49
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№1
Sosial-siyasi elml
ər seriyası
2012
C
əza haqqında – UOT 343.24.01
C
əzanın təyini – UOT 343.24
AZADLIQDAN
MƏHRUMETMƏ CƏZASININ
İNKİŞAF TARİXİNƏ DAİR
E.
İ.MURADOV
Bak
ı Dövlət Universiteti
elsever.muradov”mail.ru
M
əqalədə Çar Rusiyası dövründə 1832-ci ildən başlayaraq 1845 və 1903-cü il Qanun-
nam
ələrində cəza növü kimi azadlıqdan məhrumetmə növündə cəzanın anlayışı, növləri, tətbi-
qi şərtləri və müddətləri şərh edilir. Rusiyada cinayətkarlıqla mübarizədə katorqa, sürgünə
gönd
ərmə, islah evində məhkumetmə, həbsetmə kimi cəza növləri tətbiq edilirdi. Bundan baş-
qa, m
əqalədə ardıcıl olaraq Sovet dövründə qəbul edilmiş ilk Cinayət Məcəllələri və 4 iyun
1947-ci il “Dövl
ət əmlakını və ictimai əmlakı oğurlamaq üstündə cinayət məsuliyyəti haqqın-
da” qanun üzr
ə azadlıqdan məhrumetmə cəzası tədqiq edilir və Azərbaycan Respublikasının
qüvv
ədə olan cinayət qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində təkliflər verilir.
Açar sözl
ər: azadlıqdan məhrumetmə, sürgünə göndərmə, islah evində həbsetmə,
qalada dustaqetm
ə, həbsxanada məhkumetmə
Azadlıqdan məhrumetmə daha çox tətbiq edilən cəza növlərindən ol-
maqla ya
naşı, həm də cinayət cəzasının ən səciyyəvi növlərindən biridir. Qeyd
edil
ən cəza növü Azərbaycanda əsas cəza növlərindən biri olmuş və belə cəza
növü kimi d
ə qalmaqdadır. 1845-ci il çar Rusiyasının “Cinayət və İslah
c
əzaları haqqında” Qanunnaməsinə müvafiq olaraq, azadlıqdan məhrumetmə
“c
əzanın pilləkənində” əsas cəza növünə aid edilirdi və cəza sisteminin özəyini
t
əşkil etməklə, özünəməxsusluğu ilə səciyyələnirdi. Azadlıqdan məhrumetmə
növünd
ə cəzanın həcmi Azərbaycan Respublikasının qüvvədə olan cinayət
qanunvericiliyind
ə nəzərdə tutulan eyni adlı cəza növündən həm formasına,
h
əm də məzmununa görə daha geniş idi.
1845-
ci il çar Rusiyasının “Cinayət və islah cəzaları haqqında” Qanun-
nam
əsinin 2-ci maddəsinə əsasən, azadlıqdan məhrumetməyə aid edilirdi:
müdd
ətsiz və ya 4 ildən 15 ilə qədər müddətə təyin edilən katorqaya və bir sıra
hallarda is
ə, 20 ilə qədər müddətə sürgünə göndərmə; cəzanın çəkilməsi yerini
əvvəlcədən təyin etməklə müddətsiz sürgünə göndərmə; 1 il yarımdan 6 ilə,
bir sıra hallarda isə, 8 ilədək müddətə islah evində həbsetmə; 2 həftədən 6 ilə,
50
bir sıra hallarda isə, 8 ilədək müddətə qalada dustaqetmə; 2 həftədən 1 ilə, bir
sıra hallarda isə, 2 ilədək müddətə həbsxanada məhkumetmə; 1 gündən 6 aya,
bir sıra hallarda isə, 1 ilədək müddətə həbsetmə. Cəzanın çəkilməsi yerini
əvvəlcədən təyin etməklə müddətsiz sürgünə göndərmə cəzası azadlıgı
m
əhdudlaşdırmaqla, müstəsna hallarda təyin edilirdi (12, 103).
1845-ci il “Cinay
ət və islah cəzaları haqqında” Qanunnamədə cəza siste-
mi kifay
ət qədər geniş idi. Məsələn, əgər sürgünetməni bu sistemdən kənar
hesab ets
ək, cəza sisteminin mərkəzində dayanan azadlıqdan məhrumetmə beş
növ
ə bölünürdü: katorqa, islah evində həbsetmə, qalada dustaqetmə, həbs-
xanaya m
əhkumetməklə həbsetmə.
1845-ci il “Cinay
ət və İslah cəzaları haqqında” Qanunnamə Sibirə və
uzaq quber
niyalara yaşamağa göndərməni cəzanın sisteminə qətiyyən daxil
etmirdi, h
əmçinin cinayət mühakimə icraatının Nizamnaməsinə tamamilə zidd
olaraq c
əzanın dərəcələrə bölgüsünün əvəzinə ayrı-ayrı cəza tədbirlərinin
ayrılmasının digər ölçüsünü müəyyən edirdi. Qanunnamənin 22-ci maddəsinə
əsasən, katorqanın müddəti illərlə və yarım illərlə, islah evində dustaqetmənin
müdd
əti illərlə və aylarla, qalada və həbsxanada məhkumetmənin müddəti
ill
ərlə, aylarla və həftələrlə, həbsin müddəti isə, aylarla, həftələrlə və günlərlə
mü
əyyən edilirdi. Azadlıqdan məhrumetmənin müddətinin hesablanması
zamanı ay 30 günə, gün isə 24 saata bərabər nəzərdə tutulurdu.
Katorqa iki funksiya il
ə bağlı idi: sözün həqiqi mənasında görülən işlərlə
v
ə sonradan həyata keçirilən sürgünlə. Bütün hüquqi statusdan məhrumetmə
h
əmişə katorqaya birləşdirilirdi. Katorqa öz xarakterinə görə, binalarda və ya
onlardan k
ənarda məcburi ağır işlərlə katorqa həbsxanalarına məhkumetmədən
ibar
ət idi. Katorqa şəxs tərəfindən cəzalanmalı olan əməlin təkrar törədilməsi
zamanı və cinayətin qulluqçu tərəfindən törədildiyi təqdirdə 20 ilədək müddətə
t
əyin edilirdi. Bu cəza növü yalnız xidməti və silki hüquqlardan məhrumetmə-
y
ə yox, həm də ailə və əmlak hüquqlarından məhrumetmə və onların məhdud-
laşdırılmasına səbəb olurdu. Katorqanın çəkilməsi üzrə cinayətkarlar əvvəlcə-
d
ən təyin edilən mərkəzi rayonlardan uzaq yerlərə sürgünə köçürülürdü. Ka-
torqa işlərinin həyata keçirilməsi üçün Sibir və Saxalin adası, bir sıra dövləti
cinay
ətkarlar üçün isə, Şlisserburq həbsxanası müəyyən edilmişdi.
Sürgünetm
ə cəzasının iki növü mövcud idi: Sibirə sürgünetmə və Zaqaf-
qaziyaya sürgünetm
ə. Zaqafqaziyaya sürgünetmə yalnız bir sıra cinayət növ-
l
ərinə, ilk öncə dini cinayətlərə görə təyin edilirdi. Sürgünə göndərmə müddət-
siz c
əza idi. “Sürgün edilmişlər və həbs cəzasını çəkdikdən sonra yaşamaq
üçün uzaq yer
ə sürgün edilən şəxslər haqqında” Nizamnaməyə müvafiq ola-
raq, Sibird
ə olduqda, 20 il keçdikdən sonra həmin şəxslər kəndli hesab edilə
v
ə Sibir quberniyalarının əksəriyyətində yaşaya bilirdi. Sibirə sürgünetmə 2
s
əviyyədə həyata keçirilirdi: 1) Sibirin ən uzaq yerlərinə sürgünetmə; 2) o
q
ədər də uzaq olmayan yerlərə sürgünetmə. Zaqafqaziyaya sürgünetmə cəzası
c
əzanın ümumi sisteminə daxil edilsə də, yalnız bir sıra xüsusi növ cinayətlərə
gör
ə təyin edilirdi. Həmin növ cinayətlərə aid edilirdi: küfretmə və ya ni-
51
faqsalma, yeni t
əriqətlər yaratma, pravoslav kilsəsini fanatizmə görə təhqir
etm
ə və mövhumatçı təriqətlərə mənsubolma. Bununla belə, Zaqafqaziyaya
sürgünetm
ə hüquqi nöqteyi-nəzərdən müstəsna cəza xarakteri daşıyırdı. Çünki
yüks
ək cəza növlərindən ona, həmçinin ondan aşağı cəza növlərinə keçidə yol
verilmirdi. H
əmçinin Sibirə sürgün edilənlərin əksinə olaraq Zaqafqaziyaya
sürgün olunanlar hökum
ətin sərəncamı üzrə köçürülən dövlət kəndliləri üçün
mü
əyyən edilmiş qaydalara əsasən yerləşdirilirdi. Sürgün edilmiş şəxslərə
Zaqafqa
ziyanın bütün şəhərlərində meşşan təbəqəsində qeydiyyata alınmağa
icaz
ə verilirdi.
1845-ci il “Cinay
ət və İslah cəzaları haqqında” Qanunnaməyə əsasən,
azad
lıqdan məhrumetmənin dördüncü növü kimi cinayət əməllərinin ikinci
növünü t
əşkil edən xətalara görə ən yüksək cəza hesab edilən islah evində
m
əhkumetmə çıxış edirdi. İslah evlərinə bütün siniflərdən olan kişilər və
qadınlar göndərilirdi. İyirmi bir yaşına çatmayan şəxslər üçün cəzanın müddəti
üçd
ə birə qədər azaldılırdı. Bu cəzaya məhkum edilən şəxslər əvvəlcə 3 aydan
6 aya q
ədər müddətə biradamlıq kamerada saxlanılırdı, sonra isə, ümumi
h
əbsxanaya köçürülürdü. İslah evlərində saxlanılan şəxslər məcburi qaydada
h
əm islah evinin binasında, həm də islah evindən kənarda qazanılmış vəsaitin
üçd
ə birini alaraq müxtəlif işlərlə məşğul olurdu. Təyin edilmiş cəzanın
müdd
ətinin yarısını çəkdikdən sonra cəzaya məhkum edilmiş şəxslər islah
olunanların dəstəsinə köçürülə bilərdi. Bu da özlüyündə bir sıra imtiyazlara
s
əbəb olurdu. İslah evlərindən azad edilən şəxslər passiv seçki hüququ və
yaşayış yerinin dəyişdirilməsi hüququ ilə kifayətlənirdilər.
1845-ci il “Cinay
ət və İslah cəzaları haqqında” Qanunnamə islah evində
m
əhkumetmə cəzasına islah cəzalarının birinci növünü təşkil edən Sibirdə
yaşamağagöndərmə və ya islah həbs bölmələrinə vermə kimi cəza növlərini
daha çox ya
xınlaşdırırdı. Bu bənzətmə təqribi səciyyə daşıyırdı. Sibirdə
yaşamağagöndərmə yalnız 1845-ci il “Cinayət və İslah cəzaları haqqında”
Qanunnam
ənin nəşrindən sonra müstəqil cəza kimi mövcud oldu. Çünki
h
əmin dövrə qədər Sibirdə yaşamağagöndərmə sürgünetmə cəzasından ayrı-
lırdı. Layihənin redaktorları bu cəzanı imtiyazlı şəxslər üçün Qanunnaməyə
daxil etmişdi. Məqsəd bu cəzanın müddəti ilə həmişə çubuqlama kimi cismani
c
əza ilə birləşən imtiyazlı olmayan şəxslər üçün təyin edilən müvafiq cəza
növl
ərini tarazlaşdırmaqdan ibarət idi. Sibirdə yaşamağagöndərmə müddətsiz
c
əza növü idi. Yaşamağagöndərmə iki növə bölünürdü: Sibirə müvafiq həbs
bölm
ələrinə göndərmə və Avropa Rusiyasının uzaq quberniyalarına həbsxana
il
ə əvəz olunan müvafiq işçi evinə göndərmə. Yaşamağa göndərmə hüquqi
v
əziyyətinə görə cismani cəzalardan azad edilmiş imtiyazllı şəxslərə təyin edi-
lirdi v
ə həmişə bütün xüsusi hüquq və üstünlüklərdən məhrum edilməklə
birl
əşdirilirdi.
İslah cəzalarının daha ağır növünün ilkin surəti kimi həbs bölmələrinə
h
ərbi idarənin həbs bölükləri daxil idi. 1827-ci ildə bütün quberniya şəhərlə-
rind
ə belə bölükləri təsis etmək nəzərdə tutulurdu. Məqsəd isə quberniya şə-
52
h
ərlərinin inkişaf mexanizmində ən sərfəli üsulu axtarıb tapmaq və şəxsləri
müxt
əlif şəhərlərdə istehsalat işlərinə cəlb etmək və bununla həbs olunanların
Sibir
ə göndərilməsində xərcləri azaltmağa nail olmaq idi. Belə bölüklərin
t
ərkibinə azəhəmiyyətli cinayətlərə görə Sibirə sürgünə məhkum edilən, həm-
çinin müdd
ətli qala işinə və ya ev işinə göndərilən iyirmibeş yaşdan yuxarı
qaçqın və səfil şəxsləri yönəltmək əmr olunmuşdu.
1845-ci il “Cinay
ət və İslah cəzaları haqqında” Qanunnamədə belə
c
əzalar (tənbehlər) islah evində həbsetmə formasında həyata keçirilirdi. Həbs 1
il 6 aydan 6 il
ə qədər müddətə təyin edilirdi. Təhlil edilən Qanunnamənin 64,
65 v
ə 67-ci maddələri ilə göstərilən hallarda isə, 8 ilə qədər müddətə təyin
edilirdi.
İslah evlərinə həm imtiyazlı olmayan, həm də imtiyazlı siniflərdən olan
kişi və qadın cinayətkarlar göndərilirdi. Yalnız 17-21 yaşa qədər olan yetkinlik
yaşına çatmayan şəxslər üçün cəzanın müddəti üçdəbirə qədər azaldılırdı.
Bundan başqa islah evlərində katorqaya məhkum olunmuş qadın cinsindən
olan şəxslər üçün xüsusi otaqlar təşkil edilirdi. Həmin şəxslər “Sürgünə
gönd
ərilənlər haqqında” Nizamnamənin qaydalarına görə saxlanılırdı.
Qalada c
əza çəkməyə məhkumetmə bəzən inzibati tədbir növündə istifa-
d
ə olunsa da belə, 1832-ci ilin Qanunlar Külliyyatında cəzanın sistemində adı
ç
əkilmirdi. Qalada dustaqetmə 1845-ci il “Cinayət və İslah cəzaları haqqında”
Qanunnam
əyə şəxsiyyəti alçaltmayan və şərəfsiz niyyət nəzərdə tutmayan
əməllərə görə təyin edilən cəza kimi xarici ölkələrin qanunvericiliyinin nümu
-
n
əsi əsasında daxil edilmişdi. Bu cəzanın xüsusi xarakteri onda ifadə olunurdu
ki,
ən yüksək cəzanın yüngülləşdirilməsi zamanı məhkəmə belə cəzalardan
qalada m
əhkumetməyə keçmək hüququna malik deyildi. Qalada məhkumetmə
el
ə əməllərə görə tətbiq edilirdi ki, həmin əməllər qanunun daha ciddi
pozuntuları ilə müşayiət olunsalar, əhəmiyyətli zərər yetirsələr və cəmiyyət
üçün xüsusi t
əhlükəliliklə bağlı olsalar da, onlar təqsirləndirilənin əxlaqsızlığı
-
nı və xüsusən də pozğunlaşmasını təsdiq etmirdi və onun öz arzularını qanu-
nun t
ələblərinə tabe etdirmək bacarığının olmaması nəticəsində törədilirdi.
Buna gör
ə də bu cəza heç bir hüquqdan məhrumetməyə səbəb olmurdu. Təhlil
edil
ən cəza 2 həftədən 6 ilə qədər, 1845-ci il “Cinayət və İslah cəzaları haq-
qında” Qanunnamənin 64, 65 və 67-ci maddələrində göstərilən hallarda isə, 8
il
ə qədər müddətə təyin edilirdi. Qalada məhkumetmə cəzasına məhkum edi-
l
ən şəxslər cəzanı qalada və ya ümumi həbsxanada xüsusi təşkil edilmiş mən-
zill
ərdə çəkirdilər. Onların saxlanılma qaydası ümumi qayda üzrə tək-tək
h
əyata keçirilirdi. Uzaqlığa görə qalaya göndərmə onlar üçün münasib olma-
dıqda və ya qalanın rəisi ilə əlaqələrinə görə məhkum edilənlər təyin edilmiş
c
əzanı həbsxanada çəkirdilər.
Qalada m
əhkumetmə, müddətinə görə, beş dərəcəyə bölünürdü. Bununla
bel
ə iki ən yüksək dərəcə həmişə bir sıra hüquqlardan məhrumetmə ilə birləşir
-
di. Qalada m
əhkumlar yalnız öz şəxsi arzularına görə işlə məşğul olurdular.
53
Azadlıqdan məhrumetmənin növbəti növünü həbsxanada məhkumet-
m
əklə həyata keçirilən həbs cəzası təşkil edirdi (11). 1832-ci ilin Qanunlar
Külliy
yatına əsasən, sakitləşdirici və işçi evə məhkumetmə əməyin kateqori-
ya
sına daxil edilirdi. Bununla belə, Külliyyatda qeyd edilirdi ki, işçi evləri
olmayan yerl
ərdə aşağı təbəqənin insanları şəhər işlərində istifadə olunur və ya
əgər müəyyən bir şəxs onları götürməyi arzu edərdisə, əmək haqqı almaq üçün
xüsusi şəxslərə verilirdilər.
1845-ci il “Cinay
ət və İslah cəzaları haqqında” Qanunnaməyə əsasən,
işçi və sakitləşdirici evlər islah cəzalarının sisteminə daxil edilmişdilər.
Bununla yanaşı onlardan birincisi az əhəmiyyətli oğurluğa və imtiyazlı hesab
edilm
əyən şəxslər üçün digər bu kimi cinayətlərə görə islah cəzalarının ikinci
növü olaraq n
əzərdə tutulurdu. Sakitləşdirici ev isə, təqsirləndirilən şəxsin
korlanmış mənəviyyatını sübut edən cinayətlərə görə təyin edilən xüsusi cəza
kimi s
əciyyə qazanmışdı. Lakin bu şəkildə pozulmuş mənəviyyat şəxsi tama-
mil
ə şərəfdən məhrum edən amil hesab edilmirdi. Belə mənəvi pozğunluğu
göst
ərən cinayətlərə aid idi: valideynləri təhqir etmə və onlara tabe olmama,
müxt
əlif növ əxlaqsız və pozğun həyat tərzi keçirmə. Bundan başqa, həbsetmə
şəxsiyyətin şərəfini alçaldan və ya yüksək əxlaqsızlıq dərəcəsini göstərən,
yaxud mü
əyyən siyasi əhəmiyyətə malik olan cinayətlərin sırasına aid olma-
yan kifay
ət qədər ciddi cəzaya layiq əməllərə görə nəzərdə tutulurdu.
1845-ci il “Cinay
ət və İslah cəzaları haqqında” Qanunnamənin 1866-cı il
n
əşrinə əsasən, işçi evi imtiyazlı olmayan şəxslər üçün təyin edilirdi və müd-
d
ətinə görə 4 dərəcəyə bölünürdü – 2 aydan 2 ilə qədər müddətə. Bu cəza növü
h
əmişə bütün xüsusi hüquqlardan məhrumetmə ilə birləşdirilirdi. Sakitləşdirici
ev bütün silkl
ərdən olan şəxslər üçün təyin edilirdi, həmçinin müddətinə görə
d
ə 4 dərəcəyə bölünürdü – 2 aydan 2 ilə qədər müddətə. Bununla birinci iki
d
ərəcə bir sıra hüquq və üstünlüklərdən məhrumetmə ilə birləşirdi. Həbsetmə
2 aydan 1 il 4 aya q
ədər müddət əsasında üç dərəcəyə bölünürdü (1863-cü il
17 aprel
ə qədər 3 aydan 2 ilə qədər müddətə).
T
əcrübədə və 1845-ci il “Cinayət və İslah cəzaları haqqında” Qanunna-
m
ənin nəşrindən sonra işçi və sakitləşdirici evlər bir-birinə möhkəm calandı.
Qanun özü qeyd edirdi ki, işçi və sakitləşdirici evləri və ya həmin evlərdə
kifay
ət qədər mənzili olmayan yerlərdə məhkum edilənlər müxtəlif müddətlərə
şəhər həbsxanasının bölmələrinə yerləşdirilirlər.
Qanunda işçi və sakitləşdirici evlərin həbsxana ilə əvəz edilməsi göstə-
rilm
əklə, bu, birinci növ mənzillərin kifayət etməməsinə görə ən adi hadisə
oldu. Şəhərlərdə bu cəza həbsxanada çəkilirdi və məhkəmələr şəxsləri
h
əqiqətən də mövcud olmayan cəzalara məhkum edirdilər. Buna görə də 24
aprel 1884-cü il qanunu il
ə işçi evləri ləğv edildi və qanunda bu cəza həbsetmə
(h
əbsxanaya məhkumetmə) ilə əvəz olundu. Bundan başqa hələ əvvəllər bu
c
əza 1864-cü il “Barışıq məhkəmələri tərəfindən təyin edilən cəzalar haqqın-
da” Nizamnam
əyə görə barışıq məhkəmələri tərəfindən təyin edilən cəzaların
sırasına daxil edilmişdi.
54
Bel
əliklə, 1845-ci il “Cinayət və İslah cəzaları haqqında” Qanunnamənin
1885-ci il n
əşrinə əsasən, həbs cəzası aşağıdakı növlərə bölünürdü: bütün
xüsusi hüquqlardan m
əhrumetməklə həbsetmə; bir sıra hüquqlardan məhrum-
etm
əklə həbsetmə; sadə həbsetmə; 1864-cü il “Barışıq məhkəmələri tərəfindən
t
əyin edilən cəzalar haqqında” Nizamnaməyə görə həbsetmə.
1903-cü il Cinay
ət Qanunnaməsi azadlıqdan məhrumetmənin əvvəlki
qanunvericilikd
ə sadalanan ayrı-ayrı növlərini onlara müəyyən dəyişiklik
etm
əklə saxladı. Qanunnamə cəzanın sisteminə Sibirə və uzaq quberniyalara
yaşamağa sürgünetməni cəzanın sisteminə daxil etmədi.
1903-cü il Cinay
ət Qanunnaməsinin 2-ci maddəsinə əsasən, azadlıqdan
m
əhrumetmə cəzasının aşağıdakı növləri nəzərdə tutulurdu:
1) katorqa;
2) sürgün
ə göndərmə;
3) islah evin
ə məhkumetmə;
4) qalada dustaqetm
ə;
5) h
əbsxanaya məhkumetmə;
6) h
əbsetmə.
Qanunnam
ənin 3-cü maddəsi üzrə, ağır cinayətlərə görə cəza kimi ka-
torqa v
ə ya sürgünəgöndərmə, cinayətələrə görə ən yüksək cəza qismində islah
evind
ə, qalada və ya həbsxanaya məhkumetmə, xəta adlandırılan cinayətkar
əməllərə görə isə, ən yüksək cəza kimi həbsetmə nəzərdə tutulurdu.
Sovet dövründ
ə cəza növü kimi azadlıqdan məhrumetmə Azərbaycan
SSR-in cinay
ət-hüquqi xarakterli bütün əsas qanunvericilik aktlarında
saxlanıldı. 1922-ci il Azərbaycan SSR-in ilk CM-in 32-ci maddəsində təsbit
edil
ən cəzanın sistemində ciddi təcridetmə ilə müşayiət olunan və ya onsuz
azadlıqdan məhrumetmə nəzərdə tutulurdu. CM-in 34-cü maddəsinə əsasən,
azad
lıqdan məhrumetmə 6 aydan 10 ilə qədər müddətə təyin edilirdi və
cinay
ətkarın islah olunması üçün zəruri hesab edilən islah təsir tədbirindən
asılı olaraq azadlıqdan məhrumetmə yerlərində çəkilirdi. Həmin azadlıqdan
m
əhrumetmə yerlərinə islah-əmək evləri, əmək kənd-təsərrüffatı və sənət
koloniyaları, keçid islah evləri aid edilirdi.
1927-ci il Az
ərbaycan SSR-in ikinci CM-in 22-ci maddəsində azadlıq-
dan m
əhrumetmənin aşağıdakı iki növü nəzərdə tutulurdu:
1) SSR İttifaqının uzaq yerlərindəki islah əmək lagerlərində azadlıqdan
m
əhrumetmək;
2) ümumi h
əbsxanalarda azadlıqdan məhrumetmək.
Qeyd ed
ək ki, azadlıqdan məhrumetmənin sadalanan hər 2 növü cinayət
ed
ən şəxslər haqqında tətbiq edilən əsas məhkəmə-islah xasiyyətli ictimai
müdafi
ə tədbirləri sırasına daxil idi. SSR İttifaqının uzaq yerlərindəki islah
əmək lagerlərində azadlıqdan məhrumetmək 3 ildən 10 ilə qədər, ümumi həbs-
xa
nalarda azadlıqdan məhrumetmək isə 3 ilə qədər müddətə təyin edilirdi.
CM-in 30-cu madd
əsinə əsasən, SSR İttifaqı daxilindən məhkəmə hökmü ilə
qovulmuş şəxs özbaşına qayıtdıqda və həmçinin qovmaq haqqındakı hökmü
55
h
əqiqətən yerinə yetirmək mümkün olmadıqda, bu kimi şəxslər haqqında
m
əhkəmə 5 ildən az olmayan müddətə azadlıqdan məhrumetməni tətbiq
edirdi. Sonra
kı illərdə oğurluq cinayətlərinin tövsifi məsələsində yaranmış
ziddiyy
ətli vəziyyəti aradan qaldırmaq və onların törədilməsinə görə cinayət
m
əsuliyyəti haqqında qanunvericiliyi vahid hala salmaq məqsədi ilə SSRİ Ali
Soveti R
əyasət Heyəti 4 iyun 1947-ci ildə “Dövlət əmlakını və ictimai əmlakı
o
ğurlamaq üstündə cinayət məsuliyyəti haqqında” fərman qəbul etdi.
Dövl
ət əmlakının və ictimai əmlakın, həmçinin şəxsi mülkiyyətin oğur-
lanma
sı ilə mübarizənin gücləndirilməsində bu fərmanların böyük əhəmiyyəti
oldu. Onlar müharib
ədən sonrakı dövrdə qəbul edilmiş qanunvericilik aktları
iç
ərisində mühüm yer tuturdu. Bu fərmanlarla əmlakın oğurlanmasına görə
s
ərt məsuliyyət nəzərdə tutulur, həm də dövlət əmlakının oğurlanmasına görə
daha
ağır cəza müəyyən edilirdi.
Bel
ə ki, 5 maddədən ibarət olan “Dövlət əmlakını və ictimai əmlakı
o
ğurlamaq üstündə cinayət məsuliyyəti haqqında” fərmanın 2-ci maddəsində
dövl
ət əmlakının ağırlaşdırıcı hallarda, yəni təkrar olaraq, mütəşəkkil dəstə
t
ərəfindən və ya külli miqdarda oğurlanması üstündə əmlakı müsadirə
olunmaqla islah-
əmək düşərgəsində saxlanılmaqla 10 ildən – 25 ilədək müddə-
t
ə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulurdu. Fərmanın 4-cü maddəsin-
d
ə ictimai əmlakın ağırlaşdırıcı hallarda (təkrar olaraq, mütəşəkkil dəstə tərə-
find
ən və ya külli miqdarda) oğurlanmasına görə əmlakı müsadirə olunmaqla
8 ild
ən – 20 ilədək müddətə islah-əmək düşərgəsində saxlanılmaqla azadlıqdan
m
əhrumetmə cəzası müəyyən edilirdi (3, 480-481).
Qeyd ed
ək ki, SSRİ Ali Soveti Rəyasət Heyətinin 4 iyun 1947-ci ildə
“Dövl
ət əmlakını və ictimai əmlakı oğurlamaq üstündə cinayət məsuliyyəti
haqqında” fərmanının qəbul edilməsilə digər qanunvericilik aktları ilə yanaşı,
Az
ərbaycan SSR-in 1927-ci il CM-in mülkiyyət əleyhinə cinayətlərə aid bəzi
madd
ələri (79-1, 151, 206, 206-1, 209, 210, 210-1, 211-ci maddələri və 213-cü
madd
ənin 2-ci hissəsi qismən) öz qüvvəsini itirdi.
SSRİ Ali Soveti Rəyasət Heyətinin 4 iyun 1947-ci il tarixli “Dövlət
əmlakını və ictimai əmlakı oğurlamaq üstündə cinayət məsuliyyəti haqqında”
f
ərmanının bir sıra çatışmayan cəhətləri var idi. Bunlardan biri onun talamanın
edilm
əsi üsullarından asılı olaraq məsuliyyətin diferensiasiyasına imkan
verm
əməsi idi. Belə ki, talamanın formaları içərisində yalnız “oğurluq, mənim-
s
əmə və israfetmə” fərqləndirilirdi. Məsuliyyətin diferensiasiyası zamanı tala-
manın qalan formalarına isə əhəmiyyət verilmirdi. Halbuki talamanın törədil-
m
əsi üsulları təhlükəlilik dərəcəsinə görə bir-birindən ciddi şəkildə fərqlənir.
4 iyun 1947-ci il tarixli “Dövl
ət əmlakını və ictimai əmlakı oğurlamaq
üstünd
ə cinayət məsuliyyəti haqqında” fərmanın digər çatışmayan cəhəti sank-
siyala
rın çox yüksək olmasında ifadə olunurdu. Bu da təcrübədə ciddi
ç
ətinliklər yaradırdı. Məlum olduğu kimi 4 iyun 1947-ci il tarixli fərmanın
verilm
əsilə SSRİ Ali Soveti Rəyasət Heyətinin 10 avqust 1940-cı il tarixli
“İstehsalatda xırda oğurluq üstündə və xuliqanlıq üstündə cinayət məsuliyyəti
56
haqqında” fərmanının “xırda oğurluğa” aid olan və bir il azadlıqdan məhrum-
etm
ə cəzası müəyyən edən 1-ci maddəsi (müvafiq olaraq Azərbaycan SSR-in
CM-in 206-1-ci madd
əsi) qüvvəsini itirdi və miqdarından asılı olmayaraq
bütün
oğurluğa göstərilən fərmanla tövsif edilməyə başlandı. Buna görə,
m
əsələn, xırda oğurluq da fərmanın ya 1-ci maddəsilə 7 ildən – 10 ilədək müd-
d
ətə, ya da 3-cü maddəsi ilə 5 ildən – səkkiz ilədək müddətə azadlıqdan
m
əhrumetmə cəzasına səbəb olurdu. Bunu ədalətli saymaq olmazdı. Bununla
ba
ğlı olaraq məhkəmələr xırda oğurluğa görə cəza təyin edərkən çox vaxt cə-
zanın aşağı həddindən də az cəza təyin etməyə imkan verən normaya istinad
ed
ərək nisbətən yüngül cəza təyin etməyə məcbur olurdular (4, 32-33).
1961-ci il Az
ərbaycan SSR-in CM-in 21-ci maddəsində təsbit edilmiş
c
əzanın növləri sırasında azadlıqdan məhrumetmənin 2 növü nəzərdə tutul-
muşdu. Buraya ömürlük azadlıqdan məhrumetmə və müəyyən müddətə azad-
lıqdan məhrumetmə daxil idi. CM-in 22-1-ci maddəsinə əsasən, ömürlük azad-
lıqdan məhrum etmə cəzası xüsusi olaraq nəzərdə tutulmuş hallarda təyin
edilirdi v
ə cinayət edənə qədər onsəkkiz yaşına çatmayan şəxslər və qadınlar
bar
əsində tətbiq edilmirdi. Cinayət qanunvericiliyinin 23-cü maddəsinə görə,
mü
əyyən müddətə azadlıqdan məhrumetmə cəzası “3 aydan 10 ilə qədər
müdd
ətə, ağır cinayətlər və ya ağır nəticələrə səbəb olmuş cinayətlər, habelə
xüsusi t
əhlükəli residivistlər üçün isə, 15 ildən çox olmayaraq müəyyən edilir-
di. Cinay
ət törədənədək onsəkkiz yaşına çatmamış şəxsə cəza təyin olunarkən,
azadlıqdan məhrumetmə cəzasının müddəti 10 ildən artıq ola bilməzdi”.
İnqilabdan sonrakı dövrdə azadlıqdan məhrumetmə ən geniş yayılmış
c
əza növü oldu. Ədəbiyyatda cinayətkarlara səmərəli təsir göstərməyə qabil
əsas cəza növü kimi azadlıqdan məhrumetmənin geniş tətbiqinin əsaslılığı
haqqında şübhəli fikirlər söylənilirdi. Təcrübənin təhlili də göstərirdi ki, bu
c
əzaya həddən artıq meyllilik gözlənilən nəticəni əldə etməyə kömək etmir.
Bununla bel
ə məhkəmə təcrübəsində azadlıqdan məhrumetmənin real tətbiqi
h
əddən artıq geniş səciyyə daşıyırdı. Azadlıqdan məhrumetmənin tətbiqi
h
əcminin ardıcıl şəkildə genişlənməsi ona gətirib çıxardı ki, bu cəzanın xüsusi
ç
əkisi 1968-ci ildə 66,5%-ə çatmışdı (bir sıra regionlarda 80%-ə yaxınlaşmış-
dı). Sonrakı illərdə bu göstərici bir qədər aşağı endi və 40-50% hüdudlarında
enib-
qalxırdı (9, 800). SSRİ Ali Məhkəməsi Plenumu onu təsdiq etməyə
m
əcbur oldu ki, məhkəmələr “bəzən azadlıqdan məhrumetməni, o cümlədən
c
əmiyyətdən təcrid edilmədən islah və yenidən tərbiyə olunması mümkün olan
şəxslərə qısa müddətli azadlıqdan məhrumetməni də əsassız olaraq tətbiq edir-
l
ər (10, 104).
17 fevral 1996-
cı il MDB ölkələrinin Model Cinayət Məcəlləsində
c
əzanın növlərini nəzərdə tutan 46-cı maddədə azadlıqdan məhrumetmənin iki
növü mövcud idi. Buraya mü
əyyən müddətə azadlıqdan məhrumetmə və
ömürlük azad
lıqdan məhrumetmə daxil idi. Müəyyən müddətə azadlıqdan
m
əhrumetməni nəzərdə tutan Model CM-in 58.1-ci maddəsində təhlil edilən
c
əza növünə aşağıdakı kimi anlayış verilirdi:
57
“Azadlıqdan məhrumetmə, məhkumun islah koloniyasına və ya həbsxana-
ya yerl
əşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir”.
Azadlıqdan məhrumetməyə məhkum olunan onsəkkiz yaşına çatmayan
şəxslər ümumi və gücləndirilmiş rejimli tərbiyə koloniyalarına yerləşdirilirdi.
Azad
lıqdan məhrumetmənin aşağı həddi kimi 6 ay müəyyən edilmişdi. CM-in
58-ci madd
əsinə əsasən, ağır cinayətlərə görə azadlıqdan məhrumetmənin
müdd
əti 12 ildən, xüsusilə ağır cinayətlərə görə isə, azadlıqdan məhrumetmə-
nin müdd
əti 20 ildən artıq ola bilməzdi. Həmçinin Model CM-in 58.6-cı
madd
əsində göstərilirdi ki, cinayətlərin məcmusu üzrə cəza təyini zamanı
azad
lıqdan məhrumetmənin müddətlərinin tam və ya qismən toplanılması
halında azadlıqdan məhrumetmənin maksimal müddəti 20 ildən, hökmlərin
m
əcmusu üzrə isə, 25 ildən artıq olmamalıdır.
Model cinay
ət qanunvericiliyinin 59-cu maddəsində ömürlük azadlıqdan
m
əhrumetmə cəzası təsbit edilmişdir. CM-in 59.1-ci maddəsinə əsasən, ömür-
lük azad
lıqdan məhrumetmə yalnız ağırlaşdırıcı hallarda zərərçəkmişi qəsdən
h
əyatdan məhrumetməni nəzərdə tutan xüsusilə ağır cinayətlərə görə təyin
edil
ə bilərdi. Ömürlük azadlıqdan məhrumetmə qadınlara, həmçinin onsəkkiz
yaşınadək cinayət törətmiş şəxslərə və altmış yaşdan yuxarı olan kişilərə təyin
edilmirdi.
Az
ərbaycan Respublikasının CM-in 55.1-ci maddəsində azadlıqdan
m
əhrumetmə cəzasının anlayışı aşağıdakı kimi verilmişdir:
“Mü
əyyən müddətə azadlıqdan məhrumetmə məhkumun məntəqə tipli,
ümumi, ciddi v
ə xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yer-
l
əşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir”.
Respublikamızın cinayət qanunvericiliyində azadlıqdan məhrumetməyə
veril
ən anlayışda məhkumun yalnız məntəqə tipli, ümumi, ciddi və xüsusi
rejimli c
əzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə
c
əmiyyətdən təcrid olunması göstərilir. Lakin məhkum nəinki göstərilən növ
c
əzaçəkmə müəssisələrinə, həm də tərbiyə və ya müalicə müəssisələrinə yer-
l
əşdirilə bilər. Belə ki, Azərbaycan Respublikasının CM-in 55.1 və 85.5-ci
madd
ələrinə əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, la-
kin hökm çıxarılanadək onsəkkiz yaşı tamam olmamış şəxslər ümumi və möh-
k
əm rejimli tərbiyə müəssisələrində yerləşdirilirlər. Cinayət Məcəlləsinin
mövqeyind
ən çıxış edən Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenu-
mu 28 iyun 2002-
ci il “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş
şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin
edilm
əsi təcrübəsi haqqında” 2№-li qərarında qeyd edir ki, hökm çıxarılana-
d
ək onsəkkiz yaşı tamam olmamış şəxs azadlıqdan məhrumetmə cəzasına
m
əhkum edilərsə, məhkəmə cinayət qanunvericiliyinin 85.5-ci maddəsinə əsa-
s
ən, həmin şəxsə ümumi və ya möhkəm rejimli tərbiyə müəssisəsi təyin edir
(1, 208).
Müalic
ə müəssisələrinə gəlincə, Azərbaycan Respublikasının CM-in
93.1.1-93.1.4-cü madd
ələrində nəzərdə tutulmuş şəxslərə məhkəmə tibbi xa-
58
rakterli m
əcburi tədbirlər təyin edə bilər. Təyin edilmiş tibbi xarakterli məc-
buri t
ədbirlər ambulator qaydada və psixiatriya stasionarlarında müalicə
edilm
əklə həyata keçirilir. Azərbaycan Respublikasının CM-in 99-cu maddəsi-
n
ə əsasən, “cinayət törətdikdən sonra psixi pozuntuya məruz qalmış şəxs müa-
lic
ə olunduqdan sonra cəza təyin edilərkən və ya onun cəzasının icrası bərpa
olunark
ən müalicədə bir gün olma müddəti bir gün azadlıqdan məhrum edilmə
hesabı ilə hesablanır”. Cinayət qanunvericiliyinin 99-cu maddəsinin belə möv-
qeyi insan hüquqlarının və azadlıqlarının qorunması haqqında Avropa Kon-
vensiyasının mövqeyinə uyğundur. Belə ki, Konvensiyanın 5-ci maddəsində
ruhi x
əstələrin, alkoqoliklərin və narkomanların qanuni saxlanılması azad-
lıqdan məhrumetmənin növü kimi qiymətləndirilir (2, 218).
Bu m
ənada məhkumun tərbiyə və ya müalicə müəssisəsinə yerləşdiril-
m
əklə cəmiyyətdən təcrid olunmasını azadlıqdan məhrumetmə kimi qiymət-
l
əndirmək lazımdır. Beləliklə, Azərbaycan Respublikasının CM-in 55.1-ci
madd
əsinin aşağıda göstərilən şəkildə verilməsini zəruri hesab edirik:
“Mü
əyyən müddətə azadlıqdan məhrumetmə məhkumun məntəqə tipli,
ümumi, ciddi v
ə xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya ümumi və möh-
k
əm rejimli tərbiyə müəssisəsinə, həbsxanaya, yaxud psixiatriya stasionarına
yerl
əşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir”.
Buna gör
ə də Rusiya Federasiyasının CM-in 56.1-ci maddəsinin mətnini
daha u
ğurlu hesab edirik. N.F.Kuznesovanın və İ.M.Tyaşkovanın redaktəsi
a
ltında yazılmış “Rusiyanın Cinayət hüququ” üzrə Ümumi hissə kursunda
yazılır: “Rusiya Federasiyasının CM-in 56.1-ci maddəsinə əsasən, azadlıqdan
m
əhrumetmə, məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəza-
ç
əkmə müəssisəsinə və ya tərbiyə müəssisəsinə, həbsxanaya, yaxud müalicə
mü
əssisəsinə yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından
ibar
ətdir. Məhkəmə cinayətin ağırlığını və təqsirləndirilənin şəxsiyyətini əsas
götürm
əklə, adətən o hallarda şəxsi azadlıqdan məhrumetməyə məhkum edir
ki, c
əzanın məqsədinə nail olunması üçün məhkumun azadlıqda qalmasını
m
əqsədəuyğun hesab etmir, onun islah olunmasını isə, yalnız xüsusi islah təsir
t
ədbirləri kompleksini tətbiq etməklə cəmiyyətdən təcrid olunması yolu ilə
mümkün hesab edir” (13, 482).
Az
ərbaycan Respublikasının CM-in 57.2-ci maddəsində qeyd edilir ki,
“ömürlük azadlıqdan məhrumetmə cəzası hökm çıxarılanadək altmış beş
yaşına çatmış kişilərə təyin edilmir”. Fikrimizcə, Azərbaycan Respublikasının
CM-in 57.2-ci madd
əsinin bu hissəsinin “ömürlük azadlıqdan məhrumetmə
c
əzasının hökm çıxarılanadək pensiya yaşına çatmış kişilərə təyin edilməməsi”
şəklində verilməsi daha humanist olardı. Belə bir əsasdan çıxış edərək,
Az
ərbaycan Respublikasının CM-in 57.2-ci maddəsinin aşağıda göstərilən
şəkildə verilməsini məqsədəuyğun hesab edirik:
“Ömürlük azadlıqdan məhrumetmə qadınlara, cinayət törədərkənonsək-
kiz
yaşı tamam olmamış şəxslərə, habelə hökm çıxarılanadək pensiya yaşına
çatmış kişilərə təyin edilmir”.
59
Bundan başqa, Azərbaycan Respublikasının CM-in 57.3-cü maddəsində
göst
ərilir ki, “məhkəmə, ömürlük azadlıqdan məhrumetmə növündə cəza
ç
əkən məhkumun azadlıqdan məhrumetmənin ən azı iyirmibeş ilini həqiqətən
ç
əkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət tö-
r
ətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum
olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrumetmə cəza növünü
mü
əyyən müddətə azadlıqdan məhrumetmə ilə əvəz edə və ya onu bu cəzadan
şərti olaraq vaxtından əvvəl azad edə bilər”. Məhkəmənin ömürlük azadlıqdan
m
əhrumetmə cəzasını yüngülləşdirməsi üçün qanunun məhkumun üzərinə
qoyduğu ən azı iyirmibeş illik müddətin həqiqətən çəkilməsi tələbinin yumşal-
dılmasını elmi cəhətdən izah etməyi məqsədəmüvafiq hesab edirik. Belə ki,
Fransa cinay
ət-hüququ nəzəriyyəsində cəza problemi üzrə mövcud konsep-
siyalardan biri yeni sosial müdafi
ə konsepsiyasıdır. Yeni sosial müdafiə nə-
z
əriyyəsinin nümayəndələri cəzanın əsas məqsədi kimi cinayətkarın islah
olun
ması və resosiallaşmasını nəzərdən keçirirlər. Onların fikrincə, sosial-mü-
dafi
ə tədbiri kimi cəzanın məqsədi ilk növbədə, cinayətkarın cəmiyyətə
qaytarılması məqsədini güdməlidir (7, 279-280). Yeni sosial müdafiə nə-
z
əriyyəsinin nümayəndələrinin fikirlərindən aydın olur ki, təyin edilən cəzanın
müdd
əti və ya həcmi məhkumu islah etməyə və onu yenidən cəmiyyətə
qaytarmağa xidmət etməlidir. Yəni məhkəmənin təyin etdiyi cəza müddətinin
ç
əkilməsi dövründə məhkumun yeni cinayəti törətməkdən çəkindirə bilən
z
ərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad olun-
masına və həmin müddətdə sosial-pedoqoji təsir tədbirlərinin və əmək tərbiyə
vasit
ələrinin tətbiqi ilə onun şəxsiyyətinin daha dərindən əsaslı şəkildə də-
yişdirilməsinə, onda cəmiyyət tərəfindən bəyənilən, fərd və cəmiyyət üçün
faydalı olan yeni baxış və prinsiplərin püxtələşməsinə nail olunmuşdursa,
m
əhkum islah olunmuş və yenidən tərbiyə edilmiş hesab edilir (5, 133-134).
Biz d
ə, göstərilən mövqedən çıxış edərək hesab edirik ki, əgər qeyd edilən
müdd
ətdə qarşıya qoyulmuş məqsədə nail olunmuşdursa, məhkumun cəzanın
qalan hiss
əsini çəkməsinə lüzum yoxdur. Çünki, lazımi cəza müddətinin
ç
əkilməsi və onun icrası ilə bağlı zəruri və kifayətləndirici tədbirlərin həyata
keçirilm
əsi, həm cəzanın xüsusi xəbərdarlığını təmin edir, həm də cinayətkarın
yenid
ən tərbiyə edilməsinə və onun düzgün əmək və həyat yoluna qayıtmasına
qay
ğı göstərilməsini nəzərdə tutur. Fransa yeni sosial müdafiə nəzəriyyəsinin
nümay
əndələrinin və Azərbaycan Respublikasının görkəmli kriminalist alimi
F.Y.S
əməndərovun cəzanın məqsədinə nail olunması istiqamətindəki fikirlə-
rini CM-in 57.3-cü madd
əsində təsbit edilmiş ömürlük azadlıqdan məhrumet-
m
ə növündə cəzanın müəyyən müddətə azadlıqdan məhrumetmə ilə əvəz
edilm
əsi və ya məhkumun bu cəzadan şərti olaraq vaxtından əvvəl azad olun-
ması işində qanunun irəli sürdüyü ən azı iyirmibeş illik müddətin həqiqətən
ç
əkilməsi tələbinin yüngülləşdirilməsi üçün əsas hesab edərək, göstərilən
müdd
ətin onbeş və ya iyirmi ilə endirilməsini təklif edirik. Hesab edirik ki,
60
Az
ərbaycan Respublikasının CM-in 57.3-cü maddəsi aşağıda göstərilən şəkil-
d
ə təsbit edilməlidir:
“M
əhkəmə, ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən məh-
ku
mun azadlıqdan məhrumetmənin ən azı onbeş və ya iyirmi ilini həqiqətən
ç
əkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmə-
diyini n
əzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olma-
dığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrumetmə cəza növünü müəy-
y
ən müddətə azadlıqdan məhrumetmə ilə əvəz edə və ya onu bu cəzadan şərti
olaraq vaxtından əvvəl azad edə bilər”.
Qeyd ed
ək ki, Almaniyanın CM-in 57-ci paraqrafının 57 b maddəsinə
əsasən, məhkumun ömürlük azadlıqdan məhrumetmə cəzasının çəkilməsindən
azad olunma
sının əsaslarından biri qismində ömürlük azadlıqdan məhrumetmə
növünd
ə cəza çəkən məhkumun azadlıqdan məhrumetmənin onbeş ilini çək-
m
əsi çıxış edir (8, 311-312).
ƏDƏBİYYAT
1.
Az
ərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlar məcmuəsi (1991-2008).
Bakı: Hüquq, 2008, 380 s.
2.
Az
ərbaycan Respublikasının Cinayət Məcəlləsinin Kommentariyası / F.Y.Səməndərovun
redakt
əsi ilə. Bakı: Digesta, 2005, 944 s.
3.
Az
ərbaycan SSR Cinayət Məcəlləsi (Təfsir). Bakı: Azərnəşr, 1948, 528 s.
4.
İmanlı M.N. Mülkiyyət əleyhinə edilən cinayətlər. Bakı: Əbilov, Zeynalov və oğulları,
2007, 380 s.
5.
S
əməndərov F.Y. Cinayət hüququnda cəza problemi: tarix və müasirlik. Dərs vəsaiti.
Bakı: BDU, 2009, 286 s.
6.
Ансель М. Новая социальная защита (гуманистическое движение в уголовной по-
литике). М.: Юрид. лит., 1970, 392 с.
7.
Есаков Г.А., Крылова Н.Е., Серебренникова А.В. Уголовное право зарубежных
стран. М.: 2009, 336 c.
8.
Жалинский А.Э. Современное немецкое уголовное право. М.: Проспект, 2006, 560 с.
9.
Лунев В.В. Преступность XX века: мировые, региональные и российские тенден-
ции. М.: Проспект, 2005. 912 с.
10.
Сборник действующих постановлений Пленумов Верховного Суда СССР, РСФСР и
Российской Федерации по уголовным делам. М.: Проспект, 1999.
11.
Сергеевский Н. Наказание в XVII веке. М.: Просвещение, 1981, 314 c.
12.
Таганцев Н.С. Русское уголовное право. Часть общая. В. 2 т. т. 2 М.: Наука, 1994,
393
с.
13.
Уголовное право России. Общая часть: Учебник для вузов / Под ред. Н.Ф.Кузнецо-
вой и И. М.Тяжковой. М.: Зеркало, 2005, 752 с.
61
ОБ ИСТОРИИ РАЗВИТИЯ НАКАЗАНИЯ В ВИДЕ ЛИШЕНИЯ СВОБОДЫ
Э.И.МУРАДОВ
РЕЗЮМЕ
В статье комментируется понятие, виды, сроки и условия применения на-
казания в виде лишения свободы как вид наказания в Своде законов 1845-го и 1903-го
годов во времена Царской России начиная с 1832-го года. В России применялись такие
виды наказания как каторга, ссылка, исправительный дом и арест. Кроме этого в статье
поочередно исследуются принятые в Советском Союзе первые Уголовные кодексы и
наказание в виде лишения свободы по закону «Об уголовной ответственности за хище-
ние государственного и общественного имущества» от 4 июня 1947-го года, а также
предлагаются пути усовершенствования действующего уголовного законодательства
Азербайджанской Республики.
Ключевые слова: лишение свободы, ссылка, арест в исправительном доме, за-
ключение в крепость, заключение в тюрьму
ON THE DEVELOPMENT HISTORY OF THE CRIME OF
RESTRAİNT
E.I.MURADOV
SUMMARY
The article studies the concept, kinds, periods and application forms of punishment in
the form of restraint in the law codes of 1845 and 1903 years from 1832 during the period of
tsarist Russia. Russia applied such kinds of punishment as exile, amendment houses, and ar-
rest. Moreover, the paper analyzes the first criminal codes in the Soviet Union and punishment
in the form of restraint in accordance with the law “on legal liability for stealing of social
property”.
Key words: restraint, reference, arrest, imprisonment
Dostları ilə paylaş: |