Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramının (2006-2008-ci illər) təsdiq edilməsı haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə1/12
tarix30.04.2022
ölçüsü0,49 Mb.
#86318
  1   2   3   4   5   6   7   8   9   ...   12
2b93b6d90ee16dbfa0e160c7e29ced48



 

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramının 

(2006-2008-ci illər) təsdiq edilməsı haqqında 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

Müasir dünyada ölkələr arasında qarşılıqlı iqtisadi-siyasi münasibətlərin keyfiyyətcə yeni 

müstəviyə keçməsi, iqtisadi və sosial-mədəni həyatın beynəlmiləlləşməsi, eyni zamanda 

milli, irqi, regional münaqişələrin, fövqəladə vəziyyətlərin və təbii fəlakətlərin 

doğurduğu problemlər əhalinin kütləvi miqrasiyası ilə müşayiət olunur. Bəşəriyyətin 

inkişafında mühüm rol oynayan və mürəkkəb sosial proses olan əhalinin miqrasiyası ayrı-

ayrı bölgələrin və ölkələrin, bütövlükdə regionların müxtəlif iqtisadi inkişaf səviyyələri 

ilə sıx surətdə bağlıdır. 

Son illərin təhlili göstərir ki, sürətli sosial-iqtisadi inkişaf, energetika və nəqliyyat 

sahələrində beynəlxalq kommunikasiyaların genişlənməsi, eyni zamanda ölkəmizin 

geosiyasi mövqeyi Azərbaycan Respublikasında miqrasiya proseslərinin 

intensivləşməsinə gətirib çıxarmışdır. Bu da, öz növbəsində ölkənin inkişafı və 

təhlükəsizliyinin təmin edilməsi baxımından milli maraqlara uyğun miqrasiya siyasətinin 

həyata keçirilməsini, onun əsasında miqrasiya proseslərinin tənzimlənməsi sisteminin 

təkmilləşdirilməsini və inkişaf etdirilməsini, dövlət orqanlarının fəaliyyətinin 

əlaqələndirilməsini və bu sahədə beynəlxalq əməkdaşlığı zəruri edir. 

Azərbaycan Respublikasında miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, 

qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun 

təkmilləşdirilməsi, qanunların tətbiqində yol verilən nöqsan və sui-istifadələrin aradan 

qaldırılması, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin və sabit sosial-iqtisadi, 

demoqrafik inkişafının təmin edilməsi, əmək ehtiyatlarından səmərəli istifadə edilməsi

ölkə ərazisində əhalinin mütənasib yerləşdirilməsi, miqrantların intellektual və əmək 

potensialından istifadə edilməsi, tənzimlənməyən miqrasiya proseslərinin neqativ 

təsirinin aradan qaldırılması, insan alveri də daxil olmaqla, qeyri-qanuni miqrasiyanın 

qarşısının alınması məqsədi ilə 

qərara alıram: 

1. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı (2006-2008-ci illər) təsdiq 

edilsin (əlavə olunur). 

2. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramının yerinə yetirilməsinə 

nəzarət Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikası 

Prezidentinin İcra Aparatına həvalə olunsun. 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 

3.1. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramının yerinə 

yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini təhlil etsin və bu barədə hər altı 

aydan bir Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin; 




3.2. beynəlxalq təcrübə öyrənilməklə, miqrasiya sahəsində idarəetmə 

mexanizminin təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi 

məqsədi ilə müvafiq dövlət qurumunun yaradılmasına dair təkliflərini bir ay 

müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 

3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 

4. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir. 




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə