Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramının (2006-2008-ci illər) təsdiq edilməsı haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


I. Azərbaycan Respublikasında miqrasiya proseslərinin xüsusiyyətləri



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə4/12
tarix30.04.2022
ölçüsü0,49 Mb.
#86318
1   2   3   4   5   6   7   8   9   ...   12
2b93b6d90ee16dbfa0e160c7e29ced48

I. Azərbaycan Respublikasında miqrasiya proseslərinin xüsusiyyətləri  

Miqrasiya sahəsində Azərbaycan Respublikasının dövlət siyasətinin müəyyən edilməsi 

üçün, ilk növbədə, ölkədə miqrasiya proseslərinin mövcud vəziyyəti nəzərə alınmalıdır. 

Miqrasiya proseslərinin təhlili aşağıdakı miqrasiya axınlarını müəyyən etməyə imkan 

verir: 

 



daxili miqrasiya;  

 



xarici miqrasiya.  

Azərbaycan Respublikasında daxili miqrasiya axınlarının məcburi miqrasiya və sosial-

iqtisadi miqrasiya kimi formaları mövcuddur. 

Azərbaycan keçmiş SSRİ respublikaları arasında qaçqın və məcburi köçkün problemi ilə 

üzləşən ilk ölkə olmuşdur. 1987-ci ildən başlayaraq Dağlıq Qarabağ ətrafında cərəyan 

edən hadisələrdən sonra Ermənistan SSR-in ərazisində azərbaycanlılara qarşı aparılan 

kütləvi etnik təmizləmə siyasəti və torpaqlarımızın 20 faizinin Ermənistan silahlı 

qüvvələri tərəfindən işğal edilməsi nəticəsində bir milyondan artıq soydaşımız öz doğma 

ev-eşiyindən didərgin salınaraq, respublikamızın müxtəlif bölgələrində sığınacaq 

tapmışdır. 

Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf 

rayonlardan qovulmuş, habelə Ermənistan Respublikası ilə həmsərhəd rayonların həyat 

üçün təhlükəli yaşayış məntəqələrini tərk etmiş məcburi köçkünlər ölkədaxili məcburi 

miqrasiyanın başlıca subyektləridir. 

Sosial-iqtisadi miqrasiyanın subyektini isə iqtisadi islahatların həyata keçirilməsi, 

özəlləşdirmə prosesi, vaxtilə bəzi yaşayış məntəqələrinin enerji ehtiyatları ilə təmin 

olunmasında yaranan problemlərlə bağlı və mövcud olmuş digər sosial-iqtisadi 

səbəblərdən rayonlardan iri şəhərlərə, xüsusilə Bakıya və Abşeron yarımadasına köçən 

əhali təşkil edir. Qeyd olunmalıdır ki, son illər regionların sosial-iqtisadi inkişafı 

proqramı çərçivəsində görülən tədbirlər daxili miqrantların öz yaşayış yerlərinə qayıtması 

üçün şərait yaratmışdır. 

Daxili miqrasiya axınlarının tənzimlənməsi ilə bağlı tədbirlər Azərbaycan Respublikası 

Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş 

«Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-

2008-ci illər)» və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 

nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış 

şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nda 

təsbit edildiyindən, hazırkı Dövlət Proqramında əsas diqqət xarici miqrasiya proseslərinin 

tənzimlənməsi ilə bağlı tədbirlərə yönəlmişdir. 

Xarici miqrasiya immiqrasiya və emiqrasiya formalarında mövcuddur. Xarici 

miqrasiyanın subyektlərinə qaçqınlar, qaçqın statusu almaq niyyətində olan və sığınacaq 

axtaran şəxslər, əməkçi miqrantlar, tranzit miqrantlar, qeyri-qanuni miqrantlar daxildir. 

Qeyd edildiyi kimi 80-ci illərin sonunda—90-cı illərin əvvəlində qaçqınların axını 

Ermənistanın dövlət səviyyəsində keçən əsrin əvvəlindən apardığı deportasiya siyasəti 

nəticəsində həmin ərazidə yaşamış 250 mindən artıq azərbaycanlının öz yurdlarından 

qovulması ilə başlamışdır. 




Sovet İttifaqı dağıldıqdan sonra yaranmış siyasi, sosial-iqtisadi tənəzzül, milli 

münaqişələrin genişlənməsi bir sıra keçmiş sovet respublikalarında olduğu kimi, 

Gürcüstanda da ciddi siyasi, sosial, etnik problemlər yaratmış, milli azlıqların sosial-

siyasi həyat şəraitinə mənfi təsir göstərmiş və orada yaşayan minlərlə azərbaycanlının 

Azərbaycan Respublikasına köçməsinə səbəb olmuşdur. 

Bununla yanaşı, əvvəllər Gürcüstandan deportasiya olunaraq Orta Asiya 

respublikalarında yerləşdirilmiş, 1989-cu ildə isə orada baş vermiş milli münaqişə 

zəminində didərgin düşmüş məshəti türkləri də Azərbaycan Respublikasında qaçqın kimi 

məskunlaşmışlar. 

Azərbaycanda həmçinin müxtəlif xarici dövlətlərdən, xüsusilə də Əfqanıstandan, İran 

İslam Respublikasından, Rusiya Federasiyasından (əsasən Çeçenistan Respublikasından) 

qaçqın statusu almaq niyyətində olan və sığınacaq axtaran şəxslər də vardır. 

Azərbaycan Respublikasında xarici miqrasiyada əmək miqrasiyasının xüsusi çəkisi daha 

çoxdur. Ölkə iqtisadiyyatı inkişaf etdikcə, daxili əmək bazarında iştirak edən əcnəbilərin 

sayı artmaqdadır. Azərbaycan Respublikasının əlverişli geosiyasi mövqeyi, ölkədə 

aparılan iqtisadi islahatlar, dünyanın aparıcı şirkətləri ilə imzalanmış müqavilələr, Heydər 

Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsi, tarixi «İpək Yolu»nun 

bərpası və digər beynəlxalq kommunikasiya layihələrinin həyata keçirilməsi əmək 

miqrasiyası axınlarının artmasına səbəb olmuşdur. 

Miqrasiya proseslərinin dövlət tənzimlənməsi üçün miqrantların dəqiq qeydiyyatının və 

statistikasının aparılması zəruridir. Ölkə ərazisindəki əcnəbilər barədə rəsmi statistika 

orqanlarında olan məlumatlar isə bir çox hallarda real vəziyyəti tam əks etdirmir. 

Eyni zamanda, Azərbaycan Respublikasının ərazisində müvafiq qanunvericiliyin 

tələblərinə uyğun olmadan ölkəyə gələn, burada qalan və ya işləyən əcnəbilər—qeyri-

qanuni miqrantlar da vardır. Azərbaycan Respublikasının bir sıra dövlətlərlə vizasız 

gediş-gəliş rejiminin mövcud olması, ölkəmizin ərazisindən tranzit qaydasında keçən və 

ya Azərbaycan Respublikasına qısa müddətə gələn əcnəbilərə və vətəndaşlığı olmayan 

şəxslərə kifayət qədər nəzarət edilməməsi və aidiyyəti dövlət orqanları tərəfindən 

qanunların tətbiqində nöqsanlara yol verilməsi nəticəsində qanunsuz olaraq ölkəmizin 

ərazisindən üçüncü dövlətlərə getmək məqsədi ilə istifadə etməyə cəhd edən və ya 

Azərbaycan Respublikasında qanuni əsaslar olmadan daimi yaşayan əcnəbilərin sayı 

artmaqdadır. 

Müstəqilliyinin ilk illərində ölkəmizdən emiqrant axını müəyyən dərəcədə siyasi, milli və 

etnik xarakter daşıyırdısa, sonrakı illərdə emiqrasiyanın başlıca səbəbini iqtisadi motivlər 

təşkil etmişdir. Əgər 90-cı illərin əvvəlində əmək miqrasiyası Azərbaycan Respublikası 

vətəndaşlarının xarici ölkələrə axını ilə xarakterizə olunurdusa, hazırkı dövrdə ölkədəki 

siyasi sabitlik və sosial iqtisadi inkişaf xaricə miqrasiya axınını kəskin surətdə azaltmış, 

əksinə həmin şəxslərin ölkəyə qayıtması üçün şərait yaratmışdır. 




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə