Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar



Yüklə 320,03 Kb.
Pdf görüntüsü
tarix19.07.2018
ölçüsü320,03 Kb.
#57024


 

 

172



BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4  

 

Humanitar 

elmlər seriyası    

2010 

 

                                                           

                                                                                                            

 

AZƏRBAYCANIN CƏNUB-ŞƏRQ BÖLGƏSİNİN İCTİMAİ-İQTİSADİ 

HƏYATINDA LƏNKƏRAN ŞƏHƏRİNİN ROLU (XVI-XVII ƏSRLƏR) 

 

X.S.QASIMOV, D.M.ƏZİMLİ 

A MEA  A.A.Bakıxanov adına Tarix İnstitutu 

d-azimli @ rambler.ru 

 

Təqdim olunan məqalədə  Cənub – Şərq regionunun həyatında Lənkəran  şəhərinin 

əhəmiyyəti  qeyd olunur. Məlumdur ki, orta əsrlərin sonunda Azərbaycanın iqtisadi münasi-

bətlərində Lənkəran şəhəri mühüm rol oynayırdı və Volqa-Xəzər ticarətində əsas məntəqə sa-

yılırdı. Məqalədə həm də Cənub-Şərq regionuna məxsus digər şəhərlərin də ticarət həyatına 

toxunulmuşdur.   

    

Azərbaycanın  ictimai-iqtisadi-siyasi  həyatında  beynəlxalq  ticarət  yolları  üzə-

rində  yerləşən  Cənub-Şərq  bölgəsinin  mühüm  rolu  olmuşdur.  Lakin  bu  bölgənin 

çoxəsrlik  icarət  əlaqələri  sanballı  şəkildə  öyrənilməməişdir.  Bölgənin  iri  şəhər-

lərindən  sayılan  Lənkəran  şəhəri  haqqında  məlumatlar  isə  tariximizin  orta  çaglarına 

aiddir. Daha doğrusu, şəhər haqqında ilk məlumatlar XII əsrə qədər gedib çıxır.  

Lənkəran şəhəri 38 şimal, 40 şərq en dairəsinin kəsişdiyi, Xəzər dənizinin cə-

nub-qərb sahilində, Lənkəran çayının Xəzər dənizinə töküldüyü yerdədir. «Lənkəran» 

toponiminin  mənşəyi,  onun  mənası  indiyədək  elmi  ədəbiyyatda  mübahisə  möv-

zusudur.  Həm  Avropa  və  Rusiya  səyyahlarnın,  həm  də  keçmiş  dövr  Azərbaycan 

coğrafiyaşünaslarının  və  tarixçilərinin  əsərlərində  bu  şəhər  müxtəlif  adlarla  təqdim 

olunub,  onun  adı  müxtəlif  mənalarda  yozulmuşdur.  Bu  problemlə  dərindən  məşğul 

olan Nurəddin Kərəmovun yazdığına görə, XII əsrin görkəmli Azərbaycan şairi Əf-

zələddin Xaqani (1120-1199) Axstanın Şirvandakı  sarayından uzaqlaşmaq məqsədilə 

Xorasan ziyarətinə gedərkən – 1151-ci ildə Lənkərandan keçmişdir. Şair həmin səfər 

haqqında  «Səfər  təfsilatı»  şeirində  Xəzər  dənizinin  sahili  ilə  müasir  Lənkəran 

ərazisindən keçib getdiyini göstərmişdir. N.Kərəmov orta əsr şərqin tanınmış səyyahı, 

mütəfəkkiri  və  astronomu,  XIV  əsrin  ikinci  yarısı,  XV  əsri  əvvəllərində  yaşamış 

Əbdürrəşid  ibn  Saleh  ibn  Nuri  əl-Bakuvinin  Bakıdan  Qahirəyə  səfərinin  xəritəsini 

tərtib etmiş və qeyd etmişdir ki, o, öz səfərnaməsində Lənkəranın da adını çəkmişdir 

(6, 25; 1, 235; 2, 226; 3, 349).  Maraqdı  məlumatlardan  biri  də  L.Çermenin məlu-

matıdır.  İngiltərə-Moskva  ticarət  şirkətinin  müvəkkili  Lorens  Çermen  (XVI  əsr)  öz 

səyahəti  zamanı (1568-1569) yazırdı  ki, «mən  bu  ölkənin  paytaxtı  olan  Layqon 

şəhərini gördüm. Eyni zamanda, Lanqro və Rozar şəhərlərini də gördüm; onlar hal-

hazırda  şahın nəzarətindədir  və  onun  hakimiyyətinə  tabedir.  Şəhər  əhalisi  elə  var-

yoxdan  çıxmışdır  ki,  onlardan  heç  biri  bir  parça  mahud  almaq  iqtidarında  deyil. 

Burada  almaq  üçün  ən  yaxşı  əmtəə  xam  ipəkdir.  Yay  zamanı  xam  ipək  nağd  pula 

satılır. 38 şahıya  bir  Layqon  batmanı  həcmində  ipək  almaq  mümkündür.  Bu  isə 40 




 

 

173



funtdan bir qədər artıqdır. Buralarda istənilən miqdarda zəy almaq mümkündür. Bir 

Təbriz batmanı həcmində zəy bir bistə satlır» (20, 142; 4, 156). 

Lənkəranın Xəzər dənizi sahillərində yerləşməsi onun ticarət əhəmiyyətini daha 

da  artırmışdır.  Şəhərin  Xəzər  dənizi  vasitəsilə  beynəlxalq      ticarətdə  iştirak  etməsi 

onun  iqtisadi  bir  mərkəz  kimi  təşəkkül  tapmasında  ciddi  rol  oynamışdır.  Məlumdur 

ki,  Qərb  ölkələri  üçün  Moskva  dövləti  vasitəsilə    Asiya  istiqamətində  ticarət  daha 

əlverişli idi. Bu dövlətlərin Volqa çayı və Xəzər dənizi vasitəsilə ticarətində Təbriz-

Ərdəbil-Lənkəran-Bakı  yolundan  istifadə  olunurdu.  XVI-XVII  əsrlərdə  Şimal  dəniz 

yolu-Xəzər dənizi vasitəsilə İran-Hindistan ticarət yolu daha mühüm əhəmiyyət kəsb 

etdi.  Bunun  nəticəsində  okean  ticarətindən  kənarda  qalmış  Avropa  dövlətlərinin 

tacirlərinin şimaldan Şirvan yolu ilə Təbrizə axını üçün şərait yarandı (9, 136-143; 7, 

116; 10, 64-67). Bu ticarətdə Lənkəranın da xüsusi rolu var idi. 

Azərbaycan Səfəvi dövlətinin vaxtında müəyyən bir dövrdə Şirvan və qiymətli 

Gilan ipəyi əsasən Təbriz vasitəsilə digər ölkələrə, o cümlədən Avropaya aparılırdı. 

Lənkəranın    iqtisadi  cəhətdən  Gilanla  bağlı  olmasını  nəzərə  alsaq,  Gilandan  ixrac 

olunan  ipəyin  miqdarında  onun  da  xüsusi  payı  olmuşdur.  Qeyd  etmək  lazımdır  ki, 

həmin dövrdə Avropa sənaye manufakturalarının xammala, xüsusilə ipəyə, pambığa, 

dəriyə böyük ehtiyacı var idi. Bunların alış və satış bazarı Təbrizdə cəmləşirdi. Təbriz 

Şərqin  ən  böyük  toxuculuq  şəhəri  idi.  Bu  barədə  XVI  əsrin  I  yarısında  Səfəvilər 

dövləti ərazisində olmuş venesiyalı tacir M.Membre də öz «Səyahətnamə»sində geniş 

məlumat  vermişdir.  O,  göstərir  ki,  Səfəvilər  dövründə  Təbrizdə  sənətkarlıq  sahələri 

içərisində toxuculuq özünün yüksək inkişaf mərhələsinə çatmışdı (9, 136-143; 7, 116; 

10, 64-67; 5, 9). 

Bu  məlumatlarda  Lənkəranın  adı  birbaşa  çəkilmir,  lakin  yuxarıda  qeyd 

etdiyimiz  kimi  Gilanın  əhəmiyyəti  xüsusi  vurğulanır.  Bir  daha  xatırladaq  ki,  Lən-

kəran əyaləti inzibati cəhətdən Gilana tabe idi. Bu isə o deməkdir ki, Gilan ticarətini 

Lənkəran  əyalətindən  kənar  təsəvvür  etmək  mümkün  deyildir.  Doğrudur,  Lənkəran 

əyalətinin  Gilan  ticarətindəki  çəkisini  müəyyənləşdirmək  bizim  üçün  çətindir,  lakin 

mənbələrdə  verilən  məlumatlardan  aydın  olur  ki,  Lənkəranın  bu  ticarətdəki  çəkisi 

kifayət qədər idi.  

Azərbaycanın Qərbi Avropa ilə ticarət əlaqələrində Moskva tacirləri də mühüm 

rol  oynayırdılar.  Moskva  tacirləri  Qərbi  Avropaya  xam  ipək,  ipək  parçalar, 

Hindistandan daxil olan ədviyyat daşımaqla yanaşı Azərbaycan neftini də aparırdılar. 

Bu barədə XVI əsrə dair «Ticarət kitabları» nda məlumatlar vardır. Həmin kitablara 

əsasən  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  neft  Moskva  tacirləri  vasitəsilə  Şirvandan 

Qərbi Avropaya daşınırdı. Şamaxıya Xəzər dənizi vasitəsilə gələn rus tacirləri Muğan 

düzünü  keçib  Cavad  şəhərinə  daxil  olur,  oradan  isə  Ərdəbilə  gedirdilər.  Onlar 

Ərdəbildən iki istiqamətdə hərəkət edirdilər. Bu yollardan biri Təbrizə gedirdi. Digər 

yol  Cənub-Şərq  istiqamətindəki  yol  idi  ki,  Qəzvinə  və  Kaşana  istiqamətlənirdi. 

Həmin dövrdə bu şəhərlərdə qızğın ticarət gedirdi. Qəzvində və Kaşanda müxtətəlif 

növ  ipək  parçalar,  ədviyyat,  mirvarı  və  qiymətli  daş-qaşlar  olurdu.  Kaşan  həm  də 

böyük  sənətkarlıq  mərkəzi  idi.  Bu  şəhər  hələ  qədim  dövrlərdən  özünün  gil  və  mis 

məmulatı, ipək toxuculuq sənayesinə görə fərqlənirdi. Təbrizə daxil olan rus tacirləri 

oradan Osmanlı imperiyası ərazilərinə də gedirdilər. Rus tacirləri Azərbaycan və İran 

ərazilərindən  hərəkət  edərək  Hörmüzə  də  gedib  çıxırdılar.  Məlum  olur  ki,  Hörmüz 

uzun  illər  ərzində  Hindistanın  Avropa  və  Yaxın  Şərq  ilə  ticarətində  xüsusi  rol 




 

 

174



oynamışdır.  Bununla  belə,  XVI  əsrdə  rus  tacirlərinin  ticarət  fəaliyyəti  əsasən 

Azərbaycanın  Şamaxı,  Təbriz,  Qəzvin  şəhərlərində,  Kaşanda  və  digər  şimal  şəhər-

lərində cəmləşmişdi (23, 26-27). 

Moskva dövləti Yaxın Şərq ölkələri ilə Volqa–Xəzər marşrutu vasitəsilə ticarət 

edirdi. Portuqaliya dəniz yolları, Venesiya və Fransa Osmanlı əpaziləri, İngiltərə isə 

öncə  Moskva  dövləti,  sonra  isə  İran  körfəzi  vasitəsilə  Şərqlə  ticarət  əlaqələri 

saxlayırdı.  Müəyyən  dövrdə  Hollandiya  da  Şərqlə  ticarət  əlaqələrinə  daxil  olurdu. 

Moskva dövləti əraziləri ilə müəyyən zaman ayrıclarında Hollandiya da Şərqlə ticarət 

əlaqəlrinə  girirdi.  Bu  ticarət  əlaqələrində  başlıca  yeri  ipək  məmulatı  və  xam  ipək 

tuturdu. XVI əsrdə Moskvada yaşayan ingilis səfiri Cils Fletçer özünün qeydlərində 

Azərbaycanın Moskva dövləti ilə ticarət əlaqələrində xam ipəyin rolunu xüsusi olaraq 

qiymətləndirirdi. O, yazırdı ki, bu məhsul Azərbaycanın Şamaxı və Dərbənd şəhərlə-

rində  daha  çox  idi.  Azərbaycanı  «Midiya»  adlandıran  bu  səfir  yazır  ki, «Həştərxan 

çarlığının  yaxınlığında    Şelkalı (Shelcal) və  Midiya  yerləşir.  Oraya  rus  tacirləri 

gedirlər ki, xam ipək, tumac (dəri) və digər məhsullar alsınlar. Midiyada rus tacirləri-

nin ticarət etdikləri əsas şəhərlər Dərbənd və Şamaxıdır. Orada xam ipəyin saxlanıl-

dıgı  anbarlar  vardır».  XVI  əsrin  II  yarısından  başlayaraq  Qərbi  Avropa  və  Moskva 

dövləti ilə səfəvilər arasında ticarətin artması bir tərəfdən səfəvilərin yaranmış iqtisadi 

böhrandan  çıxış  yolu  kimi  bu  istiqamətə  üstünlük  vermələri  ilə  bağlı  idisə,  digər 

tərəfdən XVI əsrdə bu istiqamətdə siyasi vəziyyətin dəyişməsi ilə bağlı idi. Moskva 

çarı  IV  İvan  Qroznının (1547-1584) apardığı  işğalçılıq  siyasəti  nəticəsində  Kazan 

(1552)  və  Həştərxan (1556) xanlıqları  Moskva  dövlətinin  ərazilərinə  qatıldı. 

Beləliklə, Moskva dövləti Volqa çayına (İtil çayına) çıxmaqla Şərq ticarətinə birbaşa 

çıxış  əldə  etdi.  Bu  yolla  Xəzər  dənizi  vasitəsilə  Səfəvilərlə  birbaşa  əlaqə  saxlamaq 

mümkün idi (18, c.1, 269; 11, 32-33; 13, 109-110, 100-101;  19, 131; 11, 5).  

Moskva dövlətinin Azərbaycan Səfəvi imperiyası ilə  əlaqəsində Lənkəranın da 

rolu  önəmli  idi.  Bundan  əlavə,  kürü  ticarətində  həmin  şəhərin  xüsusi  rolu  var  idi. 

Lənkəranda balıqçılığın qədim bir sahə olması buna sübutdur. Bu əyalətdə balıqdan 

hal-hazırda da 72 növ yeməklər bişirilir. 

XVI  əsrdə  Təbriz  tacirləri  Volqa-Xəzər  ticarət  yolundan  istifadə  edərək  Mər-

kəzi  və  Qərbi  Avropa  ölkələri,  o  cümlədən  İngiltərə  ilə  ticarət  əlaqələrini  geniş-

ləndirdilər.  Moskva  ilə  İsfahan-Qəzvin-Rəşt-Astara-Lənkəran-Bakı-Dərbənd-Həştər-

xan yolundan başqa Təbriz-Muğan çölü-Şamaxı-Şabran-Niyazabad-Həştərxan ticarət, 

karvan yolu əsas tranzit yolu hesab olunurdu. Moskva ilə Azərbaycan-İran ticarətində 

əsas mərkəzlər Təbriz və Şamaxı şəhərləri idi (9, 143; 13, 108; 15, 40). 

Azərbaycanın  iri  şəhərləri  XVII  əsrdə  canlı  xarici  ticarət  aparırdılar.  Ticarət 

yollarındakı  çətinliklərə  və  təhlükələrə  baxmayaraq,  həmin  dövr  Təbriz,  Ərdəbil, 

Lənkəran,  Şamaxı,  Bakı,  Yeni  Culfa  və  digər  şəhərlərin  tacirlərini  dünyanın  bütün 

yerlərində, o cümlədən Asiya və Avropa ölkələrində görmək mümkün idi. Səfəvilər 

dövlətinin  ərazilərinə  xeyli  sayda  əcnəbi  tacir  gəlirdi (12, 66-67). Onlara  yerli 

tacirlərin  malik  olduqları  hüquqlar  verilirdi.  Bu  məsələyə  toxunmuş  alman  səyyahı 

Adam Oleari Azərbaycanda olan əcnəbi tacirlərin malik olduqları hüquqları Moskva 

dövlətində  olan  vəziyyətlə  müqayisə  edərək  yazır  ki, "Moskva  çarlığında  əcnəbi 

tacirlərin  giriş  və  çıxışı  çar  hakimiyyəti  tərəfindən  nizamlanır.  Səfəvilər  dövlətinin 

ərazilərində  isə  ticarət  yolları  bütün  əcnəbi  tacirlərin  üzünə  açıqdır:  onlar  heç  bir 



 

 

175



maneə  olmadan  bu  dövlətə  öz  mallarını  gətirə  və  bu  dövlətdən  yerli  malları  apara 

bilərlər. Buna görə sadəcə olaraq vergi ödəmək lazımdır" (17, 791). 

XVII  əsrdə  Azərbaycanın  Moskva  dövləti  istiqamətində  Avropa  ilə  ticarət 

əlaqələri  başlıca  olaraq  Arxangelskdə  cəmlənmişdi.  Səfəvilərin  oraya  ixracatında-

eksportunda  başlıca  yeri  ipək,  daha  çox  isə  Moskva  və  Avropada  yüksək  qiymət-

ləndirilən  Gilan  ipəyi  tuturdu  (bu  əyalət,  demək  olar  ki,  ipək  məhsullarının 50%-ni 

verirdi). Bu sırada sonrakı yerləri  Mazandaran, Xorasan, Şirvan və Gürcü knyazlığı 

tuturdular (19, 130, 131). 

 XVII  əsrin  əvvəllərindən  başlayaraq,  səfəvilərlə  osmanlılar  arasında  hökm 

sürən  sabit  münasibətlər  Azərbaycanın  Avropa  ölkələri  ilə  ticarət  əlaqələrinin 

inkişafına ciddi təsir göstərdi. Bu sabitlik səfəvilərin Aralıq dənizi limanları vasitəsilə 

Avropa ölkələri, o cümlədən Venesiya, Genuya və digər ticarət şəhərləri ilə yenidən 

ticarət  etməsinə  şərait  yaratdı.  Səfəvilərin  iqtisadi  sistemində  böyük  irəliləyişlər  baş 

verdi.  İpək  istehsalında  ciddi  nəticələr  əldə  olundu.  Bunu  sübut  etmək  üçün  XVII 

əsrdə  Səfəvilər  dövləti  ərazilərində  ipəyin  istehsalı  ilə  bağlı  Azərbaycana  gəlmiş 

A.Oleari  və  J.Şardenin  verdiyi  məlumatları  müqayisə  etmək  kifayətdir.  Məsələn, 

A.Olearinin  məlumatlarında  göstərilir  ki, 1638-ci  ildə  aşağıdakı  əyalətlər  üzrə  bu 

qədər ipək istehsal olunurdu: Gilan-1.728000 kq, Mazandaran-432.000 kq, Xorasan-

648.000, Qarabağ-432.000 kq, Şirvan-648.000 kq. Ümumi istehsal isə 3.888.000 kq 

təşkil edir. J.Şardenin məlumatında isə bu rəqəmlər 22 ildən sonra, yəni 1660-cı ildə 

belə  dəyişir:  Gilan-2.760.000  kq,  Mazandaran-552.000  kq,  Xorasan-828.000  kq, 

Qarabağ-552.000 kq, Şirvan-828.000 kq. Ümumi istehsal isə 5.520.000 kq həcmində 

idi (24, 52-53). 

Bu  siyahıdan  məlum  olur  ki,  XVII  əsrdə  bütün  ipək  istehsalının 50%-i  hə-

qiqətən də Gilanda cəmlənmişdi. Gilan ticarətində isə Lənkəran əyalətinin xüsusi yeri 

var idi.  

Həmin  dövrdə  ticarətdə  ən  mühüm  alqı-satqı  vasitələrindən  biri  də  minik  və 

yük heyvanları idi. O dövrə aid olan ədəbiyyat və mənbələrdə göstərilir ki, Azərbay-

canın  həmin  dövrdə  ticarət  tərəfdaşları  və  Osmanlı  imperiyası  bu  ticarətə  xüsusi 

əhəmiyyət  vermişlər.  Həmin  dövrdə  bacarıqlı  çaparlar  və  hərbi  Azərbaycan  atları 

Marağada,  Mərənddə,  Qarabağda  və  Muğanda  hazırlanırdı.  Onlar  Osmanlı  imperi-

yasında  baha  qiymətə  satılırdı.  Bununla  bağlı  olaraq  J.Şarden  göstərir  ki,  hər  bir 

çaparın  qiyməti 1000 frankla 1000 ekyu  arasında  idi.  Bu  ticarət  şah  SArayının 

inhisarındaydı.  Hər  il  Azərbaycandan Osmanlı  imperiiyasına  xeyli  sayda  dəvə  ixrac 

edilirdi (21, 180). Tarixi məlumatlar sübut edir ki, Muğanda və Lənkəranda da çoxlu 

minik heyvanları saxlanılırdı və onlar satışa çıxarılırdı. 

Lənkəran əyalətinə dair məlumatlara daha çox XVII əsrdə təsadüf olunur. Bu 

isə  Lənkəran  əyalətinin  həmin  əsrdə  bir  tərəfdən  iqtisadi  cəhətdən  inkişafı  ilə  bağlı 

idisə,  digər  tərəfdən  onun  tranzit  ticarətində  oynadığı  rolu  ilə  bağlı  idi.  XVII  əsrdə 

Lənkərana  gəlmiş  diplomatların  sayı  xeyli  artmışdı.  Bunlardan  biri  də  Almaniyanın 

Azərbaycan  Səfəvi  dövlətindəki  səfiri  Stefan  Kakaş  fon  Zalokemen  idi.  O, 1602-ci 

ildə  alman  imperatoru  II  Rudolfun  Hamburq  səfirliyindən  Şah  I  Abbasın  sarayına, 

İsfahana  və  Təbrizə  göndərilmiş,  Həştərxandan  dənizlə  yola  çıxmış,  gəmi  ilə  bir  ay 

davam etmiş səfərində fırtınaya düşmüş, xəstələnmişdi. 1603-cü ilin avqust ayının 8-

də  Lənkərana  gətirilmişdi.  O  zaman  səfirliyin  digər  nümayəndələri  öz  qeydlərində 

Lənkəranı  «Lyanqaran»  şəklində  qeyd  etmişlər.  Həmin  vaxt  Kakaşla  birlikdə  onun 




 

 

176



katibi Tektander də Lənkəranda olmuşdur. O, 10 həftəyə qədər Lənkəranda-Lənkon 

kəndində (indiki Sərdaxılın yerində) qaldıqdan sonra Təbrizə gəlmiş, Şah I Abbasın 

qəbulunda olmuş, şaha Lənkərana düşmələri və burada səfir Kakaşın üç köməkçisi ilə 

birlikdə  vəfat  etmələri  və  onların  Lənkəranda  dəfn  olunmaları  haqqında  məlumat 

vermişdir.  O,  Şah  I  Abbasın  yanından  qayıtdıqdan  sonra (8 yanvar 1605-ci  ildə)  II 

Rudolfa  yazdığı  izahatında  Lənkəranda  olmaları  haqqında  məlumat  verərək  bu 

yerlərin gözəlliyini və xoşagəlimliyini təsvir etmiş və yazmışdır ki, Lənkəran dənizə 

yaxın olduğu üçün iqlimi çox isti və qeyri-sağlamdır, burada üzüm və başqa meyvələr 

çox bitir, üzümü dərib çiy yeyirlər. Tektander onun üçün «dadsız» olan qoyun əti və 

«düyü  çörəyi»  yediyindən  söhbət  açır.  O,  göstərir  ki, «iranlılar» (azərbaycanlılar-

D.Ə.) şərab çəkməyi bacarmır, içməyi isə heç bilmirdilər (6, 25-26; 8, 54-58).  

Lənkəranda olmuş səyyahlardan biri də İvan Brexovdur. O, Moskva dövlətinin 

zadəganlarından  idi,  əslən  kazanlı  idi, 1614-1615-ci  illərdə  o,  Stepan  Afanasyevlə 

birlikdə  «İrana»  gəlib  səfirlikdə  M.N.Tixonov  və  A.Buxarovun  taleyi  ilə  maraqlan-

mağı  qarşısına  məqsəd  qoymuşdur. 23 iyul 1614-cü  ildə  J.Brexov  və  S.Afanasyev 

Moskvadan  çıxıb  Şamaxıya (16-18 oktyabrda)  gəlmişdi. 23 oktyabrda  onlar  Şah  I 

Abbasın Tiflisdən 50 verst aralıda yerləşən düşərgəsində olmuş, 26 oktyabrda Şah I 

Abbasla söhbət etmiş və oradan Qızılağaca qədər gəlmişdilər. Qızılağacda M.N.Tixo-

novun  nümayəndəliyi  ilə  birləşib  birlikdə  dekabrın  sonlarında  Lənkərandan  geriyə 

qayıtmışlar. İvan Brexovun qeydlərində göstərilir ki, 26 dekabrda Şah Qızılağacdan 

Lyanqarana  getdi,  onunla  birlikdə  dövlət  nümayəndələrindən  Mixaylovla  birlikdə 

Lyanqarana  gəlməyi  tapşırdı. 27 dekabrda  onlar  Şahın  ardınca  Lyanqarana  gəldilər. 

Moskva  dövlət  zadəganı  Mixail  Nikitiç  Tixonov 1613-1614-cü  illərdə  səfir  kimi 

Aleksey  Buxarovla  birlikdə  Şah  I  Abbasın  yanına  gedərkən, 1613-cü  ilin 19 de-

kabrında  Qızılağacda  olmuş,  Şah  I  Abbas  tərəfindən  səfirlikdə  qəbul  edilmişdir. 

Həmin  günlərdə  o,  Şah  I  Abbasla  Lənkərana  gəlmişdi.  Rus  zadəganı  XVII  əsrin 

məşhur kilsə xadimi Artemiy Suxanov IV kitabının 5-ci fəslinin «Rəştdən Qızılağaca 

qədər  və  Gilan  vilayətinin  sonuna  kimi» (1638-ci  il)  bölməsində  həmin  səfər 

haqqında bəhs edir və Gilandan qayıdan zaman bir neçə yerdə Lənkəranın adını çəkir. 

Səfərini  təfsilatı  ilə  təsvir  edən  kilsə  xadimi  Lənkəran  əyalətində  bir  sıra  yaşayış 

məntəqələrinin adını göstərir və onlar haqqında məlumatlar verir (6, 25-27).  

Azərbaycan  haqqında  son  dərəcə  maraqlı  məlumatlar  qoyub  getmiş  Avropa 

müəlliflərindən biri də almanəsilli Adam Olearidir. A.Olearinin daxil olduğu Holşti-

niya  səfirliyi 1636-1638-ci  illərdə  Moskvadan  Volqa-Xəzər  yolu  ilə  Azərbaycana 

gəlmiş, buradan isə Səfəvi sarayına-İsfahana getmişdi. Geri qayıdarkən elçilərin yolu 

yenidən Azərbaycandan düşmüşdü. Beləliklə, Səfəvi sarayna gedib qayıdarkən Oleari 

Azərbaycanın Niyazabad, Şamaxı, Cavad, Ərdəbil, Qızılağac kimi yaşayış məntəqə-

lərində, Muğanda olmuş, tarixi keçmişimizə, xalqımızın həyat tərzinə aid olan zəngin 

material toplamışdı (8, 63-64). 

Lənkərana gəlmiş səyyahlardan biri də Yan Streys idi. O, hollandiyalı məşhur 

dəniz  səyyahıdır.  Y.Streys1668-ci  ildə  Moskvaya  xidmətə  gəlmiş,  Xəzər  dənizində 

ticarətlə məşğul olmaq üçün Volqada təşkil edilmiş gəmiqayırma tərsanəsində çalış-

mışdır.  Y.Streys  yenicə    hazırlanmış  gəmidə  Həştərxana  gəlmiş,  burada  kəndlilərin 

üsyan  rəhbəri  Stepan  Razinlə  görüşmüşdü.  O zaman Həştərxan  şəhəri üsyançıların 

əlində idi. Görüş zamanı  S.Razin ona Lənkəran haqqında da danışmışdır. S.Razinin 

söylədiyinə  görə,  iki  il  bundan  öncə  özünün  yeddi  nəfər  nümayəndəsini  Səfəvi 




 

 

177



dövlətinə  göndərmiş,  şahdan  onunla  ittifaq  bağlamağı  və  lazımi  hərbi  ləvazimatı 

almağı  xahiş  etmişdi.  Lakin  kazaklar  Fərabadı  və  Lənkəranı  dağıtdıqları  üçün 

Astrabadda  həmin  nümayəndələri  pis  qarşılamışlar.  Hətta  qəzəblənmiş  Şah  elçiləri 

cəzalandırmışdı (6, 26).  

      Yan Streysin digər məlumatlarından aydın olur ki, onun ölkəsi Azərbaycan-

la sıx ticarət əlaqələrinin olmasında maraqlıdır. 1580-ci ildə İspaniya və Portuqaliya-

dan ayrılaraq öz müstəqilliyni elan etmiş bu dövlət XVII əsrdə "nümunəvi kapitalist 

ölkəsi"nə çevrildi, "1648-ci ildə özünün ticarət zirvəsinin ən yüksək nöqtəsinə çatdı". 

1623-cü ildə Səfəvilər dövləti ərazisinə (cənubdan) çıxmış hollandlar artıq XVII əsrin 

ortalarında Səfəvi bazarında birinci yeri tuturdular. Bununla əlaqədar olaraq Y.Streys 

göstərir  ki,  Şərqin  hər  yerində  bizim  tacirlərə  rast  gəlmək  mümkündür.  O,  böyük 

razılıq  duyğusu  ilə  bildirir  ki, «Qombrunda  (Bəndər  Abbasda–red.)  bizim  tacirlər 

bütün qəbul edilən tacirlərdən üstündürlər və Səfəvi şahı holandlara iri həcmdə ticarət 

apardıqlarına  görə  müttəfiq  və  dost  kimi  yanaşır».  Bu  baxımdan  onun  Səfəvilər 

dövləti  ərazilərində  yerli  tacirlərlə  etdiyi  söhbətlər  maraqlıdır.  Həmin  söhbətlərdən 

məlum olur ki, Hollandiyadan Xəzər dənizi vasitəsilə Səfəvilər dövlətinin ərazilərinə 

qalay, sink, civə, mahud, atlas və s. holland malları gətirib Dərbənddə, Şamaxıda və 

Ərdəbildə çox sərfəli qiymətlərə satmaq olar. Bunun üçün də Səfəvilərin bütün ipək 

ticarətini Hollandiyaya istiqamətləndirmək lazımdır. Bu istiqamətdə isə ən sərfəli yol 

Xəzər  dənizi,  Volqa  çayı  vasitəsilə    Arxangelskdən  keçən  ticarət  marşrutudur.  Bu 

marşrutla  hər  il  Gilan,  Şirvan  və  digər  Xəzərsahili  şəhərlərdən 30 min  tay  ipək 

daşımaq olar (14, 134-148; 22, 337-342, 232). 

Beləliklə,  müxtəlif  səyyahların  gündəlikləri  və  tarixi  qaynaqlar  sübut  eir  ki, 

XVI  əsrdən  başlayaraq  Azərbaycanın  iqtisadi  həyatında  özünəməxsus  yer  tutmuş 

Lənkəran  əyaləti  artıq  XVII  əsrdə  mühüm  iqtisadi-ticarət  mərkəzlərindən  birinə 

çevrilmiş, tranzit ticarətində bənzərsiz mövqe tutmuşdur. Bu ərazilərdə məhsuldarlıq 

artmış və XVII əsrdə bütün Azərbaycan Səfəvi dövləti ərazilərində olduğu kimi, bu 

bölgə də iqtisadi dirçəliş dövrünü yaşamışdır. 

                                          

ƏDƏBİYYAT

 

Azərbaycan dilində: 

1.

 



Azərbaycan arxeologiyası (orta əsrlər). 6 cilddə. VI c., Bakı: Şərq-Qərb, 2008, 629 s. 

2.

 



Azərbaycan Milli Ensiklopediyası. Azərbaycan. Bakı: Azərbaycan Milli Ensiklopediyası 

Elmi Mərkəzi, 2007, 883 s. 

3.

 

Azərbaycan tarixi (XIII-XVIII əsrlər). 7 cilddə, III c., Bakı: Elm, 2007, 592 s.+56 illüstrasiya. 



4.

 

Azərbaycan toponimləri. Ensiklopedik lüğəti. 2 cilddə, II c., Bakı:  Şərq-Qərb,  2007,     



304 c. 

5.

 



Əlibəyzadə Elməddin. Azərbaycanşünaslığa giriş. Bakı: Ozan, 2010, 856 c. 

6.

 



Hüseynbalaoğlu B., Talışlı M. Bakı: Lənkəran 1990, 512 s. 

7.

 



Quliyev Əhməd. XVI əsrin ortalarında Azərbaycan Səfəvilər dövlətində sənətkarlıq isteh-

salı  (Mikel  Membrenin  «Səyahətnamə»si  əsasında) / Azərbaycan  Milli  Elmlər 

Akademiyası Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu və Azərbaycan Milli Elmlər 

Akademiyası Rəyasət Heyətinin təsis etdiyi «Şah İsmayıl Xətai» qrupunun birgə keçirdiyi 

IV elmi-praktiki konfransın materialları. Bakı: 2007, s.116-120. 

8.

 



Mahmudov Y.M. Odlar yurduna səyahət. Bakı: Gənclik, 1980, 120 s. 

9.

 



Onullahi S.M. XIII-XVII əsrlərdə Təbriz şəhərinin tarixi. Bakı: Elm, 1982, 280 s.   

                                  

                                          



 

 

178



Rus dilində: 

10.


 

Ашурбейли 

С.Б. 

Баку 


в XVI-XVIII вв. 

по 


описанию 

путешественников // Изв. АН Азерб. ССР, 1947. №1, с. 63-72. 

11.

 

Ашурбейли С. Экономические и культурные связи Азербайджана с Индией в сред-



ние века. Баку: Элм, 1990, 149 с.                                                        

12.


 

Гейдаров Микаил. Торговля и торговые связи Азербайджана в позднем средневеко-

вье. Баку: Елм, 1999, 168 с. 

13.


 

Гусейнов  А.  Азербайджано–русские  отношения XV–XVII веков.  Баку:  Академия 

Наук Азербайджанской ССР, 1963, 238 с.  

14.


 

Зевакин Е.С. Персидский вопрос в русско-европейских отношениях // Исторические 

записки. 1940,  №8,  с. 129-162. 

15.


 

Куканова Н.Г. Очерки по истории русско - иранских торговых отношений в XVII - 

первой половине XIX века. Саранск: Морд. кн. изд-во, 1977, 286 с.  

16.


 

Котов Федот Афанасьевич. Хождение купца Федота Котова в Персию / Ответствен-

ный редактор А.А.Кузнецов. М.: Восточная литература, 1958, 109 с. 

17.


 

Олеарий  Адам.  Подробное  описание  путешествия  голиштинского  посольства  в 

Московию и Персию в 1633, 1636 и 1639 гг. (пер. с нем. об-во истории и древностей 

Российских при Моск. Ун-те). М.: Ун-тская типография, 1870, 1033с. 

18.

 

Петрушевский И.П. Государство Азербайджана XV века. Азербайджан в XVI-XVII 



веках / Сборник  статей  по  истории  Азербайджана.  Выпуск I. Баку:  АН  Азербайд-

жанской ССР, 1949, 310 с.                                          

19.

 

Полиевктов М.А. Европейские путешественники XIII–XVIII вв. по Кавказу. Акаде-



мия  Наук  СССР.  Тифлис:  Научно-исследовательский  институт  Кавказоведения 

имени академика Н.Я.Марра, 1935, 222 с. 

20.

 

Путешественники об Азербайджане. Том. I / Под. ред. Э.М.Шахмалиева. Баку: Ака-



демия Наук Азербайджанской ССР, 1961, 499 с. 

21.


 

Рахмани А.А. Азербайджан в конце XVI и в XVII веке (1590-1700 годы). Баку: Элм, 

1981, 237 с. 

22.


 

Стрейс  Я.Я.  Три  путешествия.  Перевод  Э.Бородиной / Под.  ред.  А.Морозова.  М.: 

Огиз–Соцэкгиз, 1935, 415 с. 

23.


 

Фехнер М.В. Торговля русского государства со странами Востока в XVI веке. М.: 

Госкультпросветиздат, 1956, 120 с. 

 

İngilis dilində:        

24

 



Seyf Ahmad. Silk Production and Trade in Iran in the Nineteenth Century // Iranian Stu-

dies., Journal of the society for Iranian Studies, Winter-Spring, 1983, Numbers 1-2, Volu-

me XVI, p. 51-71. 

                                                          



РОЛЬ ГОРОДА ЛЕНКОРАНЬ В ОБЩЕСТВЕННО-ЭКОНОМИЧЕСКОЙ ЖИЗНИ 

ЮГО-ВОСТОЧНОГО РЕГИОНА АЗЕРБАЙДЖАНА (XVI-XVII ВВ) 

 

Х.С.ГАСЫМОВ, Д.М.АЗИМЛИ 

 

РЕЗЮМЕ 

 

В статье представлена важность изучения роли города Ленкорань в жизни юго-



восточного региона Азербайджана.  Как известно, в конце  средних веков  важную роль 

в экономических отношениях Азербайджана играл город Ленкорань.  Город стал одним 

из главных пунктов в Волжско-Каспийской торговле. В статье авторы коснулись также 

вопросов торговой жизни других городов указанного региона. 




 

 

179



                                

THE ROLE OF THE CITY OF LANKARAN IN THE SOCIAL - ECONOMIC LIFE 

OF THE SOUTH - EASTERN REGION OF AZERBAIJAN (XVI-XVII CENTURIES) 

 

K.S.GASIMOV, D.M.AZIMLI 

 

SUMMARY 

 

The article presents the importance of studying the history of the city of Lankaran in 

the life of South-Eastern region. As it's known , at the end of the Middle Ages Lankaran was 

of great importance in the economic relations of Azerbaijan and became one of the main 

points in the Volga-Caspian trade. The article reflects trade lives of other cities  of  the South-

Eastern region as well.  

 

 

 



 

                                                                                                                  



 

 

 



Yüklə 320,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə