Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramının (2006-2008-ci illər) təsdiq edilməsı haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


II. Miqrasiya sahəsində dövlət siyasətinin prioritet istiqamətləri



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə5/12
tarix30.04.2022
ölçüsü0,49 Mb.
#86318
1   2   3   4   5   6   7   8   9   ...   12
2b93b6d90ee16dbfa0e160c7e29ced48

II. Miqrasiya sahəsində dövlət siyasətinin prioritet istiqamətləri  

Dövlət miqrasiya siyasətinin əsas məqsədi Azərbaycan Respublikasının milli 

təhlükəsizliyini və milli maraqlarını qorumaqla miqrasiya axınlarının tənzimlənməsi

nəzarətsiz miqrasiya proseslərinin neqativ nəticələrinin qarşısının alınması, miqrantların 

öz hüquqlarını həyata keçirmək üçün şəraitin yaradılmasıdır. 



Miqrasiya siyasətinin əsas vəzifələri aşağıdakılardır: 

 



miqrasiya proseslərindən ölkənin inkişafı üçün səmərəli istifadə olunması;  

 



miqrasiya proqramlarının və tədbirlərinin həyata keçirilməsində dövlətin, 

cəmiyyətin və insanların mənafelərinə riayət edilməsi;  

 

qeyri-qanuni miqrasiyanın qarşısının alınması;  



 

miqrantların mövcud sosial-iqtisadi vəziyyətə adaptasiyasını sürətləndirən şəraitin 



yaradılması;  

 



miqrantların hüquqlarının müdafiəsi.  

Dövlət miqrasiya siyasəti qanunlara riayət edilməsi və miqrantlar arasında irsi, dini, cinsi 

mənsubiyyətinə, vətəndaşlığına, yaşına, hər hansı sosial qrupa aidiyyətinə və ya siyasi 

baxışlarına görə ayrı-seçkiliyin yolverilməzliyi prinsipləri əsasında həyata keçirilməlidir. 

Dövlət miqrasiya siyasətinin həyata keçirilməsi aidiyyəti dövlət orqanlarının bu Dövlət 

Proqramı çərçivəsində aşağıdakı əsas istiqamətlər üzrə fəaliyyətini nəzərdə tutur: 

 

miqrasiya proseslərinin proqnozlaşdırılması, siyasi və iqtisadi vəziyyətdə 



dəyişikliklər nəzərə alınaraq səmərəli dövlət miqrasiya siyasətinin 

formalaşdırılması, miqrasiya sahəsində idarəetmə mexanizminin 

təkmilləşdirilməsi;  

 



miqrasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflərin 

hazırlanması, qanunlarda olan boşluqların və ziddiyyətlərin aradan qaldırılması, 

miqrantların və dövlətin qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən hüquqi 

bazanın yaradılması;  

 

miqrasiya sahəsinin dövlət tərəfindən tənzimlənməsinin səmərəliliyinin 



artırılması, funksiyaların təkrarlanmasının qarşısının alınması məqsədi ilə 

müvafiq tədbirlərin həyata keçirilməsi, aidiyyəti dövlət orqanlarının miqrasiya 

sahəsində fəaliyyətinin əlaqələndirilməsi;  

 



immiqrantların qəbulu zamanı daxili əmək bazarının tələbatı nəzərə alınaraq 

kvotaların tətbiqi;  

 

miqrasiya sahəsinin tənzimlənməsi ilə bağlı aidiyyəti dövlət orqanlarının 



məsuliyyətinin artırılması, qanunlara əməl edilməsi, qanun pozuntularına yol 

vermiş şəxslərin cəzalandırılması və neqativ halların aradan qaldırılması üçün 

müvafiq tədbirlərin görülməsi;  

 



qeyri-qanuni miqrasiyanın qarşısının alınması üçün kompleks tədbirlərin həyata 

keçirilməsi;  

 

miqrasiya problemlərinin həlli məqsədi ilə xarici ölkələrin miqrasiya xidmətləri 



və beynəlxalq təşkilatlar ilə qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi;  

 



Azərbaycan Respublikasında yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan 

şəxslərin cəmiyyətə inteqrasiyası və yerli şəraitə uyğunlaşdırılması sisteminin 

yaradılması.  

Qeyri-qanuni miqrasiyanın qarşısının alınması Azərbaycan Respublikasının 

təhlükəsizliyinin təmin edilməsinin və Azərbaycan vətəndaşlarının maraqlarının 

müdafiəsinin vacib şərtlərindən biridir. 

Miqrasiya nəzarəti sistemi qeyri-qanuni miqrasiya ilə bağlı mövcud vəziyyətə adekvat 

olmalıdır. Buna görə də miqrasiya prosesləri üzrə idarəetməni təşkil edərkən, Azərbaycan 

Respublikası tərəfindən beynəlxalq öhdəliklərin yerinə yetirilməsinin, insan hüquq və 

azadlıqlarının müdafiəsinin və dövlətin milli maraqlarının qorunmasının, o cümlədən 

onun milli təhlükəsizliyinin təmin edilməsinin zəruriliyi nəzərə alınmalıdır. 



Qeyri-qanuni miqrasiyanın qarşısının alınması üçün bu problemin həllinə hərtərəfli 

yanaşma və aidiyyəti dövlət orqanlarının aşağıdakı istiqamətlər üzrə birgə fəaliyyəti 

zəruridir: 

 



səmərəli fəaliyyət göstərən vahid miqrasiya nəzarəti sisteminin yaradılması 

prosesinin sürətləndirilməsi;  

 

miqrantların qanuni mənafelərinin müdafiəsi ilə yanaşı, Azərbaycan 



Respublikasının qanunvericiliyini pozmuş əcnəbilər və vətəndaşlığı olmayan 

şəxslər barəsində tədbirlər görülməsi, o cümlədən onların deportasiyasını nəzərdə 

tutan qanunvericiliyin təkmilləşdirilməsi;  

 



həmsərhəd dövlətlərlə müqavilə prosesinin aktivləşdirilməsi və qeyri-qanuni 

miqrasiya ilə mübarizədə öhdəlikləri və məsuliyyəti nəzərdə tutan müvafiq 

sazişlərin bağlanması;  

 



əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı, olma yerləri, məşğulluğu 

barədə və digər zəruri məlumatları özündə əks etdirən əcnəbilərin və vətəndaşlığı 

olmayan şəxslərin vahid uçotu sisteminin (miqrasiya informasiya mərkəzinin) 

formalaşdırılması.  




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə