Baki universitetiNİn xəBƏRLƏRİ №2 Humanitar elml



Yüklə 113,1 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü113,1 Kb.
#31671


BAKI 

UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2    

 

Humanitar elml

ər seriyası   

 

2014 

 

 



 

 

UOT 94(479.24) 



 

SOVET 

HAKİMİYYƏTİ ORQANLARININ SƏHV SİYASƏTİNƏ 

QARŞI GENİŞLƏNƏN KƏNDLİ HƏRƏKATI 

(1920-1930-cu ill

ər) 

 

N.

Z.MƏMMƏDOV 

Bakı Dövlət Universiteti 

nurr_mamedov@mail.ru 

 

M



əqalədə Azərbaycanı işğal edən XI ordunun özbaşınalığına, soyğunçuluq və qəddar-

lığına  qarşı xalq üsyanlarının  və  kəndli  hərəkatının  genişlənməsi  tədqiq  edilir.  Göstərilir  ki, 

mövcud  rejim  v

ə  sovet  hakimiyyətinin  səhv  siyasətinə  qarşı  genişlənən kəndli hərəkatı  milli-

azadlıq hərəkatının tərkib hissəsi, siyasi və konstitusiya hüquqlarını müdafiə edən ümumxalq 

h

ərəkatı idi. 

 

Açar  sözl



ər:  sovet,  hakimiyyət  orqanları,  Az.MİK,  kəndli  hərəkatı,  siyasət,  üsyan, 

qolçomaq  

 

Hakimiyy


əti ələ keçirən bolşeviklər ilk gündən yerli əhaliyə qarşı aman-

sız  oldular,  Sovet  hakimiyyəti  uğrunda  mübarizə  bayrağı  altında  xalqımıza 

qarşı zorakılıq və qəddarlıq siyasəti apararaq görkəmli ziyalılarımızı, partiya və 

dövl


ət  xadimlərini,  mədəniyyət  və  incəsənət  nümayəndələrini,  şəhərdə  və 

k

ənddə əmək qabaqcıllarını,  kəndin  varlı təbəqəsi olan qolçomaqları sıxışdır-



maq  v

ə  məhv  etmək  siyasətinə  keçdilər.  Əslində  bu  siyasət  əsl  soyqırım 

siyas

ətinə bənzər dəhşətli və faciəli hadisələr idi. Sovet dövlət aparatı ət maşını 



kimi 

günahsız  insanları  məhv  edir,  güllələyir,  əlçatmaz  yerlərə  –  Sibirə,  Qa-

zaxıstana sürgün edirdi. Bakıda və Azərbaycanın qəzalarında sovet hakimiyyət 

strukturları  yaranan  ilk  gündən  verdiyi  bütün  vədləri  kobudcasına  pozaraq 

kütl

əvi  qətl  və  qarətlərə  başladı,  milli  kadrlara  və  Azərbaycan  Xalq  Cüm-



huriyy

ətinin  rəhbərlərinə  qarşı  qırmızı  terroru  genişləndirdi.  Yenicə  yaranan 

Müv

əqqəti İnqilab Komitəsinin yerli icra orqanları və onların bolşevik-daşnak 



nümay

əndələri xalqı vəhşicəsinə talan və qarət edir, evlərə soxularaq qiymətli 

əşyaları,  xalça-palaz,  kilimləri,  qız-gəlinlərin,  qadınların  üst  qızıl  əşyalarını, 

boyunbağı,  üzük,  sırğa,  qol  saatlarını  zorakılıqla  müsadirə  edir,  xalqın  var-

yoxunu 

əlindən alırdılar. Belə zorakılıq əməlləri, demək olar ki, Azərbaycanın 



h

ər  yerində  baş  verirdi.  Sovet  hakimiyyətinin  qurulmasını  sakitcə  və  sükutla 

50 



qarşılayanlar, onu ümidlə gözləyənlər və tərəddüd edənlər səhv etdiklərini başa 

düşdülər. XI Ordunun özbaşınalığı, qarətçilik, hərc-mərclik, xüsusən günahsız 

adamların  güllələnməsi  xalqın  qəzəbinə  və  bu  qəzəb  dalğası  isə  üsyanlara 

s

əbəb oldu (9, 45).  



M.

Ə.Rəsulzadə yazırdı ki, bolşeviklər hakimiyyəti ələ alan günün səhəri 

verdikl

əri bütün vədləri pozdu, onun xülyadan başqa bir şey olmadığını qeyd 



etdi, 

imzaladığı  vədin  mürəkkəbi  qurumamış  düşmən  süngüsü  ilə  özünün 

yırtıcı mahiyyətini göstərdi. «Artıq hər kəs aldandığını görürdü. «ilanın ağına 

da, 


qarasına da lənət» deyirdilər» (16, 69). 

Sovet hakimiyy

ət orqanlarının səhv siyasətinə qarşı ilk və ən güclü üsyan 

G

əncə  üsyanı  olmuşdur.  Üsyançıların  sayı  10  min  nəfəri  ötmüşdü.  Lakin 



qüvv

ələr nisbətinin qeyri-bərabərliyi və ermənilərin xəyanəti nəticəsində üsyan 

amansızcasına  yatırıldı, 12 min  gəncəli  öldürüldü.  Ancaq  XI  Ordu  qüvvələ-

rind


ən də 9 minə qədər hərbçi öldürüldü. Gəncə üsyanından sonra nəinki milli 

ordu  hiss

ələrinə, hətta bolşeviklərin özlərinin yaratdıqları inqilab komitələrinə 

d

ə şübhə ilə yanaşmağa başladılar (9, 46).  



G

əncə  üsyanının  qəddarlıqla  yatırılmasına  baxmayaraq  Tərtərdə  üsyan 

başladı.  Tərtər üsyanı  böyüyərək  Ağdam,  Şuşa,  Bərdə,  bütün Qarabağ  bölgə-

sin


ə yayıldı. Üsyana general Nuru paşa, polkovnik Zeynalov rəhbərlik edirdi-

l

ər.  Qarabağ üsyanının ardınca Şəki,  Zaqatala,  Balakən,  Qutqaşen,  Qax,  Lən-



k

əran, Salyan, Quba və s. bölgələrdə üsyanlar oldu. Bir sözlə, üsyan dalğaları 

bütün Az

ərbaycanı əhatə etdi. M.Ə.Rəsulzadə yazırdı: «…işğaldan bir ay sonra 

bütün  Az

ərbaycan  məmləkətinin  müdhiş  bir  istilaya  məruz  qaldığını  acı  bir 

sur

ətdə dərk eyləmişdi. Rus ordusunun ədəb və əxlaqa uyuşmayan hərəkətinin, 



t

əhqirə  məruz  qaldığını  duyunca  xalq  üsyan  etdi…  Üsyan  edilməyən  bir  yer 

qalmamışdır”.  Hər  bir  üsyana,  onun  başlanmasına  əsas  səbəb  olan  haki-

miyy


ətin  və  hökumət  nümayəndələrinin  təhqiramiz  siyasətini  kəskin  pisləyən 

M.

Ə.Rəsulzadə  daha  sonra  yazırdı: «…Fəqət,  bu  üsyanlar  dəxi  olmasa  idi 



Az

ərbaycan  xalqı  bilməm  hansı  vəqələrlə  öz  namusunu  müdafiə  etmiş 

olduğunu isbat edəcəkdi?!» (16, 70). 

Tarixşünaslıqda  az  diqqət  verilən  bir  mühüm  məsələni  də  araşdırmaq 

lazımdır.  Belə  ki,  XI  Ordu  Azərbaycanı  işğal  edib  başa  çatdırandan  sonra 

müqavil


ə  və  danışıqlara  əsasən  Anadolu  torpaqlarını  düşməndən  təmizləmək 

üçün  Türkiy

əyə getməli  idi.  Lakin  bu  yerdə də rus ordusu danışıqları pozdu, 

v

ədini unutdu və Azərbaycan ərazisində yerləşdirildi. Görünür, bu işdə Leninin 



v

ə  sovet  rəhbərliyinin  də  razılığı  olmuşdur.  Yoxsa  ki,  XI  Ordu  hissələri 

özbaşına  respublika  ərazisində  qala  bilməzdi.  Bu,  elə  bir  zaman  idi  ki, 

Az

ərbaycan iqtisadiyyatı dağılmış, əhalinin sosial vəziyyəti xeyli ağırlaşmışdı. 



Böhran keçir

ən Azərbaycan iqtisadiyyatı, demək olar ki, dilənçi halına düşmüş, 

k

əndlər  öz  çiyinlərinə  böyük  bir  ordunu  ərzaqla  təmin  etmək  kimi  ağır  yük 



götürm

əli olmuşlar. Ölkədə isə ərzaq çatışmırdı. Eyni zamanda Birinci dünya 

müharib

əsi  nəticəsində  qaçqın  olmuş  ermənilər  Ermənistana  getmək  əvəzinə 



Bakıda  dayanır,  çörək  və  sığınacaq  alırdılar.  Yaranmış  ağır  vəziyyəti  nəzərə 

51 



alaraq  AK(b)P  MK  1920-ci  il 

sentyabrın  1-də  olmuş  iclasında  belə  bir  qərar 

q

əbul  etdi ki,  Bakıya  qaçqınlar  qəbul  edilməsinlər (15, 15). 1920-ci  il  sent-



yabrın  20-də  isə  Azərbaycan  SSR-nin  Moskvadakı  daimi  nümayəndəsi 

B.A.


Şaxtaxtinskinin  Leninə  və  Çiçerinə  verdiyi  məlumatda  bildirilirdi  ki: 

«…

hazırda kəndlilərin  vəziyyəti həddən artıq ağırdır,  Onlar hətta lampa nefti 



ala bilmirl

ər, çünki onların kəndə neft göndərdikləri arabalar yolda Qızıl Ordu 

t

ərəfindən  müsadirə  edilir, …öz  çörəyi  ilə  dolanan  Azərbaycan  indi  çörəksiz 



qalıb» (15, 14).  

Az

ərbaycanda  sovet  hakimiyyəti  qurulan  ilk  günlərdən  kəndlilərə  və 



f

əhlələrə  qarşı  siyasəti  düzgün  qura  bilmədi.  Hakimiyyət  rəhbərləri  və  yerli 

çinovnikl

ər hələ də başa düşə bilmirdilər ki, dövləti və şəhər əhalisini ərzaqla 

t

əmin  edən  kəndlilərdir.  Ancaq  20-ci  illərin  əvvəllərində  respublikanın  kənd 



t

əsərrüfatında vəziyyət acınacaqlı idi və dərin böhran keçirirdi. Belə bir tarixi 

şəraitdə ərzaq ehtiyatına az-çox malik olan təsərrüfatlar isə ya varlı təsərrüfat-

lar  v


ə yaxud da ki, qismən ortabab təsərrüfatlar ola bilərdi. Sovet hakimiyyə-

tinin  Lenin 

başda  olmaqla  rəhbərləri  isə  belə  hesab  edirdilər  ki,  həmin  varlı 

t

əsərrüfatlar kapitalist elementləridir və guya yeni hakimiyyətin düşmənləridir. 



Buna  gör

ə də, hakimiyyət orqanları varlı təsərrüfat sahiblərini «qolçomaq» və 

«bandit» 

adlandırıb  onları  kütləvi  şəkildə  həbs  etməyə,  sürgün  etməyə, «təh-

lük

əli»  olanları  isə  güllələməyə  başladılar.  Kommunist  partiyasının  və  sovet 



hökum

ətinin belə səhv siyasəti milyonlarla insan qırğınına və ağır fəlakətə sə-

b

əb oldu. Sovetləşmənin ilk günlərində cəza və həbslərə rəvac verildi. 1920-ci 



il 

mayın 5-6-da Ümumbakı partiya konfransı oldu. Həmin konfransda daşnak 

A.

İ.Mikoyan «Hazırkı vəziyyət» haqqında etdiyi çıxışında xanların, bəylərin və 



qolçomaqların məhv edilməsi siyasətini partiya vəzifəsi kimi qarşıya qoydu və 

onlara 


qarşı  sinfi  mübarizəni  sürətləndirməyi  vacib  bildi  (12, 111). Ancaq 

Mikoyan  heç 

daşnakların  adını  çəkmədi.  Həmin  çıxış  əsasında  Ümumşəhər 

konfransı  belə  bir  qərar  qəbul  edir: «Azərbaycanda  sovet  çevrilişindən  sonra 

(hörm

ətli oxucu, diqqət ver: bolşeviklər özləri də əvvəllər inqilab yox, çevriliş 



ifad

əsi  işlədirdilər  -  M.N.)  partiyanın  ən  mühüm  vəzifəsi…bəylərin,  xanların 

v

ə ağaların torpaqlarını müsadirə etməkdən» ibarətdir (4, 18). Beləliklə, yoxsul 



k

əndlilərə  arxalanmaqla  kənddə  sinfi  mübarizənin  dərinləşməsinin  əsası 

qoyulur v

ə qolçomaqlar haqqında düşmən obrazı yaradılır.  

Sovet  hakimiyy

ətinin ilk illərində varlı qolçomaq təsərrüfatları cəmi 5-6 

faiz 

olmalarına  baxmayaraq,  onlara  qarşı  ağır  sinfi  siyasət  yeridilirdi. 



1925/1926-

cı  təsərrüfat  ilində  bütün  kənd  təsərrüfatı  vergisinin  yarıya  qədəri 

qolçomaq t

əsərrüfatlarının üzərinə qoyulmuşdu (8, 43). 

SSRİ  MİK  və  XKS-nin  20  mart  1925-ci  il  tarixli  qərarı  ilə  mülkədar 

hesab  edil

ən  varlılar,  onlara  məxsus  torpaqlarından  istifadə  etmək  və  hətta 

h

əmin ərazidə yaşamaq hüququndan məhrum edildi. Bu qərarla mülkədarların 



v

ə qolçomaqların qanuni hüquqları ləğv edildi, onların sürgün olunması prosesi 

başlandı (2, i.176, v.23). 

1928-ci ilin 

əvvəlində Göybirliyinin rəsmi məlumatına görə, Azərbaycan 

52 



k

əndində  (kolxozlarda)  əhalinin  sosial  tərkibi  belə  idi:  ortabablar-  62,8  faiz, 

yoxsullar – 21,8 faiz, 

varlılar – 15,8 faiz. Varlı kəndlilərin içərisində qolçomaq 

t

əsərrüfatı  isə  8  faiz  idi  (2,  i.261, v.11). 1929-cu  ildə  rəsmi  məlumata  görə 



respublikada 

əhalinin 45,8 faizi yoxsul kəndlilər, 47,7 faizi ortabablar, 6,5 faizi 

is

ə  qolçomaqlar  idi  (20,  1931  №9,  78).  Buna  baxmayaraq  kənd  təsərrüfatı 



vergisinin çoxunu 

varlı təsərrüfatlar verirdi.  

Tarixşünaslıq  ədəbiyyatlarının  diqqətlə  araşdırılması  və  arxiv  sənəd-

l

ərinin təhlili bizə belə bir fikir söyləməyə tamamilə haqq qazandırır ki, 20-30-



cu ill

ərdə qolçomaqlar sovet hakimiyyətinə qarşı mübarizə aparan güclü siyasi 

qüvv

ə olmamışlar. Bu baxımdan Azərbaycan şəraitində qolçomaq təsərrüfatları 



sosialist  k

ənd  təsərrüfatını  məhv  edə  biləcək  qüvvəyə  malik  deyildilər  (12, 

112). Bunu faktlar, r

əqəmlər və olaylar da təsdiq edir. 

Respublikada  ellikl

ə kollektivləşmə siyasətinə keçidlə əlaqədar 1929-cu 

ild

ən başlayaraq qolçomaqların bir sinif kimi ləğvi siyasətinə keçid başlandı və 



bunun  n

əticəsində  Azərbaycan  kəndində  sinfi  mübarizə  daha  da  şiddətləndi. 

Hakimiyy

ət  orqanlarına  qolçomaq  təsərrüfatlarını  müəyyən  etmək  tapşırığı 

verildi.  

Qolçomaqlara 

qarşı  düşmən  münasibət  onları  qəzəbləndirdi.  Qazax, 

Ağdam, Cəbrayıl, Quba, Şamxor və başqa yerlərdə qolçomaqların açıq çıxışları 

oldu  (2,  i.5, v.3-5).  Bu  da,  s

əbəbsiz  deyildi.  Qolçomaqlar  deyirdilər  ki,  əgər 

bizim 

torpağımızı  əlimizdən  alsalar  onların  başını  üzəcəyik.  Qolçomaqlar 



deyirdil

ər:  dövlət  düzgün  rəhbərlik  edə  bilmir,  ticarət  monopoliyası  onların 

əlindədir,  bizə ticarət etmək qadağan edilib,  xalq acdır və  i.a.  Dəllər camaatı 

qolçomaqlara 

qoşulub  yerli  hakimiyyət  orqanlarının  rəhbərlərini  öldürməklə 

h

ədələyirdilər. 



V

əziyyətin kritik həddə çatması  Mərkəzi  narahat etməyə  bilməzdi.  İş o 

yer

ə çatdı ki, AK (b)P MK-nın rəhbəri Gikalo 1928-ci ilin martında məxfi qrif 



il

ə  rəsmi  Moskvaya,  ÜİK  (b)  P  MK-ya,  Molotova  xüsusi  material  hazırlayıb 

gönd

ərdi  (2,  i.24, v.3-4).  Yeri  düşmüşkən  qeyd  etmək  lazımdır  ki,  həmin 



material  mövcud  v

əziyyəti  və  siyasi  durumu  az-çox  təhlil  etmək  baxımından 

çox 

əhəmiyyətli  bir  sənəddir.  Həmin  sənəddə  Azərbaycanda  qolçomaqlara 



qarşı aparılan siyasətin səhv olduğu, kollektivləşmədə tələsikliyə yol verildiyi, 

AK  (b)  P  MK  r

əhbərliyində  ciddi  nöqsanlar  olduğu  bildirilirdi.  Göstərilir  ki, 

ciddi  s


əhvlərinə görə Ağaverdiyev MK-nın tərkibindən, H.Sultanov MK şöbə 

müdiri  v

əzifəsindən azad edilib, 8 komissarlığın işi ağırlaşıb, rəhbərliyin xalq 

t

əsərrüfatına  işi  zəifdir,  Zaqafqaziya  Ölkə  Komitəsi  bizə  kömək  etmir.  Azər-



baycanda 

hazırkı  dövrün  siyasi  xarakteristikası  təhlil  edilir  və  göstərilir  ki, 

kollektivl

əşmə  işi  və  qolçomaqlara  münasibət  düzgün  aparılmadığına  görə, 

h

ətta  bizim  (yəni  dövlətin  –  N.M.)  ciddi  səhvimiz  olan  qolçomaqların  ixti-



yarında olan torpaqların müsadirə edilməsi qeyri-qanunidir. Rəhbərliyin səhvi 

n

əticəsində  Şamxor,  Samux,  Gəncə  bölgələrində,  DQMV-də  qolçomaq 



çıxışları  baş  vermiş,  bandit  qrupları  yaranmışdır.  Ağdam,  Ağcabədi,  Salyan 

rayonlarında,  Naxçıvan  dairəsində  kollektivləşmə  əleyhinə  çıxışlar  olmuşdur 

53 



(2, i.24, v.5-9). Materialda s

əhvlər açıq etiraf edilir. Göstərilir ki, qolçomaqlara 

münasib

ətdə  səhvlərə  yol  verilmişdir,  Qasım  İsmayılov,  Ağdam,  Quba  və  b. 



rayonlarda  t

ələsikliyə  yol  verilmişdir.  Bəli,  bu,  respublikanın  birinci  şəxsinin 

acı  etirafı  idi.  Buraxılan  nöqsanlar  AK  (b)  P  MK  rəhbərliyini  ciddi  narahat 

etmiş  və  bu, 1930-cu  il  14  aprel  qərarında  öz  əksini  tapmışdır.  Qərarda 

göst

ərilirdi  ki,  Azərbaycanda  kollektivləşmə  üçün  4  il  vaxt  verilməsinə 



baxmayaraq 

ÜİK  (b)  P  MK-nın  5  yanvar  1930-cu  il  qərarı  pozulmuş,  kobud 

əyintilərə, qolçomaqlara qarşı səhvlərə yol verilmişdir (4, 546-547).  

AK  (b)  P  MK-

nın kənd təsərrüfatının elliklə kollektivləşməsinə keçidlə 

əlaqədar  olaraq  qolçomaqların  bir  sinif  kimi  ləğv  edilməsi  barədə  23  fevral 

1930-cu  il  gizli  m

əktubu  (3,  i.43, v.3) respublikanın  bütün  rayonlarına 

gönd

ərildi.  Məktubda  göstərilirdi  ki,  yerli  hakimiyyət orqanları  qolçomaqlara 



qarşı daha sərt mövqe tutmalı, onların bütün malını və avadanlıqlarını müsadirə 

etm


əli,  özlərini  isə  sürgün  etməlidirlər.  Bu  gizli  göstəriş  Şəki-Zaqatala, 

L

ənkəran, Gəncə bölgəsində, Şirvan, Şamxor, Qazax, Ucar rayonlarında qolço-



maqların  kütləvi  şəkildə  məhv  edilməsinə  səbəb  oldu.  Zaqafqaziya  siyasi 

idar


əsi  tərəfindən  hazırlanan  gizli  sənəddə  göstərilirdi  ki,  hökumətin  həbs  və 

sürgünetm

ə  siyasətinə  cavab  olaraq  qolçomaq  dəstələri  Gəncədə,  Qarabağda, 

Şirvanda,  Şamxorda,  Gədəbəydə,  Tovuzda,  Hacıkənddə,  Samuxda,  Qasım 

İsmayılovda,  Lənkəranda  və  s.  yerlərdə  çıxışlar  etdilər.  Qolçomaqlar  məcbur 

olub  terror 

aktları  da  törətməyə,  partiya  və  Sovet  rəhbərlərini  öldürməyə 

başladılar. 1930-cu ilin noyabr ayında Azərbaycanda 19 terror aktı törədildi, 41 

qolçomaq qrupunun f

əaliyyəti genişləndi. 65 qolçomaq hərəkatında 1240 nəfər 

iştirak  edirdi  (3,  i.43,v. 4). Hətta  Zəyəmdə  noyabrın  14-də  silahlı  çıxış  edən 

qolçomaqlar 

Bakı-Tbilisi dəmir yolunu ələ keçirmişdilər. Gədəbəy rayonunun 

Söyüdlü,  Slavyanka,  N

ərimankənd,  Süleymanlı,  Ağdaş və s.  kəndlərində qol-

çomaqlar  hakimiyy

ət orqanlarının  binalarını  mühasirəyə almış,  onlara ultima-

tum 


vermişlər.  Dağ  atıcı  briqadası  artilleriyası  köməyə  gəlmiş,  mühasirəni 

dağıtmışdı  (3,  i.43, v.4). Qolçomaq  çıxışları  Gəncə,  Biləsuvar,  Lənkəran, 

Salyan, C

əlilabad və s. rayonlarda da baş vermişdi (3, i.43, v.5-10). Vəziyyətin 

ciddi 

olduğunu bilən Zaqafqaziya Ölkə Komitəsi AK (b)P MK-ya göndərdiyi 



gizli  s

ənəddə  bildirirdi  ki, 1930-cu  ilin  iyulunda  Nuxa-Zaqatala,  Kürdüstan-

Z

əngəzur və Gəncə qəzalarında baş verən qiyamları yatırmaq üçün əlavə silahlı 



qüvv

ə göndərsin (3, i.44, v.24-25).  

T

ədqiqat  zamanı  maraqlı  faktlar  aşkar  edildi.  Məlum  oldu  ki,  bir  çox 



rayonlarda  k

ənd  Sovetlərinin  rəhbər  üzvləri  qolçomaqlar  tərəfinə  keçmiş, 

onların haqqını müdafiəyə qalxmış və sovet hakimiyyəti orqanlarının ədalətsiz 

mövqeyin


ə  etiraz  əlaməti  olaraq  seçkiləri  boykot  etmiş  və  müqavimət 

h

ərəkatına  qoşulmuşlar.  Bu  hərəkatlar  getdikcə  böyüyərək  kəndli  hərəkatına 



çevrilirdi. 

Rayonların əksəriyyətində, o cümlədən Gəncə, Lənkəran, Sabirabad, 

Göyçay  v

ə  s.  Rayonlarda bu cür antisovet hərəkatlar (bəzi  hallarda üsyanlar) 

baş vermişdi (3, i.44, v.5-8). Ümumiyyətlə, 1931-ci  ilin  əvvəlində respublika 

ərazisində  tərkibi  1200  nəfərdən  ibarət  132  qolçomaq  dəstəsi  fəaliyyət 

54 



göst

ərirdi (14, 61). Qolçomaqların çıxışları sonralar da davam etmişdi. 1934-cü 

ild

ə  Sovetlərin  hesabat  kompaniyası  vaxtı  Dəvəçi,  Göyçay,  Xaçmaz  rayon-



larında kənd sovetlərinin rəhbər fəalları öldürülmüşdü (17, i.322, v.23-24). 

1930-cu  ild

ə Azərbaycanda siyasi rejimin göstərdiyi səyinə baxmayaraq 

kollektivl

əşmə 20 faizdən yuxarı qalxmadı,  hətta az qala dövlət ondan imtina 

etm


ək istədi. Respublikanın kənd təsərrüfatı zəif idi və kolxozlara daxil olan az 

idi.  H


ətta  İkinci  dünya  müharibəsi  ərəfəsində  sosialist  istehsalı  qələbə 

çalma


mışdı (18, 692). 1933-1934-cü illərdə kolxozlar ixtisar edilmiş, minlərlə 

k

əndli  kolxozdan  üz  döndərmişdi.  Bolşeviklərin  ümidi  elə  qırılmışdı  ki,  yeni 



h

əyat  tərzi  yaranmamış,  kolxozlar  kənddə  sosializmin  dayaqlarına  çevrilmə-

mişdi.  Belə  bir  vəziyyətdə  rəsmi  Moskva  və  Bakı  bir  çox  rəhbər  işçilərini, 

prokurorları,  DSİ-nin  agentlərini  kütləvi  şəkildə  kəndlərə  göndərdilər.  Onlar 

t

əbliğat  kompaniyasını  genişləndirir,  şirin  vədlər  verir,  qolçomaqlar  üzərinə 



«

əmək günləri» və əlavə vergilər yükləyirdilər. Prokurorlar açıq deyirdilər ki, 

ərzaq vergisini ödəməyən qolçomaqlar güllələnəcəklər. Ancaq bütün bu səylərə 

baxmayaraq Az

ərbaycan kəndi geridə qalırdı. Texnika çatışmırdı, traktorçular, 

aqronomlar, texnikl

ər və digər kadrlar çatışmırdı. Maddi vəsait yox idi. Bir çox 

rayonlarda  b

əzi  traktor  sürücüləri  işdən  imtina  edirdilər.  Nəqliyyat  iflic 

v

əziyyətinə  düşmüşdü.  Tarlalarda  yığılan  pambıq  yağışın  altında  qalıb  xarab 



olurdu. 

Ən  böyük  pambıq  anbarları  olan  Goranboy  və  Yevlax  rayonlarında 

v

əziyyət acınacaqlı idi. Belə bir vaxtda kəndlilər həyəcanlı şəkildə xəstəliklərə 



düçar  olurdular.  X

əstəlik  bütün  Azərbaycanda  yayılmışdı  (18, 700-701). 

K

əndliləri maraqlandıran heç nə qalmamışdı. Dövlət yenə başını itirmişdi. Bu 



d

əfə  bütün günahlar kolxoz sədrlərinin üzərinə atıldı.  Hətta Bərdə rayonunda 

311 n

əfər, Salyan rayonunda 180 nəfər kolxoz rəhbəri məhkəməyə verildi. Bu 



cür 

haqsızlıqlar Sabirabad, Nuxa, Ağdam, Naxçıvan, Qarabağ, Gəncə bölgələ-

rind

ə  iğtişaşlara  və  sovet  hakimiyyətinə  qarşı  üsyanlara  səbəb  oldu.  Yüzlərlə 



k

əndli İrana və Türkiyəyə qaçdı. Minlərlə kəndli kolxozdan üz döndərdi. 1933-

cü ild

ə Noraşendən 350 kəndli, Masallıdan 1110 kəndli ailəsi ilə xaricə qaçdı. 



Az. 

MİK müfəttişinin məlumatına görə, 1932-1933-cü illərdə 200 mindən çox 

k

əndli kolxozdan çıxmışdı. Respublikanın pambıq rayonlarında kollektivləşmə 



tam  iflasa 

uğramışdı.  Heyvandarlıq  kolxozlarında  isə  vəziyyət  daha  ağır  idi. 

Çox  hallarda  mal-

qaranı dövlətə vermək istəməyən adamlar onları kütləvi şə-

kild

ə məhv edirdilər. Dövlət orqanları, DSİ-nin satqın agentləri istədiyinə nail 



ola  bilmirdil

ər.  Sovet  dövlətinin  kolxoz  siyasətinə  qarşı  çıxışları  dayanmırdı. 

1933-cü  ilin  birinci 

yarısında 144 «bandit çıxış» olmuşdu.  Kolxoz hərəkatına 

qarşı belə çıxışlar 1935-ci ilə qədər davam etmişdi (14, 303, 358-359). 

Respublikada  k

əndli  hərəkatının  artmasına  güclü  təsir  edən  amillərdən 

biri  d


ə  kollektivləşmənin  zorakılıqla  həyata  keçirilməsi  oldu.  Ona  görə  ki, 

kollektivl

əşmə  siyasəti  partiya  və  hakimiyyət  orqanları  tərəfindən  düzgün 

qurulmamış,  əhalinin  sosial-iqtisadi,  siyasi  və  mədəni-psixoloji  vəziyyəti 

n

əzərə alınmamışdı. Ağına-bozuna baxmadan elliklə kolxozlara yazılma halla-



rını həyata keçirən başı pozuq məmurlar bellərinə tapança bağlayıb (akad. Ziya 

55 



Bünyadov)  k

əndlilərə  hədə-qorxu  gələrək  onları  bu  işə  məcbur  edirdilər. 

Yuxarıların  xoşuna  gəlmək  və  rəhbərin  «molodes»ini  qazanmaq  üçün  bəzən 

n

əinki  ayrı-ayrı  kəndli  ailələrini,  hətta  bütün  kənd  və  ya  bütöv  bir  rayon  bir 



günün  iç

ərisində «kollektivləşirdi». Sonra isə həmin kəndlilər kolxozlardan üz 

dönd

ərirdilər.  Belə  hallar  respublikanın  bir  çox  rayonlarında,  o  cümlədən 



Qasım İsmayılov, Yevlax, Bərdə, Şamxor, Ağdam və s. rayonlarında olmuşdur. 

N

əticədə  zorla  kolxozlara  cəlb  edilənlər  indi  bu  siyasətə  qarşı  çıxır  və  hətta 



silahlı  müqavimət  göstərərək  öz  hüquqlarının  müdafiəsinə  qalxırdılar.  Bu 

çıxışlar antisovet üsyanı kimi ölkədə geniş yayılmışdı. Dediklərimizi faktlar da 

t

əsdiq  edir.  Məsələn,  təkcə  1931-ci  ildə  kollektivləşməyə  qarşı  132  qaçaq 



d

əstəsi mübarizə aparırdı. Kollektivləşmənin dörd ilində bu siyasətə qarşı 400-

d

ən  çox  silahlı  qaçaq  dəstəsi  mübarizə  aparmışdı.  Samux,  Qazax,  Qarabağ, 



Goranboy v

ə Tovuz bölgələrində qaçaqçılıq edənlərin sayı 5 mindən çox idi (7, 

176-177). 

Qaçaqçılıq hərəkatı isə kəndli hərəkatının tərkib hissəsi idi.  

Sovet  hakimiyy

əti  antisovet  üsyanlara  amansız  divan  tuturdu.  Təkcə 

G

əncə və Gədəbəydə ələ keçirilmiş 1028 nəfərdən 366 nəfəri güllələnmiş, qa-



lanları isə həbs və sürgün edilmişdi. Zəyəm əməliyyatında 366 nəfər, Naxçıvan 

MSSR-in Keçili k

əndindən isə 70 nəfər adam güllələnmişdi (7, 176-177). Belə 

antisovet üsyanlar Quba, Nuxa, Göyçay, G

əncə və s. yerlərdə də olmuşdur. 

Sovet hakimiyy

ətinə qarşı ən güclü kəndli hərəkatlarından biri Şəki üsya-

nıdır. 1930-cü ilin aprelində Şəkidə  başlayan üsyanın təsiri  ilə Qax,  Balakən, 

Zaqatala v

ə digər ərazilərdə geniş kəndli hərəkatları başlandı. Respublikanın 8 

rayonunu 

əhatə  edən  hərəkatın  mərkəzi  Baş  Göynük  kəndi  idi.  Ağır  vergi 

siyas

əti, xalqın maddi və mənəvi dünyasına, həyat və düşüncə tərzinə yönələn 



t

əcavüz  Şəki  üsyanının  başlıca  səbəbləri  idi.  Sovet  hakimiyyəti  orqanlarının 

müst

əmləkəçilik  və  ruslaşdırma  siyasəti, «mayasında  allahsızlıq  olan  Lenin 



bayrağı  altında  yaşayan  satqın  məmurların» (B.Vahabzadə)  özbaşınalığı  Şəki 

üsyanının alovlanmasına, bütün Zaqafqaziya hakimiyyət orqanlarının vəlvələyə 

düşməsinə səbəb oldu.  Rəsmi sənədlərdə də qeyd edilirdi ki, «Zaqatala-Nuxa 

mahalındakı  üsyançıların  əsas  şüarı  Qafqazın  azad  edilməsidir» (11, 15-16). 

Üsyan  aprelin  12-d

ə başlandı, sürətlə hərəkət edən üsyançılar ertəsi gün,  yəni 

aprelin 13-d

ə Şəki şəhərini ələ keçirdilər. Üsyançıların sayı əvvəl 200 nəfər idi, 

ancaq getdikc

ə artaraq yerli əhalinin hesabına 600 nəfərə çatmışdı. Üsyançılar 

Qax,  Zaqatala,  Balak

ən,  Əliabad,  İlisu  və  s.  yerlərdə  olan  dustaqları  azad 

etdil

ər.  Üsyançılar  belə  bir  xəbəri  yayırdılar  ki,  Moskvada,  Tiflisdə,  Bakıda 



Sovet hakimiyy

əti yıxılıb (11, 37, 70).  

Sovet  hakimiyy

ət  orqanları  digər  üsyanlar  kimi,  Şəki  üsyanını  da  qan 

içind

ə  boğdu.  Üsyana  və  üsyançılara  divan  tutuldu.  Şəki-Zaqatala  üsyançıla-



rından  180  nəfər  həlak  oldu, 150 nəfər  yaralandı, 865 nəfər  həbs  edildi. 

Hökum


ət qoşunlarından  isə 73  nəfər öldürüldü, 79 nəfər  yaralandı (10, 120). 

Ancaq bu h

ələ son cəza həddi deyildi. Hökumətin daş ürəyi hələ soyumamışdı. 

Az  sonra 

Şəki üsyanını bəhanə edən hakimiyyət orqanları 1300 nəfər (1, 192) 

üsyan r


əhbərlərini, kənd fəallarını, ağsaqqalları və ziyalıları güllələdi.  

56 



Şəki  üsyanı  yatırıldıqdan  sonra  canlarını  qaçıb  qurtaran  döyüşçülər 

meşələrə  və  dağlara  çəkilərək  mövcud rejimə  qarşı  mübarizələrini  partizan 

müharib

əsi  formasında  davam  etdirdilər.  Partizan  müharibələri  və  qaçaqçılıq 



h

ərəkatı  respublikanın,  demək  olar  ki,  bütün  bölgələrində  geniş  yayılmışdı. 

Bütün bu h

ərəkatlar kəndli hərəkatının tərkib hissəsi kimi mövcud rejimə qarşı, 

sovet  hakimiyy

ətinin  müstəmləkəçilik  və  ruslaşdırma  siyasətinə  qarşı,  islam 

dininin  ad

ət-ənənələrinə xor baxan  manqurtlara qarşı apardıqları  mübarizənin 

haqqa  v

ə  ədalətə  səsləyən  çağırışları,  özünün  hüquqlarını  müdafiə  edən 

ümumxalq h

ərəkatı idi.  



 

ƏDƏBİYYAT 

1.

 



Az

ərbaycan Respublikası Dövlət Arxivi, f.379, siy.3. iş 2a  

2.

 

Az



ərbaycan  Respublikası  Prezidentinin  İşlər  İdarəsi  yanında  Siyasi  Partiyalar  və 

İctimai Hərəkatlar Dövlət Arxivi, f.1, siy.74 

3.

 

ARPİİ SPİHDA, f.1, siy.231.  



4.

 

Az



ərbaycan  Kommunist  Partiyasının  qurultayları,  konfransları  və  MK  plenumlarının 

q

ətnamə və qərarları. Bakı: Azərnəşr, 1987, 712 s. 



5.

 

Az



ərbaycan tarixi. 7 cilddə. VI c. Bakı: Elm, 2000, 516 s. 

6.

 



Az

ərbaycan Kommunisti, 1989, №2.  

7.

 

C



əfərov Cəfər. Azərbaycan kəndi kollektivləşmə illərində (1920-ci illərin sonu – 30-cu 

ill


ər). Bakı: Elm, 2008, 299 s. 

8.

 



Əlimirzəyev X.  Azərbaycan kəndi Sovet hakimiyyəti illərində. Bakı: Azərnəşr, 1963, 

208 s. 


9.

 

İbişov  Fəzail  (İbrahimli).  Azərbaycan  kəndində  sosial-siyasi  proseslər  (1920-1930). 



Bakı: Mütərcim, 1996, 168 s. 

10.


 

Qasımov Cəlal. Yaddaşın bərpası. Bakı: Mütərcim, 1999, 254 s. 

11.

 

Manaflı Həbibulla. Şəki üsyanı. Bakı: Zaman, 2000, 111 s. 



12.

 

M



əhərrəmov N. Getsin, gəlməsin... Bakı: Azərnəşr, 1992, 144 s.  

13.


 

M

əmmədov  E.İ.  Kənd  təsərrüfatının  elliklə  kollektivləşməsi  ərəfəsində  Azərbaycan 



k

əndində sinfi mübarizə. (1930-1937-ci illər). Bakı: Azərb. SSR EA, 1967, 151 s. 

14.

 

M



əmmədov N. Azərbaycan dövlətçiliyi tarixində Az.MİK-in yeri və rolu (1921-1938-

ci ill


ər). Bakı: BDU, 2012, 508 s. 

15.


 

R

əfiyev B. Aysberqin sualtı hissəsi (1920-ci illər). Bakı: Azərnəşr, 1995, 55 s. 



16.

 

R



əsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı: Elm, 1990, 116 s. 

17.


 

Rusiya 


Federasiyası Dövlət Arxivi, f.3316, siy.27, iş 322. 

18.


 

Баберовский  Й.  Враг  есть  везде.  Сталинизм  на  Кавказе.  М.:  Российская  полит. 

энциклопедия, 2010, 855 s. 

19.


 

Обзор


 

деятельности  правительства за 1925-1926  гг. Баку, 1927; за  1929-1930  гг. 

Б.: Аз.ЦИК, 1931.  

20.


 

Журн.“Революционный Восток”, 1935, №2. 

57 



РАСТУЩЕЕ КРЕСТЬЯНСКОЕ ДВИЖЕНИЕ ПРОТИВ ОШИБОЧНОЙ 

ПОЛИТИКИ ОРГАНОВ СОВЕТСКОЙ ВЛАСТИ (1920-1930-е ГОДЫ) 

 

Н.З.МАМЕДОВ 

 

РЕЗЮМЕ 

 

В  статье  исследуется  расширение  крестьянского  движения  и  народных 

выступлений против самовольной, грабительской и жесткой политики оккупировавшей 

Азербайджан  XI Красной  армией.  Показывается, что  растущее  против  существующего 

режима  и  ошибочной  политики  Советской  власти  крестьянское  движение  являлось 

составной  частью  национально-освободительного  движения,  народное  движение 

защищающее политические и конституционные права. 

 

Ключевые  слова:  советский,  органы  власти,  Аз.ЦИК,  крестьянское  движение, 

политика, восстание, кулаки  

 

GROWING PEASANT MOVEMENT AGAINST THE MISGUIDED POLICIES OF 

THE SOVIET REGIME (1920-1930s.) 

 

N.Z.MAMMADOV 

 

SUMMARY 

 

The  article examines the expansion of the peasant movement and popular uprisings 

against an  autocratic, predatory and strict policy of XI Red Army  against Azerbaijan. It is 

shown that the integral part of the growing peasant movement against the existing regime and 

misguided policies of  the  Soviet power  was the  national liberation movement  to protect the 

political and constitutional rights. 



 

Key words: Soviet, authorities, Az.CEC, peasant movement, politics, rebellion, fists 

 

 



 

58 

Yüklə 113,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə