Azərbaycan Texniki Universiteti



Yüklə 14,18 Kb.
tarix17.05.2022
ölçüsü14,18 Kb.
#87131
S4


Azərbaycan Texniki Universiteti



Kafedra: Mexanika
Fənn: Hidrologiya
Müəllim: Samir Qəhrəmanlı
Tələbə: Səməndər Rəhimov
Qrup: 410a2
Mövzu: Çayların qida mənbələri


Çayların qida mənbələri

Çaylar səth və yeraltı sularla qidalanırlar. Ümumiyyətlə qida mənbələri dörd növdür: yağış, qar, buzlaq və yeraltı sular. Bunlardan ilk üçü səth sularına aiddir.

Çayların qidalanmasının əsas amilllərindən biri iqlim şəraitidir və məşhur meteoroloq A.İ.Voeykov dediyi kimi-çaylar iqlimin məhsuludur.

Müxtəlif çay hövzələrində bu və başqa qida mənbəyinin üstün olması yerli şəraitdən asılıdır. Bəzən hövzələr üçün hansı növ qidanın üstün olduğunu müəyyənləşdirmək mümkün olmur. Bu halda qarışıq qidalanma məfhumundan istifadə edilir.

Çaylarda axımın yaranmasına iqlimdən başqa bitki örtüyü, torpaq, relyef və antropogen amillər də böyük təsir göstərir. Çay hövzələrinin geoloji quruluşundan asılı olaraq yeraltı suların qidalanmada rolu müəyyən edilə bilər. Yağışla qidalanma əsasən leysan və uzun müddət davam edən yağışlar hesabına olur. Leysan yağışlar qısa müddət davam edir, bu vaxt çayların sululuğu kəskin artır və yağışdan sonra isə tədricən azalır. Uzun müddət davam edən yağış, əsasən böyük ərazini əhatə edir və çayı uzun müddət qidalandırır. Ekvatorial və iqlim qurşağının, Lənkəran təbii vilayətinin çayları əsasən yağış suları ilə qidalanır.

Qış zamanı yığılmış qar yazda əriməyə başlayır və ərinti suları çayları qidalandırır. Qar sularından qidalanma qarda olan su ehtiyatlarından və ərimə dövründəki hava şəraitindən asılıdır. Şərqi Avropanın düzənlik çaylarının axımının 50%-dən çoxunu qar suları təşkil edir.Buzlaq suyu ilə qidalanma yüksək dağlıq rayonların çayları üçün səciyyəvidir. Buzlaq suyu ilə qidalanan çaylarda sululuq yay dövründə artır (Amudərya, Sırdərya). Qar əridikdə və yağışdan sonra suyun bir hissəsi torpaq-süxur təbəqəsinə hopur və yeraltı suların ehtiyatını artırır. Sonra isə il ərzində müntəzəm olaraq çayı qidalandırır.Cənubdan şimala doğru çayların qidalanmasında yeraltı suların rolu artır. Daimi donuşluq yayılmış ərazilərdə yeraltı sularla qidalanma çox cüzidir. Volqa çayının illik aximının 30%-ni yeraltı sular təşkil edir. Ümumiyyətlə, çayların su ilə qidalanmasında 2-3 qida mənbəyi iştirak edir. Belə qarışıq qidalanma çayların əksəriyyəti üçün xarakterikdir.

Çayların axım həcmini hesabladıqda və axımın il ərzində paylanmasını müəyyənləşdirdikdə onların qida mənbələrini öyrənmək vacibdir.

Mülayim qurşaqda çayların çoxu qar suları ilə qidalanır. Qar suları ilə yanaşı, şimala getdikcə yeraltı və yağış sularının da payı artır.Dneprin aşağı axınından Azov dənizinə kimi olan ərazidə, Aşağı Volqaboyunda və Şimali Qazaxıstanda çaylar demək olar ki, ancaq yazda qqarın əriməsindən əmələ gələn sularla qidalanır. Bu rayonlarda yeraltı sular çox dərində yerləşir, yağış suları isə əsasən buxarlanmaya sərf olunur. Kiçik hövzəyə malik olan çayların çoxu yay aylarında tamamilə quruyur. Çöl və meşə-çöl zonalarında yeraltı sular çox da dərində olmadığı üçün çayların qidalanmasında iştirak edir. Ancaq yenə də həmin zonalarda çayların əsas qida mənbəyini qar suları təşkil edir və onların axımının əsas hissəsi yaz gursululuğu dövrünə təsadüf edir.

Dağ çaylarında qidalanma çox zaman qar və buzlaq suyunun hesabına olur. Buzlaq çayları qış aylarında ancaq yeraltı sularla qidalanır. Qeyd edək ki, dağ çaylarının qidalanma xüsusiyyətləri yüksəklikdən asılı olaraq dəyişir.

Böyük çayların qidalanması, onların axıb keçdiyi ərazilərin müxtəlif fiziki-coğrafi şəraitə malik olması ilə əlaqədar mürəkkəb xarakter daşıyır. Belə çaylarda qidalanma çox zaman qarışıq olur. Şərqi Asiya çaylarının qidasının əsasını musson yağışları təşkil edir. Musson yağışları ilin isti dövründə yağır.



Qeyd etmək lazımdır ki, daimi donuşluq yayılmış ərazilərdən keçən çayların yeraltı sularla qidalanması çox cüzi olur və həmin ərazidəki çayların qida mənbələri qar və yağış sularıdır.
Yüklə 14,18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə