117
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№2
T
əbiət elmləri seriyası
2012
UDK 556.3 (479.24)
AZƏRBAYCANDA TERMAL SULARIN TƏDQİQİ VƏ
İSTİFADƏ VƏZİYYƏTİ
O.M.ƏHMƏDOVA
Bakı Dövlət Universiteti
o.ahmedova@mail.ru
M
əqalədə Azərbaycan Respublikasında formalaşan termal sular və onların inkişaf
tarixi haqqında məlumat verilir. Həmçinin bu suların xarici ölkələrdə istifadə baxımından
əhəmiyyəti və istifadə sahələri də şərh edilir.
Açar sözl
ər: Azərbaycan Respublikası, termal sular, hidrogeoloji tədqiqatlar və istifadə
aspektl
əri.
Müst
əqillik əldə etmiş respublikamız sosial-iqtisadi problemlərin həllini
müt
ərəqqi ölkələrin təcrübəsindən istifadə edərək, qəbul etdiyi öz qanunları
əsasında həyata keçirməyə başlamışdır. Bu baxımdan da həmin qanunlarda
t
əbii resurslardan və təbii sərvətlərdən daha düzgün, səmərəli, eyni zamanda
itkisiz istifad
ə və ölkənin sosial-iqtisadi problemlərinin həllini elmi əsaslarla
əsaslandırmağa üstünlük verilir. Bu təbii səvətlərdən biri də yeraltı sulardır.
Az
ərbaycanda termal suların axtarış və kəşfiyyatına 1960-cı ildə qəbul
edil
miş 475 saylı “Böyük kimya” proqramı və 1963-cü ildə (19 aprel) 445
saylı “Yer təkinin istiliyindən xalq təsərrüfatında istifadə edilməsi haqqında”
q
ərarlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı olmuşdu.
M
əlumdur ki, yeraltı sulardan insanların və xalq təsərrüfatının tələbatını
öd
əmək üçün istifadə edilir. Təbii sərvətlər sırasına daxil olan yeraltı sular da
öz növb
əsində əmələ gəlməsinə, yatım şəraitinə, formalaşmasına, qaz-kimyəvi
t
ərkibinə, temperaturuna, minerallaşma dərəcəsinə, hidrostatik təzyiqinə,
istismar ehtiyatlarına, xalq təsərrüfatında istifadəsinə və s. görə müxtəlifdir.
Bu sular müxt
əlif tipli olduqları kimi istifadə sahələri də başqa-başqadır. Belə
ki, müxt
əlif tipli və kimyəvi tərkibli yeraltı suların yaranması və paylanması
onun t
əbii şəraitinin mürəkkəbliyi və müxtəlifliyi ilə əlaqədardır. İstifadəsin-
d
ən asılı olaraq, eyni zamanda xalq təsərrüfatında əhəmiyyətinə görə yeraltı
sular 4 qrupa ayrılır: şirin (içməli), mineral, sənaye və termal sular. Bunlar bir-
birind
ən bir sıra xüsusiyyətlərinə görə fərqlənir.
118
Şirin sular - əsasən az minerallaşmış (1-3q/l) olur və kimyəvi tərkibcə
HCO
3
-Ca-lu su tipin
ə aid edilir. Ondan əhalinin su təchizatı bazası kimi, həm
d
ə məişət (texniki və suvarma) işlərində istifadə edilir.
Mineral sulara – ion duz t
ərkibində aktiv komponentlər, qazlar iştirak
ed
ən və insan orqanizminə müalicəvi təsir göstərən sular aid edilir. Bu sular
bir sıra xəstəliklərin müalicəsində əvəzedilməzdir.
S
ənaye sulara - tərkibində bir çox xalq təsərrüfatı əhəmiyyəti olan kim-
y
əvi element və onların birləşmələrini, duzları, turşuları cəmləşdirən sular
daxil edilir. Y
əni tərkibindən ayrılması və xalq təsərrüfatında səmərəli istifa-
d
əsi mümkün olan yüksək miqdarda faydalı komponentlər və onların birləşmə-
l
ərinin mövcud olduğu sulardır.
Termal sular dedikd
ə isə dərinlik mənşəli, temperaturuna kimyəvi və qaz
t
ərkiblərinə görə fərqlənən və istifadəyə yararlı, eyni zamanda istilik enerjisi
əhəmiyyəti daşıyan sular başa düşülür.
Dem
əli, yeraltı suların öyrənilməsində əsas məqsəd - onlardan planlı
t
əsərrüfatında, su təchizatında, tibbdə kimya sənayesində, məişətdə və s. sahə-
l
ərdə səmərəli və düzgün istifadə etməkdir.
İlk dəfə olaraq, əhali kütləsinin mineral-termal sularla təmin edilməsi
İtaliya, Fransa və Çexiyada başlanmışdı. İtaliyada-Pançenko, Fransada –Liya
Byülbyül v
ə Çexiyada-Karlovı-Varı adlanan mineral su bulaqları üzərində
dünya miqyasında şöhrət tapmış sanatoriyalar inşa edilmişdir.
Rusiyada is
ə mineral-termal suların öyrənilməsinə XVIII əsrin ortaların-
dan başlanmışdı. Belə ki, termal suların öyrənilməsi I Pyotrun adı ilə bağlıdı.
Buna is
ə səbəb həmin dövrdə I Pyotrun Çexiyanın Karlovı-Varı mineral su
bulağı üzərində tikilmiş sanatoriyada müalicə olunaraq, xəstəlikdən (sağalma-
sı) azad olması olmuşdu. Elə həmin vaxtdan I Pyotr mineral-termal suların
böyük müalic
əvi əhəmiyyətini dərk edərək, ölkədə mineral termal suların
axtarışına dair sərəncam vermişdi. Eyni zamanda ölkədə mineral termal suları
t
ədqiq etmək üçün Rusiya Elmlər Akademiyasının yaranmasına təkan vermiş-
di. 1735-1740-
cı illərdə Stepan Kraşennikov Kamçatka qeyzerlərini öyrən-
m
əklə termal suların dəqiq təsvirini vermişdi. Bununla əlaqədar olaraq, Qaf-
qazda Yesentuki, Pyatiqorski v
ə Jeleznovodski kimi mineral termal su bulaq-
la
rı aşkar edilmişdi.
1946-
cı ildə isə Fransada Leon Morenin dərs vəsaitində termomineral su
bulaqları və onların formalaşmasının ümumi nəzəri məsələləri şərh edilmişdi.
1974-cü ild
ə A.B.Şerbakov, N.D.Kozlov, Q.N.Simernovanın “Termal suların
qazla
rı” adlı elmi əsəri çapdan çıxmışdı. Gürcüstanda isə mineral termal sular-
la İ.M.Buaçidze, M.Q.Paqava, T.S.Meliva və başqaları məşğul olmuşlar.
Yer t
əkinin istiliyinin təbii daşıyıcıları olan termal sular yer qabığının
çökm
ə süxurlarında, vulkanik rayonlarda və maqmatik rayonlarında inkişaf
tapmışdı. Termal suların formalaşmasına təsir göstərən faktorlar isə aktiv
tektonik h
ərəkətlər, fiziki, kimyəvi proses və reaksiyalar, müasir vulkanizm,
maqmatizm-termometamorfizm, geoloji strukturlar, eyni zamanda seysmik
119
hadis
ələr, geotermik qradient və s. mühüm rol oynayır. Vulkan püskür-
m
ələrinin fəaliyyəti zamanı isə bu suların temperaturu daha yüksək olur.
Ümumiyy
ətlə, Yer kürəsində yerləşən isti sular (termal) cavan dağlıq
silsil
ələrdə və vulkanik rayonlarda geniş yayılmışdı. Çatlar vasitəsilə yeraltı
sular
əlverişli şəraitdə yerin dərin qatlarına keçərək yüksək temperatura malik
olurlar.
Bunlarla yanaşı termal suların çox böyük dinamikliyi və istilik
tutumuna malik olması yayıldığı layların yüksək təzyiqi ilə də əlaqədardı.
Termal suların əlavə məsrəfə ehtiyac olmadan və istənilən həcmdə
çıxarıla bilməsi mümkünlüyü ilə yanaşı onların tükənməzliyi və daim təbii
şəkildə təzələnməsi, yer səthinə nəql olunması ekolji cəhətdən tam təmizliyin
t
əminatının olması onun əhəmiyyətini daha da artırır. Demək olar ki, dünyanın
50-i ölk
əsində termal sulara rast gəlinir. Planetimizin xarici ölkələrindən-
İslandiya, Yeni Zelandiya, İtaliya, Fransa, Türkiyə, Yaponiya, Macarıstan, Ru-
minya, Çin, Efiopiya, Geniya, Salvador, Monqolustan,
ABŞ və s. ölkələr
müasir texnologiya
əsasında bu sulardan xeyli gəlir götürürlər. Termal sulara
(q
ələvi termlər-Si-lu termal sular) əsasən Kamçatka, Alp qırışıqlığı, Pamir,
Kopet dağ, Qafqaz, Tbilisi, Saxalin, Karpat və Bolqarıstanda rast gəlinir. Belə
ki, bu terml
ər Bolqarıstan (xüsusilə 500-dən artıq su yatağı vardı)-Qornaya
Banya, Xisar, Belenqrad, Ruminya-Viktoriya, Yuqaslaviya-Vran-Banya,
Saxalin-Sineqorski, Karpat-Qornaya Tissa, Qutaisi-Zubi kimi termal su
yataqları artıq məşhurdur. Kamçatkada 20 ildən artıqdı ki, hidrotermal elektrik
enerjisi f
əaliyyət göstərir. Onlardan həm istilik enerji mənbəyi kimi, həm də
bir s
ıra xəstəliklərin müalicəsində (dəri-zöhrəvi, ürək-damar sistemi) istifadə
edilir. Mü
əyyənləşdirilmişdi ki, temperaturu 100
0
C q
ədər olan termal sular
əsasən cavan platformaların dağarası və dağətəyi çökəklik sahələrində təzyiqli
su sistemind
ə inkişaf tapmışdı. Ucuz elektrik enerjisi “Qırmızı kömür” kimi
adlanan termal sulardan geniş mənada istifadə Qroznı şəhərində olmuşdu.
Orada 300 min
əhalini təmin edən geotermik stansiya (isti yeraltı sular) tikil-
mişdi. Mahaçqala, Qroznı və başqa şəhərlərdə arat işlərində isti sulardan geniş
istifad
ə edilir. Abxaziya Respublikasında isə quşçuluq fabrikində (inqiba-
torların çıxarılmasında) termal sulardan istilik mənbəyi kimi istifadə olunur.
Belokurix, Raxmanovski, Klyuçi v
ə Abakan termal su yataqları üzərində bö-
yük h
əcmli sanatoriyalar fəaliyyət göstərir. Qırğızıstanda İssık – Ata, Xaba-
revski d
ə - Kuldur, Bolqarıstanda-Saparevo və s. termal su bulaqları üzərində
sanatoriyalar f
əaliyyət göstərir. Kazbek və Elbrus dağlarında fəaliyyətdə olan
d
ərinliyi 1000-1500 m-dən 3000-3500 m-ə qədər olan vulkan ocaqlarından
axtarış quyuları hesabına termal sular alınmışdı. Eyni zamanda həmin ərazidə
mantiya q
ədər qazılacaq quyularda, həm də yerin dərin qatlarından, yəni nüvə-
d
ən giqant yüksək temperaturlu isti sular alınacağı müəyyənləşdirilmişdi.
T
əbiət bizim Azərbaycan torpağına da külli miqdarda mineral-termal
sular (bulaq,
çeşmə, çıxış və yataqlar şəklində) bəxş etmişdi. Ümumiyyətlə,
Az
ərbaycan Respublikasında mineral sular kimi termomineral və termal sular
geniş yayılmışdı. Onlar təbii çıxışlar (bulaqlar) vasitəsilə yer səthinə çıxır.
120
Bundan başqa axtarış və kəşfiyyatı quyular vasitəsilə yerin dərinliklərində də
aşkar edilmişdi. Aydındır ki, termal suların tədqiqi və istifadəsi bir qədər mü-
r
əkkəbdir. Aparılmış hidrogeoloji tədqiqat işləri nəticəsində respublika ərazi-
sind
ə mövcud olan termal su ehtiyyatları 420 min m
3
gün h
əcmində hesablan-
mışdı. Termal sular əsasən dərinlik mənşəlidir. Onların dərində əmələ gəlmə-
sini sübut ed
ən indikatorlar Li, Rb, Cs (nadir qələvilər), həmçinin onlarda iş-
tirak ed
ən B, Br, Si, F (hologenlər qrupuna daxil olanlar) və turşular HBO
2
,
H
2
SiO
3
olmasıdır.
1973-cü ild
ə Q.B.Kəngərli tərəfindən “Azərbaycan SSR-nin termal sula-
rı xəritəsi“ məcmuəsi tərtib edilmişdir.
1982-ci ild
ə S.A.Əliyev, T.H.Hacıyev, D.H.İsrafilov və başqaları “Azər-
baycan SSR hidrotermik x
əritəsi“ni dərc etdirmişlər. Bu xəritədə Azərbayca-
nın Böyük və Kiçik Qafqaz ərazilərinin, Naxçıvan, Talış və Kür çökəkliyində
yayılmış, formalaşmış mineral və termal sular haqqında geniş məlumat veril-
mişdi. Eyni zamanda ayrı-ayrı ərazilərdə yerləşən müxtəlif mineral termal su
horizontları və kompleksləri üçün də xəritə və qrafiklər tərtib edilmişdi. 1977-
1978-ci ill
ərdə Azərbaycan Respublikasının Elm və Texnika Komitəsinin el-
mi-t
ədqiqat işlərinin planına uyğun olaraq, hidrogeoloqlarımız respublika əra-
zisi
nin hidrogeotermal resurslarının öyrənilməsinin qiymətləndirilməsi üzrə”
tematik işlər aparmağa başlamışlar. 1982-1983-cü illərdə Kür çökəkliyinin
m
ərkəzi hissəsində Dəliməmmədli sahəsində neft, qaz yataqlarının axtarışı
zamanı təbaşir, paleosen, maykop çöküntülərində 1700-1800 m dərinliklərdə
termal sulara rast g
əlinmişdi. Respublikada, həmçinin dərin kəşfiyyat quyuları
(2000-3000 m) vasit
əsilə böyük istilik enerji mənbəyinə malik olan yüksək
temperaturlu (60-1050
0
C) sular aşkar edilmişdi.
2000-2002-ci ill
ərdə isə aparılmış hidrogeoloji işlərin nəticəsində Azər-
baycan Respublikasının 1:500 000 miqyaslı termal sular xəritəsi tərtib edilmiş-
di.
Burada termal suların ərazi cəhətdən çox geniş yayılmaya malik olduğu
göst
ərilir. Bunlarla yanaşı digər tipli yeraltı suların da istismar və proqnoz eh-
tiyatları da hesablanmışdı. Respublikamızda dərin horizontların yeraltı suların
ümumi öyr
ənilməsi neft-qaz yataqlarının kəşfiyyatı və istismarı zamanı səth və
lay sularının tədqiqi ilə əlaqədar olmuşdu. Belə ki, bu horizontların yüksək
d
ərəcədə minerallaşmış sularından və yer təkinin geotermik enerjisindən yara-
nan termal sular maye şəkilli xammal bazasına əsaslanan alternativ enerji
m
ənbəyindən (Günəş, külək, geotermal enerji və s.) biri olmuşdu.
Hal-
hazırda bu suların öyrənilməsi və müxtəlif sahələrdə istifadəsi
Az
ərbaycan hidrogeoloqlarının qarşısında bir problem kimi durur.
Ekoloji c
əhətdən tam təhlükəsiz olan termal sulardan sənaye miqyasında
istifad
əyə başlanması respublikamızda keçən əsrin (XX əsr) 20-30-cu illərinə
t
əsadüf etsə də, ondan hal-hazırda istifadənin müxtəlif istiqamətlərinin elmi
əsaslandırılması bir problem kimi qarşıda durur. Belə ki, termal sulara qazıl-
mış quyularda texniki nəzarət həyata keçirilməli, monitorinq sisteminin
yaradılması lahiyələşdirilməlidir. Buna görə də termal suların mövcud olduğu
121
quyular üz
ərində nüfuzlu texniki yoxlama, təftiş işlərinin aparılması, sıradan
çıxmış quyuların, fonton avadanlıqlarının dəstləşdirilməsi və təmiri, bu su
m
ənbələrinin (quyuların) bütün göstəriciləri üzrə tədqiq edilməsi, suların hid-
rogeokimy
əvi, hidrodinamik və hidrotermik parametrlərinin zamandan asılı
olaraq d
əyişməsi tendensiyalarının müəyyən edilməsi hidrogeoloji parametrlə-
rin yenid
ən qiymətləndirilməsi, yüksək təzyiqə malik yeraltı suların müəyyən
edildiyi quyular üz
ərində uzunmüddətli və sistemli monitorinqin aparılmasına
z
ərurət yaradır. Bəzən kənar mexaniki təsirlər səbəbindən quyulardan ətrafa
sızmalar başlayır və tədbir görülmədikdə ətrafa yayılaraq, ətraf mühitə, torpa-
ğa, bitki örtüyünə, yeraltı su hövzələrinə və s.neqativ təsir göstərir.
T
ədqiqatlar nəticəsində mövcud olan termal su ehtiyatları 11 əsas vila-
y
ətdə cəmləşdirilmişdi. Bunlar Abşeron yarımadası, Böyük Qafqaz, Xəzərya-
nı-Quba, Kür çökəkliyi, Kiçik Qafqaz, Lənkəran dağətəyi düzənliyi, Cəlilabad,
Şamaxı-Qobustan, Acınohur, Kür, İori çayları və Naxçıvan hidrotermik
rayonlarıdır.40 ilə yaxın müddətdə aparılmış mərkəzi hidrogeoloji tədqiqatlar
n
əticəsində yuxarıda göstərilən ərazilərin termal suların istismar ehtiyatları
hesablanmış və daimi kondisiyaların texniki iqtisadi əsaslandırılması aparıl-
mışdı. Kür çökəkliyində (Yevlax–Ağcabədi zonası) Qusar və Lənkəran dağə-
t
əyi düzənliklərində daha yüksək temperatura və böyük istismar ehtiyatlarına
malikdirl
ər ki, onlar da müxtəlif dərinliklərə qazılmış quyular vasitəsilə aşkar
edilmişdir. Kür çökəkliyində bu quyuların dərinliyi 305-1600 m, Qusar
düz
ənliyində 800-3385 m və Lənkəran düzənliyində isə 48-1000 m-ə qədərdir.
Kimy
əvi tərkiblərinə görə isə bu sular Cl-Na ionlarının üstünlüyü ilə müşahidə
olunur. D
ərinliyə getdikcə onların minerallaşma dərəcəsi və temperaturu artir.
Ümumiyy
ətlə, yüksək istilik potensialına malik sahələr Kür çökəkliyində-Carlı
(90
0
C-d
ən çox), Bərdə-Ağcabədi (36-90
0
C) v
ə s. sahələrdir. Həmçinin Samur-
D
əvəçi düzənliyində də müxtəlif yaşlı mezokaynazoy süxurlarında termal
sular aşkar edilmişdir.
Respublika daxilind
ə Böyük Qafqaz və Talış zonasında daha çox rast
g
əlinir və onlar əsasən tektonik çatlarla əlaqədardır. Böyük Qafqazın cənub-
q
ərb yamacında intişar tapmış çoxlu saydakı termal bulaqlar şimal-şərq
istiqam
ətində xətti birzonallıq təşkil etməklə anomal hidrotermal sahə yaradır
ki, b
unlarda İlıqsu (31-44
0
C), Gürmüx (31
0
C), Xalxal (32-33
0
C), Bum (33-
39
0
C), Caqan (31
0
c) v
ə s.
Talış zonasının Astara rayonu sahəsində İstisu çayı dərəsi boyunca for-
ma
laşan Ərkivan (50
0
C), Donuzöt
ən (43-48
0
C), Qotursu (63-64
0
C), L
ənkəran
sah
əsində Xovtixoni (30-40
0
C),
İbadisu (30-42,6
0
C) bulaqlarının temperaturu
öyr
ənilmişdi. Bu bulaqların debiti adətən yüksək olmayıb 3-5 l\san-dən artıq
deyildi.
Əksərən isə 0,5-1,2l/san arasında dəyişir. Bu sular mürəkkəb tərkibə
malik olmaqla Cl-HCO
3
-Na-HCO
3
-SO
4
-Na-Ca-Mg; HCO
3
-Na-lu su tipin
ə
aid edilir.
Bu suların minerallaşma dərəcəsi də müxtəlif olub,1,3-1,5-dən 10-
17ql-
ə qədər dəyişir. Qaz tərkibinə görə bu termal sular N,CH
4
qazlı olur.
Onların tərkiblərində çox vaxt kükürd qazı da iştirak edir.
122
Bu regionlardan f
ərqli olaraq Kiçik Qafqazda əsasən mineral sular
formalaşmışdı. Bu ərazidə təsadüfi hallarda rast gəlinən termal suların yaran-
ma
sında cavan vulkanizmin xüsusi rolu vardı. Buradakı Kəlbəcərdə-İstisu və
Tutğun-Minkənd-Əhmədli sahəsinin bulaqlarını göstərmək olar ki, onlar da
əsasən hidrotermik bir zona təşkil edir. Kimyəvi tərkibcə HSO
3
-Ca;SO
4
-Na-lu
olan bu sular da
əsasən karbon qazlı, bəzən isə S və Ra qazlıdır.
İstilik enerji əhəmiyyətli bu suların ehtiyatları (420000
3
/gün) hesab-
lanmışdır.
Ümumiyy
ətlə, Azərbaycanda Ə.H.Əsgərov tərəfindən xarakterik beş
hidrotermal zona
ayrılmışdır:
1. L
ənkəran
2.
Abşeron-Babazənan
3. Xaltan
4. K
əlbəcər
5. Goranboy-Qanabulaq
Termal suların axtarışı-kəşfiyyatı və çıxarılması zamanı onlara qazılmış
quyulara n
əzarət etmək (tam nəzarətsiz qoymamalı) quyubaşı fontan avadan-
lıqlarının yüksək təzyiq və minerallaşmaya malik suların təsiri altında
korroziya v
ə digər kənar təsirlər (insanların müdaxiləsi) nəticəsində daşmış
sular özbaşına axaraq ətraf mühitin ekoloji tarazlığının qorunub saxlanması
üçün
əlavə problem mənbəyinə çevrilmişdi. Respublikamızda mineral sular
kimi termal suların da geniş miqyasda yayılmasına və böyük ehtiyatlara malik
olmasına baxmayaraq onlardan səmərəli və düzgün istifadə edilmir. Belə ki,
yer s
əthinə 40-45
0
C-d
ən 60-65
0
C temperatur arasından çıxan bu sulardan ucuz
istilik enerji m
ənbəyi kimi istifadə etməyin vaxtı çoxdan çatmışdı. Son illərdə
respublika
ərazisində istilik mənbələrinin (qaz, neft, odun, elektrik enerjisi və
daş kömür) çatışmazlığı üzündən meşə və yaşıllıqların məhv edilməsi bu
sulardan istifad
ənin daha da vacibliyini göstərir. Ona görə də respublikamızda
termal sulardan istifad
ənin elmi əsasının layihəsi və bu yataqlardan istifadənin
qiym
ətləndirilməsi kimi məsələlər ən ümdə məsələlərdi. Bunun üçün İtaliya,
İslandiya, Bolqarıstan, Çexiya, Türkiyə, Yeni Zelandiya, ABŞ, Dağıstan və s.
kimi ölk
ələrin təcrübəsini öyrənmək lazımdı. Son zamanlarda ümumdünya
t
əcrübəsi və qəbul edilmiş “Su məcəlləsi”, ”Ətraf mühitin mühafizəsi” və
“Ekoloji t
əhlükəsizlik” və s. həyata keçirilən tədbirlər diqqətəlayiq və xüsusi
əhəmiyyətə malikdir.
N
əhayət, Azərbaycan Respublikasının qanunlarının müddəalarını rəhbər
tuta
raq yeraltı suların hədər axmasının qarşısının alınması, onların infiltirasi-
ya
sı və itkisinin qarşısının alınması sahəsində hidrogeokimyəvi və hidrodina-
mik rejim–
müşahidə işləri araşdırılmalıdır. Hal-hazırda fiziklər, riyaziyyatçı-
lar, elektro-energetikl
ər və digər mütəxəssislər bütün Yer kürəsində termal su-
lardan geotermik istifad
ənin orijinal metodların potensial yollarlarını tapmağa
ça
lışırlar.
123
ƏDƏBİYYAT
1.
Барабанова Л.Н., Полака Б.Т., Сугробова В.М. Изучение и использование геотер-
мических ресурсов. М.: Мир 1975, 340 с.
2.
Сухаров Г.М. Подземные воды - огромной источник тепловой энергии. М.: Нура
1964, 40 с.
3.
Тагиев И.И., Ибрагимова И.М., Бабаев А.М. Ресурсы минеральных и термальных
вод Азербайджана. Баку: Чашыоглу, 2001, 166 с.
4.
Бабаев А.М. Минеральные воды горночатых областей Азербайджана. Баку: Ча-
шыоглу, 2000, 383 с.
5.
Aslanov A.D., Axundov V.Ç.,
Əhmədova O.M. Mineral və termal sular. Bakı: BDU,
1997, 107 s.
ПРИМЕНЕНИЕ И ИСПОЛЬЗОВАНИЕ ТЕРМАЛЬНЫХ
ВОД В АЗЕРБАЙДЖАНЕ
О.М.АХМЕДОВА
РЕЗЮМЕ
В статье даётся информация о термальных водах, образованных в Азербайджане
и их история развития. В том числе, обсуждается применение и области использования
этих вод в заграничных странах.
Ключевые слова: Азербайджанская Республика, термальные воды, гидрогеоло-
гические исследования и аспекты использования
EXPLORATION AND USE OF THERMAL WATERS IN AZERBAIJAN
O.M.AHMADOVA
SUMMARY
The article provides information about the thermal waters formed in Azerbaijan
and their history of development. In particular, we discuss the application and the use of these
waters in foreign countries.
Key words: Azerbaijan Republic, thermal waters , hydrogeological studies and as-
pects of their use
Redaksiyaya daxil oldu: 10.03.2012-ci il.
Çapa imzalandı: 31.05.2012-ci il.
Dostları ilə paylaş: |