Azərbaycan respublikasinin döVLƏt neft şirkəTİNDƏ (socar) AÇiq üsulla müsabiQƏNİn təŞKİLİ VƏ keçİRİLMƏSİNƏ dair təLİmat



Yüklə 120 Kb.
tarix14.09.2018
ölçüsü120 Kb.
#68521




Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı zavodu

təsirlənmə şkafı SRVD-B və SRVD-T sinxron elektrik mühərriklərin təsirləndiricisinin rəqəmsal tənzimləyicilərinə olan tələbatını təmin etmək məqsədi ilə açıq satınalma müsabiqəsi (17009-17) elan edir.




Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • Müsabiqədə iştirak haqqında müraciət;

  • İştirak haqqının ödənilməsi barədə bank sənədi;

  • Müsabiqə təklifi.

Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 27 dekabr 2017-ci il, Bakı vaxtı ilə saat 16:30-a qədər Azərbaycan, rus və ya ingilis dillərində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.





Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

  • Müsabiqə təklifi bir əsli və 2 (tələb olunan surətlərin sayı) surəti olmaqla 18 yanvar 2017-ci il, Bakı vaxtı ilə saat 11:00-a qədər Satınalan təşkilata təqdim olunmalıdır.

  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.



İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

  • Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan, rus və ya ingilis dillərində əldə etmək istəyənlər 236 manat (ƏDV daxil) və ya ekvivalent məbləğdə sərbəst dönərli valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın I qrafasında göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

  • Hesab nömrəsi:

Azərbaycan Beynəlxalq Bankı ASC,

AZ38IBAZ38010019449306332120,

VÖEN: 9900003871,

Müştəri xidməti Departamenti,

Kod: 805250,

Müxbir hesab: AZ03NABZ01350100000000002944,

VÖEN: 9900001881,

SWIFT BIK: İBAZAZ2Х.


  • İştirak haqqı heç bir halda geri qaytarılmır.



Bank təminatı:

  • İddiaçının təqdim etməli olduğu müsabiqə təklifinin təminatı müsabiqə təklifinin ümumi qiymətinin 1 (bir) %-dək məbləğdən aşağı olmamalıdır.

  • Avans ödənişin təminatının məbləği ən azı ödəniləcək avans məbləğinə bərabər olmalıdır.

Müqavilənin yerinə yetirilməsi təminatı satınalma müqaviləsinin qiymətinin 5% məbləğində müəyyənləşdirilir.



Müqavilənin icra müddəti:

Satınalma müqaviləsinin 3 ay ərzində yerinə yetirilməsi tələb olunur.





Satınalan təşkilatın ünvanı:

AZ1060, Bakı şəhəri, Nizami rayonu,

O.Vəliyev küçəsi 1, 3-cü inzibati bina

Əlaqələndirici şəxs:

Mustafayeva İlahə

Maddi-texniki təchizat şöbəsinin mühəndisi

+994 12 521 00 00 Daxili: 17988

+994 12 521-23-51.

İlaha.mustafayeva@socar.az




Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan:

www.socar.az (http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices)




Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 18 yanvar 2017-ci il tarixdə, Bakı vaxtı ilə saat 15:00-da elanın V qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanında baş tutacaqdır.





Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə biləcək:



http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards


(İddiaçı şirkətin firma blankında)

AÇIQ MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK VƏ “MÜSABİQƏYƏ DƏVƏT SƏNƏDLƏRİ”NİN (ƏSAS ŞƏRTLƏR TOPLUSU) ƏLDƏ EDİLMƏSİ ÜÇÜN

MÜRACİƏT MƏKTUBU
___________ şəhəri “____”__________ 2017-ci il

___________№


SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun

Satınalmalar qrupunun rəhbəri cənab Rasim İbrahimova
Hazırki məktubla [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] (nin,nun,nın) SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu tərəfindən təsirlənmə şkafı SRVD-B və SRVD-T sinxron elektrik mühərriklərin təsirləndiricisinin rəqəmsal tənzimləyicilərinin satın alınması ilə əlaqədar elan edilmiş 17009-17 nömrəli açıq müsabiqədə iştirak niyyətini təsdiq edirik.

Eyni zamanda [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən satınalma müsabiqəsində iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığına zəmanət veririk.

Əsas şərtlər toplusunun elektron versiyasını aşağıdakı elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: _____________ .
Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı operativ cavablandırmaq üçün əlaqə:


  • Əlaqələndirici şəxs: ____________________________

  • Əlaqələndirici şəxsin vəzifəsi: ____________________

  • Telefon nömrəsi: ______________________________

  • Faks nömrəsi: ________________________________

  • Elektron ünvan: _______________________________


Qoşma:

  1. İştirak haqqının ödənilməsi haqqında bank sənədinin əsli – __ vərəq.

________________________________ _______________________



(səlahiyyətli şəxsin A.A.S) (səlahiyyətli şəxsin imzası)

_________________________________



(səlahiyyətli şəxsin vəzifəsi)

M.Y.

SATIN ALINAN MALLARIN SİYAHISI
SATIN ALINAN MALLARIN SİYAHISI VƏ onlara daİr tələblər





Malın adı

Malın standartı və texniki şərti

Ölçü vahidi

Miqdarı

1

Təsirlənmə şkafı SRVD-B sinxron elektrik mühərriklərin təsirləndiricisinin rəqəmsal tənzimləyicisi

IEC-EN 61439-1:2011; IEC-EN 61439-2:2011; QOST-21558-2000;ТУ 3385-002-23545044-2010.


ədəd

3

2

Təsirlənmə şkafı SRVD-T sinxron elektrik mühərriklərin təsirləndiricisinin rəqəmsal tənzimləyicisi

IEC-EN 61439-1:2011; IEC-EN 61439-2:2011; QOST-21558-2000; ТУ 3385-003-23545044-2010.


ədəd

7

Malın texniki göstəriciləri.

1

Təsirləndiricinin idarə dövrəsi:







a)

sabit gərginlik (110-240) V







b)

dəyişən gərginlik (85-242) V







c)

çıxış gərginliyi sabit (48) V







2

Təsirləndirici üçün:







a)

qidalanma gərginliyi 380 V-3 fazlı







b)

tezlik 50 Hs







c)

maksimal gərginlik Umax=1.1 V







d)

minimal gərginlik Umin= 0.6 V







3

Şkaf sənaye tipli monitorla təmin olunsun. Monitora aşağıdakı parametrlər mütləq çıxarıla bilsin:







a)

stator gərginliyi və cərəyanı







b)

rotor gərginliyi və cərəyanı







c)

cos φ







d)

tezlik







e)

sinxron mühərrikin aktiv gücü







i)

işə salındığı vaxt və işlədiyi müddət







f)

monitora məsafədən nəzarət etmə imkanı










İdarəedici platalar iki ədəd: əsas və əlavə platadan ibarət olmalıdır. Əsas plata sıradan çıxarsa rezerv plata avtomatik işə qoşulmalıdır.







Quraşdırılmış platalardan əlavə SRVD-B üçün aşağıdakı ehtiyat hissələri nəzərdə tutulsun:




tənzimləmə platası

ədəd

2




güc bloku

ədəd

2




indikasiya platası

ədəd

2




qida mənbəyi

ədəd

2

Quraşdırılmış platalardan əlavə SRVD-T üçün aşağıdakı ehtiyat hissələri nəzərdə tutulsun:




idarəedici plata

ədəd

2




tənzimləmə platası

ədəd

2




sinxronlaşdırma platası

ədəd

2




Təsirlənmə cərayanı avtomatik və əl ilə idarə oluna bilsin.










Stator cərəyanının aşağı və yuxarı həddindən mühafizə










Stator gərginliyinin aşağı və yuxarı həddindən mühafizə










Təsirlənmə cərəyanının aşağı və yuxarı həddindən mühafizə










Asinxron rejimə keçiddən mühafizə mütləq nəzərdə tutulsun.










Təklif olunan təsirlənmə şkafına minimum 3 il zəmanəti olmalıdır.










Quraşdırıldıqdan sonra işəsalma sazlama işləri tədarükçü tərəfindən həyata keçirilməlidir.










İstismar tempraturunun diapazonu +100C +400 C aralığında olmalıdır









Yüklə 120 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə