Baki universitetiNİn xəBƏRLƏRİ №2 Humanitar elmlər seriyası



Yüklə 227,16 Kb.
Pdf görüntüsü
tarix20.08.2018
ölçüsü227,16 Kb.
#63699


 

189 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2    

 

Humanitar elmlər seriyası   

 

2012 

 

 



 

 

JURNALIST

İKA 

 

 



UOT 002.2(091)    

       

HAŞIM BƏY  VƏZİROVUN  JURNALİSTİKAYA GƏLİŞİ   

 

Q.D.QUL

İYEVA  

Bakı Dövlət Universiteti 

abid_tahirli@mail.ru 

 

Məqalədə  qeyd olunur ki, XX  əsrin  əvvəllərində  Azərbaycanda  istedadlı  jurnalist  və 

pub

lisist ordusu yetişməkdə idi. Onlar yalnız Azərbaycan mətbuatının deyil, həm də mədəniy-

yətinin, ictimai fikrinin inkişafında mühüm rol oynayırdı. Belə hər tərəfli istedada malik olan 

səxslərin biri də Haşım bəy Vəzirov idi. O, Azərbaycan mətbuatında 1905-ci ildən-1916-cı ilə 

qədər fəal iştirak etmiş, onun inkişafında, formalaşmasında çox əməyi olmuşdur. 

 

Açar sözlər: Millətpərəst, vətənpərvər, publisist, müstəqillik, söz azadlığı, fikir azadlığı 

     


XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanın mədəni həyatında, 

ictimai-


siyasi,  bədii-estetik  fikrimizin  inkişafında  dövrün  məşhur  müəllimi, 

istedadlı  jurnalisti, ictimai xadimi Haşım bəy Vəzirovun xüsusi xidmətləri ol-

muş  və  özünəməxsusluğu  ilə  seçilmişdir.  Azərbaycan  milli  demokratik  mət-

bua


tının  yaradıcısı,  ictimai-siyasi  xadimi  M.Ə.Rəsulzadə  onun  haqqında 

yazırdı ki: “Haşım bəy fəal, savadlı, çalışqan, nəfsinə inanmış, qüvvətinə gü-

vənmiş  bir  əhli-qələm  idi”  (5,  6).  Otuz  ilə  yaxın  ictimai  fəaliyyətlə  məşğul 

ol

an H.Vəzirovun həyatı, fəaliyyəti, ədəbi-bədii irsi sovet dövrü,  elmi tədqi-



qat

lardan  kənarda  qalmış  və  yaxud  da  “liberal,  burjua  ideoloqlu”  (3,  20). 

Ideya

ları  təbliğ  edən  jurnalist  kimi  qələmə  verilmişdi.  Azərbaycan  öz    milli 



müstəqilliyinə  yenidən  qovuşarkən  ölkədə  yaranmış  yeni  abu-hava bir çox 

qaran


lıqlara  işıq  saldı.  Uzun  illər  millətinə  düşmən  kimi  təbliğ  edilmiş  mil-

lətpərəst  H.Vəzirovun  həyatı, ədəbi irsi yenidən elmi tədqiqata cəlb edildi.  

Haşım  bəy  Vəzirov  Azərbaycan  mədəniyyəti,  maarifi    tarixində  çox 

tələbkar və məsuliyyətli müəllim, kəsərli söz sahibi, bacarıqlı naşir  və ictimai 

xadim kimi tanınmaqla yanaşı, həm də dövrünün tanınmış istedadlı jurnalisti, 

publisisti idi. 




 

190 


O,  XX  əsr  Azərbaycan  mətbuatının  inkişafı  tarixində  isə  daha  çox 

“Keyfim  gələndə”  başlığı  ilə  yazıb-yaradan  istedadlı  jurnalist,  vətənpərvər 

pub

lisist kimi yaddaşlarda qalmışdı.  



 

H.Vəzirov mətbuatla fəaliyyətə hələ İrəvan Müəllimlər Seminariyasında 

tələbə  olarkən  “Kəşkül”  qəzetindən  başlamışdır.  Tələbə  Haşım  bəy  kiçik 

müxbir  məqalələrində  mollaxana  və  mədrəsələrin  quruluşu,  dərs  proqramı, 

dərs demək qaydaları və başqa məsələlərdən bəhs edirdi.     

Onun  mətbuat  aləminə  gəlməsində  sevimli  müəllimi  F.Köçərlinin  bir 

pedaqoq  və  publisist  kimi  çox  böyük  köməyi  olmuşdu.  Belə  ki,  F.Köçərli  

tələbələrinə yalnız islam dininin tarixini, türk dili və ədəbiyyatını tədris etmək-

lə  kifayətlənmirdi.  Həmçinin  ədəbi  yaradıcılıqla  məşğul  olanlara  da  kömək 

edirdi.  H.Vəzirov  “Cəfər,  Əhməd  və  Karapet”  mənzuməsini  və  “İnildəmə, 

əzizim” adlı birpərdəli pyesini də bilavasitə onun nəzarəti altında  yazmış və 

onun köməkliyi ilə “Kəşkül” də çap etdirmişdi.  

Onu da qeyd edək ki, F.Köçərli burada həmçinin seminariya pansionu-

nun  tərbiyəçisi  vəzifəsində  çalışırdı.  O,  dərslərdən  sonra  ədəbi  yaradıcılığı 

olan  tələbələrlə  daha  çox  ünsiyyətdə  olur,  onlara  dəyərli  məsləhətlər  verir, 

məqalə və əsərlərinin çapına köməklik edirdi. F.Köçərli həmçinin “Kəşkül”ün 

İrəvan müvəkkili olduğundan redaksiya ilə daha yaxın münasibəti var idi. Bir 

çox tələbələrin o cümlədən H.Vəzirovun da “Kəşkül”lə əməkdaşlıq etməsində 

onun rolu olub. Əksər tələbələrinin xüsusən də  Haşım bəyin qəlbində özünə 

qarşı rəğbət hissi yarada bilən F.Köçərlinin onunla həyata baxışları, dünyagö-

rüşləri eynilik təşkil edirdi. Hər ikisi dünyagörüşü etibarı ilə idealist idi. Elə 

Haşım bəydə tərcümə və teatr sahəsinə marağı da F.Köçərli yaratmışdı. Hətta 

İrəvanda  Azərbaycan  dramaturqlarının  əsərlərinin  dəfələrlə  tamaşaya  qoyul-

ma

sını  təşkil  etmişdir.  Haşım  bəyi  F.Köçərliyə  sevdirən  cəhətlərdən  biri  də 



tələbəsinin son dərəcə bilikli, ciddi, intizamlı olması idi. Bir neçə illər sonra 

Haşım bəyi çar çinovnikləri tərəfindən Stavropola sürgün edilərkən bu xəbəri 

eşidən Firudin bəy çox sarsılmış və “İrşad” qəzetində “El üçün ağlayan gözsüz 

qalar”  başlıqlı  məqalə  yazmışdı.  F.Köçərlini  daha  çox  məyus  edən  sürgünə 

məhkum olanın müəllim olması və onun millət yolunda göstərdiyi xidmətləri 

idi: 


“...Haşım bəy də belə müəllimlərdən biridir. Lakin bəzi bədniyyət və sahi-

bi qərəzlər Haşım bəyin millət yolunda göstərdiyi xidmət və canfəşanlıqdan və 

cəmaətin əvvəl cənabə izhar qıldığı ehtiram və məhəbbətdən məyus və mükəd-

dər  olub  onların  qəlblərində  atəşi-həsid  və  həsəd  cuşa  gəlibdir.  Və  yüz  cürə 

vasitələr  ilə  o  biçarəni  ki,  güdazə  vermək  fikrinə  düşüblər”  (5,  21).  Əslində 

F.Köçərli  Haşım  bəyin  sürgün  edilməsinin  səbəbini  çox  yaxşı  bilirdi.  Çünki 

Haşım  bəy  Şuşadakı  vəziyyəti,  çar  çinovniklərinin  müstəmləkəçilik  siyasəti 

altında müsəlmanlara münasibətini Şuşadakı erməni məhəllərinin abadlaşma-

sını, müsəlman məhəllərinin xarabalığa çevrilməsini və s. bu məsələlər barədə 

dəfələrlə müəlliminə məktub yazaraq narahat olduğunu bildirmişdi. Yeri gəl-

mişkən qeyd edək ki, çar çinovniklərinin bu ayrı-seçkilik siyasəti  yalnız Şu-

şada  deyil, bütöv Azərbaycanda  aparılırdı və aparılmaqdadır... 




 

191 


F.Köçərli  daha  sonra  təəssüf  hissi  ilə  yazırdı  ki,  “Haşım  bəyin  nahaq 

yerə  sürgün  olunmasına  müsəlman  qardaşlar  da  səbəb  olmuşdu”  (5,  21). 

Firudin bəy onları “nücəbalar” adlandırırdı:“Burası fənadır ki, onların bu növ 

fitnə-fəsadları ümumi işlərimizin tərəqqisinə mane olur və sair millət və vətən 

yolunda çalışan adamlarımızı soyudub süst eləyir”. Çarizmə sədaqətli nökərçi-

lik edən ermənilər isə bundan yaxşı istifadə edir. Şair demiş “sapı özümüzdən 

olan baltalar” həmişə olub və olacaq da... Lakin nə “nücəbalar”ın haqsızlığı, 

nə  də  digər  çətinliklər  millətin  sədaqətli,  millətpərəst  dəyanətli  oğullarını 

Haşım bəyləri qorxutmadı. Əksinə, daha əzimkarlıqla, inadkarlıqla mübarizə-

yə qalxdılar. Hər kəs bir yolla, Haşım bəy də  sözün qüdrəti ilə meydana atıldı. 

O, 1906-

cı  ildə  mətbuata  gəldi.   

Bildiyimiz kimi, 1905-1906-

cı illərdə baş verən ictimai-siyasi hadisələr 

Azərbaycan siyasi şüurunun təşəkkülündə mühüm rol oynadı. Bu haqda M.Ə. 

Rəsulzadə yazırdı: “Fəqət Rusiya inqilabi-sağirini təşkil edən 1905 sənəsi, Ru-

si

ya  türkləri  üçün  milli  inkişaf  dövrünün  ibtidasını  təşkil  eyləmişdir.  Müəs-



sisatı-ictimaiyyə ilə hüriyyəti mətbuat nöqteyi-nəzərindən bir parça müsaidat 

ilə nəticəpəzir olan bu inqilabdan istifadə bütün Rusiya türklərində olduğu kibi 

Azərbaycan türklərində də sürətli bir hərəkəti-milliyə başladı” (1, 4). 

Məhz bu oyanmaların, bu dərketmələrin nəticəsi idi ki, Azərbaycan xalqı 

da  təşkilatlanır,  özünün  ictimai-siyasi  təşkilatını  yaradır,  azadlığın  zəruri  bir 

amilə çevrildiyini duyub hiss edirdilər. Bu zaman Azərbaycanın ictimai, siya-

si, tarixi, mədəni həyatında yeni dövr kimi xarakterizə olunan XX əsrin əvvəl-

ləri bütün fəaliyyət sahələrində olduğu kimi mətbuatda da əsaslı dəyişmələrə 

səbəb oldu.  

Görkəmli tədqiqatçı alim D.Seyidzadə 1905-ci ili haqlı olaraq milli siya-

si mətbuatın təşəkkül ili hesab edərək yazır ki; “Mətbuat milli mənlik şürunun 

formalaşması,  ümummilli  vəzifələrin  təbliği,  əhalinin  siyasi  səviyyəsinin  

yüksəldilməsi üçün əzmlə mübarizə aparırdı” (6, 74). 

1906-


cı ilin sonunda sürgündən azad olan Haşım bəy əvvəl Şuşaya gəlir. 

Bunu eşidən Ə.Ağaoğlu onu Bakıya, “İrşad”la əməkdaşlığa çağırır. Artıq Şu-

şada yaşamaq da Haşım bəy üçün çətin idi. Ona görə də bu dəvəti qəbul edərək 

Bakıya köçür və “İrşad”la əməkdaşlığa başlayır. Hətta Ə. Ağaoğlunun Peterburq 

səfəri ilə əlaqədar “qəzetin on beş nömrəsinə redaktorluq da edir” (5, 15).   

Lakin “İrşad”a qədər Haşım bəy bir publisist kimi artıq tanınmaqda idi. 

O, doğma dilində mətbuat orqanının olmadığı dövrdə publisist  yazılarını rus 

dilli mətbuatda Bakıda “Kaspi”, Tiflisdə “Kafkaz”, “Novoe obozrenie” qəzet-

lərində müntəzəm surətdə dərc etdirirdi. Ona görə də “İrşad”la əməkdaşlıq Ha-

şım bəy üçün çətin olmadı. Əksinə o, burada dövrünün ən nüfuzlu qələm sa-

hib

ləri ilə təmasda oldu. M.Ə.Rəsulzadə, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Ü.Hacı-



bəyli, Ə.Topçubaşi, H.Zərdabi, Ə.Müznib və başqaları ilə yaradıcılıq əlaqələri, 

onlardan  öyrənmək,  mütəmadi  ünsiyyətdə  olmaq  Haşım  bəyin  həm  yaradı-

cılığına, həm də dünyagörüşünə çox böyük təsir etdi. Bakıda baş verən  icti-

mai-


siyasi  hadisələr  onu  jurnalistikaya  daha  sıx  bağladı.  Tez  bir  zamanda 


 

192 


Bakıda  nəşr  olunan  qəzet  və  jurnalların  əksəriyyəti  ilə  əməkdaşlıq  etməklə 

yanaşı  sərbəst  qəzet,  jurnal  çıxarmaq  üçün  səylər  göstərdi.  Bir  sözlə,  Haşım 

bəyin  Bakıya  gəlişi  mətbuat,  mədəniyyət,  maarif  sahəsində  hərtərəfli  özünü 

büruzə verməyə başladı. Dövrü mətbuat da buna biganə qalmadı.  

“Dirilik”  jurnalı  Haşım  bəyin  “İrşad”  qəzetində  iştirakı  haqqında  belə 

yazırdı: “Sürgündən qayıtdıqdan sonra möhtərəm Haşım bəy “İrşad” qəzetində 

bir qədər iştirak etmiş, məzkur qəzetdə “Seyid Haşım Vəzirov” imzası ilə hər 

kəsin  təhsin  və  təqdirinə  möcəb  olacaq  atəşin  məqalələr  yazmış  və  yazdığı 

məqalələrinə o vaxtın ərbab qələmi təkrar-təkrar təqvit yazmışdır” (3, 32).  

“İrşad”dakı fəaliyyəti ilə H.Vəzirovun professional jurnalistlik fəaliyyəti 

başlayır. Beləliklə də, 1906-cı ildən 1916-cı ilədək Azərbaycan dövri mətbua-

tının inkişafında müstəsna rolu olan H. Vəzirov müxtəlif mətbu orqanlarında 

mütəmadi çıxış edərək cəmiyyətin diqqətini qismən də olsa cəlb edə bilmişdi.  

H.Vəzirov “İrşad”ın redaktoru olduğu zaman qəzetin nəşri prosesi ilə də 

yaxından  tanış  olur.  Sonra  o,  müstəqil  qəzet  çıxarmaq  fikrinə  düşür.  Və  bu 

münasibətlə  rəsmi  dairələrə  Bakı  Bələdiyyə  İdarəsi  rəisinə  rəsmi  şəkildə 

müraciət edərək “Tazə həyat”ın çapına icazə istəyir. Təbii bu işdə Haşım bəyə 

Hacı Zeynalabdin Tağıyevin  çox böyük köməyi olur.  

İrticanın  hökm  sürdüyü,  senzuranın,  ümumiyyətlə,  mətbuat,  nəşriyyat, 

susən türk mətbuatı və nəşriyyatı üzərində ciddi nəzarətin mövcud olduğu 



bir zamanda  H.Vəzirov “Tazə həyat”ın nəşrinə icazə alıb çapına başlayır (5, 19). 

“Tazə həyat”ın qarşısına qoyduğu vacib məsələlərdən ən başlıcası mü-

səlmanları  düşdükləri  faciəli  vəziyyətdən  çıxarmağa  xidmət  etməkdən  ibarət 

idi.  H.Vəzirov  bu  münasibətlə  yazırdı:  “Bizim  müsəlmanlar  bu  halda  hamı 

millətlərdən, hamı insanlardan artıq məzlum, artıq məqhurdur. Ona görə də biz 

hər  şeydən  qabaq  nöpərəstliyin  hər  şöbəsindən  əvvəl  bu  fəlakətə  yaxın,  bu 

məzlumluğun  ən  təhlükəli  dərəcəsinə  çatmış  millətə  hələlikdə  ancaq  bir  tək 

buna xidmət etməyi, qayğıkeş olmağı özümüzə fərz bilirik. Bu tərzə görə də 

biz özümüzü millətpərəstlər silkindən  hesab edirik” (5, 19). 

Beləliklə,  siyasi,  ictimai,  iqtisadi  və  ədəbi  qəzet  olan  “Tazə  həyat”ın 

birin

ci  sayı  1907-ci  ilin  aprel  ayının  17-də  işıq  üzü  gördü.  Gündəlik  çıxan 



qəzet “Məsləkimiz” adlı baş məqaləsində öz məqsəd və məramını belə açıqla-

yır: “Məkkə kimi bir kənar və balaca yerdən ucalan mövhud kəlməsinə Çin-

dən, Hinddən, Çava Çəzirəsindən, Qafqazın qarlı-buzlu dağlarından, Sibirya-

nın  donmuş  torpağından,  Misirdən,  Avropanın  Alp  dağlarının  ətəklərindən 

ləpbək əssi gəliyor. Sübhanallah! Bu din, bu təriqət, bu həqiqət aləmi tutmağı 

asan  əmrlərdən,  əncam  tapmış  işlərdən  birisidir.  Bu  yolda  qulluq  edənlər  o 

qədər saf, sadiq, mərdanə, sabit, xalis və pək şəxslər, o qədər şəxsi-qərəzdən 

nöqsaniyyət və xudpəsəndlikdən uzaqdırlar ki, bunların hərəkətinə cəmi kainat 

hamısı bir yerdə müxalifət edə bilməz” (5, 20). 

Yeri  gəlmişkən,  qeyd  edək  ki,  Haşım  bəy  bu  məqsədinə  yalnız  “Tazə 

həyat”da deyil, bütün jurnalistlik-naşirlik fəaliyyətində, ömrünün sonuna qədər 

sadiq  qalmışdır.  O,  “Taza  həyat”ın  ətrafına  istedadlı  qələm  sahiblərindən 




 

193 


M.Ə.Sabir, M.Hadi, Ə.Müznib, H.İ.Qasımov, T.Şahbazi, B.Abbaszadə və baş-

qalar


ını toplamışdır. Onlar  ədəbi, ictimai-publisist əsərləri ilə “Tazə həyat”da 

çıxış edirdilər. Qəzetin “1907-ci il aprelin 1-dən dekabrın 31-dək 209, 1908-ci 

ildə isə 230 sayı  nəşr edilib” (2, 54).  

1908-


ci ilin sentyabr ayında Bakı general-qubernatorunun əmrilə “zərərli 

istiqamətinə görə”  “Tazə həyat”ın  nəşri dayandırılıb.  

“Tazə həyat” bağlandıqdan təxminən bir ay sonra H.Vəzirov yeni qəzet 

çıxarmaq  üçün  Bakı  qradonaçalniki,  general-mayor  Falbauma  müraciət  edir. 

Bu dəfə o qəzetin adını “İttifaq” qoyur və 1908-ci il noyabr ayının 19-da nəş-

rin icazəsini alır. Həmin il dekabr ayının 1-də “İttifaq”ın birinci sayı çap olu-

nur.  Siyasi, ictimai və ədəbi orqan olan qəzet hər gün Orucov qardaşlarının  

mətbəəsində  işıq  üzü  görürdü.  Qəzetin  nəşri  1909-cu ilin oktyabr  ayının 

əvvəllərinə kimi davam edir.  

H.Vəzirov  digər  mətbu  orqanlarında  olduğu  kimi  “İttifaq”da  da  həm 

açıq,  həm  də  gizli  imzalar  ilə  çıxış  etmişdi.  O,  oxuculara  yaxşı  tanış  olan 

“Key


fim gələndə”lərini gizli, “Birisi” imzası ilə yazır, başqa məqalələrində isə 

sadəcə olaraq “H.Vəzirov”  yazırdı. Ədib gizli imzalarla daha çox 1914-1915-

ci illərdə Bakıda çap etdiyi “Məzəli” adlı satirik jurnalda çıxış etmişdi. Lakin 

“Məzəli”dən əvvəldə başqa satirik jurnallarla əməkdaşlıq edən publisist “Mi-

rat”ın  birinci  sayında  “Dərviş”  imzası  ilə  çap  olunmuş.  “Ərzi-hal”  adlı 

felyetonunda  Azərbaycanın  daxili  vəziyyətindən,  onun  ağır  maddi-iqtisadi 

həyatından bəhs edilmişdi. 

“Məzəli”nin 25-ci sayına qədər həm naşiri, həm də redaktoru H.Vəzirov 

olub. 25-

ci sayından sonra isə Hacı İbrahim Qasımov müvəqqəti müdir, Haşım 

bəy  Vəzirov  isə  naşir  olub.  37-ci  saydan  yenədə  müdir  və  naşir  H.  Vəzirov 

olub(3.s.45). 

Bəzi  mənbələrdə  qeyd  edilir  ki,  “Məzəli”  jurnalının  çıxarılması  fikri 

1911-


ci ildə yaranmışdı. Hətta 1911-ci il sentyabrın 23-də Bakı şəhər bələdiy-

yə rəisi H. Vəzirova “Məzəli” jurnalını çıxarmaq üçün 20225-saylı şəhadətna-

mədə vermişdi (3, 56). Lakin, bu günə kimi mətbuat aləminə məlum olmayan 

səbəbdən  “Məzəli”  1911-ci  ildə  çap  edilə  bilməmişdi.  Jurnalın  1914-cü il 

dekab

rın 17-dən 1915-ci il oktyabrın 17-dək 42 sayı nəşr edilmişdi. H.Vəzirov 



jurnalın  ətrafına  bir  neçə  görkəmli  mollanəsrəddinçi  Ə.Əzimzadə,  Ə.Nəzmi, 

Ə.Qəmküsarla yanaşı C.Cabbarlı, Ə.Müznib və C.Əsgərzadəni də cəlb edə bil-

mişdi. “Məzəli” tərtibat etibarı ilə o zaman Bakıda çıxan başqa satirik jurnal-

lara  nisbətən  mükəmməl  olması  ilə  fərqlənirdi.  Müharibə  şəraiti  olmasına 

baxmayaraq, jurnal yüksək səviyyədə çap olunurdu. Dörd səhifəsi şəkilli çıxan 

jurnalda  rəsmlərin  demək  olar  ki,  əksəriyyəti  məşhur  rəssam  Ə.Əzimzadəyə 

məxsusdu.  O  zaman  dövrü  mətbuat  orqanlarında  qəbul  edilən  ənənəyə  görə 

jurnal  və  qəzetlər  birinci  sayda  öz  proqramlarını  elan  edirdilər.  “Məzəli”nin 

birinci sayında “Yolumuz” adlı baş məqaləsində, özünün siyasi-ictimai məslə-

kini oxucul

arına bəyan edirdi. Bu məqalədə H.Vəzirov dövr üçün xarakterik 

olan siyasi-

ictimai məsələləri kəskin şəkildə tənqid edirdi. 



 

194 


ƏDƏBİYYAT 

1.

 



Rəsulzadə M. Ə. Azərbaycan Cümhuriyyəti. Bakı: Elm, 1990, 114 s. 

2.

 



Mirəhmədov  Ə.  Azərbaycan  ədəbiyyatına  dair  tədqiqatlar  (XIX-  XX).  Bakı:  Maarif, 

1983, 300 s. 

3.

 

Axundov N. Azərbaycanda satira jurnalları (1906-1920-çi illər). Bakı: Maarif, 1968, 270 s. 



4.

 

Qasımzadə F. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı: Elm, 1956, 310 s. 



5.

 

Vəzirov H. “Geyfim gələndə”. Bakı: Gənclik, 2001, 200 s. 



6.

 

Seyidzadə D. Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar. Bakı: Elm, 



2004, 320 s. 

    


ПРИХОД ГАШИМБЕКА  ВЕЗИРОВА  

В  ЖУРНАЛИСТИЧЕСКУЮ  ДЕЯТЕЛЬНОСТЬ 

 

Г.Д. ГУЛИЕВА 

 

РЕЗЮМЕ 

  

В  течение  1905-1907  годов  обострение  социальных  конфликтов,  нарастающее 



недовольство социальных слоёв создавали объективные условия для усиления полити-

ческой и идеологической активности всех слоёв азербайджанского общества.  

 

Азербайджанский народ поднялся на напряженную борьбу за своё национальное 



самоопределение.  Безусловно    на  переднем  плане  этой  борьбы  находились  мастера 

слова  азербайджанского  народа.  Один  из  них  был  известный  молланасраддиновец 

Гашим бек Везиров. 

 

Ключевые  слова:  националист,  патриот,  публицист,  независимость,  независи-

мость речи, независимость размышления  



 

HASHIM B

Aİ VAZIROV’S JOURNALISM 

 

G.D.GULIYEVA 

 

SUMMARY 

   


The Azerbaijani  people began to stuggle for their  self-determination.  Naturally,  the 

Azerbaijani masters of word were always in front lines and a well-known follower of “Mullah 

Nasreddin” Hashimbai Vazirov was one of them. H.Vazirov devoted his publisistic activity to 

ignorance, prejudice, and injustice. 

 

Key words: Nationalist, patriot, publicist, independence,  freedom of speech, freedom 

of conscience       



       

 

                            



                           

Yüklə 227,16 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə