Baki un iversitetiNİn xəBƏRLƏRİ №1 Humanitar elml



Yüklə 131,3 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü131,3 Kb.
#32066


BAKI UN

İVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1    

 

Humanitar elml

ər seriyası   

 

2015 

 

 

 

 

UOT 94 (470) 

 

KRIMIN TARİXİNƏ DAİR  

 

T.Ş.BAXŞƏLİYEV 

Bakı Dövlət Universiteti 

t

baxşhaliyev @ inbox.ru 

 

M



əqalə sahillərini Qara və Azov dənizlərinin suları yuyan Krım yarımadasının tarixinə 

i

şıq tutmaq məqsədilə qələmə alınıb. Faktlar təsdiq edir ki, Krım yarımadasının ilk sakinləri 

yunan 

koloniyaçıları,  sonradan  tavrlar  adı  ilə  tanınan  kimmerilər  və  skiflər  olmuşlar.  Yeni 

feodal  münasib

ətlərinin  yarandığı  dövrdə  isə  Krım  Bizans  imperiyasının  tərkibinə  daxil 

edilmişdir.  Krım  yarımadasında  yerləşən  ilk  türk  tayfaları  VII-X  əsrlərdə  Şərqi  Avropada 

mövcud  olan  türk  X

əzər  xaqanlığını  təmsil  edirdi.  Qızıl  Ordu,  Krım  xanlığı  dövründə  Krım 

yarımadası  tamamilə  türkləşərək  türk  qövmlərinin  yurduna  çevrilmişdir.  Türklərin  məskun-

laşdığı Krım torpaqları çar Rusiyasının işğalçılıq siyasəti nəticəsində onların əlinə keçdi. Krım 

yarımadasından Türkiyə və Orta Asiyaya köç etməyə zorlanan Krım türklərinin ana yurduna 

çoxlu  sayda  rus, 

ukraynalı  və  başqa  köçmən  xalqlar  yerləşdirilmişdi.  Nəticədə, 1954-cü  ildə 

Sovet  r

əhbərliyi  tərəfindən  Ukraynaya  verilən  Krım  2014-cü  ildə  Rusiyaya  ilhaq  edilərək 

Federasiyanın inzibati ərazisinə daxil edildi. 

 

Açar  sözl

ər:  yunanlar,  Bizans,  skiflər,  slavyanlar,  Qızıl  Ordu,  Krım  xanlığı,  Krım 

türkl


əri, rus-türk müharibələri  

 

C



ənubi Avropada  yerləşən Krım yarımadasının sahillərin Qara və Azov 

d

ənizinin suları yuyur, materiklə isə Perekop bərzəxi ilə birləşir. Krımın Qara 



v

ə Azov dənizi sahilləri girintili və çıxıntılı olduğundan gəmiçilik üçün əlve-

rişli  idi.  Mahir  gəmiqayıran  olan  yunanlar  ticarətlə  məşğul  olmaq  məqsədilə 

Qara d


əniz sahillərində özlərinə yeni daimi məskənlər – koloniyalar salırdılar. 

E.

ə. VIII-VI əsrlərdə Qara və Azov dənizlərinin sahillərinin əhatə etdiyi 



Krım yarımadasında  yunan koloniyaları meydana gəlmişdir. Ticarətlə məşğul 

olan  s


ənətkar  və  tacirlər,  torpaq  payı  olmayan  kəndlilər,  öz  yerlərindən 

qaçmağa  məcbur  olan  insanlar  koloniyaların  sakinləri  idi.  Müstəqil  şəhər  – 

dövl

ət olan hər bir koloniyanın öz hökmdarı, qoşunu, xəzinəsi və pulu var idi. 



Krım yarımadasında yerləşən Pantikapey (İndiki Kerç), Xersones (Sevastopol 

yaxınlığında),  Feodosiya və başqaları böyük şəhər koloniyalar idi. Şəhərlərin 

ətrafında isə yerli tayfaların yaşayış məskənləri yerləşirdi. Zaman-zaman şəhər 

koloniyaların əhalisi tədricən qonşu tayfaların insanları ilə qaynayıb-qarışırdı.  

 

96 



Assuriya  m

ənbələrinə əsasən Avropanın cənubi-şərqinin düzənlik hissə-

sind

ə  yaşayan  kimmerilər  eramızdan  əvvəl  VIII-VII  əsrlərdə  Kiçik  Asiyaya 



soxularaq  m

əğlubiyyətə  uğramışlar.  Sonradan  tarix  səhnəsindən  yoxa  çıxan 

kimmeril

ərin bir hissəsi Krımda qalmış və tavrlar adı ilə tanınmışdır. 

Herodota  gör

ə  kimmeriləri  e.ə.  VII  əsr və  VI  əsrin  sonunda  tayfa 

ittifaqında birləşən skiflər sıxışdırıb aradan çıxarmışlar (4, 190). 

Zaman  keçdikc

ə  skiflər  şəhər  koloniyaları  üzərinə  də  hücumlar  təşkil 

edirdil


ər.  Xersones  üzərinə  edilən  hücumlar  xüsusilə  amansız  idi.  Belə  olan 

halda, 


şəhər  koloniyaları  Bospor  çarlığının  müdafiəsinə  sığınmağa  məcbur 

oldular, sonra is

ə Romaya tabe oldular. E.ə. 480-ci ildə yaranan Bospor çarlı-

ğına  bütün  Kerç  yarımadası,  Azov  dənizinin  şimal-şərq,  şərq  hissəsindəki  və 

Kubanboyu torpaqlar daxil idi. E.

ə. I əsrdə Bospor çarlığı Romaya boyun əydi 

v

ə onun köməyi ilə Xersonesi özünə tabe etdi. 



Sarmatların,  qotların  və  hunların  hücumları  altında  IV  əsrdə  Bospor 

çarlığı  darmadağın  edildi.  Şəhər  koloniyalar  isə  əsasən  viran  qoyuldu  və 

t

ənəzzülə uğradılar. 



Eramızdan  əvvəl  III  əsrdə  Krımda  mərkəzi  Neapol  olan  (Simferopol 

rayonu)  güclü  skif  quldar  dövl

əti  yaranmışdı  (8, 12). Arxeoloqların  sikif 

Neapolunda 

apardığı qazıntı işləri zamanı çoxlu taxıl ehtiyatı aşkar edilmişdi. 

Əkinçi  sikiflər  dünyada  ən  yaxşı  buğda  yetişdirirdilər.  Sikif  torpaqlarında 

bec

ərilən  taxıl  Yunanıstana  ixrac  edilirdi.  Herodota  görə  «onlar  özləri  üçün 



deyil, satmaq üçün 

taxıl əkirdilər» (4, 191). 

Xalqların böyük köçü, daxili çəkişmə və ziddiyyətlər sayəsində quldarlıq 

quruluşu tənəzzülə uğrayaraq öz yerini yeni feodal qayda – qanunlarına verirdi. 

Yeni feodal münasib

ətlərinin meydana gəlib formalaşdığı Bizans imperiyasının 

t

ərkibinə Krım, o cümlədən Qara dəniz sahillərində bir sıra torpaqlar daxil idi. 



əsrin sonu – VI əsrin əvvəllərindən başlayaraq slavyanların mütəmadi 

şəkildə Bizans imperiyasının hüdudlarına hücumları başlanır. Ruslar IX əsrin 

əvvəllərində  Bizans  imperiyasının  Krımdakı  mülkü  olan  Xersona  və  Qara 

d

ənizin  cənub  sahillərinə  hücum  edirdilər.  Bu  hücumlar nəticəsində  Bizans 



ruslar  il

ə ticarət müqaviləsi bağlamağa məcbur olur. X əsrin birinci yarısında 

bizanslılarla  «Varyaqlardan yunanlara gedən böyük yol» vasitəsi ilə sıx ticarət 

əlaqələri başlandı (6, 10). 

Q

ədim Rus dövləti Bizans imperiyasının siyasi işlərinə də nüfuz etmişdir. 



Bel

ə ki, Kiçik Asiya əyanları Bizans imperatoru II Vasiliyə qarşı qiyamı vaxtı 

knyaz Vladimir imperatorun 

bacısı Anna ilə evlənməsi şərti ilə onun köməyinə 

rus  d

əstəsi göndərdi. Qiyam yatırıldıqdan sonra II Vasili şərti yerinə yetirmə-



diyin

ə  görə  Vladimir  Krımda  Xersonu  mühasirə  edib  tutdu  və  şəhəri  989-cu 

ild

ə Anna ilə evləndikdən sonra Bizansa qaytardı (9,156). 



Krım  yarımadasının  bir  hissəsi  isə  VII-X  əsrlərdə  Şərqi  Avropada 

mövcud olan türk dövl

ətlərindən biri Xəzər xaqanlığına tabe idi. IX əsrin ikinci 

yarısında şərq slavyanlarının bir çox tayfaları xəzərlərə tabe olmuş, onlara bac 

bel

ə vermişlər. 



 

97 



965-ci ild

ə Kiyev knyazı Svyatoslav Xəzər ölkəsinə hücum etdi, xaqanlıq 

dağıldı. Xəzərlərin bir hissəsi Krım yarımadasına çəkildi. 

Bundan  sonra  Svyatoslav 

Bizansın  Krım  əyalətinə  hücum  etdi.  Lakin 

yunanlar onun 

yanına nümayəndələr göndərərək çoxlu qızıl müqabilində Krıma 

deyil,  Dunay 

Bolqarıstanına hücum etməyi xahiş etdilər. 967-ci ildə Bizansla 

anlaşan  Svyatoslav  böyük  qoşunla  Dunay  ətrafında  hücuma  keçərək  Bolqa-

rıstanı  məğlub  etdi.  Dunaydan  Kerçə  kimi  olan  Qara  dəniz  sahilləri  Krım 

istisna olmaqla Rusa keçdi. T

əsadüfü deyil ki, IX-XI əsrlərdə Qara dənizi Rus 

d

ənizi adlandırırdılar. 



1220-ci  ild

ə  monqol  sərkərdələri  Cəbə  və  Subutayın  başçılığı  altında 

qoşunlar  Dərbənddən  keçərək  qıpçaqları  və  alanları  məğlub  edərək  Krıma 

soxuldular v

ə Sudak qalasına çatdılar. Monqollar bu yerləri talan edib əhalinin 

bir  hiss

əsini  qırdılar.  Şərqi  Avropaya  monqolların  birinci  yürüşü  kəşfiyyat 

xarakteri 

daşıdığı üçün onlar sonra Şərqə çəkildilər.  

On üç ild

ən sonra monqol ordusu Çingizxanın nəvəsi Batının başçılığı ilə 

Rus dövl


ətinin hüdudlarına daxil olaraq Avropaya basqın etdi. 

Rus  dövl

ətinin dörd illik müqaviməti monqolların qüvvəsini zəiflətdi və 

onların Avropanı  fəth etmək planlarını pozdu. Başqa bir tərəfdən Rus dövlə-

tinin 

işğal edilməsi də başa çatmadı, Şimali Qafqazın, Zaqafqaziyanın, Krımın 



xalqları monqol işğalına qarşı mübarizəsini davam etdirirdilər. Rus dövləti isə 

rus 


knyazlarının simasında öz müstəqilliyini nisbətən saxlayırdı və monqollara 

x

ərac verən asılı bir ölkə idi. 



XIII 

əsrin  40-cı  illərində  monqol  hücumları  sayəsində  yeni  bir  türk 

dövl

əti  –  Qızıl  Ordu  dövləti  meydana  gəldi.  Qızıl  Ordu  dövlətinin  tərkibinə 



Dnestrd

ən tutmuş, Qərbi Sibirə kimi olan torpaqlar, Şimali Xarəzm və Ürgənc 

şəhəri  ilə  birlikdə  Sır-Dəryanın  aşağı  axarları,  cənubda  isə  Krım  və  Qavqaz 

daxil idi. Cuçi Ulusunun t

əşkil etdiyi Qızıl Ordu qoşununun əsas hissəsini türk 

tayfalarından ibarət olan dəstələr təşkil edirdi. Əhalisi 922-ci ildən müsəlman 

olan 

Qızıl Ordu Batının kiçik qardaşı Bərkə xanın (1255-1266) müsəlmanlığı 



q

əbul  etməsilə  Türk  –  İslam  dövləti  durumuna  gəlmişdir.  Bərkə  xanın 

hakimiyy

əti  dövründə  Böyük  Xaqanlıqdan  ayrıldığını  elan  edən  xan  hətta 

müst

əqil  bir  dövlət  kimi  hərəkət  edərək  öz  adına  sikkə  belə  kəsdirmişdir. 



Özb

ək Xanın (1313-1342) zamanında İslam dini daha da güclənərək rəsmi din 

halına gəlmişdi. Dövlətin mərkəzi olan Saray şəhəri digər islam ölkələri kimi 

m

əscid,  mədrəsə,  təkkələrlə  bəzəndi,  hökmdar  sarayında  alimlər,  şeyxlər, 



seyidl

ər  və  xocalar  önə  çıxdı,  mədrəsələr  və  məktəblər  açıldı.  Məşhur  İslam 

aliml

ərindən  Kütbəttin-üz-Razi,  Şeyx  Sadəttin  Təftəzi  və  başqaları  Canibek 



Xan (1340-1357) dövründ

ə Saray şəhərində qalırdı (10, 404). 

Qızıl Ordunun XIII-XIV yüzilliklərdə siyasi, iqtisadi və mədəni cəhətdən 

t

əkcə  Şərqi  Avropada  deyil,  ümumiyyətlə,  Türk  dünyasının  qabaqcıl  ölkə-



l

ərindən biri olduğu şübhəsizdir. 

Qızıl  Ordu  dövlətində  iri  feodal  və  köçmə  əyanlar  arasında  baş  verən 

daxili  ç

əkişmələr  onun  qüdrətini  sarsıtdı.  Bundan  yararlanan  rus  knyazları 

 

98 




1380-ci  ild

ə  Dmitrii  Donskoyun  rəhbərliyi  ilə  Kilikovo  çölündə  Qızıl  Ordu 

xanı Mamayı məğlub etdilər. 

XIV 


əsrin sonlarında Qızıl Ordu dövlətinin Şərq vilayətləri Əmir Teymu-

run 


əlinə keçdi. 1480-ci ildə isə  «Uqra hadisəsi»ndən sonra  rus torpaqlarının 

Qızıl  Ordudan  240  illik  vassal  asılılığı  sona  yetdi.  XVI  əsrin  əvvəllərində 

feodal p

ərakəndəliyi və daxili çəkişmələr nəticəsində Qızıl Ordu dövləti dağıldı 

v

ə  onun  ərazilərində  yeni  türk  dövlətləri,  o  cümlədən  Krım  xanlığı  meydana 



g

əldi. 


Krım xanlığının əhalisi xəzər, qıpçaq, kuman və oğuz türklərindən ibarət 

olub 


Krım türkləri adı ilə tanınır. Krım xanlığının qurucusu Hacı Gəray hesab 

olunur v


ə onun adına kəsilən qədim sikkə 1441-1442-ci il tarixinə aiddir. 

İstanbulun fəthindən sonra boğazlara və Qara dənizə hakim olan Osman-

lılarla ittifaq bağlayan Hacı Gəray 1454-cü ildə Osmanlı-Krım birgə qoşunu ilə 

Kiyevi mühasir

əyə aldı. Kiyev knyazı Osmanlı sultanına və Krım xanına illik 

vergi verm

əyə razı oldu. 

1466-


cı  ildə  Hacı  Gərayın  ölümündən  sonra  oğulları  arasında  taxt-tac 

uğrunda  mübarizə  başladı.  Uzun  müddət  taxt  uğrunda  mübarizə  aparan 

Nurdevl

ət  ilə  Mənqli  Gəray  gah  Kiyevə,  gah  da  İstanbula  sığınaraq  sonda 



1478-ci  ild

ə  Mənqili  Gərayın  üçüncü  dəfə  hakimiyyətə  gəlməsi  ilə  qurtardı. 

Onun  hakimiyy

əti  illərində  (1478-1514)  Krım  xanlığı  Osmanlı  dövlətinin 

vassalı  olaraq  yürüşlərdə  iştirak  edir  və  siyasi  işlərə  belə  qarışırdı.  Belə  ki, 

Yavuz  S


əlimin  qaynatası  olan  Mənqli  Gəray  hətta  onun  Osmanlı  taxtına 

keçm


əsinə öz qoşunları ilə kömək etdi. 

1502-ci  ild

ə Krım xanı Mənqli Gəray  Qızıl Ordu xanlığına son zərbəni 

vuraraq  onun  m

ərkəzi  Saray  şəhərini  dağıtdı.  Bununla  da  Krım  xanlığının 

Moskva  il

ə  ittifaq  siyasəti  sonna  yetdi,  çünki  hər  iki  dövlət  Qızıl  Ordu  tor-

paqlarına sahib olmaq istəyirdilər. 

Krım  xanı  Məhəmməd  Gəray  (1514-1523)  zaman-zaman  Moskva 

knyazlığı üzərinə basqınlar təşkil edərək şəhərin ətrafını atəşə vermişdir. 

1571-ci ild

ə Krım xanının qoşunları Dövlət Gəray xanın başçılığı altında 

rus 

torpaqlarına hücum edərək Moskvaya çatdı. Bu hücum zamanı ölkə talan 



edilib soyuldu, on minl

ərlə rus əhalisi məhv edildi və əsir alındı. 

Krımlılar yalnız şimalda rus knyazlarına qarşı deyil, İran və Macarıstan 

c

əbhələrində  də  Osmanlılarla  birlikdə  daha  tez-tez  hücumlar  təşkil  edirdilər. 



Xüsusil

ə, 1578-1606-cı  illərdə  Osmanlıların  İran  və  Avstriya  ilə  apardığı 

müharib

ələrdə Krım ordusu yaxından iştirak edirdi. 



XVII 

əsrin birinci yarısında Osmanlı imperatorluğunun daxili çəkişmələri 

Krımda  da  öz  təsirini  göstərdi.  Bu  çəkişmələrdən  istifadə  edən  Şimaldakı 

kazaklar 

Osmanlı  və  Krım  torpaqlarına  basqınlar  təşkil  etməyə  başladılar. 

1654-cü  ild

ə  onlar  Sinopu  yandırdılar, 1612-ci  ildə  Ahyoliyi  və  1625-ci  ildə 

İstanbul  boğazında  Yeniköyü  talan  etdilər.  Sonda  1637-ci  ildə  Osmanlı  və 

Krım  qoşunlarını  məğlub  edərək  Azov  qalasını  tutaraq  beş  il  öz  əllərində 

saxladılar. 

 

99 



Krım  xanı  III  İslam  Gəray  (1644-1654)  Osmanlılarla  birlikdə  Şimal 

düşmənlərinə qarşı uğurlu mübarizə aparmışdı. O, 1644-1647-ci illərdə Rus və 

Kazaklara 

qarşı dörd böyük yürüş etmişdir. 

Lakin  1684-cü  ild

ə  ruslar  Avropada  qurulan  Müqəddəs  ittifaqa  daxil 

olaraq 

Krıma  və  Azov  qalasına  basqınlar  etməyə  başladılar.  Beləliklə,  bu 



tarixd

ən etibarən rus çarları Krım və Qara dəniz, Qafqaz və Balkanlara istilaçı 

hücumlar edirdil

ər. 


Rus 

qoşunları  ilk  dəfə  1736-cı  ildə  Krım  yarımadasını  istila  edərək  Bax-

asarayı yandırdılar, 2000 xan sarayı kül oldu, o cümlədən Səlim Gərayın qurduğu 

z

əngin kitabxana məhv edildi. 1737-1738-ci illərdə ruslar təkrar gələrək soyğun və 



talan 

işlərini davam etdirdilər və Prutda  geri verdikləri Azov  qalasını təkrar ələ 

keçirdil

ər. Bununla da Krım torpaqları yeni istilalar üçün açıq qaldı. 

Bel

əliklə,  kazaklar  Qara  dəniz  sahillərindəki  Krım  şəhərlərini  qorxu 



ərisində saxlayır, Moskva isə bu yerlərdə möhkəmlənmək üçün yeni qalalar 

inşa edirdi. 

Rusiyanın hərəkətləri 1768-1774-cü il Türkiyə ilə müharibəyə səbəb oldu. 

Osmanlı  padişahı  tərəfindən  Rusiyaya  müharibə  elan  edilməsinin  ardından 

1769-cu ild

ə Krım türkləri Gəray xanın başçılığı ilə Bessarabiyadan Rusiyanın 

c

ənub  ucqarlarına  müvəffəqiyyətli  basqın  etdi.  Lakin  ölkənin  içərilərinə  düş-



m

ək mümkün olmadı. 1770-ci ildə hücuma keçən rus ordusu Budcaqı, 1771-ci 

ild

ə isə Krım yarımadasını istila etdilər. Krım xanı III Gəray güclə canını qur-



tarıb  İstanbula  sığındı. 1772-ci  ildə  Rus  işğalı  altında  toplanan  qurultayda 

Sahib G


əray Krımın müstəqil xanı seçildi. 

1774-cü il 21 iyulda 

imzalanmış Kiçik Qaynarca sülh müqaviləsinin 3-cü 

madd


əsinə əsasən Krım, Kuban, Yedisan, Camboyluk və Yedicək tatar xalqları 

s

ərbəst və müstəqil elan edildilər. Bu xalqlar öz razılığı ilə Çingiz sülaləsindən 



seçil

ən xanların hakimiyyəti altında öz qanun və adətlərinə görə idarə olunmalı 

idi.  Öz-özl

ərini  idarə  edən  və  Allahdan  başqa  kimsəyə  tabe  olmayana  başqa 

dövl

ətlər  kimi  münasibət  görəcək  tatarlar  müsəlman  olduğu  üçün  isə  islamın 



x

əlifəsi sayılan Osmanlıdan şəriətin tələb etdiyi münasibəti görməli idi. Krım 

yarımadası  ilə  Buq  çayından  Kuban  çayınadək  olan  ərazidəki  türklər  Krım 

xanının idarəsi altında müstəqil elan edildi, Azov dənizindəki Yeniqala və Kerç, 

Qara d

əniz sahilində Kinburn Rusiyaya verildi (10, 426). Kiçik Qaynarça sülhü 



Rusiyanı Qara dəniz dövlətinə çevirdi və cənubda onun mövqelərini daha da 

möhk


əmləndirdi. 

Bel


ə  bir  vəziyyətdə  isə  Krım  xanlığının  müstəqil  fəaliyyət  göstərməsi 

mümkün deyildir v

ə gələcəkdə xanlığın ilhaq edilməsinə şərait yaradırdı. 

T

əbii  olaraq  belə  bir  şəraitdə  Krımdakı  daxili  çəkişmələr  şiddətlənərək 



ölk

ənin fəlakətə uğraması ilə yekunlaşdı. 

Krım  xanlığının  daxilində  hakimiyyət  uğrunda  gedən  mübarizədən 

istifad


ə edən ruslar 1777-ci ildə Kəfəyi (Feodosiya) və başqa Krım limanlarını 

işğal  etdi.  Müsəlman  Krım  xalqı  kütləvi  surətdə  Türkiyəyə  qaçdı.  Ruslar 

onların yerinə 75000 nəfər mühacir yerləşdirdi. Bu dövrdə Krım yarımadasının 

 

100 




əhalisi təxminən yarım milyon nəfərə çatırdı (10, 427). 

1783-cü  il  aprelin  8-d

ə  general  Patyomkinin  komandanlığı  altında  rus 

qoşunları Krıma daxil olaraq qadın, uşaq demədən 30000 Krımlını qətl etdi və 

xanlığı  Rus  çarliğinin  bir  vilayətinə  çevirdi.  Rusiya  ilə  yeni  bir  müharibə 

aparmaq  gücünd

ə  olmayan  Osmanlı  dövləti  1784-cü  ildə  imzaladığı  sazişlə 

Krım, Taman və Kubanın Rusiyaya ilhaq edilməsini tanıdı. 

1787-ci  ild

ə  II  Yekaterinanın  Krımı  ziyarət  etməsi  Osmanlı  dövlətini 

qıcıqlandırdı  və  Krımı  ələ  keçirmək  üçün  sultan  Türkiyəsi  son  bir  cəhd  etdi. 

1787-1791-ci ill

ər Rusiya-Türkiyə müharibəsi başladı. 

Müharib


ədə  məğlubiyyətə  uğrayan  Osmanlı  imperiyası  1791-ci  ildə 

Yassıda bağlanmış sülh müqaviləsinə əsasən Krım barəsindəki iddiasından əl 

ç

əkdi və onun çar Rusiyası imperiyasına mənsub olmasını təsdiq etdi. Cənubi 



Buq 

çayı ilə Dnestr çayı arasındakı torpaqlar çar Rusiyasının əlinə keçdi. 

Qara  d

əniz  sahillərində  və  Balkanlarda  bir  sıra  yerləri  tutmaq  və  təsir 



üstünlüyü 

uğrunda  gedən  mübarizə  1853-cü  ilin  oktyabrında  Rusiya  ilə  Tür-

kiy

ə arasında müharibəyə səbəb oldu. 1854-cü ilin martında isə Qara dənizə öz 



eskadralarını yeridən İngiltərə və Fransa Rusiyaya müharibə elan etdi. Sentyabr 

a

yında  ingilis,  fransız  və  türk  qoşunları  Yevpatoriya  yaxınlığında  sahilə 



çıxarıldı  və  Krımda  əsas  hərbi  dəniz  bazası  olan  Sevastopol  üzərinə  hücuma 

başladı. Fransız marşalı Sent – Arno öyünərək deyirdi ki, «Elə ki, mən Krım 

sahilin

ə çıxdım Allah bizə bir neçə saat sakit hava bəxş edər ki, əlbəttə mən 



Sevastopol v

ə Krıma sahib olum»  (5, 187-188). 

Lakin 11  aydan  çox  bir  vaxt 

ərzində Sevastopol qarnizonu müttəfiqlərin 

hücumlarını  qəhrəmanlıqla  dəf  etdi.  Yalnız  8  sentyabr  1855-ci  il  tarixində 

Sevastopol süqut etdi. 

1855-ci  ilin  sen

tyabrında  türk  qoşunlarının  baş  komandanı  Ömər  paşa 

Şamilin  naibi  Məhəmməd  Əmini  Qərbi  Qafqaz  yığma  qoşununun  rəisi  elan 

ed

ərək  ona  paşa  rütbəsini  və  general  simvollarını  verdi.  Şeyx  Şamil  isə 



Osmanlı  muşiri  (marşalı)  rütbəsinə  layiq  görüldü.  Onlar  bunun  müqabilində 

soltana  sadiqlik 

nümayiş  etdirərək  öz  dəstələri  ilə  birlikdə  Ömər  paşanın 

qoşunlarına  hərbi  əməliyyatlarda  kömək  etməli  idilər.  Lakin  müttəfiqlərin 

Qafqaz 

dağlılarını müharibə gedişində hərbi əməliyyatlara cəlb etmək səyləri 



dem

ək olar ki, uğur qazanmadı (5, 191). 

Krım müharibəsi 1856-cı il martın 30-da imzalanmış Paris sülhü ilə başa 

çatdı. Dunay çayının mənsəbi və Cənubi Bessarabiya ilə birlikdə Rusiya Qara 

d

ənizdə  hərbi  donanma,  sahilboyunda  hərbi  dəniz  cəbbəxanaları  saxlamaq 



hüququnu  itirdi.  Sülh 

şərtlərinə  görə  Rusiya  Karsı  Türkiyəyə,  müttəfiqlər  isə 

işğal etdikləri Sevastopol, Yevpatoriya və başqa şəhərləri Rusiyaya qaytardı. 

1871-ci  ild

ə  London  konfransında  çar  Rusiyası  yenidən  Qara  dəniz  sa-

hill


ərində qalalar tikmək və Qara dənizdə hərbi donanma saxlamaq hüququ aldı. 

Qara d


əniz sahilləri və Krım xanlığı Rusiyanın əlinə keçdikdən sonra bu 

ərazilərdə  yaşayan türklər üçün amansız əsarət illəri başladı. Çar Rusiyasının 

türkl

ərə  qarşı  tətbiq  etdiyi  təzyiq,  təqib  və  ayrı-seçkilik  siyasəti  nəticəsində 



 

101 



Krım  tatarları  1772, 1860-1863, 1874-1875, 1891-1902-ci  illərdə  Türkiyəyə 

toplu 


halında köç etdilər. Çar Rusiyası dövlətinin yeritdiyi məqsədyönlü siya-

s

ətə  uyğun  olaraq  1897-ci  il  əhalinin  siyahıyaalma  məlumatına  görə  Krım 



türkl

əri  yarımada  əhalisinin  yalnız  35  faizini  təşkil  edirdi  (188000  nəfər) 

(2,218). 

Krım yarımadasını işğal edən çar Rusiyası bu ərazilərə çoxlu sayda rus, 

ukrayna, alman v

ə bolqar köçmənləri yerləşdirmişdi. Bu isə onu göstərir ki, çar 

hökum

əti Krım tatarlarına qarşı müstəmləkəçilik siyasətindən əl çəkməmişdir. 



Rusiyada  fevral 

inqilabı  Krımda  əsasən  dinc  yolla  həyata  keçdi. «Krım 

türkl

ərinin  yaratdıqları  Müsəlman  komitəsi  1917-ci  il  martın  25-də  müsəl-



manların  I  qurultayını  çağırdı.  Qurultay  Müsəlman  İcraiyyə  Komitəsini  təsis 

etdi.  Burada 

Krımın  mili-ərazi  muxtariyyəti  məsələsi  mühüm  siyasi  məqsəd 

kimi 


qarşıya qoyulurdu. Krıma köçürülmüş əhali qeyd olunan qərarların həyata 

keçirilm


əsinin əleyhinə idi» (7, 230). 

Krım  türklərinin  müstəqillik  uğrunda  apardığı  mübarizəyə  baxmayaraq 

1920-ci  il  noyabr 

ayının  11-də  Krım  tamamilə  sovet  hakimiyyətinin  əsarəti 

altına  girdi  və  1921-ci  il  oktyabr  ayının  18-də  Krım  Muxtar  Sovet  Sosialist 

Respublikası elan edildi. 

Krım MSSR dövründə 1926-cı il əhalini siyahıyaalma məlumatına görə 

Krım tatarları ümumi 714.000 nəfərlik Krım əhalisinin 25 faizini təşkil edirdi. 

(Ruslar 42%, 

Ukraynalılar 10%). Lakin buna baxmayaraq krım tatarcası ikinci 

r

əsmi  dil  olaraq  qəbul  edilir,  bu  dildə  təhsil  və  mədəni  tədbirlər  həyata 



keçirilirdi (3, 262). 

Böyük  V


ətən  Müharibəsi  illərində  Krım  yarımadası  amansız  döyüş 

s

əhnələrinə şahid olmuşdur. «1941-ci ilin payızında faşist komandanlığı Krımı 



tutmaq m

əqsədilə hərbi əməliyyata başladı. 1941-ci il sentyabrın 25-də düşmən 

perekop  mövqeyind

ə müdafiəni  yararaq oktyabrın 25-də  çoxlu say  üstünlüyü 

il

ə Krıma daxil oldu» (1, 107). 



Krımın hər qarış torpağı, Sevastopol, Kerç və başqa şəhərlərin qəhrəman 

müdafi


əsi  uğrunda  gərgin  döyüşlər  başladı.  Krım  uğrunda  döyüşən  Sovet 

qoşunlarına  yerli  əhali  hərtərəfli  köməklik  göstərirdi.  Lakin  qüvvələr  nisbəti 

qeyri  b

ərabər  idi.  Odur  ki,  böyük  canlı  və  texniki  qüvvə  ilə  hücuma  keçən 

alman 

faşist işğalçıları Krımı zəbt etdilər. 



Krımda  davam  edən  iki  ildən  çox  alman  işğalı  dövründə  bəzi  krımlılar 

alman 


işğalçılarına yardım etmək məqsədilə qurulan milis dəstələrinə qatıldılar. 

Sovet 


qoşunları 1944-cü il yaz hücumu nəticəsində Krımı aldılar, mayın 

9-da 


axşam Sevastopol alındı.  

Sovet  dövl

əti Krıma sahib olduqdan sonra almanlarla iş birliyi quranlar 

t

əqib edilib cəzalanmağa məruz qaldılar. Bu azmış kimi, bütün Krım xalqına 



düşmən damğası vurularaq 1944-cü il may ayının 18-də mal-qara nəql edilən 

vaqonlarda  sürgün

ə  göndərildilər.  Bu  sürgündən  hətta  Sovet  ordusunda 

döyüşən  krımlıların  ailələri  və  ya  dağlarda  almanlara  qarşı  döyüşən  partizan 

d

əstələrindəki Krım tatarları və onların ailələri də qurtara bilmədi. Həftələrlə 



 

102 



sür

ən sürgün və sürgündən sonrakı qeyri-insani şərtlər sayəsində 238500 nəfər 

əhalinin 109956 nəfəri (46, 2 faizi) məhv oldu (2, 219). 

1945-ci  il  iyunun  30-da 

Krım  MSSR  ləğv  edildi  və  RSFSR-in  bir 

vilay


ətinə çevrildi. 

Faktlardan 

aydın  olur  ki,  Rusiya  Krımı  ilhaq  edəndən  sonra  yerli  əhali 

zaman-zaman represiyalara m

əruz qalaraq məhv edilməyə çalışılmışdır. 

Ukraynanın Rusiyaya birləşdirilməsinin 300 illiyi münasibətilə 1854-cü il 

yanvarın  25-də  Mərkəzi  Komitənin  birinci  katibi  N.Xuruşşovun  təklifi  ilə 

Krımın  Rusiyadan  alınaraq  Ukraynanın  tərkibinə  keçilməsi  haqqında  məsələ 

MK-

nın Rəyasət Heyətində müzakirəyə çıxarılıb və Krım Ukraynaya verilib. 



İ.Stalinin  ölümündən  sonra  SSRİ-də  meydana  gələn  mülayimləşmə 

şəraitində  1956-cı  il  aprelin  28-də  Ali  Sovetin  Rəyasət  Heyətinin  qərarı  ilə 

Krım  tatarlarına  ölkədə  hərəkət  azadlığı  hüququ  verilmişdir.  Lakin  buna 

baxmayaraq 

krımlıların  çoxunun  pasportu  olmadığı  üçün  ölkə  daxilində  bir 

yerd


ən başqa bir yerə getməkdən məhrum idilər. 

Odur  ki, 

Krım  tatarları  siyasi  cəhətdən  ağlanmaq  və  ana  yurdlarına 

dönm


ək məqsədilə böyük bir mübarizəyə başladılar. Bütün həyatını Krım türk-

l

ərinin azadlıq və müstəqillik mücadiləsinə həsr etmiş krım türk millətçilərinin 



yaşayan  əfsanəsi  Mustafa  Cəmil  oğlunun  rəhbərliyi  altında  krım  türkləri 

totalitar sovet rejimi il

ə uzun bir müddət mücadilə apardılar, repressiyalardan, 

sürgünl


ərdən  keçdilər,  ancaq  sonunda  1967-ci  il  sentyabrın  5-də  Krım 

tatarlarının  haqsız  yerə  sürgün  edildiyi  haqqında  bir  qanun  elan  olundu.  Bu 

qanun 

əsasında 1968-1969-cu illərdə 5-6 minə kimi Krım Tatarı krıma döndü. 



Lakin  çox  böyük  ç

ətinliklərlə  qarşılaşan  bu  adamların  bir  qismi  öz  ana 

yurdlarından zorla geri göndərildi. 

Krım  Tatarları  öz  ana  yurdları  olan  Krıma  yerləşdikdən  sonra  «Krım 

Tatarlarının Milli Hərəkət Təşkilatı»nın rəhbərliyi ilə rəngarəng siyasi, sosial 

v

ə mədəni tədbirlər həyata keçirdilər. 



Bunlardan 

ən  əhəmiyyətlisi  1991-ci  il  martın  18-23-də  Simferopol 

(

Ağməcid) şəhərində təşkil edilən «millətlərarası İsmayıl Qaspirallı» konfransı 



v

ə «II Krım Milli Qurultayı» idi. MDB-nin müxtəlif bölgələrindən gələn Krım 

tatarlarının 250 təmsilçisinin qatıldığı qurultay Mustafa Əbdülcəmil Krımoğlu 

başda olmaqla 33 nəfərdən ibarət Krım Tatar Milli Məclisini seçdi. Beləliklə, 

Krım  tatarları  qeyri-rəsmi  olsa  da,  öz  hüquqlarını  qorumaq  məqsədilə  Milli 

M

əclisə sahib oldular. 



Sürgün n

əticəsində Orta Asiya respublikalarında, əsasən də Özbəkistanda 

yaşayan Krım tatarları yavaş-yavaş olsa da öz ana vətənləri olan Krıma dönür 

v

ə yaxud da bu arzu ilə yaşayırlar. Maddi imkan, mənzil və iş yeri çətinlikləri 



bu 

işi xeyli mürəkkəbləşdirir. 

1991-ci  ilin 

dekabrında  SSRİ  dağıldıqdan  sonra  krım  tatarlarının  (türk-

l

ərinin)  vəziyyəti  bir  qədər  yaxşılaşdı,  onlar  Ukraynanın  tərkibində  muxtar 



respublikanın  bərpasına  nail  oldular.  Lakin  məlum  səbəblərdən  krım  türkləri 

əhalinin azlıq hissəsini təşkil etdiyi üçün bu milli deyil ərazi muxtariyyəti idi. 

 

103 



Krım  zaman-zaman  Ukrayna  ilə  Rusiya  arasında  bir  çəkişmə  məsələsi 

olaraq n


əticədə Krımın Rusiya tərəfindən ilhaq edilməsi ilə başa çatdı. 

Q

ərblə  Rusiya  arasında  qalan  Ukraynada  vəziyyətin  pisləşməsindən 



istifad

ə edən qüvvələr təcili olaraq Krımın Rusiyaya ilhaq edilməsi məsələsini 

günd

əmə  gətirdilər.  Krım  yarımadasında  Rusiya  –  Ukrayna  ikili  vətəndaşlığı 



olan rus 

əksəriyyəti yaşayır. Sevastopolda isə Rusiyanın hərbi dəniz bazası var 

v

ə burada 2042-ci ilə qədər qalmaq hüququna malikdir. 



Ukraynada  etiraz 

aksiyaları  hakimiyyətin  Avropa  ittifaqı  ilə  assosiativ 

razılaşmadan  imtina  etməsinə  qarşı  başlasa  da,  hərəkat  istiqamətini  tez  bir 

zamanda korrupsiya v

ə insan hüquqlarının pozulmasına qarşı yönəldi. 2013-cü 

il 


noyabrın 30-dan dekabrın 1-nə keçən gecə dinc aksiya iştirakçılarını dağıt-

maq  c


əhdi  hakimiyyətə  baha  başa  gəldi  və  ölkədə  faktiki  olaraq  durum 

n

əzarətdən çıxdı. Yüz minlər Azadlıq Meydanında iqtidarın istefasını tələb edir. 



Ukrayna prezidenti Viktor Yanukoviç paytaxt Kiyevd

ən qaçmağa məcbur oldu. 

Çar 

yaşayışı ilə seçilən Viktor Yanukoviçin devrilməsi Rusiya prezidenti  



V.Putin  üçün  böyük  z

ərbə  oldu.  Putin  böyüklüyünə  görə,  ikinci  slavyan 

ölk

əsində  rəhbərliyə  gələn  yeni  hakimiyyətin  Avropa  İttifaqının  yanında  yer 



alacağından ehtiyat edirdi. 

Odur  ki,  Rusiya  rusdilli 

əhalinin  əksəriyyət  təşkil  etdiyi  regionlarda,  o 

cüml


ədən Krımda yeni hakimiyyətə qarşı müxalifəti dəstəkləməyə başladı. 

İlk növbədə martın 16-da Krımın statusu haqqında referendum keçirildi. 

Referendumda 

iştirak  etmiş  seçicilərin  96  faizindən  çoxu  Krım  Muxtar 

Respublikasının Rusiyanın tərkibinə daxil olmasının lehinə səs verdi. 

Rusiya  prezidenti  Vladimir  Putin  2014-cü  il 

martın  18-də  Krım  Res-

publikasının  Rusiya  Federasiyası  tərkibinə  daxil  edilməsi  haqqında  müqa-

vil

ənin imzalanması barədə sərəncam verdi. Bunun ardınca Dövlət Duması və 



Federasiya 

Şurası Ukraynanın Krım Muxtar Respublikasının Rusiyaya birləş-

dirilm

əsinə  dair  qərar  qəbul  edərək  yarımadanı  Krım  Respublikası  olaraq 



federasiyanın inzibati ərazisinə daxil etdilər. 

Bel


əliklə,  Rusiya  1994-cü  ildə  Ukraynanın  təhlükəsizliyi  ilə  bağlı  Bu-

dapeşt Memorandumunu imzalasa da atdığı addımlarla bu prinsipləri pozaraq, 

beyn

əlxalq  hüquqa  zidd  olaraq  Ukraynanın  daxili  işlərinə  müdaxilə  edib  və 



anneksiya (ilhaq) siyas

ətini həyata keçirib. 

Q

ərblə Rusiyanın Krım yarımadası üstündə yaranan qarşıdurması Krımın 



daxilind

ə vəziyyəti xeyli dərəcədə kəskinləşdirib. Belə ki, yarımadada yaşayan 

ruslar  RF-y

ə  birləşməyə,  ukraynalılar  və  tatarları  isə  Ukraynanın  tərkibində 

qalmağa  üstünlük  verdikləri  üçün  onların  arasında  ziddiyyətlər  daha  da 

d

ərinləşib. Qorxu içərisində qalan mili azlıqlar isə artıq Krımdan köç etməyə 



başlayırlar. 

Faktlar  t

əsdiq  edir  ki,  Krım  yarımadasının  ən  qədim  və  köklü  sakinləri 

tatar türkl

əri olmuşdur. Buna baxmayaraq Krımla bağlı qəbul edilən sənədlərdə 

tatar  türkl

ərinin  öz  müqəddəratını  təyin  etmək  hüquqlarını  görməməzlikdən 

g

ələrək onların mənafeyi nəzərə alınmamışdır. 



 

104 



Odur  ki,  g

ələcəkdə  Krım  yarımadasının  müqəddəratının  həll  edilməsi 

m

əsələsi aktual olaraq qalır, bu məsələdə yarımadanın qədim və köklü milləti 



olan 

Krımın  çoxəsirlik  tarixində  dərin  iz  buraxmış  tatar  türklərinin  haqları 

n

əzərə alınmalıdır. 



 

ƏDƏBİYYAT 

1.

 



Битва  за  Кавказ.  (Составители  А.А.Гритченко,  А.М.Бахышов).  Баку:  Вэтэн,  2013, 

792 с. 


2.

 

Devlet Nadir. Çağdaş Türk dünyası. Istanbul: Marmara Universitesi Yayınları. 1989, 327 s. 



3.

 

Devlet Nadir. Çağdaş Türklər. Istanbul: Çağ Yayınları, 1993, 607 s. 



4.

 

Геродот. История. В девяти книгах. Ленинград: Наука, 1972, 599 с. 



5.

 

История  Народов  Северного  Кавказа  (конец  XVIII  в.  –  1917  г.)  Ответ.  ред. 



акад.А.Л.Нарочницкий. М.: Наука, 1988, 659 с. 

6.

 



Кацва Л.А. История Отечества. М.: АСТ – Пресс книга. 2014, 848 с. 

7.

 



Mehdiyeva N.C. Türk xalqlarının tarixi. Yeni dövr (XIX – XX əsrin əvvəlləri). Dərslik. 

Bakı, 2003, 330 s. 

8.

 

Орлов А.С., Георгиев В.А., Георгиева Н.Г., Сивохина  Т.А. История России. Учеб.: 



М.: Проспект. 2006, 528 с. 

9.

 



Orta 

əsrlər tarixi. 2 cilddə. I c. (S.D.Skazkinin və b. redaktəsi ilə) Bakı: Maarif, 1988, 528 s. 

10.

 

Türk  dünyası  EL  Kitabı.  4  cilddə.  I  c.,  Ankara:  Türk  kültürünü  araştırma  enstitüsü 



yayınları. 1992, 544 s. 

 

К ИСТОРИИ КРЫМА 



 

Т.Ш.БАХШАЛИЕВ 

 

РЕЗЮМЕ 

 

В статье детально освещается история Крымского полуострова, который омывает-

ся  Чёрным  и  Азовским  морями.  Факты  утверждают,  что  в  крымском  полуострове  с 

древнейших времен появились греческие колониолисты, киммерийцы (тавры) и скифы. 

Во время формирования феодальных отношений Крым принадлежал Византийской им-

перии. В течение VII – X вв. Крым оказался в зависимости от тюркского Хазарского ка-

ганата. Во второй половине XII – начале  XIII веков на пространствах Крымского полу-

острова жили многочисленные тюркские племена, в том числе монголы и татары. Крым-

ские  земли  попали  в  зависимость  от  Золотой  Орды.  В  XV  –  XVIII  вв.  существовало 

Крымское ханство, в вассальной зависимости от Османской империи до 1783 г. 

Россия  объявила    о  присоединении  Крыма.  Крымское  ханство  было  сокрушено. 

Многие  его  жители  –  тюрки  мусульмане  бежали  в  Османскую  империю.  1954  году 

Крымский  полуостров  был  присоединён  к  УССР,  а  в  2014  году  Россия    присоединила 

Крым к себе. 



 

Ключевые слова: греки, Византия, скифы, славяне, Золотая Орда, Крымское хан-

ство, крымские турки, русско-турецкие войны.   

 

105 



ON THE CRIMEAN HISTORY 

 

T.Sh.BAKHSHALIYEV 

 

SUMMARY 

 

This article has been written to throw lights upon the history of the Crimea whose terri-

tories are washed by the waters of the Black and Azov seas. Facts prove that the first settlers of 

the Crimean peninsula were the Greek Colonists, later the Kimmers who were known as the 

Tavrs and the Skiffs.  

When new feudal relations were realized, the peninsula was included into the territories 

of the Byzantine Empire. The first Turkic tribes settled in the Crimean peninsula were the rep-

resentatives of the Turkish – Khazar peoples who lived in the eastern parts of Europe in the VII 

– X centuries. In the times of the G

ızıl Ordu and the Crimean Khanate the peninsula entirely 

became the land of the Turkic peoples. The peninsula inhabited by the Turkic peoples was oc-

cupied by the Russian Empire. When the Turks were forced to leave the peninsula for Turkey 

and the Middle Asia, their motherland was occupied by the people from Russia and Ukraine. 

In 1954 the Crimea was included into the territory of the Ukraine and in 2014 Russia 

annexed the peninsula again.  

 

Key words: The Greeks, Byzantine Empire the Skiffs, the Slovenians, 

Gızıl Ordu, Cri-

mean Khanate, Crimean Turks, Russian – Turksh wars.   

 

 

106 



Yüklə 131,3 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə