Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial



Yüklə 106,64 Kb.
Pdf görüntüsü
tarix05.12.2017
ölçüsü106,64 Kb.
#14123


 

137 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2    

 

Sosial-

siyasi elmlər seriyası   

 

2012 

 

 

 

 

POLİTOLOGİYA 

 

 

UOT.321.7 

 

AZ

ƏRBAYCAN XALQININ FƏLSƏFİ-SİYASİ FİKRİNDƏ  

SİYASƏTİN OPTİMALLIĞI PROBLEMİ  

 

X.S.İBRAHİMOVA  

Azərbaycan Dövlət İqtisad Universiteti 

Xayala443@hotmail.com 

 

Siyasətin  formalaşması  və  həyata  keçirilməsi  həm  ümumi,  həm  də  spesifik  milli 

faktorlarla şərtlənir. Bu baxımdan xalqımızın fəlsəfi-siyasi fikrində siyasət və onun optimallığı 

probleminə  dair  yanaşmaların  araşdırılması  Milli  müstəqillik  şəraitində  Azərbaycan  üçün 

xüsusi  aktuallıq  kəsb  edir.  Məqalədə  siyasət  və  onun  səmərəliliyi  haqqında  Azərbaycan  fəlsəfi- 

siyasi  fikri  tarixində  irəli  sürülən  müddəa  və  təlimlər  təhlil  olunur.  Müəllif  qədim  dövrün  mühüm 

abidəsi  olan  “Avesta”da,  orta  əsr  Azərbaycan  mütəfəkkirlərindən  N.Gəncəvinin,  N.Tusinin, 

M.Fü

zulinin, o cümlədən, XVIII-XIX əsrlərin görkəmli maarifçiləri M.Kazımbəyin və M.Axundovun 

siyasətin səmərəliliyinə dair fikirlərini nəzərdən keçirərək onlara münasibət göstərir. 

 

Açar  sözlər:  siyasət,  siyasətin  səmərəliliyi  və  optimallığı,  dövlət,  hakimiyyət, 

demokratiya, milli mentalitet 

 

Siyasət bütün dünya xalqlarının ictimai həyatını əhatə edən, dəyişdirən 



və istiqamətləndirən qüdrətli fenomendir və buna görə də onu yalnız məcmu 

halında,  beynəlxalq  miqyaslı,  dünya  hadisəsi  kimi  götürməklə  adekvat  başa 

düşmək olar. Siyasətin formalaşması və həyata keçirilməsi həm milli, həm də 

ümumi səbəblərə malikdir. Onun fərdi, milli ölçüdə anlaşılması, əslində bütöv 

tamın, yəni dünya miqyaslı siyasətin müəyyən bir hissəsini təşkil edir.  

Siyasətin optimallığı məsələsi onun elmi ədəbiyyatda obyektiv və sub-

yek

tiv  amilləri  ilə  əlaqədə  nəzərdən  keçirilir.  Obyektiv  amil  dedikdə  araş-



dırılan  konkret  zaman  kəsiyində  siyasət  məkanında  ictimai  prosesin  nəticəsi 

kimi formalaşan əslində nə insanlardan, nə də siyasi liderlərdən asılı olmayan 

şərtlər  məcmusu  başa  düşülür.  Subyektiv  amillər  adı  altında  isə  siyasət  sub-

yektlərinin intellektual səviyyəsi, peşə və ümumi mədəni keyfiyyətləri, onların 

həyat  və  təfəkkür  oriyentirləri,  hadisələrə  yanaşma  metodları  və  qiymətlən-



 

138 


dirmə meyarları, siyasi fəaliyyətə qoşularkən qarşılarına qoyduqları məqsədlərin 

saflıq dərəcəsi və s. nəzərdə tutulur (11, 314-320). 

Optimal siyasətin həyata keçirilməsi, onun subyektlərindən yüksək siya-

si məharət tələb edir. Siyasi məharət – mövcud imkanlardan yüksək səviyyədə 

i

stifadə  etmək,  nəzəri  biliklər,  məntiqi  mülahizələr,  fərziyə  və  intuisiya 



əsasında düzgün qərar qəbul etmək bacarığı, yaradıcı cəsarətdir deməkdir.  

Siyasətin optimallığı probleminin tədqiqi siyasi fikrin kortəbii inamdan 

elmi məsələyədək keçdiyi uzun inkişaf yolunun, onun əsas keyfiyyət mərhə-

lələrinin izlənilməsinə imkan verir. Bu problemin öyrənilməsi siyasi-praktiki, 

ideoloji,  həmçinin  sosial-mədəni  baxımdan  xüsusilə  mühüm  əhəmiyyət  kəsb 

edir, insanların dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. 

 

Siyasi mütəfəkkirlərin siyasət və onun optimallığı problemi ilə bağlı fi-



kirləri, irəli sürdükləri müddəaların təhlili belə bir qənaətə gəlməyə imkan ve-

rir ki, bu məsələləri dərindən öyrənmədən siyasi sistemin inkişafının aktual və-

zi

fələri və perspektivlərinin, onun sosial münasibətlərinin keyfiyyətcə təkmil-



ləşdirilməsində rolunun müəyyənləşdirilməsi, həmçinin cəmiyyətin bütün sa-

hələrində qanunun aliliyinin təmin edilməsi qeyri-mümkündür. Çünki bunsuz 

xalq  hakimiyyətinin  inkişafı  əsasında  siyasi  qayda-qanunun qorunub saxla-

nılması mexanizmini gücləndirmək iqtidarında olan irimiqyaslı, mühüm siyasi 

islahatların həyata keçirilməsinin elmi platformasının işlənilməsi çətin olardı.  

Azərbaycanda siyasi fikir qədim dövrdə müxtəlif miflərin və əfsanələrin 

əsasında yaranmışdır. Bu miflər və əfsanələrdə Azərbaycan xalqının ulu baba-

la

rının bəzi siyasət məsələlərinə dair baxışları öz ifadəsini tapmış və bu qədim 



fi

kirlər  onun  təfəkküründə  dərin  iz  salmışdır.  Azərbaycanda  dövlət  və  haki-

miyyət ideologiyası qismində irəli sürülmüş mənəvi-əxlaqi, sosial, iqtisadi və 

siyasi baxışlar daha çox ilk dinlərdən biri olan zərdüştilikdə ifadə olunmuşdur.  

Qədim  şərqin  və  Azərbaycanın  siyasi  fikrinin  ilk  abidəsi  «Avesta»  ol-

muşdur.  Burada  siyasət,  siyasi  və  ictimai  fikir  məsələləri,  qədim  hüququn 

vacib problemləri ifadə  olunmuşdur.  İnsan şüurunun inkişafı  yollarının uzun 

müd


dət axtarışı nəticəsində ilk dəfə olaraq «Avesta» adı altında yazılı qanun-

lar yaradılmışdır. «Avesta» qədim dövrdə və erkən feodalizm dövründə Azər-

baycandakı fəlsəfi-siyasi və hüquqi cərəyanların, təlimlərin öyrənilməsi üçün 

başlıca mənbədir. «Avesta»nın yüksək elmi dəyəri bundadır ki, o Azərbaycan 

siyasi fikrinin və qədim hüququn ümumi problemləri ilə bilavasitə bağlıdır və 

bu  biliklərin  özünəməxsus  ensiklopediyası  kimi  çıxış  edir.  Digər  tərəfdən, 

«Avesta» xalqın dövlətçilik müdrikliyinin ifadəsidir (13, 21).  

«Avesta»ya  görə,  dövlət  göylərin  padşahlığının  yerdə  reallaşmasıdır. 

Bu

rada dövlətə xas olan bəzi funksiyaları da görmək olar. Onlar aşağıdakılar-



dır: malik olmaq, nəzarət etmək, idarə etmək, cəzalandırmaq, müdafiə etmək, 

həmçinin qayğı  göstərmək,  yedizdirmək, sığınacaq vermək, əhalinin artımını 

tənzimləmək və nəzarətdə saxlamaq, ölkənin müdafiəsi üçün silahlı qüvvələrə 

malik olmaq

, müqavilələr bağlamaq və s.  



 

139 


«Avesta»da «dövlət» anlayışı hər bir xarici nəzarətdən daxili müstəqil-

lik, sərbəstlik və suverenlik, ayrıca bir ərazi və zərdüşt dininin ardıcılları üzə-

rin

də ayrılmaz hökmranlıq etmək, onların səylərini şər qüvvələrlə mübarizəyə, 



gələcək  cəmiyyətin  yaradılmasına  istiqamətləndirmək  imkanı  kimi  nəzərdə 

tutu


lur. «Avesta»ya görə, dövlətin əsas funksiyalarından birini kütlələri səfər-

bər  edən,  xalqın  vahidliyini  möhkəmləndirən  müqəddəs  odu  qoruyub  saxla-

maq

dır.  «Avesta»  Aşinin  qorunmasını  zəruri  hesab  edir,  çünki  xalqın  rifah 



halı,  idarəetmənin  ədalətli  obrazı,  həmçinin  hər  bir  insanın  varlı  olması  və 

şəxsi həyatı bundan asılıdır (13, 27). 

 

«Avesta»da  nəzərdə  tutulan  bir  sıra  digər  tədbirlər  dövlətin  iqtisadi 



qüdrətinin möhkəmlənməsinə yönəlmişdir ki, bunlarsız düşmənə qalib gəlmək 

olmazdı. 

«Avesta»da hökmdarlara, dövlət başçılarına xüsusi  yer ayrılır.  Belə ki, 

burada dövlət başçısı eyni zamanda ali və dini rəhbərdir, o, xalqın fikirlərini 

və  istəklərini  düzgün  məcraya  yönəldə  bilən,  xalq  arasında  zərdüştlik  dini 

təlimini yayan ideoloq olmalıdır. 

Hakimiyyətin  özü  sakral  hesab  olunurdu  və  onun  mənşəyi  Xeyir  və 

Şərin əbədi mübarizəsi haqqında rəvayətə əsaslanan dini ənənə ilə əlaqələndi-

ri

lir və müqəddəsləşdirilirdi.  



Fəlsəfədə və dində çox vaxt siyasətin əsaslandırılması, əxlaqda isə ona 

bəraət  qazandırmaq  cəhdləri  olmuşdur.  Məlumdur  ki,  orta  əsrlərdə  həm 

Qərbdə, həm də Şərqdə  dini dünyagörüşü hakim olmuşdur. Dövlətə, hüquqa 

dini münasibət bir çox əsrlər mühafizəkar və mürtəce siyasi proqramların söy-

kənəcəyi  idi.  VII  əsrin  ortalarından  başlayaraq  Azərbaycanda  tədricən  İslam 

dini hakim dinə çevrilmişdir.  İslam Azərbaycan torpağına  yeni, bütün müm-

kün ideyaları (hənifi, şəfiyi, maliki və s.) və müsəlman hüququnu gətirmişdir. 

Bu istiqamətlər müxtəlif yollarla, lakin dinin üstünlüyü mövqeyindən müxtəlif 

hüquqi situasiyaların və hakimiyyət, dövlət və siyasətin mənşəyi konsepsiyası-

nın izahını verirlər (10, 39). 

Orta  əsrlər  Şərqində  demokratiya  və  azadfikirlilik,  cəmiyyətin  ədalətli 

idarə  edilməsi  ideyaları  geniş  yer  tuturdu.  Bu  baxımdan  Azərbaycan  siyasi 

fikrinin tanınmış nümayəndəsi Nəsirəddin Tusinin «Əxlaqi Nasiri» və s. əsər-

lərdə  ədalətli  dövlət  və  cəmiyyət  problemlərinin  qoyulması  xüsusilə  diqqəti 

cəlb  edir.  Görkəmli  Azərbaycan  şairi  Nizami  Gəncəvinin  «Xəmsə»sində  də 

ədalətli  cəmiyyət  obrazının  yaradılması  insan  hüquqları  problemi  prizmasın-

dan olduqca əhəmiyyətlidir. 

Adətən müsəlman mütəfəkkirlərinin sosial ədalət probleminə və ictimai 

təşkiledilmənin  formalarına  müraciətlərinin  nəzəri  bünövrəsini  araşdıran  bu 

tədqiqatçılar onun kökündə antik yunanların irsinin durduğunu göstərirlər. VIII 

əsrdən  başlayaraq  İslamda  ictimai  həyatın  reqlamentləşdirilməsi  və  nizamlan-

ma

sına müstəsna əhəmiyyət verilir. Məsələn, təhlil göstərir ki, tarixi Azərbaycan 



mütəfəkkirlərinin  bir  çoxu  ideallardan  uzaq  olmuş,  onların  başlıca  səyləri 

ədalətli sosial quruluş nəzəriyyələrinin yaradılmasına yönəlmişdir (10, 37).  




 

140 


Bu baxımdan ideal cəmiyyətdə dövlət quruluşu ideyaları xüsusi maraq 

doğurur. Belə cəmiyyətə müharibələr yaddır, burada sülh və dostluq çiçəklə-

nir, qoşunlar və silahlanma yoxdur. Azərbaycan mütəfəkkirlərinin baxışlarının 

mərkəzində müdrik, xeyirxah, cəsarətli insan durur, Nizami Gəncəvinin sözləri 

ilə desək, onun üçün ən əsası “sağlamlıq, təhlükəsizlik və təminatdır”. Böyük 

şair öz «Xəmsə»sində belə bir ədalətli cəmiyyətin layihəsini yaradır. O, burada 

özünün təliminin məqsədini ətraflı ifadə edərək nə ağaların, nə qulluqçuların, 

nə  istismar  edənlərin,  nə  də  istismar  olunanların  olduğu  harmonik  cəmiyyət 

obrazı yaradır. Bu cəmiyyətdə siniflər və düşmənçilik yoxdur, insanlar yalnız 

qocaldıqdan sonra ölürdülər. Mütəfəkkir bu sosial idealın həyata keçirilməsini 

gələcək nəsillərə vəsiyyət edirdi (4).  

İnsanlarda,  xüsusilə  dövlət  başçılarında  daim  daha  çox  müsbət  keyfiy-

yətləri  görmək  istəyən  filosof  heç  şübhəsiz  ki,  İsgəndəri  dünya  tarixinin  ən 

ideal şəxsiyyəti kimi yaratmaya bilməzdi (3, 46). Araşdırılan mövzu konteks-

tin

də məşhur Azərbaycan mütəfəkkiri Nəsirəddin Tusinin əsərləri, xüsusilə də 



“Əxlaqi Nasiri” əsəri xüsusi maraq doğurur. N.Tusinin ideyalarına görə dövlət 

beynin  səylərinin  nəticəsi  kimi  çıxış  edir  və  o  zaman  yaranır  ki,  bir-biri  ilə 

düşmən  olan  insanlar  affektlə  idarə  olunan  təbii  vəziyyətin  faydasızlıqlarını 

gör


ərək,  öz  üzərinə  onların  müdafiəsi,  təhlükəsizliyi  və  s.  kimi  fərdi  təbii 

hüquq


larının  reallaşdırılmasını  götürən  təsisatın  yaradılması  üçün  könüllü 

birləşirlər. Qeyd etmək lazımdır ki, N.Tusidə “dövlət” və “cəmiyyət” anlayış-

ları identikdir. O, dövlət-cəmiyyətin strukturunu işləyib və onun fikrincə, döv-

lət insanın fəal iştirakına, insan isə – dövlətin dəstəyinə ehtiyac duyur (2, 34).  

N.Tusi hesab edirdi ki, ideal dövlət “insanların elə xüsusi birliyidir ki, 

burada onların birgə səyləri faydalı işlərin görülməsinə, şər hərəkətlərin aradan 

qaldırılmasına  imkan  verməyə  yönəlir.  Bu  insanlar  arasında  baxışlarda  və 

əməkdə  ümumilik  mövcuddur.  Burada  insanların  gördükləri  işlər  müdriklik 

qanunları ilə yaxşı düşünülmüş əsasda və gözəl nizamlanmış, təmiz qarşılıqlı 

münasibətlər  zəminində  həyata  keçirilir.  Burada  fayda  və  hər  bir  insanın 

vəziyyəti  nəzərə  alınır,  hər  kəsin  əməyinin  son  məqsədi  vahiddir,  hər  bir 

insanın arzu və istəkləri üst-üstə düşür” (13, 34). 

Belə dövlətdə N.Tusi dövlət və dinin vəhdəti, dünyəvi və dini hakimiy-

yətin bölünməməsi, bir şəxsin qismində dünyəvi və dini təbəqələrin nümayən-

dəsinin  birləşdirilməsi  prinsiplərini  qəbul  edir.  Bu  dövlətdə,  mütəfəkkirin 

göstərdiyi kimi, din – əsas, dövlət isə onun dayağıdır.  İdeal dövlət - şəhərin 

mərkəzi ideyasını mənəvi-siyasi dəyər kimi ədalət ideyası təşkil edir (13, 25).  

N.Tusi  həmçinin  bu  dövlətin  idarə  olunması,  təkmilləşdirilməsinə  dair 

müxtəlif funksiyaları, onları yerinə yetirməli olan orqanları da müəyyən edir, 

ideal dövlətə qarşı şər dövlətin üç tipini qoyur:  cəhalətli, şərəfsiz və  yanılan 

dövlətləri. O, eləcə də dövlət idarəçiliyinin özünəməxsus ayrı-ayrı strukturla-

rının və vəzifəli şəxslərin sxemini yaratmış, lakin onlar arasında dəqiq fərqləri 

göstərməmişdir. Bu halda idarəetmə strukturu aşağıdakı iyerarxiya ilə təqdim 



 

141 


olunur:  müdriklər;  maarifçilər,  həmçinin  dini  maarifçilər;  keşikçilər;  ictimai 

qayda-


qanunun nəzarətçiləri, maliyyəçilər (7, 39).  

Mütəfəkkirin fikrincə, dövlət qanunsuz mövcud ola bilməz, başqa sözlə, 

dövlət qanun üzərində durur. 

 

N.Tusi  göstərirdi  ki,  ölkəyə  rəhbərlik  etmək  istəyən  adamın  yeddi 



xüsusiyyəti olmalıdır: atalıq, alicənablıq, mətinlik, kişilik əzmi, səbirli olmaq, 

var-


dövlət sahibi olmaq ( bu xalqın malına tamah salmamaq üçün lazımdır), 

sadiq  və  işgüzar  köməkçilərə  malik  olmaq.  Yalnız  bu  göstərilənlər  olarsa  , 

dövlətin başçısı ölkəni düzgün idarə edə bilər (7, 42-43). 

N.Tusinin  «Siyasət»  anlayışına  yanaşmasının  təhlili  onun  siyasətə 

aşağıdakı təsnifat formalarını verdiyini göstərir: dövlət siyasəti, hərbi siyasət, 

dini siyasət, daxili siyasət. Bu halda o, dövlət siyasətinə başlıca yer ayırır və 

onu  «siyasətlərin  siyasəti»  adlandırır.  Tusi  siyasəti  bir  elm  hesab  edir  və 

özünün dövlət nəzəriyyəsində bu elmin dövlət idarəçiliyində tətbiqinə çalışır. 

Burada  siyasət  təkcə  öz  çərçivəsində  qalmır,  etika  sahəsinə  keçir.  Tusinin 

anlamında  siyasət  və  etika  qarşılıqlı  əlaqədədir,  bunun  əsasında  mütəfəkkir 

«siyasi ədalət» anlayışını işlədir (13, 34).  

Böyük mütəfəkkir siyasətin aşağıdakı növlərini göstərir:  

 - 

fəzilətli siyasət, buna imamət də deyilir. Belə siyasətin məqsədi xalqı 



kamilləşdirmək, nəticəsi isə səadətə çatdırmaqdır; 

 - 


naqis  (nöqsanlı)  siyasət,  buna  zorakılıq  da  deyilir.  Belə  siyasətin 

məqsədi xalqı qul halına salmaq, nəticəsi isə bədbəxtlik olar (12, 42).  

Qeyd 

etmək  lazımdır  ki,  N.Tusi  dövlətlərin  xalq  kütlələrinin  taleyini 



yaxşılaşdırmaq  məqsədi  güdən  müxtəlif  formalarını  və  variantlarını  təklif 

etməklə  mütləq  monarxiya  müdafiəçisi  mövqeyində  qalmışdır.  İdeal  dövlətə 

mütləq  monarx  rəhbərlik  edir,  buna  uyğun  layiqli  insan  olmadıqda,  rəhbər 

funksiyasını «Ali Qanunvericilik Şurası» yerinə yetirir (13, 25).  

Siyasətin  elm  və  sənət,  məharət  kimi  tanınması  bəzən  bu  sənətin  və 

elmin  insanların  əksəriyyəti  üçün  əlçatmaz  olması  barədə,  bir  istedad  kimi 

siyasi  fəaliyyət  və  ədalətli,  müdrik  hökmdarın  istisna  rolu  haqqında 

mülahizələrlə müşayiət olunurdu. Mütəfəkkirlər hakimiyyətə ədalətli, ağıllı və 

maarifli hökmdarların gəlməsinə ümid edirdilər. Belə ki, Xaqani Şirvani hesab 

edirdi ki, xalqın yoxsul vəziyyətini ədalətli hökmdar yaxşılaşdıra bilər. Lakin 

mövcud monarxiya quruluşu Xaqaniyə təbii gəlirdi və o, başqa siyasi quruluşu 

digər formalı dövləti təsəvvür etmirdi (13, 54).  

Azərbaycan fəlsəfi-siyasi fikrinə humanist - mütəfəkkir kimi daxil olmuş 

Məhəmməd  Füzuli  də  Azərbaycan  hökmdarlarının  şəxsində  müharibələrin 

qarşısını  ala  bilən  qüvvəni  görürdü.  Onun  fikrincə,  müdrik  hökmdar,  onun 

rəhbərlik  etdiyi  dövlət  müharibəyə  gedən  yolun  qarşısını  kəsə  bilər.  Füzuli 

sülhə çağırırdı, o sülhün təkcə xalqa deyil, həm də hökmdarların özləri üçün 

də  üstünlüklərindən  danışırdı.  O,  zorakılığın  istənilən  formasına  birmənalı 

şəkildə tənqidi yanaşırdı və istismarın istənilən formada təzahürünü, məzəm-

mət edirdi, pisləyirdi. Ancaq bu, feodal quruluşunun tənqidi yox, hər saat rast 




 

142 


gəldiyi zorakılığın tənqidi idi. Fikrimizcə Füzulinin işıqlandırılması və qiymət-

ləndirməsində  yer  tutan  humanist  əxlaqın,  eləcə  də  asketizm  və  pessimizm 

prinsip

lərinin təbliğini iki planda nəzərdən keçirmək olar: mütəfəkkirin yaşa-



dığı  cəmiyyətin  mənəvi  prinsiplərinin  onun  tərəfindən  obyektiv-realist  dərk 

edilməsi, əks etdirilməsi, qiymətləndirilməsi planında və mistik sufizm fəlsə-

fəsi kontekstində (14, 114)  

Qeyd etmək lazımdır ki, keçmiş dövr mütəfəkkirlərinin konsepsiyaların-

da  siyasətin  optimallığı  problemi  köhnə  baxışlar  sisteminə  yeni  ideyaların 

daxil  edilməsi,  mühafizəkar  siyasi  proqramın  əsaslandırılması  və  modern-

ləşdirilməsi vəzifəsinə tabe etdirməklə həll edilirdi.  

Siyasi fikrin real tarixi həmişə sosial qüvvələrin kəskin mübarizəsi sahə-

si olmu

şdur. Burada başlıca stimul dövlətin mövcudluğu səbəblərini və inkişaf 



perspektivlərinin  dərk  edilməsi  yox,  dövləti,  dövlət  siyasətini  onu  görmək 

istədiyin kimi təqdim etmək cəhdi, növbəti tarixi vəzifənin həllinə təsir etmək 

cəhdi, yaxud mövcud olanın qorunması ilə bağlı ənənəyə söykənmək istəyi idi. 

XVI əsrin sonu – XVII əsrin əvvəllərinin abidəsi olan «Koroğlu» dasta-

nında xalq kütlələrinin yeni cəmiyyət, ictimai münasibətlər haqqında arzuları 

ilə bərabər dövrün ziddiyyətləri də açılıb göstərilir. «Koroğlu»da siyasətin op-

ti

mallığını şərtləndirən bir sıra problemlərə – cəmiyyətdə şəxsiyyət, şəxsiyyət 



və  xalqın  qarşılıqlı  münasibətləri,  xalqın  kütləvi  hərəkatlara  münasibəti 

problemlərinə toxunulur (13, 16).  

Azərbaycanın  bir  çox  folklor  nümunələrində  («Lətif  şah»,  «Şah  İsma-

yıl»,  «Məlik  çoban»  və  s.)  bəzi  dövlətçilik  müddəalarının  primitiv  olmasına 

baxmayaraq onlarda şahın xalqın qüvvəsi ilə devrilməsi, xalq hakimiyyətinin 

qurulmasının  mümkünlüyü  və  reallığı  barədə,  hökmdarların  seçkisi  qaydası 

ha

qqında və s. ideyalar irəli sürülür. Onlarda dövlət forması, ictimai quruluş 



barədə  yeni ideyalar olmasa da, taxtıtacın irsiliyi prinsipi qorunub saxlanılsa 

da,  lakin  burada  ictimai  həyatın  «demokratikləşməsi»  tendensiyası  güclüdür, 

primitiv demokratiya id

eyaları irəli sürülür (13, 18).  

Azərbaycan tarixinin sonrakı dövrü – XVIII əsrdən XIX əsrin ortalarına-

dək  olan  dövr  –  regionda  mərkəzdənqaçma  proseslərinin  güclənməsi  və 

Azərbaycan  ərazisindəki  dövlət  birləşmələrinin  əlaqələrinin  zəifləməsi  ilə 

səciyyələnirdi. Həmin dövrdə həm də dövlət və siyasətin hakimiyyətinin dini 

determinasiyası getdikcə daha çox əhəmiyyət kəsb etməyə başlayırdı.  

XIX  əsrdə  baş  verən  ideoloji  proseslər  mütəxəssisləri  siyasi  yönümün 

dəyişməsi prosesinə həmçinin din və siyasətin nisbəti probleminə münasibətlə-

ri

nə  yenidən  baxmağa  məcbur  etmişdir.  Bu  dövrdə  bir  çox  mütəfəkkirlərin 



həmin  problemlə  bağlı  öz  baxışlarını  onların  müasiri  olan  dünyanın  siyasi 

təkamülü  tələbləri  ilə  razılaşdırmaq,  dinin  daimi  olaraq  siyasi  dəyişikliklərə 

uyğunlaşdırılması prosesini əsaslı şəkildə işıqlandırmaq cəhdləri açıq görünür. 

Bu elə bir dövr idi ki, dinin hökumət tərəfindən dəstəklənən tərifi, şərhi, izahı 

artıq qəbuledilməz olmuşdur (13,32).  



 

143 


Azərbaycan fəlsəfi-siyasi fikrində din və siyasət probleminə ilk müraciət 

edənlərdən  biri  Mirzə  Kazım  bəy  olmuşdur.  Onun  görkəmli  əsərləri  olan 

«Mürid

lik və Şamil» və «Bab və babilər»də təkcə din və siyasət problemləri-



nin deyil, həm də Azərbaycanın bütün siyasi fikir tarixinin problemlərinin öy-

rənilməsinə əhəmiyyətli töhfə olmuşdur. Böyük siyasi traktat olan «Müridilik 

və Şamil» əsərində M.Kazım bəy din və siyasətin qarşılıqlı əlaqələrini geniş 

tədqiq  edir,  Qafqaz  dağlılarının  dini  pərdə  altında  irəli  sürdüyü  tələbləri 

nəzərdən keçirir (13, 135).  

M.Kazım bəyin qarşısında duran vəzifənin mürəkkəbliyi ondan ibarət idi 

ki, o, özünün elmi fəaliyyətində ilk dəfə olaraq siyasi mübarizənin dini bayraq 

al

tında getdiyi bir tarixi hadisə ilə sıx şəkildə üzləşmişdi. Həmin dövrdə Dağlı 



və müridlik hərəkatının digər tədqiqatçılarından fərqli olaraq M.Kazım bəy bu 

hərəkatın təkcə müsəlman fanatizmini deyil, siyasi motivlərini də nəzərdən ke-

çirə bilmişdir. O, hərəkatın mahiyyətini və siyasi təyinatını arqumentləşdiril-

miş şəkildə açıb göstərə bilmiş və dini müridlik ideologiyasına söykənən hər-

bi-

teokratik dövlətin təhlilini vermişdir. Mütəfəkkirin düzgün müəyyən etdiyi 



kimi,  şəriətin  dini  şüarları  müəyyən  məqamədək  xalq  kütlələrinin  siyasi  tə-

ləblərlə mübarizəyə səfərbər edilməsi işində müsbət rol oynaya bilir. M.Kazım 

bəy  Şamilin  digər  bir  xüsusiyyətini  də  müəyyən  edə  bilmişdir.  Bu  onun 

dünyəvi və mənəvi hakimiyyətləri birləşdirməsi, islam dininin və dövlət siya-

sətinin ayrılmazlığı barədə ehkamları geniş reklam etməsi ilə bağlı idi. Şamil 

həmçinin təbliğ edirdi ki, islamın borcu siyasət üzərində nəzarət etməkdir. Yə-

ni din siyasətdən yüksəkdir. Burada, M.Kazım bəyin müəyyən etdiyi kimi, Şa-

mil var qüvvəsi ilə dövlətin sosial-siyasi strukturunda müsəlman ruhanilərinin 

yerini müəyyənləşdirməyə çalışırdı. Beləliklə, bir tərəfdən, din siyasiləşir, di-

gər tərəfdən isə siyasət dini bayraq altında gizlənir. Belə bir qarşılıqlı əlaqənin 

güclənməsi islamda ruhani və dünyəvi hakimiyyətin birləşməsinə səbəb olur.  

M.Kazım  bəy  «Bab  və  babilər»  adlı  digər  siyasi  traktatında  islamçılıq 

mövqe

yindən  çıxış  edərək  cəmiyyətin  təkamüllü  inkişafında  islam  şüurunun 



həlledici rolundan yazırdı. Mütəfəkkir geniş xalq kütlələri hərəkatını islamdan 

kənarda  təsəvvür  etmirdi.  Babilər  hərəkatı  dövründən  götürdüyü  konkret 

faktlar əsasında o, islamın mütərəqqiliyini sübut etməyə can atır, çünki məhz 

islam İran monarxiyasının əsaslarının dağılmasına səbəb olmuşdur (12, 136).  

M.Kazım bəy özünün bu əsərində mülayim, düşünülmüş monarxiya şək-

lin


də islahatlar haqqında ideyanı irəli sürür. İslamın tənqidi ilə yanaşı mütəfək-

kir digər əsərlərində olduğu kimi, bu əsərində də babizmi tədqiq etmiş və öz 

müa

sirləri  olan  tədqiqatçılara  göstərə  bilmişdi  ki,  islam  ayrı-ayrı  hallarda 



ictimai həyatın gedişinə fəal surətdə təsir etmək qabiliyyətinə malikdir. Onun 

fikrincə, babilər islama məcburiyyət qarşısında yox, şəxsi mənəvi tələbata görə 

etiqad edir və onu özlərinin istədiyi kimi modernləşdirirlər. Bu halda mütəfək-

kir  xalqın  əzablarına  görə  məsuliyyəti  islamın  üzərinə  qoymur,  lakin  hesab 

edirdi ki, islamın səyləri düzgün məcraya istiqamətləndirilərsə, o xalqın azad 

edilməsi işində müsbət rol oynaya bilər (12, 139).  




 

144 


Siyasətin optimallığı probleminin həllində birmənalı rol oynamayan din 

və siyasət münasibətləri nisbəti bu iki fenomenin nisbətinin, qarşılıqlı əlaqələ-

ri

nin ayrı-ayrı aspektləri Azərbaycanın tanınmış mütəfəkkiri, inqilabçı-demok-



rat M.F.Axundovun da diqqətini cəlb etmişdir. Onun bu məsələlərə dair baxış-

larının səciyyəvi xüsusiyyəti islam dininin siyasi ölçülərlə islahatı ideyasının 

irəli  sürülməsindədir.  Bununla  əlaqədar  M.Axundov  yazırdı:  «İndiki  dövrün 

və mədəniyyətin tələblərindən göründüyü kimi, islamçılığın bəşəriyyətdə hər 

iki cinsin azadlığı və bərabərliyini müəyyən edən, Şərq despotizmini müdrik 

siyasi  müəssisələrlə  mülayimləşdirən  islahata  və  sivilləşməyə  ehtiyacı  var». 

Bu zaman mütəfəkkir onu da qeyd edir ki, siyasət-dövlət idarəçiliyi və ölkənin 

ida


rə olunması ilə bağlı, dövlətin və ölkənin maraqları və səlahiyyətlərini nə-

zərə alan bütün işlər belə adlanır, həmçinin onlar haqqında elmdə. M.F.Axun-

dov öz dəyərinə görə XVIII əsr fransız maarifçilərinin tanınmış fəlsəfi əsərləri 

ilə  bir  sıraya  qoyulan  «Kəmal-ud-Dövlə  məktubları»  adlı  fəlsəfi  traktatında 

(1863-

1865)  mövcud  quruluşu  pisləyərək  Yaxın  Şərqin  ali  feodal hökm-



darlarına öz ölkələrinin dövlət sistemində kökündən  yenidənqurma aparmağı 

və  konstitusiyalı  monarxiya  qurmağı  təkid  edirdi.  O  yazırdı:  «…  dövlət 

quruluşu  ingilis  dövlətçiliyini  özündə  əks  etdirən  başlanğıca  əsaslanmalıdır, 

yəni  konstitusiyalı  dövlət  quruluşu  olmalıdır,  qanuni  əsaslarda  olmalıdır. 

Yalnız bu halda dövlət quruluşu uzun müddət mövcud ola bilər və xalq tam 

qəlbi ilə ona can atar ki, padşahın hakimiyyəti möhkəm olsun» (9, 7).  

Feodal  cəmiyyətinin  kökündən  yenidən  qurulması,  Yaxın  Şərq  ölkələ-

rində onların iqtisadi, siyasi, sosial və mədəni inkişafına səbəb olan və xalqın 

geniş təbəqələrinin ən mühüm maraqlarına cavab verən yeni dövlət quruluşu-

nun qurulması, sonrakı illərdə də M.Axundovun maraq dairəsində olmuşdur. 

Uzun  düşüncələrdən  və  Qərbi  Avropanın  inqilabi  hərəkatı  tarixi  ilə  dərin 

tanışlıqdan sonra o, XIX əsrin 70-ci illərində belə bir nəticəyə gəlir ki, mövcud 

quruluşu kökündən sülh yolu ilə dəyişmək olmaz və onu yalnız zorakı yolla – 

xalq kütlələrinin silahlı üsyanı yolu ilə devirmək mümkündür.  

Beləliklə də M.F.Axundov xalqı feodal quruluşuna qarşı silahlı mübari-

zəyə  və  demokratik  respublika  qurmağa  səsləməklə  Azərbaycanda  və  Yaxın 

Şərq ölkələrində inqilabi-demokratik ideologiyanın əsaslarını qoymuşdur. Bu 

konsepsiya onun 

«Yek  kəlmənin  tənqidi»  adlı  məqaləsində  də  (1875)  öz 

ifadəsini tapmışdır. Burada həmçinin XIX əsrin 70-ci illərində İranda dinin və 

siyasətin qarşılıqlı təsirinə dair bir necə vacib tövsiyələr də vermişdir. Belə ki, 

M.Axundov konstitusiyanın əsasına islamın müddəalarını qoymağı təklif edən 

Mirzə  Yusif  xanın  teokratik  dövlətin  təşkili  haqqında  ideyasına,  həmçinin 

kəskin  şəkildə  dini  ehkamlara  söykənərək  İranda  fransız  tipli  respublika 

yaratmaq cəhdlərinə qarşı çıxmışdır (8, 209).  

Ümumiyyətlə, təhlil göstərir ki, din və siyasətin qarşılıqlı əlaqələri, qar-

şılıqlı  təsiri  və  dəstəyi  problemi  müxtəlif  dövrlərin  və  zamanın  alimlərinin, 

təfəkkirlərinin  diqqətini  həmişə  cəlb  etmiş  və  bu  iki  fenomenin  qarşılıqlı 



əlaqələri  müxtəlif  forma  daşıyaraq,  dövrün  tələbləri  nöqteyi-nəzərindən  işıq-


 

145 


lan

dırılmışdır. Doğrudur, tarixdə din amilinin bəzən siyasətdə aparıcı rol oyna-

dığı səhnələr az olmamışdır. Lakin qeyd etmək lazımdır ki, din bəzən ideologi-

ya

ya çevrilərək siyasətdə aparıcı rol oynasa da o siyasətdə müstəqil sosial sub-



yekt kimi deyil, siyasətin formalaşmasında iştirak edən şəxslərin dünyagörüşü 

vasitəsilə təsir göstərə bilər (5, 35). Bu səbəbdən siyasətdə qalıcı ola bilməz. 

Azərbaycanda  belə  vəziyyət,  yəni  dinə  söykənən  siyasi  hakimiyyətin 

təsis  edilməsinə  neqativ  yanaşma  Azərbaycan  Demokratik  Respublikasının 

dövlət  strukturlarının  yaradılmasınadək  davam  etmişdir.  Buna  misal  kimi 

parla


ment idarə üsulunu qəbul etmiş Şərqdə ilk demokratik dövlətin hakimiy-

yət ideologiyasının formalaşmasını göstərmək olar. 

M

üasir  Azərbaycan  artıq  öz  strateji  rolunu  seçmişdir,  bu  gün  Respub-



lika

mız müstəqil, demokratik, hüquqi, dünyəvi dövlətdir (1).  

Son  onillikdə  Azərbaycan  cəmiyyətinin  bütün  səyləri  ölkədə  qanunun 

aliliyi, formalaşan vətəndaş cəmiyyəti ilə əməkdaşlıq kimi başlıca prinsiplərə 

əsaslanan  dövlətin  qurulmasına  yönəlmişdir.  Bu,  məhz  həmin  idealdır  ki, 

millətin bütün fikri, məramı ona nail olmağa istiqamətlənmişdir. Lakin ideallar 

nə qədər dəyişsə də Azərbaycan dövlətinin müstəqilliyinin təmin edilməsi hə-

mi

şə Azərbaycan xalqının ali idealı olmuşdur. Belə bir müstəqil dövlətçiliyin 



təşəkkülü isə yalnız ümummilli lider Heydər Əliyevin səyləri və dahi şəxsiy-

yəti  sayəsində  mümkün  olmuşdur.  Onun  liderlik  təcrübəsi  və  intellektual 

potensialı  nəinki  çox  mürəkkəb  və  kəşməkəşli  şəraitdə  dövlətçiliyimizi 

yaratdı,  həm  də  bizim  hamımıza  özümüzü  dünya  birliyinin  bərabərhüquqlu 

üzvləri kimi hiss etməyə imkan verdi (6, 10-11).  

Beləliklə, dövlət haqqında istənilən təlim qanunauyğun olaraq öz dövrünün 

siyasi-

hüquqi gerçəkliyi nəzərə alınmaqla qurulur və bu zaman hər bir dövr üçün 



siyasətin optimallığı probleminin özünəməxsus həlli üsulu səciyyəvidir.  

 

ƏDƏBİYYAT 

1.

 

Az



ərbaycan Respublikasının Konstitusiyası. Bakı: Elm, 2002, 68 с.  

2.

 



Əliyev Z.F. N.Tusinin siyasi baxışlarının bəzi cəhətləri, Bakı: Elm, 1994, 182 с. 

3.

 



Əlisa Nicat.Dünya filosofları. Bakı: Sabah, 1995, 540 s. 

4.

 



G

əncəvi N.Xəmsə. Bakı: Gənclik,1981, 276 s. 

5.

 

X



əlilov S. Fəlsəfədən siyasətə. Bakı: Azərbaycan Universiteti, 1998, 328 s.  

6.

 



Mehdiyev R. Az

ərbaycan: qloballaşma dövrünün tələbləri. Bakı: XXI – YNE, 2005, 584 s.  

7.

 

Tusi N.Əxlaqi-Nasiri. Bakı: Elm, 1989. 



8.

 

Ахундов М.Ф. Избранные философские произведения. М.: Соцекгиз, 1962, с.360. 



9.

 

Ахундов М.Ф. Избранные произведения. Б.: Азернешр, 1987, с.294. 



10.

 

O



бщая  и  прикладная  политология  /  Учебное  пособие  под.  ред.  В.И.Жукова, 

Б.И.Краснова). М.:МГСУ, Союз ,1997 , 992 c. 

11.

 

Сорокин П. Дальняя дорога. М.: Терра, 1992, 265 с. 



12.

 

Рзаев А.К. Насирэддин Туси. Политико-правовые воззрения. Баку: Элм,1983, 187с. 



13.

 

Рзакулизаде С.Д. Общественно-политические и философские взгляды Хагани Шир-



вани. Баку: АН Азерб., 1962, 110 с. 

14.


 

Философская энциклопедия.Т. IV, М., 1967, 552 с. 



 


 

146 


ПРОБЛЕМА ОПТИМАЛЬНОСТИ ПОЛИТИКИ В  

ФИЛОСОФСКО-ПОЛИТИЧЕСКОЙ МЫСЛИ АЗЕРБАЙДЖАНСКОГО НАРОДА 

 

Х.С.ИБРАГИМОВА 

 

РЕЗЮМЕ 

 

Формирование и осуществление  политики обусловлено как общими, так специ-

фически  национальными  факторами.  С  этой  точки  зрения,  исследование  подходов  к 

проблеме политики и её оптимальности в философско-политической мысли нашего на-

рода,  приобретает  особую  актуальность  для  Азербайджана  в  условиях  национальной 

независимости. В статье анализируются основные положения и учения о политике и её 

оптимальности, выдвинутые в истории философско-политической мысли  Азербайджа-

на.  При  рассмотрении  взглядов,  изложенных  в  памятнике  древнего  мира  «Авеста», 

идей, касательно проблемы рационализации политики средневековых азербайджанских 

мыслителей Н.Гянджеви, Н.Туси, М.Физули, а так же выдающихся просветителей 18-19 

веков М.Кязымбека и М.Ахундова автор выражает свою позицию по отношению к ним. 

 

Ключевые  слова:  политика,  рациональность  и  оптимальность  политики,  госу-

дарство, власть, демократия, национальный менталитет 



 

THE PROBLEM OF OPTIMALITY OF POLICY IN PHILOSOPHICAL  

AND POLITICAL THOUGHT OF THE AZERBAIJANI PEOPLE 

 

Kh.S.IBRAHIMOVA  

 

SUMMARY 

 

Formation and implementation of policy is stipulated by general, and specifically by 



national factors. From this point of view, research of approaches to the problem of policy and 

its optimality in philosophical and political thought of our people gets a special urgency for 

Azerbaijan in the conditions of national independence. The article analyzes basic provisions 

and doctrines about policy and its optimality, put forward in the history of philosophical and 

political thought of Azerbaijan. By consideration of the views stated in the monument of the 

ancient world "Avesta", ideas of medieval Azerbaijani thinkers such as N.Ganjavi, N.Tusi, 

M.Fizuli and outstanding educators of XVIII-XIX centuries, M.Kyazymbek and M.Akhundov, 

the author expresses the position in relation to them.  



 

Key words: policy, policy rationality and optimality, state, power, democracy, national 

mentality 



 

 

 

Yüklə 106,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə