, bulaqların ağlasın, 

Uşaqların bir dəstə gül bağlasın, 

 

Yel gələndə, ver gətirsin bu yana, 



Bəlkə mənim yatmış bəxtim oyana. 

 

 



 

 

Heydərbaba, yolum sənnən gəc oldu, 



 

 

 



 

Ömrüm keçdi, gələmmədim, gec oldu, 

 

 

 



 

Heç bilmədim gözəllərin nec oldu

 

 

 



 

 

Bilməz idim döngələr var, dönüm var, 



 

 

 



 

 

İtkinlik var, ayrılıq var, ölüm var. 



Əziz  oxucular,  bax  biz  bu  gün  ustad  şairimiz  Şəhriyarın  “Heydərbabaya 

salam” əsərini müzakirə edəcəyik. İndi isə söz sizindir.  

Məktəbli oxucular bir-bir söz alıb çıxışlara başlayırlar.  

I Oxucu: 

Məni “Heydərbabaya salam” əsərinin sadəliyi, xəlqiliyi valeh edir. O, 

bir  sənətkar  kimi  xalqı  ilə  yaşayır,  xalqı  ilə  düşünür.  Xalq  həyatı  bütün 

rəngarəngliyi  ilə  onun  sətirləri  arasından  baş  qaldırır,  adamı  kədərləndirir, 

sevindirir. O, xalqı birliyə, mübarizəyə, əsarət zəncirini qırmağa çağırır: 

 

 

 



 

Heydərbaba, göylər bütün dumandı, 

 

 

 



 

Günlərimiz bir-birindən yamandı, 

 

 

 



 

Bir-birizdən ayrılmayın, amandı! 

 

 

 



 

 

Yaxşılığı əlimizdən alıblar, 



 

 

 



 

 

Yaxşı bizi yaman günə salıblar. 



Belə bir ağır gündə şair ayrı düşdüyü elindən soraq tutur, onunla dərdləşir: 

 

 



 

 

Bir uçaydım bu çırpınan yelinən, 



 

 

 



 

Bağlasaydım dağdan aşan selinən, 

 

 

 



 

Ağlasaydım uzaq düşən elinən,  

 

 

 



 

Bir görəydim ayrılığı kim saldı? 

 

 

 



 

Ölkəmizdə kim qırıldı, kim qaldı? 

“Heydərbabaya salam” poeması Şəhriyarın şah əsəridir. Burada xalqın həyatı, adət-

ənənələri çox gözəl təsvir edilmişdir. Bu əsər Şəhriyarın ölməzlik heykəlidir.  




 

II Oxucu: 



Şəhriyar  çox  böyük  sənətkardır.  O,  nikbin  gələcəyə  inanan,  nurlu 

sabahı  görən  şair  idi.  Şair  baba  yurdunda  keçən  uşaqlıq,  yeniyetməlik  çağlarının 

unudulmaz xatirələr silsiləsini təsvir edir. Xatirələr karvanında yalnız onun özü və 

özünə  bənzər  dəcəl  yaşıdları  deyil,  elin  şeyxi,  axundu,  mollası,  çavuşu,  kərbəla 

ziyarətinə  gedənləri,  ahıllı-cahıllı,  nənəli,  xalalı,  bibili,  əmili,  dayılı  bütün 

qohumları və tanışları görünür, elin əkin-biçini, ovçuları və oylaqları, el yaylaqları 

və  aranları,  sazlı,  aşıqlı  məclisləri,  toy  düyününü,  el  yası  bir  kino  lenti  kimi  göz 

önündən  gəlib  keçir.  Şair  bu  lenti  “Sinema”  kino  pərdəsi  adlandırır.  “Sinema” 

pərdəsi  kənara  çəkiləndə  el-oba,  qohum-əqraba  mehribanlığı,  uşaqların  qayğısız 

bəxtiyarlığı, Novruz bayramı lövhələri görünür: 

 

 

 



Heydərbaba, dağın, daşın, sərəsi 

 

 



 

Kəklik oxur, dalısında fərəsi,  

 

 

 



Quzuların ağı, bozu, qərəsi, 

 

 



 

Bir gedərdim dağ-dərələr uzunu

 

 

 



Oxuyardım: “Çoban, qaytar quzunu”. 

 

 



 

 

Qarı nənə gecə nağıl deyəndə, 



 

 

 



Külək qalxıb qapı-bacanı döyəndə. 

 

 



 

Qurd keçinin şəngülüsün yeyəndə, 

 

 

 



Mən qayıdıb bir də uşaq olaydım 

 

 



 

Bir gül açıb ondan sonra solaydım. 

III  Oxucu:  Əsərin  ikinci  hissəsində  şair  öz  elinə  gəlir,  Heydərbabaya  qovuşur. 

Uzun  sürən  ayrılıqdan  sonra  gəlib  qovuşduğu  vətəndə  yaşadığı  duyğularını, 

düşüncələrini əks etdirir. Şair doğma yurda iki arzuyla “ana qucağında yuxulayıb 

rahatlanmaq və ömrü bəlkə burada haqlamağa” gəlmişdi. Təəssüflər ki, vətəndə də 

rahatlıq və şəfa tapmır: 

 

 



 

Heydərbaba, səni vətən bilmişdim, 

 

 

 



Vətən deyib, baş götürüb gəlmişdim, 

 

 



 

Səni görüb göz yaşımı silmişdim, 

 

 

 



Halbuki, lap qəmli qürbət səndəymiş, 

 

 



 

Qara zindan, acı sərvət səndəymiş. 

Şair gələcək azərbaycan övladlarına sanki nəsihət edərək deyir; 

 

 



 

Heydərbaba, alçaqların köşk olsun, 

 

 

 



Bizdən sonra qalanlara eşq olsun

 

 



 

Keçmişlərin gələnlərə məşq olsun, 

 

 

 



Övladımız məzhəbini danmasın, 

 

 



 

Hər içi boş sözlərə aldanmasın. 

IV Oxucu:  Heydərbabaya salam” poeması iki hissə olsa da bölünməz vahid suyeti 

olan misilsiz bir  əsərdir. Onun bütövlüyü, bölünməzliyi ana-oğul, vətən-vətəndaş, 




 

ulu  babalar  və  nəvələr,  sələflər-xələflər  vəhdətindədir,  nəsildən-nəsilə  keçib 



ölməyən milli ruh birliyindədir. 

Yekun: (kitabxanaçı və ya ədəbiyyat müəllimi) Böyük şairimiz M.Şəhriyarın 

“Heydərbabaya  salam”  poeması  xalqımızın  epopeyasıdır.  Ana  torpağa  içləmiş 

köklər,  onun  üstündə  gövdə,  gövdəboyu  qanadlar,  budaqlar,  kökdən  cücərən 

pöhrələr varisliyi “Heydərbabaya salam” əsərinin əsas məzmun, məna və qayəsidir.  

Tədbir  keçirilən  salona    “Aman  ayrılıq”  mahnısının  adamı  düşündürən 

melodiyaları  yayılır.  Hamı  bu  ayrılığa  son  qoyulacağına  böyük  ümidlə  ayaq 

üstədir.  Çox  emosional  səslə  oxunan  şeir  parçaları  salondakıları  ayaq  saxlamağa 

məcbur edir.  

 

 



Getbəgedə artıq dünya ayılır, 

 

 



Gizlin qalmır, səs-sədalar yayılır, 

 

 



Sayılmayan kimsələr də sayılır, 

 

 



Məni, səni az-çox təhvil olan var, 

 

 



Sənin kimi məni yada salan var.  

 

 



 

İnsanlarıq insanlığı xoşlayın, 

 

 

Bir millətik birləşməyə başlayın, 



 

 

Bu xan-xanlıq hökumətin boşayın, 



 

 

Bu gün bəşər gərək olsun bir millət, 



 

 

Bir millətə olarmı yüz hökumət.  



Göründüyü  kimi  məktəbli  oxucuların  səviyyəsinə  və  yaş  xüsusiyyətlərinə 

uyğun əsərlərin müzakirəsi onların daha tez ünsiyyətə girmələrinə, bir-birini başa 

düşmələrinə şərait yaradır. Belə əsərlər milli birlik, milli ruh, özünəqayıdış, milli 

ləyaqət kimi keyfiyyətlər tərbiyə edir.  

Məktəbli  oxucularda  (V-IX  sinif  şagirdləri)  milli  şüur  və  milli  ləyaqəti 

formalaşdıran görkəmli şəxslərin M.Ə.Rəsulzadənin, F.Xoyskinin, Ə.Ağaoğlunun, 

S.Mehmandarovun, 

N.Yusifbəylinin, 

Ə.Şıxlinskinin, 

T.İsmayılovun, 

A. 

Məmmədovun,  H.Əliyevin  həyat  və  fəaliyyətləri  nümunəsində  tərbiyədən, 



görkəmli alimlərlə, yazıçı və şairlərlə görüşlərdən və digər tədbirlərdən də istifadə 

olunur. Xalqın özünəməxsusluğu məktəblilərin fəaliyyət və davranış normalarında 

təzahür  etməlidir.  Yeniyetmə  oxucular  (şagirdlər)  dərk  edirlər  ki,  milli  dirçəliş, 

milli  intibahın,  mənlik  şüuru  və  milli  qürurun  özəyini  gənc  nəslin  mənəviyyatca 

saflaşması  təşkil  edir.  Milli  qürurumuz  və  xalqımızın  tarixi  kökləri  olan  Nizami, 

Nəsimi, Füzuli hikmətindən, Mirzə Cəlil təpərindən, Sabir yanğılarından, Şəhriyar 

və Bəxtiyar təəssüfündən Xəlil Rza Ulutürkün dönməzliyindən bəhrələnməlidir.  

Kitabxanalarda  təşkil  olunan  bu  tədbirlər  vasitəsilə  məktəbli  oxucularda 

Vətənə  şəxsi  münasibət  onun  ləyaqətini,  əzəmətini,  şərəfini,  şöhrətini,  qüdrətini 

bərqərar  etmək  üçün  arzu,  mənəvi  coşqunluq  formalaşdırmağa  çalışırlar.  Onlar 




 

Vətən  ideyasının  nədən  ibarət  olduğunu  dərk  edərək,  onun  indiki  və  gələcəyi 



haqqında  məhəbbət,  minnətdarlıq,  fərəh,  həyəcan,  qayğı,  onun  düşmənlərinə 

barışmazlıq  və  uğrunda  canından  keçməyə  hazır  olmaq  hissi  keçirərək,  gənclik 

çağlarında  özünü  dərk  edir,  öz  ləyaqətini  bərqərar  edir.  Belə  tədbirlər  sayəsində 

məktəbli oxucular doğma torpağı vətəndaş gözlərilə görür, keçmişi sorğu-sual edir, 

müasir  dövrün  mürəkkəb  hadisələrini  başa  düşür,  gələcəyə  düzgün  istiqamət 

görməyi öyrənirlər.  

Beləliklə,  məktəbli  oxucuların  milli  şüurunun  formalaşdırılması  və  milli 

ləyaqətin  tərbiyə  edilməsi  ən  aktual  bir  məsələ  kimi  qarşıda  durur.  Qabaqcıl 

kitabxanalar  və  kitabxana  işçiləri,  o  cümlədən  F.Köçərli  adına  Respublika  Uşaq 

Kitabxanası  bu  böyük  və  həyati  problemə  xüsusi  əhəmiyyət  verərək    məktəbli 

oxucuları  əsl  ləyaqətli  vətəndaş  kimi  tərbiyə  etmək  üçün  müxtəlif  tədbirlərdən 

istifadə edirlər.   

                   

                          Ədəbiyyat siyahısı: 

 

1.

 



    Cəbrayılov, İntiqam Hilal oğlu.  

Müasir təhsil: axtarışlar və perspektivlər : Bakı : 2013. - 296 s.  

 2.  Əhmədov Bədirxan. 

XX əsr Azərbaycan ədəbiyyatı tarixi : 3 cilddə Azərbaycan 

Respublikası Təhsil Nazirliyi Bakı Slavyan Universiteti 

3.

 



Tusi. N Əxlaqi – Nasiri. – B.: Elm, 1980. – 123s. 

4.

 



Axundov S. Ailədə uşaqların intizam tərbiyəsi.- B.: Maarif,1967. – 

94s.   


 

 

 



 

 

 

 

 

 

 

 


10 

 

Redaktor: 



Şəhla  Qəmbərova  -    F.Köçərli  adına  Respublika 

Uşaq Kitabxanasının direktoru 

      Tərtibçi: 

Könül  Səmədzadə  -  F.Köçərli  adına  Respublika 

Uşaq   Kitabxanası Elmi metodika şöbəsinin baş    

 

 

 

 kitabxanaçısı 

Korrektor:          Məmmədli  Ruhiyyə  -  F.  Köçərli  adına  Respublika    

Uşaq Kitabxanası Elmi metodika şöbəsinin müdiri 

 

 

 

Yüklə 93,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə