Balalar-Az. Com Mirzə Aləkbər Sabir. Hophopnamədən: Satiralar. 1907. Amalımız, əfkarımız ifnayi-vətəndir



Yüklə 5,62 Kb.
tarix14.01.2018
ölçüsü5,62 Kb.
#20808

Balalar-Az.Com

Mirzə Aləkbər Sabir. Hophopnamədən: Satiralar.

1907.
Amalımız, əfkarımız ifnayi-vətəndir
Amalımız, əfkarımız ifnayi-vətəndir,
Kinü qərəzü hirs bizə ziynəti-təndir,
Əfal yox, ancaq işimiz lafi-dəhəndir,
Dünyadə əsarətlə bütün kam alırız biz,
Qafqazlılarız, yol kəsiriz, nam alırız biz!

Əqrəb kimi neştər gücü var dırnağımızda,


İslam susuz olsa, su yox bardağımızda,
Hər küncdə min tülkü yatıb çardağımızda,
Min hiylə qurub, rütbəvü ikram alırız biz,
Qafqazlılarız, yol kəsiriz, nam alırız biz!

Qafqazlı adı aləmə ikrah-rəsandır,


Quldur, qoçumuz zülmdə məşhuri-cəhandır,
Kim dərsə tərəqqi edəriz, məncə, yalandır,
Büxlü həsədə adət edib, kam alırız biz,
Qafqazlılarız, yol kəsiriz, nam alırız biz!

Biz xoşlamanıq dərsi ki, min məktəb açılsın,


Gər min də məarif sözü dünyayə saçılsın,
Məktəbdə nə hörmət ki, o samanə qaçılsın?
Meyxanədə votqa vurarız, kam alırız biz,
Qafqazlılarız, yol kəsiriz, nam alırız biz!

Avropalı öz millətin ihya edir, etsin,


Şənü şərəfi-qövmünü ila edir, etsin,
İnsanlıq adın dəhrdə iqba edir, etsin,
Qəflətdə yatıb, ad batırıb, nam alırız biz,
Başə yumuruq zolladırız, kam alırız biz!..



Balalar-Az.Com

Yüklə 5,62 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə