Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 95,96 Kb.
Pdf görüntüsü
tarix26.08.2018
ölçüsü95,96 Kb.
#64728


Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan  Respublikasının  Milli  Məclisi  Azərbaycan  Respublikası Konstitusiyasının  94-cü  maddəsinin  I



hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsində  (Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,

2000, № 4, II kitab, maddə 251, № 5, maddə 323, № 12, maddə 835; 2001, № 1, maddə 24, № 7, maddə 455; 2002,

№ 1, maddə 9, № 5, maddələr 236, 248, 258, № 6, maddə 326, № 8, maddə 465; 2003, № 6, maddələr 276, 279, №

8, maddələr 424, 425, № 12, I kitab, maddə 676; 2004, № 1, maddə 10, № 4, maddə 200, № 5, maddə 321, № 8,

maddə 598, № 10, maddə 762, № 11, maddə 900; 2005, № 1, maddə 3, № 6, maddə 462, № 7, maddə 575, № 10,

maddə  904,  №  11,  maddə  994;  2006,  №  2,  maddələr  71,  72,  75,  №  5,  maddə  390,  №  12,  maddələr  1008,  1020,

1028; 2007, № 2, maddə 68, № 5, maddə 398, № 6, maddələr 560, 562, 579, № 8, maddə 757, № 10, maddələr 937,

941, № 11, maddələr 1049, 1080, 1090, № 12, maddə 1221; 2008, № 6, maddələr 454, 461, № 7, maddə 602, № 10,

maddə 884, № 12, maddələr 1047, 1049; 2009, № 5, maddə 315, № 7, maddə 517, № 12, maddə 953; 2010, № 2,

maddə 70, № 3, maddələr 171, 178, № 4, maddələr 275, 276, № 7, maddə 59; 2011, № 4, maddə 253) aşağıdakı

dəyişikliklər edilsin:

1. 190-cı maddənin “Qeyd” hissəsində “192,” rəqəmindən sonra “192–1,” rəqəmi əlavə edilsin.

2. Aşağıdakı məzmunda 192–1-ci maddə əlavə edilsin:

“Maddə 192–1. Qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi

192-1.1.  Lotereyaların  (stimullaşdırıcı  lotereyalar  istisna  olmaqla)  buna  hüququ  olmayan  şəxs  tərəfindən

təşkili  və  ya  keçirilməsi  vətəndaşlara,  təşkilatlara  və  ya  dövlətə  xeyli  miqdarda  ziyan  vurduqda,  habelə  xeyli

miqdarda  gəlir  əldə  etməklə  törədildikdə  -cinayət  nəticəsində  vurulmuş  ziyanın  (əldə  edilmiş  gəlirin)  iki  misli

miqdarında cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

192-1.2.  Qanunla  müəyyən  edilmiş  qaydada  akkreditasiya  olunmadan  idman  mərc  oyunlarının  təşkili və  ya

keçirilməsi vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda ziyan vurduqda, habelə xeyli miqdarda gəlir əldə

etməklə törədildikdə -cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə və ya

bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

192-1.3. Bu Məcəllənin 192-1.1 və ya 192-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 

192-1.3.1. təkrar törədildikdə; 

192-1.3.2. külli miqdarda ziyan vurduqda və ya külli miqdarda gəlir əldə etməklə törədildikdə;

192-1.3.3. mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə -

cinayət  nəticəsində vurulmuş  ziyanın  (əldə  edilmiş  gəlirin)  üç  misli  miqdarında  cərimə  və  ya  bir  ildən  beş  ilədək

müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.

3. Aşağıdakı məzmunda 244–1-ci maddə əlavə edilsin:

“Maddə 244–1. Qumarxana təşkil etmə və ya saxlama

244-1.1. Qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama –

iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

244-1.2. Eyni əməllər:

244-1.2.1. təkrar törədildikdə;

244-1.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat)

tərəfindən törədildikdə -üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: 


1.  Bu  Məcəllənin  244-1-ci  maddəsində  “qumar  oyunu”  dedikdə,  pul  vəsaitləri,  maddi  və  sair  nemət  (uduş)

barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyun başa düşülür.

2. Lotereyalara və idman mərc oyunlarına bu maddənin qüvvəsi şamil edilmir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2011-ci il



Yüklə 95,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə